Microsoft Word cahangir qahramanov



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix13.12.2017
ölçüsü0,51 Mb.
#15390
1   2   3   4   5   6   7   8   9   ...   18

 

6

şurasının  üzvü;  sabiq  SSRĐ  Elmlər  Akademiyasının  “Памятники  письменности  Вос-



тока”  seriyasından  nəşrlərinin,  “Cоветская  тюркология”  jurnalı,  “Ədəbiyyat  və 

incəsənət” qəzeti, “Архивы Aзербайджана” jurnalı və Azərbaycan Elmlər Akademiyası 

Đctimai Elmlər üzrə Elmi Đnformasiya Mərkəzinin referativ xarici ədəbiyyat məcmuəsi  filo-

logiya və incəsənət seriyasının redaksiya heyətlərinin üzvü; Azərbaycan Elmlər Akade-

miyası  Əlyazmalar  Đnstitutu  kataloqlarının,“Əlyazmalar  xəzinəsində”  elmi  əsərlər 

toplusunun və “Keçmişimizdən gələn səslər” bülleteninin baş redaktoru       

                         

1977-ci il             

–   Bakıda keçirilən “Şərq xalqlarının arxeoloji abidələrinin 

elmi təsviri prinsipləri” mövzusunda Ümumittifaq elmi müşavirəsində məruzə etmişdir. 

 

1978-ci il               



–   Đsveçdə,  Upsala  Universitetində  elmi  ezamiyyətdə  ol-

muşdur.   

                       

                             

– Amerika Birləşmiş Ştatlarında elmi ezamiyyətdə olarkən  

Miçiqan ştatı Detroyt şəhərinin bələdiyyə idarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.         

 

1979-cu il            



–   Nizami Komissiyasının katibi           

 

1980-cı il             



–  Gəncə şəhərində “Nizami günləri”ndə iştirak etmişdir. 

 

1981-ci il         



–   Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 

Fərmanı ilə təltif edilmişdir. 

 

1982-ci il  



–  

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin 

Fərmanı ilə Azərbaycanın Əməkdar elm xadimi adı verilmişdir.  

 

                                            –  



“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.  

 

1983-cü il     



–  Bakıda  keçirilən  “Şərq  xalqlarının  arxeoloji  abidələrinin 

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



 

7

elmi təsviri prinsipləri” mövzusunda II Ümumittifaq elmi müşavirəsində məruzə etmişdir. 



 

1985-ci il             

–  Fransada,  Parisdə  YUNESKO-nun  binasında  keçirilən 

Azərbaycan əlyazmaları sərgisində iştirak etmişdir.  

 

1987-ci il       



–   Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin 

Fərmanı ilə “Əmək veteranı” medalı ilə təltif edilmişdir. 

 

1987-1995-ci illər 



–  Azərbaycan  Elmlər  Akademiyası  Əlyazmalar  Đnstitutu-

nun təşkil etdiyi beş müxtəlif elmi-nəzəri konfransının təşkilat qrupunun sədri və iştirakçı-

sı  

 

1990-cı il  



–  Azərbaycan əlifbası komitəsinin üzvü  

 

 



–  Đranda,Təbriz  və  Qum  şəhərlərində  Firdovsinin  1000 

illiyi münasibəti ilə keçirilən konqreslərdə iştirak etmişdir.    

 

                            



–  Türkiyədə,  Kayseri  şəhərində  Xoca  Əhməd  Yəsəvinin  

900 illik yubiley tədbirlərində məruzə ilə çıxış etmişdir. 

                                          

 

 



                                             

1991-ci il              

–  Moskvada və Sankt-Peterburqda Nizaminin 850 illiyinə 

həsr olunmuş tədbirlərdə iştirak etmişdir. 

 

1993-cü il            



–  Türkiyənin  Erciyəz  Universitetində  Azərbaycan  De-

mokratik  Respublikasının  75  illiyi  münasibəti  ilə  keçirilən  millətlərarası  simpoziumda 

iştirak etmişdir. 

 

1994-cü il            



–  Türkiyənin “Vəqf” Elmi Araşdırmalar Mərkəzinin dəvəti 

ilə  “Đslam  və  təbabət”  və  “Đslam  mədəniyyəti  abidələri”  mövzularında  iki  konfransda 

məruzələrlə çıxış etmişdır.    

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



 

8

 



1995-ci il iyunun 29-da Bakı şəhərində vəfat etmişdir. 

CAHANGIR VAHID OĞLU QƏHRƏMANOV 

 

Azərbaycan  mətnşünaslıq  elminin  yeni  dövrdə  inkişaf  etdirilməsində,  klassiklərin  və 



adı-sorağı  tarixin  orta  çağlarında  dolaşıb  qalmış,  əsrin  ideologiya  sınağından  keçə  bıl-

məmiş bir sıra tarixi-mədəni şəxsiyyətlərin yazılı irsinin müasir nəsillərə çatdırılmasında 

mühüm  xidmətləri  olmuş  görkəmli  alimlərimizdən  biri  də  Azərbaycanın  Əməkdar  elm 

xadimi, filologiya elmləri doktoru, professor Cahangir Vahid oğlu Qəhrəmanovdur. 

Azərbaycanın  ilk  hüquqşünas  professorunun  ziyalı  ailəsində  dünyaya  göz  açmış 

Cahangir  Qəhrəmanov  hələ uşaqlıq  və  yeniyetməlik  dövründə  ana vətənin  hər  qarışını 

gəzmış,  öz  xalqının  həyat  tərzi  ilə  yaxından  tanış  olmuş,  öz  elinə  və  xalqına  vurğun 

olmuş  və  bu  məftunluq  onun  dünya  görüşlərinin  milli  zəmində  formalaşmasında, 

gələcəyinin müəyyənləşməsində mühüm rol oynamışdır. 

Təsadüfı deyil ki,  çox-çox sonralar Azərbaycan xalqının milli oyanışı başlananda pro-

fessor C.V.Qəhrəmanov  milli ruhun dirçəlişində rəhbərlik etdiyi Əlyazmalar Đnstitutunun 

da özünəməxsus rol oynadığından ağızdolusu, iftixarla  danışmağı sevərdi.    

Ali  təhsilini  başa  vurandan  sonra,  1951-ci  ildə  M.V.Lomonosov    adına  Moskva  

Dövlət Universitetinin aspiranturasına daxil olan gənc Cahangir Qəhrəmanov hələ “Azər-

baycan ədəbi dilində fəlsəfə terminləri” mövzusunda namizədlik dissertasiyası üzərində 

işləyərkən  yazılı  irsimizə,  dil  tariximizə  böyük  maraq  göstərmiş,  Azərbaycan  dilinin  fəl-

səfə terminlərinin təşəkkül tarixinin orta əsrlərdən süzülüb gəldiyini açıqlamış, tədqiqatını 

tarixi-linqvistik aspektdə aparmışdır. Bu elə illər idi ki, purizmin fəaliyyətinin səngiməsi ilə 

dilimizdəki  ərəb  və  fars    terminləri  qatından  imtina  edilmişdi,  yaranan  boşluq  isə  rus 

dilindən  alınmalarla  doldurulmaqla,  ruslaşdırma  siyasəti  daha  incəliklə,  əlaltdan 

yeridilməkdə idi. Azərbaycanlı müəlliflər tərəfindən yüzillər  ərzində fəlsəfəyə aid saysız-

hesabsız  traktatların yazılması, fəlsəfə terminlərinin orta əsrlər poeziyasına yol tapması 

isə bu elmin dilinin milli və milliləşmiş özüllərlə qurulmasına imkan verirdi. Bundan istifa-

də  etmək,  öz  milli,  yaxud  çoxdan  milliləşmiş  leksik  vahidlərimizi  müasir  dilimizin  termi-

noloji  sisteminə  gətirib,  onlardan  bu  sistemin  şüurlu  və  daha  mükəmməl  qurulmasında 

Created by Neevia Personal Converter trial version

 http://www.neevia.com



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə