Ôèðèäóí áÿé Êþ÷ÿðëè
10
Firidun bəy Köçərli
XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin
etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya ta-
nıtmaq üçün Oqtay fədakarlığı və ehtirası ilə fəaliyyətə başlayan
ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz si-
ması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin
ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX
yüzilin “ilk rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi sa-
tira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir
aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü.Hacıbə-
yovun gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçər-
linin üzərinə düşmüşdür”.
1
O, böyük tənqidçi, Azərbaycan ədə-
biyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının
maariflənməsi və mədəni-siyasi tərəqqisi yolunda şam kimi əri-
dən vətəndaş ziyalıdır.
Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbay-
canın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsin-
də doğulmuşdur. Onun ulu babası Məhəmməd Şuşaya Qarabağın
Cavanşir mahalından köçmüşdü. Atası Əhməd ağa “Şuşanın orta-
bab bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində onun
xırda əkin sahəsi və tut bağı vardı. Ailəsi hər ilin qış fəslində Əy-
ricə kəndinə gedər, baharın əvvəllərinədək orada yaşayardılar...
Fars dilini yaxşı bilən Əhməd ağa Şərq klassiklərinin əsərlərini
həvəslə mütaliə edər, Firdovsinin “Şahnamə”sindən bütöv fəsil-
ləri əzbər deməklə həmvətənlərini heyran qoyardı”.
2
Firidun bəyin uşaqlığı məktəbə gedənə qədər ailə ilə birlikdə
qışda Əyricə kəndində, yazda-yayda Şuşada keçmişdir. Atası
onda şeirə-sənətə həvəs oyatmaq, ona fars dilini öyrətmək
1
Mir Cəlal. Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982.-
S.421.
2
Bəkir Nəbiyev. Seçilmiş əsərləri: 5 cilddə.- Bakı, 2009.- C.I.- S.61.
Áèáëèîãðàôèéà
11
məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin məd-
rəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alaraq,
Sədinin “Gülüstan” və “Bustan” əsərlərini, Füzulinin “Leyli və
Məcnun” məsnəvisini oxuyub öyrənir. Az sonra rus dilinin cə-
miyyətdə, xüsusilə idarə işlərində daha böyük rol oynadığını və
rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli
olduğunu görən Əhməd ağa oğluna rusca təhsil vermək qərarına
gəlir və Firidunu Şuşadakı rus məktəbinə qəbul olunmaq üçün
hazırlaşdırır.
Firidun bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.
Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən
Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pe-
daqoq A.O.Çernyayevski (1841-1894) ilə görüşür. A.O.Çernya-
yevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər
Seminariyası haqqında söhbətləri gənc Firidun bəydə bu semina-
riyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus
məktəbini bitirib 1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və
imtahan verərək ZMS-nin Azərbaycan bölməsinin hazırlıq sinfinə
qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi
təhsil ocağı idi; tədris prosesində humanitar biliklərin və dillərin
öyrədilməsinə ciddi fikir verilirdi. Seminariyada “sinifdənkənar
tərbiyə vasitələrindən geniş istifadə edilirdi. Şagirdlər tez-tez şə-
hərin ürəkaçan mənzərələrinə, habelə Tiflisə tənəzzöhə (gəzinti-
yə, ekskursiyaya – Z.Ə.) gedir, o zamankı Qafqazın ən izdihamlı
şəhərlərindən olan bu paytaxtda teatr tamaşalarına baxırdılar. Hər
bir şagird dərsdən kənar vaxtda oxuduğu əsərlərə dair xüsusi al-
bom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov
kimi sənətkarların tərcümeyi-hallarından müəyyən hissələr,
Qoqol, Lermontov və L.Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar
yazılır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da
möhkəmləndirilirdi. Bütün bunlar ...gələcək müəllimlərin mədəni,
hazırlıqlı və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa
və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir göstərirdi”.
3
3
Bəkir Nəbiyev. Göstərilən kitabı, S.70.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
12
F.Köçərli Qori seminariyasında altı illik təhsilini başa vur-
duqdan sonra (1885) Azərbaycan türklərinin qədim yaşayış məs-
kənlərindən və mədəni mərkəzlərindən olan İrəvan şəhərindəki
gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və
hüsnxətdən dərs deyir, eyni zamanda pansion mürəbbisinin kö-
məkçisi təyin olunur və bu işi də böyük ustalıqla yerinə yetirir.
Gənc müəllim şəhərin ədəbi-mədəni mühiti, xüsusilə müxtəlif
məktəblərin müəllim və müdərrisləri ilə tanış olur, onlarla peda-
qoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib
nümunə dərslərində iştirak edir. Eyni zamanda İrəvanın Azərbay-
can məktəblərində çalışan bəzi müdərrisləri gimnaziyadakı təlim
üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər
deyirdi.
4
1890-cı ildə F.Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla bir-
likdə Krıma – Bağçasaraya gedib İsmayıl bəy Qasprinski ilə gö-
rüşür. Onlar bir neçə gün İ.Qasprinskinin evində qonaq qalıb,
İsmayıl bəydən və zövcəsindən “artıqlığıyla yaxşılıqlar”, hədsiz
nəvazişlər görürlər. İ.Qasprinski qonaqlarını “Tərcüman”ın re-
daksiyası, mətbəədəki işlər, Krımın görməli yerləri, əyanları, yeni
tipli məktəbləri, oradakı tədris üsulları, habelə Krımdakı “müsəl-
manların dolanacağı” ilə tanış edir, rusların “fəqir və məzlum
Krım tatarlarına bu qədər cəfayı rəva görüb də onların ata-babala-
rından qalan yerlərini məğrur və xudbin nemsələrə verməyi”
barədə söhbətlərini dinləyir...
Gimnaziyada işləyərkən Firidun bəy İrəvan ədəbi mühiti,
xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından
tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir.
Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən
A.S.Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı”, M.Y.Lermontovun
“Üç xurma ağacı”, M.V.Koltsovun “A kişi, niyə yatıbsan?” şeir-
lərini Azərbaycan dilinə çevirib, İrəvanda və Şuşada nəşr etdirir.
Mühitdə öz bacarığı və savadı ilə dərin hörmət qazanan gənc
Firidun bəy ədəbi prosesi də böyük həvəslə izləyir, təzə çıxan
4
Bəkir Nəbiyev. Göstərilən kitabı.- S.76.
Áèáëèîãðàôèéà
13
kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat
toplayır, biliyini zənginləşdirir. 1895-ci ildə onun “Tatar komedi-
yaları” adlı məqaləsi Tiflisdə “Novoye obozreniye” qəzetində çap
olunur. Həmin ilin sonlarında Firidun bəy Qafqaz təhsil dairəsi
popeçitelinin əmri ilə (30 oktyabr) Qori Müəllimlər Seminariyası-
na köçürülür və bu vaxtdan F.Köçərlinin elmi-pedaqoji və ədəbi-
ictimai fəaliyyətinin yeni mərhələsi başlanır. Ədib seminariyanın
qabaqcıl müəllim heyəti ilə sıx əlaqə saxlayır, oranın zəngin ki-
tabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflis-
də və Bakıda çıxan “Kavkaz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-
Rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif
yazılarla çıxış edir.
Qoriyə köçdükdən iki il sonra (1897) F.Köçərli Qazax qəza-
sının Salahlı kəndindən olan Badisəba xanımla (1881-1954) ailə
qurmuş, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı al-
tında yaşamışdır. Ərindən 18 yaş kiçik olmasına baxmayaraq,
Badisəba xanım onunla məslək, əqidə dostluğu etmiş, Firidun bə-
yin sağlamlığı və rahat işləməsi üçün ailədə lazımi şərait yarat-
maqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan
həzz almışdır. Ədibin ölümündən sonra “Azərbaycan ədəbiyyatı”
kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün
Azərnəşrə təqdim edən də Badisəba xanım olmuşdur. 20 ildən
artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da onların
bir-birinə olan sevgisini soyutmamış, həm Firidun bəy, həm də
Badisəba xanım tələbə və şagirdlərə böyük məhəbbətlə, ata-ana
sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş ki-
mi yetişməsi uğrunda yorulmadan çalışmış, bu yolda bütün ener-
jilərini sərf etmişlər.
1910-cu ilə qədər Qori seminariyasında müəllim işləyən
F.Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın
Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra etmiş, 1917-ci il
avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin
edilmişdir. Lakin bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə
hərcmərclik çoxalmış, Qori seminariyasının əvvəlki nüfuzu xeyli
zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Vəziyyətin belə oldu-