Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   2   3   4   5   6   7   8   9   ...   25

 

11

Həmçinin,  təbii  amillər  dolayı  yolla  sosial  sferanın,  infrastruktur 



sahələrin inkişafına da təsir edir.  

Demoqrafik  qəbildən  olan  amillərə:  ölkənin  ayrı-ayrı  rayonlarında  əmək 

ehtiyatlarının  kəmiyyət  və  keyfiyyət  xarakteristikası,  kadrların  ixtisas  səviyyəsi 

kimi  amillər  də  milli  iqtisadiyyatın  struktuna  təsir  göstərir.  Ümumiyyətlə  əmək 

ehtiyatları  məhsuldar  qüvvələrin  aparıcı  hissəsidir.  Məhz  əmək  istehsalın  mühüm 

amili olub, istehsalın digər amillərini hərəkətə gətirir. Yəni əhali, əmək ehtiyatları 

maddi  nemətlər  və  xidmətlər  istehsalını  həyata  keçirir.  Bu  baxımdan  ölkədə 

ə

halinin sayı, yaş, cins tərkibi, kadrların ixtisas səviyyəsi və s. milli iqtisadiyyatın 



inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.  

Ə

mək  ehtiyatlarının  coğrafiyası  hər  şeydən  əvvəl  milli  iqtisadiyyatın  əmək 



tutumlu  sahələrinin  yerləşdirilməsinə  təsir  göstərir.  Məsələn,  cihazqayırma, 

radiotexnika  və  digər  maşınqayırma  sahələrinin,  yüngül  sənaye  kimi  əməktutmlu 

sahələrin  əmək  ehtiyatları  ilə  zəngin  regionlarda,  rayonlarda  yerləşdirilməsi  daha 

məqsədəuyğundur.  ş qüvvəsinin azlıq təşkil etdiyi rayonlarda mexanikləşdirilmiş, 

avtomatlaşdırılmış  sənaye  müəssisələrinin  yaradılması  daha  məqsədəuyğun  olur. 

Həmçinin  ayrı-ayrı  rayonlarda  əmək  ehtiyatlarının  strukturunu  və  ixtisas  tərkibini 

də  nəzərə  almaq  lazımdır.  Çünki  yüksək  ixtisaslı  sahələrin  yaradılması  və 

yerləşdirilməsi  üçün  ixtisaslı  kadrların  olması  vacibdir.  Belə  ki,  Leontev 

paradoksuna  görə  ABŞ    məntiqlə  iqtisadiyyatında  əmək  haqqının  yüksək  olması 

şə

raitində  nisbətən  əməktutumlu  sahələrin  payının  azalması  gözlənildiyi  halda 



ə

məktutumlu  sahələrin  payı  yüksəlmişdir.  Belə  artımın  əsasən  ixtisaslı  işçi  tələb 

edən sahələrin inkişafı hesabına baş verməsi ilə əsaslandırırırlar.   

Elmi-texniki  tərəqqi  milli  iqtissadiyyatın  strukturunun  dəyişməsinə  təsir  gös-

tərən ən vacib amillərdəndir. Belə ki, 1970-ci ildə başlayaraq kəned təsərrüfatında 

«yaşıl inqilab» baş versə də, sənayenin elmi texniki tərəqqini təmin edən əsas  sahə 

olması bu sahənin üstün inkişafına səbəb olmuşdur. Belə  ki,  sənaye  elmi-texniki 

tərəqqisini təmin edən əsas sahədir. Burada elmi-texniki nailiyyətlərin mənimsənil-

məsinin həcmi və tempi yüksək olur. 



 

12

Müasir  mərhələdə  elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  mənimsənilməsi 



iqtisadi artımın həllediji amilinə çevrilmişdir. Elmi-texniki tərəqqinin nailiyyətləri-

nin  mənimsənilməsi  ictimai-iqtisadi,  sosiol  proseslərin  mahiyyətində  dəyişiklik 

aparır,  onlara  yeni  keyfiyyət  verir.  Elm  və  texnikada  və  habelə  elmlə  texnikanın 

inteqrasiyası  şəraitində  baş  verən  keyfiyyət  dəyişmələri  ayrı-ayrı  sahələrin  inkişaf 

tempinə  təsir  göstərməklə  milli  iqtisadiyyatdın  sahə  strukturunda  dəyəişiliklərə 

səbəb olur.  

Təbii-coğrafi  amillərlə  yanaşı  istehsala  xidmət  sahələrinin  inkişafına  iqtisadi 

amillər  də  təsir  göstərir.  Belə  ki,  maddi  istehsal  sahələrində  baş  verən  meyllər  öz 

ə

ksini  istehsala  xidmət  sahələrində  də  tapır.  Maddi  istehsal  sferasının  iqtisadi



 

vəziyyti istehsala xidmətə olan təlabatı müəyyən edir.   

Texniki-texnoloji  amillərin  təsiri  ölkədə  biznesin  inkişafında  vacib  rol 

oynayan  istehsal  xidmətlərinin  keyfiyyətinə  əhəmiyyətli  dərəcədə  təsir 

göstərir.  Təhlil  göstərir  ki,  istehsala  xidmət  sahələrinin  əsas  fondlarının 

əksəriyyəti k

öhnəlmişdir və yenidən qurulmaya ehtiyac vardır. 

stehsala xidmət sahələrinin texniki-texnoloji bazasının istehsala xidmə-

tin keyfiiyətini təmin etməməsi və maddi istehsal sahələrinin müəssisələrinin 

təl batlarına  çavab  verməməsi  onların  vəziyyətinə  mənfi  təsir  göstərir. 

Ölkədə 

istehsala 



xidmət 

sahələrinin 

texniki-iqtisadi 

vəziyyətinin 

yaxşılaşdırılması  bu  sahədə  sahibkarlığın  və  rəqabət  mühitinin  inkişafına 

yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi hesabına mümkündür.  

Siyasi-hüquqi  amillər  iqtisadi  sistemin  mövcudluğunun  xarici  mühitini 

müəyyən  edir.  Belə  ki,  son  illərdə  dövlət  sifarişinin  azalması  istehsalın  da 

azalmasına səbəb olmuşdur.  

Əsas  və  k

öməkçi  istehsalların  sıx  qarşılıqlı  əlaqədə  inkişafını  nəzərə  ala-

raq istehsala xidmət sahələri ilə maddi istehsal sahələrinin sinxron inkişafının 

təmin olunması məqsədə uyğundur. Bu baxımdan ölkədə inkişafın istehsal və 

institutsional  infrastrukturunun  yaradılması  vacibdir.  Bu  baxımdan  bu 

sahələrə  investisiya  qoyuluşlarının  istiqamətləndirilməsi  vacibdir.  Dünya 



 

13

təcrübəsi  göstərir  ki,  yalnız  maddi  istehsalın  inkişafına  yönəldilmiş  birtərəfli 



tədbirlər arzu olunan nəticənin əldə olunmasına gətirib çıxarmır.  nkişaf etmiş 

ölkələr  sənayedə,  kənd  təsərrüfatında  və  tikintidə  inkişafa  nail  olaraq,  hər 

şeydən  əvvəl  istehsala  xidmətlər  bazar

ınının  genişlənməsinə  və  burada 

rəqabətin  inkişafına  nail  olmuşlar.  Çünki  çox  vaxt  maddi  istehsal  sahəsində 

böhran vəziyyətinin yaranması səbəblərindən biri istehsala xidmət sahələrinin 

inkişaf səviyyəsinin maddi istehsalın təlabatlarına cavab verməməsi olmuşdur. 

Məsələn,  kənd  təsərrüfatı  məhsullarının  rəqabət  qabiliyyətlərinin  aşağı 

olmasının səbəblərindən biri istehsalçı ilə istehlakçını əlaqələndirən informasiya 

sisteminin  olmaması,  soyuducu  qurğuların  istifadə  olunması  əsasında  onların 

saxlanması  sisteminin  inkişaf  etməməsi,  emal  sənayesində  rəqabətin  aşağı 

səviyyəsi,  alıcılar  üçün  servis  xidmətlərinin  aşağı  olması  və  s.  ilə  əlaqədardır. 

Buna görə də bu sahədə istehsala xidmət sahələrinin yaradılması, bu sahələrin 

inkişafının  hüquqi  bazasının  və  stimullaşdırma  mexanizminin  qurulması 

vacibdir. 

Nəqliyyat  işlərinin  həcmi,  sənaye  yüklərinin  daşınma  xərclərinin  kəmiyyəti 

(xammal,  yanacaq,  yarımfabrikatlar  və  hazır  məhsul)  ölkənin  ərazisi  üzrə  sənaye-

nin  necə  yerləşməsindən  asılıdır.  Sənayenin  yerləşdirilməsinin  yaxşılaşdırılması 

xammalın və hazır məhsulun həddən artıq uzaq məsafələrə səmərəsiz daşınmasının 

azaltmağa  imkan  verir.  Buna  görədə  sənayenin  bu  və  ya  digər  sahəsinin  müəs-

sisələrini  yerləşdirməyin  məqsədəuyğunluğunu  qiymətləndirmək  üçün  xammalın 

və hazır məhsulun daşınma uzaqlığının göstəricisi böyük əhəmiyyət kəsb edir.  

Nəqliyyat  işlərinin  həcmi,  sənaye  yüklərinin  daşınma  xərclərinin  kəmiyyəti 

(xammal,  yanacaq,  yarımfabrikatlar  və  hazır  məhsul)  ölkənin  ərazisi  üzrə  sənaye-

nin  necə  yerləşməsindən  asılıdır.  Sənayenin  yerləşdirilməsinin  yaxşılaşdırılması 

xammalın  və  hazır məhsulun  həddən  artıq uzaq  məsafələrə  səmərəsiz  daşınmasını 

azaltmağa imkan verir. Buna görə də, sənayenin bu və ya digər sahəsinin müəssisə-

lərini  yerləşdirməyin  məqsədəuyğunluğunu  qiymətləndirmək  üçün  xammalın  və 

hazır  məhsulun  daşınma  uzaqlığının  göstəricisi  böyük  əhəmiyyət  kəsb  edir.  Nəq-



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə