Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   17   18   19   20   21   22   23   24   25

 

68

inkişafı  sahəsində  əldə  olunmuş  nailiyyətlərin  möhkəmləndirilməsi  və  artırılması 



üçün  biznes  mühitinin  əlverişliliyinin  artırılması  və  kiçik  və  orta  sahibkarlığın 

inkişafına dəstək verilməsi siyasəti davam etdirilməlidir. 

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, 

bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, 

müasir  texnologiyaların,  idarəetmə  təcrübəsinin  cəlb  edilməsi  və  bu  yolla  yüksək 

keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin müəyyən etdiyi 

iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.  

Bu  sahədə  həyata  keçirilən  dövlət  siyasəti  sahibkarlığa  yaradılmış  fəaliyyət 

mühitinin  daha  da  yaxşılaşdırılmasına,  dövlət  himayəsinin  təkmilləşdirilməsinə, 

dövlət-sahibkar  münasibətlərinin  yaxşılaşdırılması,  bazar  iqtisadiyyatının  tələblərinə 

uyğun  təsisatların  yaradılmasına  və  onların  səmərəli  fəaliyyətinin  təmin  edilməsinə 

yönəldilməlidir.  

Qeyri-neft  sektorunun  inkişafı  sahəsində  dövlət  siyasəti  üç  istiqaməti  əhatə 

etməlidir.  Birinci  istiqamət  qeyri-neft  sektorunda  investisiya  qoyuluşlarının 

maliyyələşdirilməsi üçün əlverişli şəraitin yaradılması ilə əlaqədardır. Müasir dövr-

də  qeyri-neft  sektorunun  inkişafına  mane  olan  amillərdən  biri  ölkədə  faiz  dərəcə-

lərinin  yüksək  olmasıdır.  Gələcəkdə  maliyyələşmə  mənbələrinin  genişləndirilməsi 

və  faiz  dərəcələrinin  aşağı  salınması  qeyri-neft  sektorunun  inkişafı  baxımından 

mühüm  əhəmiyyət  kəsb  edəcəkdir.  Bu  sahədə  artıq  hökumət  tərəfindən  bəzi 

tədbirlər  həyata  keçirilməkdədir.  Belə  ki,  qeyri-neft  sektorunun,  xüsusilə  kənd 

təsərrüfatı  və  emal  sənayesinin  inkişaf  etdirilməsi  məqsədilə  Sahibkarlığa  Komək 

Milli  Fondu,  Azərbaycan  nvestisiya  Şirkəti,  Kənd  Təsərrüfatı  Kreditləri  üzrə 

Dövlət Agentliyi kimi qurumlar yaradılmışdır. Məsələn, Sahibkarlığa Kömək Milli 

Fondu  tərəfindən  verilən  güzəştli  illik  faiz  dərəcəsinin  ən  yüksək  həddi  6  faizə 

bərabərdir  ki,  bu  da  kommersiya  kreditlərinin  faiz  dərəcəsindən  təqribən  4  dəfə 

azdır.  Fikrimizcə,  ölkədə  qeyri-neft  sektorunun  inkişafının  güzəştli  kreditlər 

hesabına maliyyələşdirilməsinin genişləndirilməsi zəruridir. 

Qeyri-neft sektorunun inkişafı sahəsində dövlət siyasətinin ikinci istiqamət bu 

sahələrdə istehsalın səmərəliliyini yüksəltməyə xidmət etməlidir. Ölkədə həyat sə-



 

69

viyyəsinin  artırılması  firmaların  mövcud  resurslardan  səmərəli  istifadə  etmək,  xü-



susilə səmərəlilik səviyyəsinin yüksəldilməsinə nail olmaq qabiliyyətindən birbaşa 

asılıdır.  Bu  isə  mili  iqtisadiyyatın  rəqabətqabiliyyətliliyini  müəyyən  edir.  Hazırda 

qeyri-neft sektorunda istehsalın səmərəliliyinin aşağı olması bu sahənin məhsul və 

xidmətlərinin  xarici  rəqiblərlə    rəqabət  aparmaq  imkanlarını  məhdudlaşdırır. 

Bununla yanaşı, ölkədə iqtisadi resurslardan səmərəli istifadəni təmin edən rəqabət 

qabiliyyətli  sahələri  qısa  müddət  ərzində  yaratmaq  qeyri  mümkündür.  Buna  görə 

də,  ölkədə  iqtisadi  artımın  dayanıqlılığını  artıran  sahələrin  inkişaf  etdirilməsi 

dövlət  tərəfindən  dəstəklənməlidir.  Bu  sahələrdə  firma  səviyyəsində  istehsalın 

səmərəliliyinin  yüksəldilməsi  məqsədilə  hökumət  tərəfindən  bir  sıra  tədbirlər 

həyata  keçirilə  bilər.  Bunlardan  birincisi,  qeyd  edilən  sahələrin  ixtisaslı  işçilərlə 

təmin edilməsidir. Ölkədə insan kapitalının formalaşdırılması iri həcmli investisiya 

qoyuluşları  tələb  edir.  Bu  investisiya  qoyuluşlarının  dövlət  tərəfindən  həyata 

keçirilməsi  və  qeyri-neft  sektorunun prioritet sahələri  üçün kadrların  hazırlanması 

istiqamətində  tədbirlərin  həyata  keçirilməsi  mühüm  əhəmiyyətə  malikdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  27  sentyabr  2004-cu  il  tarixli  128  №-li 

Fərmanı  ilə  təsdiq  edilmiş  «Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə 

uzunmüddətli strategiya»ya əsasən iqtisadiyyatın intellektual və texnoloji bazasının 

səviyyəsinin  yuksəldilməsinin  stimullaşdırılması  və  "insan  kapitalı"nın  inkişafı 

(yuksək  ixtisaslı  kadrların  hazırlanması  (o  cumlədən  xarici  olkələrdə),  kadrların 

peşəkarlıq səviyyəsinin artırılması neft gəlirlərindən istifadənin əsas istiqamətlərinə 

aid  edilmişdir.  Bu  istiqamət  həm  texniki-peşə  təhsilinin  etdirilməsini,  həm  də  ali 

təhsilli  mütəxəssislərin  hazırlanmasını  əhatə  etməlidir.  Bu  tələbatdan  irəli  gələrək 

«Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı 

(2007-2012-ci  illər)»  və  "2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici 

ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı"  qəbul  edilmişdir  və onlar  həyata  keçirilir.  

Fikrimizcə, bu sahədə ən mühüm məsələlərdən biri müxtəlif ixtisaslar üzrə kadrlara 

tələbatın  müəyyən  edilməsidir.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2008-ci  il  3  iyun  tarixli  sərəncamı  ilə  «Azərbaycan  gənclərinin  xaricdə  təhsil 

almaları  üzrə  prioritet  sahə,  ixtisas  və  proqramların  siyahısı»  təsdiq  edilmiş, 



 

70

«Azərbaycan  Respublikasında  texniki  peşə  təhsilinin  inkişafi  üzrə  Dövlət 



Proqramı»nda  isə  regional  inkişaf  istiqamətlərində  və  yeni  yaranacaq  istehsal  və 

xidmət  müəssisələrinin  tələbatına  uyğun  peşə  ixtisas  kadrlarının  hazırlanması 

proqnozlarının  işlənib  hazırlanması  nəzərdə  tutulmuşdur.  Fikrimizcə,  əmək  bazarı 

ilə  qeyri-neft  sektorunun  düzgün  şəkildə  əlaqələndirilməsi  bu  sahələrin  inkişafı 

baxımından mühüm əhəmiyyətə malikdir.  

Qeyri-neft  sektorunda  istehsalın  səmərəliliyinə  təsir  göstərən  əsas  amillərdən 

biri  ölkədə  infrastruktur  sahələrin  inkişaf  etdirilməsidir.  nfrastruktur  sahələrin 

inkişafı  ölkədə  maddi,  maliyyə  və  informasiya  axınlarının  sürət  və  dəyərini 

müəyyən  edir.  Ölkədə  qeyd  edilən  axınların  sürəti  yüksəldikcə,  dəyəri  isə 

azaldıqca,  milli  iqtisadiyyatın,  o  cümlədən  qeyri-neft  sahələrinin  rəqabət 

qabiliyyəti də artır. Bu baxımdan, nəqliyyatın, rabitənin, anbar təsərrüfatının və s. 

infrastruktur  sahələrin  inkişafı  emal  sənayesi  və  kənd  təsərrüfatı  sahələrinin 

inkişafının  müəyyən  edən  əsas  amillərdən  biridir.  Son  illərdə  ölkədə  infrastruktur 

sahələrin  inkişafı  istiqamətində  həyata  keçirilən  tədbirlər  qeyri-neft  sektorunun 

inkişafına  müsbət  təsir  göstərir.  Bu təsir  həm  belə  sahələrin xidmətlərinin  artması 

hesabına,  həm  də  qeyri-neft  sektorunun  digər  sahələrinin  inkişafı  hesabına  təmin 

olunur.  Kənd  təsərrüfatı  istehsalçılarının  kiçik  olması  onların  fərdi  anbarlar 

yaratması  imkanlarını  məhdudlaşdırır.  Həmçinin  kənd  təsərrüfatı  məhsulları  təbii 

şə

raitdə  tez  xarab  olduqlarından,  anbarların  olmaması  mövsüm  vaxtı  onların 



qiyməti  ucuz,  mövsümdən  sonra  isə  bahalaşmasına  səbəb  olurdu.  Bu  amil  nəzərə 

alınaraq  Sahibkarlığa  Kömək  Milli  Fondu  tərəfindən  güzəştli  kreditləri  hesabına 

son  iki  il  ərzində  tutumu  85  min  ton  olan  25  müasir  soyuducu  anbar  və  267  min 

tonluq  17  taxıl  anbarı  komplekslərinin  tikintisi  maliyyələşdirilib.  Anbar 

təsərrüfatının  inkişafı  il  ərzində  kənd  təsərrüfatı  məhsullarının  qiymətlərində  baş 

verən  dispersiyanın  (tərəddüdlərin)  azalmasına,  kəndli  təsərrüfatlarında  istehsalın 

səmərəliliyinə  müsbət  təsir  göstərəcəkdir.  Son  illərdə  kənd  təsərrüfatı  istehsalının 

səmərəliliyinə  təsir  göstərən  müsbət  amillərdən  biri  də  «Aqrarlizinq»  ASC-nin 

yaradılması  olmuşdur.  Kənd  təsərrüfatı  istehsalçılarına  xidmət  göstərən  belə  ix-

tisaslaşmış  qurumun  yaradılması  bu  sahənin  inkişafı  baxımından  mühüm  əhəmiy-




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə