32
Belə ki, təkcə 2013-cü ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmində
müəssisə və təşkilatların vəsaitləri 8012,1 mln. manat (ümumi vəsaitdə 44,8 faiz),
bank kreditləri 860,6 mln. manat (4,8 faiz), büdcə vəsaitləri 7829,2 mln. manat
(43,8 faiz), büdcədənkənar fondların vəsaitləri 558,7 mln. manat (3,2 faiz), əhalinin
şə
xsi vəsaitləri 469,1 mln. manat (2,6 faiz), sair vəsaitlər 142,4 mln. manat (0,8
faiz) təşkil etmişdir.
Beləliklə, neft sektorunun inkişafı milli iqtisadiyyatın sahə storukturunun
formalaşmasında mühüm rol oynamışdır.
29,1 31,4
31
30,1 31,3
44,1
53,8 56,1 55,4
45,1 48,1 49,6 44,7 41,6
64,8 60,7 60,9 62,2 61,5
48,4
40,7 37,3 37,9
47
45,2 44,5 49,1
52
0%
10%
20%
30%
40%
50%
60%
70%
80%
90%
100%
2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
neft-qaz sektoru
qeyri-neft sektoru
məhsula və idxala xalis vergilər
Şəkil 2.2. ÜDM-də neft və qeyri-neft sektorunun payı (yekuna görə faizlə
Şə
kil 2.2-dən göründüyü kimi, neft və qaz hasilatına iri həcmli investisiya
qoyuluşları bu sektorun ÜDM-də payının 2000-ci ildə 29,1 faizdən 2007-ci ildə
56,1 faizə qədər artmasına səbəb olmuşdur. Bu dövrdən sonra neft gəlirlərinin
qeyri-neft sektorunda xərclənməsi qeyri-neft sektorunun ÜDM-də payının artımı ilə
nəticələnmişdir. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2007-ci ildə 37,3
faizdən 2013-cü ildə 52 faizə qədər artmışdır. Qeyd etmək lazımdır ki, son illərdə
neft sektorunun ÜDM-də payının azalmasına neft hasilatının azalması ilə yanaşı,
enercidaşıyıcılarının qiyməti də təsir göstərmişdir.
33
Cədvəl 2.2
Milli iqtisadiyyatın struktur
(yekuna görə faizlə)
2010
2011
2012
2013
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
5,5
5,1
5,1
5,3
Mədənçıxarma sənayesi
45,6
48
43,2
40,1
Emal sənayesi
4,5
4
4,2
4,2
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı
1,6
1,7
2
1,9
Su təchizatı, tullantıların təmizlənməsi və emalı
0,1
0,1
0,1
0,1
Tikinti
8,1
8
10,1
11,8
Ticarət; nəqliyyat vasitələrinin təmiri
6,4
6,3
6,7
7,1
Nəqliyyat və anbar təsərrüfatı
5,6
5,1
4,9
4,8
Turistlərin yerləşdirilməsi və ictimai iaşə
1
1,4
1,6
1,8
nformasiya və rabitə
1,9
1,6
1,7
1,8
Maliyyə və sığorta fəaliyyəti
1,2
1,4
1,7
1,7
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
1,6
1,6
1,6
1,7
Peşə, elmi və texniki fəaliyyət
0,9
1,1
1,2
1,2
nzibati və yardımçı xidmətlərin göstərilməsi
0,5
0,5
0,6
0,6
Dövlət idarəetməsi və müdafiə; sosial təminat
2
2,2
2,5
2,7
Təhsil
3,4
3,1
3,1
3,2
Ə
haliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
1,6
1,4
1,7
1,8
stirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
0,7
0,7
0,8
0,8
Digər sahələrdə xidmətlərin göstərilməsi
0,9
0,8
1
1
Ümumi əlavə dəyər
93,2
94,1
93,8
93,6
Cədvəl məlumatlarından göründüyü kimi, milli iqtisadiyyatın strukturunda əsas
dəyişiliklərdən biri mədənçıxarma sənayesinin payının azalmasıdır. Belə ki, ümumi
daxili məhsulda mədənçıxarma sənayesinin payı 2010-ci ildə 45,6 faizdən 2013-cü
ildə 40,1 faizə qədər azalmışdır. Milli iqtisadiyyatın strukturunda qeyri-neft
sahələrinin payı artsa da, bu əsasən qeyri-ticari əmtəələr istehsal edən sahələrin
inkişafı hesabına baş vermişdir. Belə ki, 2013-cü ildə məhsulların ixracının 84,44
faizi xam neftin, 5,04 faizi neft məhsullarının, 2,93 faizi təbii qazın, bütövlükdə
92,41 faizi neft sektorunun payına düşmüşdür. 2010-cu ildə neft və qaz hasilatının
ümumi daxili məhsulda payı əhəmiyyətli dərəcədə azalsa da, ixracda payının
azalması buna müvafiq olmamışdır. Bu baxımdan, milli iqtisadiyyatın struktunun
formalaşmasına neft hasilatı ilə yanaşı daxili bazarın böyüməsi də əhəmiyyətli
dərəcədə təsir göstərmişdir. Belə ki, 2013-cü ildə daxili tələbin həcmi 2000-ci ilə
nisbətən nominal olaraq təqribən 12 dəfə, real olaraq isə təqribən 4,8 dəfə artmışdır.
34
Məhz daxili tələbin artımı bir sıra sahələrin inkişafını təmin etmişdir. Bu tələbin
artımında neft gəlirləri əhəmiyyətli rol oynamışdır. Belə ki, 2013-cü ildə dövlət
büdcəsinin xərcləri daxili tələbin təqribən 30 faizini təşkil etmişdir. Dövlət
büdcəsinin gəlirlərini isə 73 faizindən çoxu neft gəlirlri hesabına yaranmışdır.
Milli iqtisadiyyatın strukturuna təsir göstərən digər mühüm amil dövlət xərclə-
rinin artmı ilə əlaqədar olmuşdur. Cədvəl 2.2-nin məlumatlarından göründüyü kimi,
2013-cü ildə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsinin payı 2010-cu
ilə nisbətən təqribən 1,4 dəfə artmışdır.
Qeyd etmək lazımdır ki, sənaye sahələrini üç qrupda birləşdirmək olar. Birinci
qrupa əsasən yerli xammala əsaslanan və satış bazarı daxili bazarlar olan sahələr,
ikinci qrupa yerli xammala əsaslanan və satış bazarı yerli və xarici bazarlar olan
sahələr, üçüncü qrupa xarici xammala əsaslanan və satış bazarları yerli və xarici
bazarlar olan sənaye sahələri. Birinci qrupa elektrik enerjisi istehsalı, tikinti
materialları, bəzi yüngül və yeyinti məhsulları, ikinci qrupa yanacaq sənayesi,
yüngül və yeyinti sənayesinin bəzi sahələri, neft-kimya sahələri, üçüncü qrupa isə
maşınqayırma sənayesi məhsulları, yeyinti sənayesinin bəzi sahələri daxildir.
Sənayenin strukturunun təhlili göstərir ki, son illərdə sənayenin inkişafı əsasən
daxili bazara istiqamətlənmiş və yerli xammallara əsaslanan istehsallar hesabına baş
vermişdir. Xarici xammala əsaslanan və satış bazarları əsasən xarici bazarlar olan
müəssisələrin ya öz fəaliyyətlərini dayandırmış, ya da istehsal gücünün çox cüzi
hissəsindən istifadə edirlər.
Milli iqtisadiyyatın strukturunda emal sənayesinin payı kiçik olaraq qalır. Belə
ki, ölkədə yaradılmış əlavə dəyərdə emal sənayesinin payı 2000-ci ildə 5,6 faizdən
2010-cu ildə 5,1 faizə, 2011-ci ildə 4,5 faizə, 2013-ci ildə isə 4,2 faizə qədər azal-
mışdır. Belə azalma neft emalı sahəsini çıxmaqla digər emal sənayesi sahələri üzrə
daha böyük olmuşdur. Neft ayırma sahəsini çıxmaqla emal sənayesinin ÜDM-də
payı 2000-ci ildə 3,9 faizdən 2011-ci ildə 2,4 faizə qədər azalmışdır. Emal sənayesi-
nin strukturunun təhlili göstəriər ki, ölkədə əsasən daxili tələbin ödənilməsinə
istiqamətlənmiş sahələrin payı artmışdır. Bu sahələr qida məhsulları, tikinti
materialları və neft emalı məhsulları istehsalıdır. Son illərdə qeyri-neft ÜDM-nin
Dostları ilə paylaş: |