Microsoft Word Документ Microsoft Office Word 97 2003 doc



Yüklə 10,23 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü10,23 Kb.
#1710


SEVİL 

Ermənilərin Qarayev qısqanclığı  

Flora Kərimova Ona çirkab atanlar beynəlxalq 

məhkəməyə verilməlidir 

 

 

Məlum olduğu kimi, 2008-ci il YUNESKO tərəfindən “Qara Qarayev ili” elan 

olunub. Gələn il Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən olan dahi 

bəstəkarın 90 illik yubileyi qeyd olunacaq. Bu ərəfədə isə ermənilər və ermənipərəst 

qüvvələr növbəti təxribata  əl atıblar. Böyük Britaniyanın ensiklopediyalarından 

birində dünya şöhrətli musiqiçi erməni bəstəkar kimi təqdim edilib. 

Bundan  əlavə, K.Tomovun “Yaradıcı ittifaqlar: sovet bəstəkarlarının peşəkar 

təşkilatları, 1939-1953-cü illər” kitabında yerləşdirilən məlumatda da Qara Qarayev 

erməni bəstəkarı kimi göstərilib. Bir az öncə isə Qara Qarayevin dünya şöhrətli 

“Yeddi gözəl” baletindən olan musiqi parçası “Radio Rossii” kanalında Xaçaturyanın 

bəstəsi kimi təqdim edilmişdi. Onu da qeyd edək ki, Britanika ensiklopediyasının 

redaksiya heyətinin üzvlərindən biri erməniəsilli Ronald Qriqor Sunnidir. Xarici İşlər 

Nazirliyinin mətbuat xidmətinə istinadən www.day.az saytı yazır ki, ensiklopediyanın 

Cenevrədə  fəaliyyət göstərən  əməkdaşları bu ilin iyununda ABŞ-a səfər ediblər və 

Kanadadakı Azərbaycan səfirliyinə müraciət edərək ensiklopediyanın abonenti 

olmalarını  təklif ediblər. Lakin Azərbaycan tərəfi bildirib ki, R.Q.Sunninin 

Azərbaycan haqqında təhrif olunmuş informasiyaları haqda rəsmi qaydada təkzib 

aldıqdan sonra ensiklopediyaya üzv olmaları mümkündür. Mədəniyyət və turizm 

naziri  Əbülfəs Qarayev mətbuata açıqlamasında bildirib ki, Qara Qarayevin hələ 

sağlığında da barəsində  məntiqsiz saxtakarlıqlara yol verilib və böhtan atan tərəf 

həmişə tutarlı cavabını alsa da, yenə  də çirkin əməllərindən geri çəkilmir. Növbəti 

addımı da təhrif kampaniyasının yeni mərhələsi adlandırmaq olar. Odur ki, qurumun 

mətbuat xidmətindən veilən xəbərə görə, nazirlik Böyük Britaniyanın və Rusiyanın 

müvafiq təşkilatlarına kəskin etiraz məktubları ünvanlayıb. Məsələyə münasibət 

bildirən müğənni Flora Kərimova təxribatı Qara Qarayevin 90 illik yubileyi ərəfəsində 

süni çaxnaşma törətmək cəhdi kimi qiymətləndirdi: “Qara Qarayevin kim olduğunu

hansı xalqın yetirməsi olduğunu bütün dünya yaxşı bilir. Sovet ensiklopediyasında da 

bu barədə təsdiq olunmuş məlumatlar var. Erməni tərəfi hər dəfə belə gülünc addımlar 

atdıqca özünü həm də ifşa edir. Qarayevi mənfur millətin nümayəndəsi kimi təqdim 

etmək ona çirkab atmaqdır. Bu məsələlərə laqeyd yanaşmaq olmaz. Belə iftira ilə 

məşğul olanlar beynəlxalq səviyyədə  məhkəməyə  cəlb olunmalıdır. Bu problemi 

Azərbaycan arealından dünya miqyasına çıxarmaq lazımdır və tələb etmək gərəkdir ki, 

belə növbəti yanlışqlar edilməsin.  Əks təqdirdə bu məsuliyyətsiz, çirkab dolu 

hərəkətlər davam edəcək”. Qeyd edək ki, Q.Qarayevin dünya səviyyəsində lazımi 

şəkildə  təbliğatının aparılmadığını demək düzgün olmazdı. Bəstəkarın     əsərləri 

vaxtaşırı dünya şöhrətli musiqiçlərin repertuarına daxil olur. Azərbaycanlı ifaçılar 

beynəlxalq səviyyədə  çıxışları zamanı onun musiqilərini ifa edirlər. Bundan başqa 

www.qara-qarayev.musigi-dunya.az saytında onun haqqında yetərincə geniş məlumat 




var. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olan dahi 

bəstkarın yüzlərlə yetirməsi var və onlar Qarayev irsini dünyaya tanıtmaq yönündə 

işlər görüblər. Lakin görünür, bu işlər yetərincə deyil ki, Azərbaycan xalqının 

görkəmli oğluna qarşı hələ də qısqanc münasibətlər yaşanmaqdadır. 



 

Yeni Musavat.‐2007.‐27 avqust.‐S.13. 

 

Yüklə 10,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə