1
«Beynəlxalq münasibətlər tarixi» fənni üzrə imtahan suallarının
cavabları
1.Assuriya dövlə tinin beynə lxalq siyasə ti. Aşş urbanipalın diplomatiyası.
II minilliyin ortalalarında Assuriya dövlətinin nüfuzu və rolu güclənməyə başlayır.
Tədricən e.ə. XIV əsrdən başlayaraq Assuriya inkişaf etməyə başlayaraq Qədim
Şə
rqin güclü dövlətinə çevrilir. Assuriya siyasətinin əsasını məhsuldar əraziləri ələ
keçirmək, mühüm ticarət yolları üzərində nəzarət əldə etmək təşkil edirdi. Cografi
mövqeyi daima qonşularla toqquşmalara səbəb olur, fasiləsiz müharibələrə aparıb
çıxarırdı. Assuriya hökmdarlarının təcavüzkarlıq si-yasəti Yaxın Şərq dövlətləri
arasında güclü narahatçılıga səbəb olur və ümumi təhlükə qarşısında qarşılıqlı
ə
davəti unutdururdu.
I Adadnirari (e.ə. 1307-1275) işğalçılıq müharibələrini genişləndirdi. lk
növbədə o, Bablistan və e.ə. XVI əsrdə Assuriyadan qərbdə meydana gəlmiş
Mitani dövlətinə qarşı yürüşlər təşkil etdi. O, xeyli qənimət ələ keçirsə də, şimal-
şə
rq bölgələrində möhkəmlənə bilmədi. Lakin I Tiqlatpalasar(e.ə. 1115-1077)
hakimiyyətə gəldikdən sonra Assuriya yenidən siyasi yüksəliş mərhələsinə qədəm
qoydu. Bu zaman Ön Asiyada siyasi vəziyyət kökündən dəyişmişdi. Misir Şərqi
Aralıq dənizi mülklərini əlində saxlamaq iqtidarında deyildi. Het dövləti artıq
məhv olmuşdu. Assuriyanın yeganə hegemon dövlət olması imkanı yaranmışdı. I
Tiqlatpalasar qərb səfəri zamanı Aralıq dənizi sahilinə çatdı. Burada Finikiyanın
ticarət şəhərləri, o, cümlədən Bibl və Sidon Assur hökmdarına xərac verdilər. I
Tiqlatpalasarın vəfatından sonar Assuriya yeni tənəzzül dövrünə qədəm qoydu,
qərbdən gələn arami tayfalarının axınına məruz qaldı. Assuriya əvvəlki qüdrətini
itirdi və təxminən iki əsr özünə gələ bilmədi.
III Tiqlatpalasarın(e.ə.744-727) daxili və xarici siyasəti, gördüyü tədbirlər
Assuriyanı böhran vəziyyətindən çıxartdı və yeni yüksəlişini təmin etdi. O, hərbi
və inzibati islahatlar həyata keçirdi. E.ə. 743-cü ildən başlayaraq Assuriya Şimali
Suriyada yaranmış hərbi ittifaqa qarşı müharibələrə başladı və bu ittifaqı dağıtdı.
2
Babili Assuriyaya tabe etdi. Assuriya artıq Ön Asiyanın ən qüdrətli dövlətinə çev-
rilmişdi. II Sarqon Urartu və Manna ilə toqquşmalı oldu. E.ə. 715-713-cü illər
ə
rzində o bu ərazilərə hərbi yürüşlər təşkil etdi. Urartunu məglub edərək işgal
olunmuş Manna torpaqlarını geri qaytardı, çünki Mannada assurmeyilli siyasət
güclü idi.
Assuriya diplomatiyasının son qüdrətli hökmdarı Aşşurbanipal(e.ə.669-
626) olmuşdur. Onun bütün hakimiyyəti tez-tez anti-assur koalisiyaları ilə ağır
müharibələr aparmaqla keçmişdir. Assuriya qonşu ölkələrdə hərbi vahimə yaradan,
sanki məğlubedilməz bir dövlətə çevrilmişdi. Buna baxmayaraq işğal olunmuş
ölkələr sakit qalmırdılar. Aşşurbanipal bütün istiqamətlərdə müharibələr aparmaq
məcburiyyətində qalırdı. Misir tez-tez üsyan qaldırırdı. E.ə. 661-ci ildə Aşşur-
banipal Misirə sonuncu hərbi yürüş təşkil etdi. O, Fiv şəhərinə kimi gəlib çatdı.
Misirlilər güclü müqavimət göstərə bilmədilər. O, Misirdə hakimiyyətə öz adamını
təyin etdi. Babilistan Assuriyaya qarşı gizli ittifaq yaratmışdı. Bu ittifaqa Elam da
daxil idi. E.ə. 648-ci ildə Aşşurbanipal Bablistana yürüş təşkil etdi. Uzun sürən
mühasirədən sonra o, Babil şəhərini tutdu. Babilistanı işğal etdikdən sonra o,
Elamın kiçayarası hadisələrinə müdaxiləsinin qarşısını almaq üçün oraya bir neçə
hərbi yürüş təşkil etdi. Elamın daxilində hakimiyyət uğrunda gedən mübarizə
assurların təcavüzünə müqavimət yaratmaq imkanı vermədi. Nəhayət, e.ə.639-cu
ildə Aşşurbanipal Elamın paytaxtı Suz şəhərini tutdu və dağıtdı. Bu zərbədən Elam
bir daha özünə gələ bilmədi.
Hələ Misir yürüşündən sonra Aşşurbanipal Manna ilə hərbi münaqişəyə
girmişdi. E.ə. 660-cı ildə assurlar Manna sərhədlərində Ahşerinin ordusu ilə
döyüşə girdilər. Manna hökmdarı Ahşeri məğlub oldu və geriyə çəkildi. Mannalılar
bu məğlubiyyəti hökmdara bağışlamadılar və onu öldürdülər. Manna Assuriyanın
təsir dairəsinə düşdü, lakin hakimiyyətini saxladı. Bundan sonra Manna Assu-
riyanın yenidən müttəfiqinə çevrildi.
Aşşurbanipalın uğurlu müharibələrinə baxmayaraq Assuriya dövləti daxi-
lən zəifləyirdi. Aşşurbanipalın vəfatından sonra Assuriyanın rəqibləri birləşdi. lk
növbədə e.ə. 626-cı ildə Nabupalasar Babilistanı müstəqil dövlət elan etdi. O,
3
Midiya hökmdarı Kiaksarla ittifaqa girdi. E.ə. 615-ci ildə müttəfiqlər Assuriyaya
daxil oldular. E.ə.612-ci ildə isə dövlətin paytaxtı Nineviya şəhəri müttəfiqlərin
ə
linə keçdi. E.ə. 605-ci ildə Karxemiş şəhəri yaxınlığında Assuriya ordusu ilə
müttəfiqlər arasında döyüş başladı. Assurlar və onlara köməyə gəlmiş misirlilər
məğlubiyyətə uğradılar. Qonşu xalqlara vahimə yaradan Assuriya dövləti məhv
oldu. Onun ərazisi Babilistan ilə Midiya arasında bölüşdürüldü.
2.Qədim yunan diplomatiyası.
Tarixi inkişaf boyunca Qədim Yunanıstan bir-birini əvəz edən bir sıra
ictimai sistemlərdən keçmişdir. Yunanıstan tarixinin antik dövründə e.ə. XII əsrdən
başlayaraq quldarlıq dövləti təşəkkül tapır. Klassik dövr Yunanıstanı üçün siyasi
təşkilin şəhər dövlət, yəni polislər adlanan tipi xarakterik idi. Bu müstəqil qruplar
arasında beynəlxalq əlaqələrin müxtəlif formaları meydana gəlmişdi. Qədim
Yunanıstanda icmalar və şəhər dövlətlər arasındakı münaqişələri nizama salmaq
üçün xüsusi müvəkkillər, yaxud səfirlər göndərirdilər. Səfirlər Xalq məclisində 50
yaşından yuxarı olan vətəndaşlar arasından seçilirdilər. “Ağsaqqal” termini
buradan yaranmışdır. Adətən, səfirlər böyük hörmətə malik olan varlı, təmkinli,
ağıllı vətəndaşlar, habelə natiqlər içərisindən seçilirdilər. Çox hallarda səfir
tapşırıqları şəhərlərin ali rütbəli şəxslərinə verilirdi. Bəzi diplomatik tapşırıqları
xüsusi adamlar, yaxud əvvəllər seçkili vəzifədə işləmiş və nüfuzunu qoruyub
saxlaya bilmiş şəxslər yerinə yetirirdilər. Səfirlik üzvlərinin sayı şəraitdən asılı
olaraq müəyyən edilirdi. Səfirliyin bütün üzvləri bərabər hüquqa malik idilər.
Səfirliyi yola salarkən onlara zəmanət məktubu verilirdi. Səfirliyin qarşısında
qoyulmuş məqsəd haqqında səfirə təqdim olunmuş təlimatda göstərilirdi. Təlimat
səfirlik üçün rəhbərlik rolunu oynayırdı, lakin tələb olunduğu hallarda onlar sərbəst
fəaliyyət göstərmək hüququna malik idilər. Öz ölkələrinə qayıdan səfirlər
fəaliyyətlərinin nəticələri barədə Xalq yığıncağında məruzə edirdilər. Fəaliyyət-
lərindən razı qaldıqda onlara hədiyyələr verilirdi. Yunanıstan diplomatiyası və
beynəlxalq hüququ dərin tarixi koklərə malikdir. Beynəlxalq əlaqələrin ilkin
rüşeymləri dövlətlərarasi sazişlər formasında özünü göstərirdi. Antik dövlətlərdə, o
Dostları ilə paylaş: |