8
belə siqnalları qəbul etməklə həmin məkanlardan enerji alırlar.
Eyni zamanda həmin məkanlara enerji ötürürlər. Bu baxımdan
da bütün aləm enerji mübadiləsində olur. İnsanlar təbiətə və
kainata siqnallar ötürürlər, enerji verirlər, onlardan enerji
alırlar. İnsanlar canlı və “cansız” aləmlə, müəyyən və qeyri-
müəyyən aləmlə təmasdadırlar. Deməli, insanlar kainatla,
fövqəltəbiətlə, Ulu Tanrı ilə təmasdadırlar. Ondan siqnal alır
və siqnal ötürürlər. Bu nöqteyi-nəzərdən də nizama qarşı
kobudcasına hərəkət etmək düzgün deyil. Nizam özünü
tarazlayır və insanlar əməllərinə görə cəzalana bilirlər. Onu
da əlavə etmək olar ki, təbiətdə müəyyən bir məkanın
landşaftının dəyişməsi də həmin məkandakı sistemə-enerji
mübadiləsi altında olan sistemə öz təsirlərini göstərir. İqlim
şəraiti belə dəyişə bilir. Məsələn, dağlığın düzənliyə çevrilməsi,
yaxud da əksinə aparılan əks-təbii proseslər həmin yerlərdə
əvvəlki siqnallar mübadiləsi mühitini dəyişir).
Müqayisələr aparmaq dərəcəsi istedadın dərəcəsindən
asılıdır. Bu da özlüyündə qabiliyyətin dərəcəsini artırır. Dərəcə
artmaları da kəmiyyətlə (özündə müxtəlif təsnifat vasitələrini
birləşdirən siqnal kəmiyyəti) bağlıdır. Daha çox diqqət
yetirmək, geniş məkanı götürmək, üfiqi və şaquli istiqamətdə
daha geniş bağlılıq axtarmaq müqayisələrin dərinləşməsini
sübut edir. Nəticə etibarilə hesab etmək olar ki, siqnalların
(faktlar və hadisələr haqqında) kəmiyyət etibarilə çoxlu qəbulu
müqayisə
dərəcəsini
artırır,
müqayisə
tərəflərinin
(predmetlərinin) sayını çoxaldır. Müqayisələr əlamətlərin
tərkib kəmiyyətlərinə görə həyata keçirilir. Bu da əlamətləri
müəyyən edir. Müəyyən bir prosesin və faktın daxili və zahirini
təşkil edən elementlər arasında ardıcıl qaydada müqayisələrin
aparılması, müqayisəli kəşflərin həyata keçirilməsi məhz
müqayisə dərəcəsinin artmasını təmin edir. Müqayisələr də
uyğunluq və uyğunsuzluq, eynilik və fərqlilik, paralellik və
kəsişənlik prinsiplərinə müvafiq olaraq çoxtərkibli və çoxsahəli
olur. Məkanda müqayisə, zamanda müqayisə, tərkiblərin
9
müqayisəsi, formaların müqayisəsi, hərəkətlərin və s.
müqayisələri vardır. Müqayisə kriteriyaları rolunda məhz
əş
yalar və hərəkət tərzləri (burada kəmiyyətdən və tətbiq
olunan qüvvədən asılı olaraq, hərəkətin sürəti, hərəkətin əhatə
olunduğu məkan) çıxış edir. Dəyişən istənilən ardıcıl
trayektoriyada müqayisə əlamətləri öz əksini tapır. Əlamət,
kəmiyyət, tərkib dəyişəndə müqayisə üçün elementlər meydana
gəlir. Müqayisə dəyişik və dəyişən siqnallar fonunda mümkün
olan bir prosesdir.
Qeyd olunduğu kimi, əşyalar müqayisə olunur, hadisələr
müqayisə olunur. Hərəkət müqayisə olunur, sükunət müqayisə
olunur. Məkanlar, istiqamətlər, formalar, eləcə də düşüncələr,
fikirlər,
baxışlar
müqayisə
olunur.
Müqayisələrdə
dərəcələnmələr meydana gəlir, bu da özlüyündə fərqliliyi zəruri
edir. Fərqlilik də elementlərin qarşılıqlı əlaqələr strukturundan
asılıdır. Müqayisə məkan tutumu ilə həyata keçirilir, tutumla
müəyyən olunur. Müqayisədə təsnifat ortaya çıxır, seçim amili
formalaşır. Düşüncə prosesləri sistemli xarakterə malik olur və
sintezləri, eləcə də yeni sintezləri, yəni analizləri meydana
gətirir. Müstəqil düşüncə məhz sistemilik prinsipinə uyğun
olaraq qurulur və burada səbəb və nəticəni müxtəlif şərtləri
özündə cəmləşdirən bağlayıcı proseslər təmin olunur.
Siqnallardan formalaşan sadə və mürəkkəb məntiq bir çox
məlumatları (hadisələr, faktlar haqqında əlamətlər axınını) öz
obyektinə çevirir və sistemliliyə görə uyğunluq, uyğunsuzluq,
tarazlıq və qeyri-tarazlılıq, simmetriya və harmoniya axtarır.
Müqayisələr zamanı istiqamətlər dərəcələnir, qruplaşır, ümumi
cəhətlər müəyyən olunur, eləcə də uyğunluqlar və oxşarlıqlar
tapılır. Həmçinin proseslər arasında şərtləndirici əlaqələr,
aşkarlayıcı bağlılıq müəyyən olunur. Aşkarlayıcı bağlılıq da elə
bütövlüyün
tərkib
birləşdirici
vasitəsidir.
Bütöv
elə
bağlayıcılardan ibarətdir. (Qeyd: bağlılıq da keçiciliyin bir
formasıdır. Bağlılıq oxşarlıqları və fərqlilikləri birləşdirir,
həmçinin ayırd edir. Məsələn, bütün şeylər bir-birilə tam
10
tərkibdə birləşdiyindən bütöv məkanın bir bucağında, bir
nöqtəsində olan şey digər bucağında olan şeylərdən nisbi
əsaslarla ayrılmaq üçün müəyyən bağlılıq mövcud olur.
Bağlılıq burada fərqləri müəyyən etmək üçündür. Bağlılığın
məkanı vardır. Bağlılıq boş deyil. Məsələn, bir şəhərlə digər
şəhər arasında olan məkan boş deyil. Bu məkan həm yaxın ola
bilər, həm bitişik ola bilər, həm də uzaqda yerləşə bilər.
Burada bağlayıcılıq, əlaqələndiricilik artanda, daxili vəhdət
daha da birləşir. Məsələn, şəhərlər bitişik ola bilir.
Bağlayıcılıq burada dar məkanda böyük bütövü əmələ gətirir.
Bağlayıcılıq həm fərqləri birləşdirir, məsələn, uzaq və fərqli
məkanlarda yerləşən obyektlər arasında üzvü-real və xəyali
(fikir bağlılığı) bağlılıq yaradır. Həm də yaxınları birləşdirir
və vahidə çevirir. Bağlılıq həm vəhdəti yaradır, bütövü, sistemi,
strukturu meydana gətirir, məkanı genişləndirir, həm də
sistemi möhkəmlədir. Bağlayıcılıq həm də ayırıcılıqla əvəz
olunur, özündə ayırıcılığı birləşdirir. Məkanları real olaraq və
xəyali şəkildə aralayır. Bütün məkanlar vəhdət sistemində
bağlayıcılıqdan ibarətdir. Müqayisələr apararkən məkanlar
arasında olan bağlayıcılığın məsafəsini həm qısaltmaq, həm də
uzatmaq olar. Ancaq qısaltmaq daha məqsədəuyğundur; çünki
sintez daha yaxşı alınır. Məkanlar arasında “boş məsafə”
qalmır. Bütövü dərin məzmunda ən yaxşı halda aşkarlamaq
üçün yaxın bağlayıcılıqıdan istifadə etmək lazımdır. Qarşılıqlı
şərtləndirici vəziyyətlər də yaxın bağlayıcılıqdan meydana
gəlir. Bağlayıcı təfəkkürün zənginliyi bağlayıcı məkanlar
arasında bütövü yaxınlıq, yaxın məkan əlaqəliliyi (başlanğıc
şərtliliyi əsasında) prinsipləri ilə aşkar edir. Burada zaman
amili və zaman ardıcıllığında baş verən proseslərin mahiyyəti,
sistemin bitişik tərkib hissələri daha yaxşı formada aşkar
olunur. Məsələn, əyani bir fikir bildirək: - Ayrı-ayrı cəhətlərdə
və uzaq məsafələrdə yerləşən şəhərlər arasında uzun bir yol
vardır. Bu uzun yolu bütün tərkib etibarilə öyrənməklə şəhərlər
arasında bağlayıcı məkanı və məkan üzərindəki yaşayış
Dostları ilə paylaş: |