11
bələrdən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə
məskunlaşmış məcburi köçkünlər köçəcəklər. Yeni mənzillərə
köçəcək insanlar üçün lazımi şərait yaradılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev məktəbin
əyani vəsaitlərlə zəngin olan hərbi kabinetində Heydər Əliyev
adına Ali Hərbi Məktəbin, Dövlət Sərhəd Xidməti Akademi-
yasının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Füzuli rayo-
nundan olan kursantları və orta məktəb şagirdləri ilə görüşüb və
çıxışında deyib: “Ölkəmizin hərbi potensialı gündən-günə güclə-
nir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular
sırasındadır. Orduda quruculuq prosesi uğurla gedir. Ordumuzun
maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azər-
baycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnolo-
giyalara malikdir.
Döyüş qabiliyyətimiz, peşəkarlıq artır, kadr potensialı da
güclüdür və Sizin kimi gənclər gələcəkdə Ordumuzun, bütün
hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır”.
Məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaradılan
tanışlıqdan sonra ölkə başçısı İlham Əliyev Füzuli rayon
ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdü.
Bu görüşdə mən də iştirak edirdim və Prezidentin Füzuli
rayonuna olan əvvəlki səfərlərini bir daha xatırladım.
Prezidentin bu görüşdəki çıxışının bəzi məqamlarını qeyd
etməklə oxuculara Füzuli rayonunun inkişafını bir daha tanıtmaq
və onlarda gec-tez erməni işğalçılarından azad edəcəyimiz
ərazilərimizdə də böyük işlər görüləcəyinə əminlik yaratmaq
istəyirəm. “Bu gün 400 köçkün ailəsi üçün yeni salınmış
qəsəbənin açılışını qeyd edirik. Gözəl qəsəbədir, bütün şərait
yaradılıb. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, gözəl fərdi
evlər tikilib, təbii ki, infrastruktur layihələri icra edilib, içməli
su, qaz, elektrik xətləri çəkilib. Yollar salınıb.
Bu gün Füzuli rayonu ərazisində 71 min insan yaşayır.
Rayon əhalisinin ümumi sayı isə 128 mindir. Yeni salınmış 16
12
qəsəbədə vətəndaşlar məskunlaşıblar. Eyni zamanda 1994-cü
ildə işğaldan azad edilmiş ərazilərdə yeni qəsəbələr salınıb, o
cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtı ilə qəsəbə idi, biz ona
şəhər statusu verdik. İşğaldan 1994-cü ildə azad edilmiş
torpaqlarda bax belə gözəl şərait yaradılıb. Bu, bizim gücümüzü
göstərir. İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqla-
rımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar.
O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır –
səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt
ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və
bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim
dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki,
buraya – Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaq-
lara da qayıdacağıq. Ona görə də işğaldan azad edilmiş ərazi-
lərdə ən müasir şərait yaratmaq bizim siyasətimizi əks etdirir və
gücümüzü göstərir.
Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir
çox sosial obyektlər inşa edilmişdir – Olimpiya İdman Komp-
leksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostik Mərkəz,
Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli
rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır.
İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il
bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik
Stansiyası açılmışdır ki, bu nəinki Füzuli rayonuna, ətraf bölgə-
lərə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir.
Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95
faizə yaxınıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol
layihəsi icra edilmişdir. Kəndlərin demək olar ki, hamısı yollarla
təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur
bizim dövlətimizin gücü və bizim siyasətimiz”.
Görüşdə rayon Ağsaqqalar Şurasının sədri Məcnun Nama-
zəliyev Füzuli ictimaiyyəti, Elnarə Məmmədova məcburi
köçkünlər adından çıxış edərək minnətdarlıqlarını ifadə etdilər.
13
Elnarə Məmmədova çıxışında vurğuladı: “Cənab Prezident, ina-
nırıq ki, Sizin siyasətiniz nəticəsində tezliklə öz doğma torpaqla-
rımıza qayıdacağıq. Sizi əmin edirik ki, bizim üçün tikdirdiyiniz,
övladlarımıza hədiyyə etdiyiniz bu gözəl məktəb binasında
xalqımıza, Vətənimizə vətənpərvər övladlar yetişdirəcəyik”.
Füzuli rayonundan Bakıya xoş duyğular və gələcəyə
böyük inam hissi ilə qayıtdıq.
Şərafət Hacıyeva,
Füzuli rayonu, 48 nömrəli
tam orta məktəbin direktoru,
“Təhsil problemləri”,
01-07 dekabr 2016-cı il
14
ÌÖßËËÈÌ ÞÌÐÖ
ÉÀØÀÉÀÍËÀÐ
15
16
HƏBİBƏNİN SƏNƏT FƏLSƏFƏSİ
Həbibə Rəşad qızı Allahverdi-
yeva 9 iyun 1981-ci ildə Naxçıvan
Muxtar Respublikası, Şahbuz rayonu,
Şahbuz-Keçili yolunun kənarında,
Zəngəzur silsiləsinin cənub-qərb ya-
maclarında yerləşən Külüs kəndində
anadan olub.
Şahbuz rayonu ərazisində Eneo-
lit, Tunc, Dəmir dövrlərinə, Antik
dövrə və Orta əsrlərə aid yaşayış
yerləri vardır. Rayonun ərazisində
tarixi-memarlıq abidələrində orta əsr-
lərə aid qala, bürc, mühafizə istehkamları, həmçinin karvansara,
pir, məscid və s. mühafizə olunub. Buranın gözəl təbiəti, çox-
saylı buz bulaqları, Batabat yaylağı, üzən ada, “Fərhad evi”,
gözoxşayan göllər hələ uşaqlıqdan yaddaşında həkk olunub və
bir növ Həbibənin gələcək həyat yolunu müəyyən eləyib.
Dostları ilə paylaş: |