59
ticarətnən məşğuluq. Məqsədimiz nə ticarətdi, nə də başqa bir şey.
Mən özüm də Ədil şahın vəziriyəm, Cahangiri tək buraxmamışam.
İndi özün bil, bir qızdı, verərsən ədalət elərsən, verməzsən zülüm.
Lələnin bu sözünnən sonra İzzət bəy dedi:
- O ki belə oldu, onda atamın da əvəzinnən irazılıx verirəm.
Ancax bir şərtim var ki, gərək yaza kimi gözdüyəsiniz. Qızın toy
tədarükünü görmək, cehizini, mehri-müsəmmasını hazırramax
vaxt tələb eliyir. Yaza kimi dözməlisiniz, bu günnənsə hamıya
məlum olsun ki, Mələksuma Cahangir bəyin nişanlısı sayılır.
Balaca bir məclis qurdular, araya şirinlik gətirdilər. Mələksu-
manı Cahangir bəyə ad eliyif hər kəs öz öyünə dağıldı.
Aradan bir neçə vaxt keçdi. İzzət bəyin fikrinə qara-qura
fikirlər gəldi. Öz-özünə dedi: “Ay zalım, bəlkə bu Lələ məni alda-
dıf qızı Cahangirə almağ istiyir. Bəlkə bu heç şah oğlu döylü. Şah
oğlu olsa gəlif mənim şəhərimdə bəzirgannığ eliyərdimi?”
Bu fikir başınnan açılmadı ki, açılmadı. Axırda belə qərara
gəldi ki, bir qasidnən Yəmən şahına bir məktub göndərsin ki,
gecənin bir aləmi gəlif Mələksumanı oğurratsın. İzzət bəy belə
fikirləşdi ki, Yəmən şahının qohumu olsam, əvvəlki düşmançı-
lığımız da aradan qalxar.
Bəli
ə
60
mın otağına girif ona bihuşdarı verif aradan çıxartdılar, üz qoy-
dular Yəmən şəhərinə.
Həmən gejə məsələ Cahangirə yuxuda əyan oldu. Yuxudan
hövləng duruf Lələsinə görək nə dedi, sizi də xoşbəxt olun:
Yatmış idim xabi-qəflət içində,
Yetişdi guşuma sədalar indi.
Gör necə kül oldu aslan başına,
Alıbdı meydanım gədalar indi.
Lələ, dərdim əllidimi, yüzdümü,
Pərişan görmüşəm ala gözlümü.
Bir büllur buxaxlı, gülər üzlümü
Məgər mən ölümşəm, yad alar indi?!
Cahangirəm, çağıraram bir ağa,
Mələksuma deyə düşdüm sorağa.
Lələ, vallah, Əslim getdi uzağa,
Kərəm kimi canım od olar indi.
Lələ dedi:
- Ay oğul, sənə nə oluf, o kişi bizə yaza kimi söz verif
həmən vaxta da az qalıf. Bu nə fikirdi ağlına gəlif?
Cahangir dedi:
– Lələ, mən nə deyirəm, yaxşı bilirəm. Məlksumanın başın-
da bir iş var. Tez dur şəhərə çıx, gör camahat nə danışır?
Lələ şəhəri çıxıf dolaşdı. Öyrəndi ki, bəs deməzsənmi, bu
gejə Yəmən şahının adamları saraya basqın eliyif Mələksuma
xanımı qaçırdıf aparıfdı.
Lələ başı yaloylu
1
Cahangirin yanına döndü, məsələdən onu da
agah elədi. Dedi, oğlum, vayğan
2
əyan oldu, gördüyün yuxu düzüy-
müş. Mələksuma xanımı Heydər bəyin adamları gejə gəlif qaçırdıflar.
Cahangir bəy dedi:
1
Yaloy – alov
2
vağya – yuxu
61
– Lələ, tez ol mənə bir yaxşı at tap mən söydüyümü darda
qoya bilmərəm.
Əlqərəz, Lələ gedif bir yəhərri, yüyənni gözəl bir at alıf
gətirdi. Cahangir bəy altdan güyinif üstdən qıfıllanıf ata suvar
oldu. Lələsiynən Heydər bəyin adamlarının dalıncan çapdı.
Cahangir bəy yol getməkdə olsun, sizə Mələksuma xanım-
nan xəbər verək. Mələksuma xanım xeyli yol gələnnən sonra
bihuşdarının təsiri gedif yuxudan ayılmışdı. Kəcavə gözəl bir
mənzərəli yerdə əyləşmişdi. Mələksuma işdən halı oldu. Əmbə
onu da deyək ki, İzzət bəy bacısının yanına kənizdərinnən iki
nəfərini də qoşmuşdu. Mələksuma Heydər bəyə xəbər göndərdi
ki, ürəyim yaman darıxır, icazə ver bu həndəvərdə qızdarnan bir
qədər dolaşım. Heydər bəy icazə verdi. Mələksuma qızdarnan
çadırın yanınnan ayrılanda onda gördü ki, ağacdarın başında bir
neçə göyərçin ötüşür. Bu quşdarı görəndə Mələksuma xanımın
ürəyi tüğyan elədi. Götürdü bu quşdarınan qaynatasına, həm də
Cahangirə görək necə bir namə yazıf göndərdi:
Üz-üzə, dil-dilə ötən murğular,
Gəlin özünüzü mana yetirin.
Göz yaşımnan yazdım ərzi-halımı,
Misirdəki qaynatama yetirin.
Alışdı ürəyin közü qırmızı,
Qələm qana döndü yazı qırmızı.
Ağam Əli kimi gözü qırmızı,
Şahı Mərdan ol İmama yetirin.
Xəbər alsaz adım Mələksumadı,
Gündüzdərim ay qarannıx gejədi.
Ərzi-halım bir şikayət namədi,
Günortaya, ya axşama yetirin.
Bəli, əzizdərim, deyəllər göyərçinnər bu naməni götürüf Misir
şəhərinə uçdular. Şəhərə çatıf məktubu Ədil şahın həyətinə atdılar.
62
Quşdan düşən naməni qarabaşdardan biri götürüf Ədil şaha
çatdırdı. Ədil şah namənin məzmunuynan tanış oluf başa düşdü
ki, Cahangirin başında qarannıx var. Odur ki, taxtı-tacı inandığı
adamlardan birinə tapşırıf, bir qədər də qoşun götürüf Hindis-
tana yola düşdü.
Sizə deyək Cahangir bəydən. Cahangir bəy az getdi, çox
getdi. Çapa-çapa gəlif özünü yetirdi Heydər xanın qoşununa.
O vaxtı yetişdi ki, qoşun tamam tərkisilah olub, kef məc-
lisinə əyləşmişdi. Bu məqamda Cahangir bəy atını bir qədər
aralıda saxlayıf bu kef məclisindəkilərə görək nə dedi:
Yəmənin sultanı, hindistan xanı,
Sizdən ötrü namus olsun, ar olsun.
İnsafdan uzaxsız, insaf eləyin,
Mən bir qərib, ölkənizdə xar olsun.
Cavannarı qan içində üzdürrəm,
Çox başları nizələrə düzdürrəm.
Cümlənizi əsir edib gəzdirrəm,
Görən desin bu əllərin var olsun.
Cahangir əl çəkməz, heç olmaz qara,
Doğrayıb tökərəm mən para-para.
Yəmənin şəhrini sallam hasara,
Bu gen dünya sizin üçün dar olsun.
Cahangir bəy sözünü tamam eliyif tərkisilah qoşuna hücum
elədi. Birinci Heydər xanın başını bədəninnən üzdü. Heydər xa-
nın qoşunu Heydər xanın öldüyümü görüf Cahangir bəyə tabe
oldular. Cahangir bəy Mələksuma xanımnan görüşdü, hal-əhval
elədu. Kəcavə yola düzəldi, Cahangir bəy Heydər xanın qoşu-
nunu da qabağına qatıf Hindistana üz tutdu.
Az gəldilər, çox gəldilər, bir müddətdən sonra gəlif bir dörd
yol ayrıcına çatdılar. Cahangir bəy baxıb gördü ki, uzaxdan bun-
nara tərəf bir qoşun gəlir. Bir qədər gözdüyənnən sonra qoşun gəlif
yaxınlaşdı. Cahangir qoşunun qabağında gələn atası Ədil şahı
Dostları ilə paylaş: |