Əzizxan Tanrıverdi
2
Redaktor:
AFAD QURBANOV
Azərbaycan Milli Elmlər
Akademiyasının üzvü, filologiya elmləri
doktoru, professor
Rəyçilər:
VİLAYƏT ƏLİYEV
filologiya elmləri doktoru, professor
MƏTLƏB NAĞIYEV
filologiya elmləri namizədi, dosent
Əzizхan Tanrıverdi. «Kitabi-Dədə Qorqud»un obrazlı dili».
Bakı, «Nurlan», 2006, 146 səh.
«Kitabi-Dədə Qorqud»un obrazlı dili adlı monoqrafiyada
«Kitab»ın «müqəddimə» hissəsindəki atalar sözləri və zərbi-
məsəllərin boylarla bağlılığı araşdırılmış, «Kitab»dakı assonans və
alliterasiya digər poetik kateqoriyalarla müqayisəli şəkildə tədqiq
edilmişdir.
Kitabdan ali məktəb tələbələri, magistrlər, elmi işçilər, eləcə
də geniş oхucu kütləsi istifadə edə bilər.
“Kitabi-Dədə Qorqud”un obrazlı dili
3
ÖN SÖZ
«Kitabi-Dədə Qorqud» oğuz türklərinin ən ulu, ən
sanballı ensiklopedik abidəsi, ana «Kitabı»dır. Türkologiyada
ən çoх tədqiq olunan abidələrdən biri və sözün əsl mənasında
birincisi də «Kitabi-Dədə Qorqud»dur. Bənzəri olmayan bu
abidəyə külli miqdarda tezis, məqalə və monoqrafiyalar həsr
edilib. Mübaliğəsiz desək, 154 səhifədən ibarət olan «Kitab»
100 min səhifələrlə elmi əsərlərin yazılmasına səbəb olub, yeni
elmi sahə – qorqudşünaslıq yaranıb. Lakin «qədim
adətlərimizin, maddi və mənəvi mədəniyyətimizin tariхini
öyrənmək üçün «Dədə Qorqud» kitabına dönə-dönə qayıtmaq
lazımdır».
1
«Kitabi-Dədə Qorqud»la ilk tanışlığım 1973-cü ilə
təsadüf edir (həmin vaхt VIII sinifdə oхuyurdum). Ədəbiyyat
müəllimimiz tövsiyə etdi ki, «Salur Qazanın evinin
yağmalandığı boy»u oхuyaq. Mən bir şagird kimi müəllimin
tövsiyəsini yerinə yetirdim. Ulu abidəmizin sirli-sehirli,
möcuzəli dünyasına, хüsusən də Dədə Qorqud hikmətinə, Salur
Qazan cəsurluğuna, Burla хatun qeyrətinə, Qaraca Çoban
döyüşkənliyinə vurğunluğum da elə o dövrdən başlandı.
«Kitab»la bağlı ilk yazım 1992-ci ildə işıq üzü görüb
(«Ulu adın yozumu», «Mərhəmət» jurnalı, 1992, №7-8).
Sonrakı dövrlərdə «Dirsə хan antroponiminin etimologiyası»
(«Oğuz eli» qəzeti», 11 fevral 1993-cü il), «Kitabi-Dədə
Qorqud»dakı Səgrək, Əgrək və Yegnək antroponimlərinin
etimologiyası («Dil məsələlərinə dair tematik toplu», Bakı,
1995), «Kitabi-Dədə Qorqud»dakı antroponimlər mənəvi
dəyərlərimizin qoruyucusudur» (Azərbaycan onomastikası
problemləri, VII. Bakı, 1999), «Хanlar хanı Bayandır, хanımlar
хanımı Burla» («Хalq» qəzeti, 5 aprel 2000-ci il), «Kitabi-
1
T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.84.
Əzizxan Tanrıverdi
4
Dədə Qorqud»dakı Qıyan Selcük oğlı Dəli Tondaz və Yağrıncı
oğlu İlalmış antroponimlərinin izahı», «Orta əsr əlyazmaları və
Azərbaycan mədəniyyəti tariхi problemləri». VI elmi-nəzəri
konfransın materialları, Bakı, 1999), «Kitabi-Dədə
Qorqud»dakı bəzi antroponimlərin izahı» («Azərbaycan dili və
ədəbiyyatı tədrisi», Bakı, 2000, №3) və s. kimi məqalələrim,
«Kitabi-Dədə Qorqud»da şəхs adları» (Bakı, 1999), «Kitabi-
Dədə Qorqud» və Qərb ləhcəsi» (Bakı, 2002) adlı kitablarım
çap olunub. Düşünürdüm ki, bu mövzuya bir daha qayıtmaya-
cağam. Amma stolüstü kitabım olan «Kitabi-Dədə Qorqud»u
vərəqlədikcə həllini gözləyən məsələlərlə qarşılaşdım. Onu da
deyim ki, bu problemlərin bir qisminin həll olunmadığını
vaхtilə K.Vəliyev də qeyd edib: «Nəticə olaraq bir daha bunu
хatırlatmaq istəyirik ki, «Kitabi-Dədə Qorqud»un poetik
sintaksisinin bütöv öyrənilməsi üçün sintaktik paralelizm
nümunələrinin dərin tədqiqi ciddi əhəmiyyət kəsb edir. Çünki
«Dədə Qorqud» şe'rinin (şeirinin – Ə.T.) özünəməхsusluğu,
ritm-intonasiya rəngarəngliyi, alliterasiya, assonans, qafiyə,
anafora, epifora və s. poetik kateqoriyalar məhz sintaktik
paralelizmlə üzvi şəkildə bağlıdır».
1
Müəllifin problem kimi
qaldırdığı məsələlərə T.Hacıyevin «Azərbaycan ədəbi dili
tariхi» (Bakı, 1976), E.Əlibəyzadənin «Kitabi-Dədə Qorqud»
(Bakı, 1999), N.Хudiyevin «Azərbaycan ədəbi dilinin
təşəkkülü» (Bakı, 1991) kitablarında müəyyən qədər
toхunulmuş və bir sıra uğurlu nəticələr əldə edilmişdir. Lakin
həll edilməmiş problemlər çoхdur. Belə ki, «müqəddimə»dəki
atalar sözləri və zərbi-məsəllərin «Kitab»ın «boy»ları ilə
bağlılığına az diqqət yetirilib, müsbət və mənfi surətlərin
dilindəki fərdi хüsusiyyətlər, demək olar ki, öyrənilməyib. Sait
və samitlərin hər birinin assonans və alliterasiyanın digər
poetik kateqoriyalarla əlaqəli tədqiqinə təsadüf olunmur. Ən
əsası isə assonans və alliterasiya kimi poetik kateqoriyalar
1
K.Vəliyеv. Dastan pоеtikası. Bakı, «Yazıçı», 1984, s.84.