40
1. Müqəddəs Roma imperiyasının buraxılması haqqında dekret. Bu sənədə görə,
962-ci ildə yaranmış və tarixi ədəbiyyatlarda I Reyx adı ilə daxil olan imperiyaya
son qoyuldu. Napoleon eyni zamanda özünü həmin imperiyanın varisi kimi apa-
raraq, bir sıra öhdəliklər götürdü. O, xüsusilə, parcalanmış alman knyazlıqları ilə
bağlı idi.
2. Taleyranın məsləhəti ilə hazırlanmış Kontinental blokada haqqında dekret.
Dekretə görə, Avropa kontinentindəki müstəqil və yarımmüstəqil dövlətlərin
hamısı ngiltərə ilə siyasi, iqtisadi və ticarət əlaqələrini kəsirdilər. ngiltərə mal-
larının əsas alıcısı Avropa dövlətləri idi. ngilis mahudu və kanatı Avropa döv-
lətlərinin hamısının hərbi bazasına daxil idi. Buna görə də Avropada qaçaqmalçılıq
heç zaman 1806-09-cu illər səviyyəsində olmamışdır. Kontinental blokada nəinki
ngiltərəni zəiflətdi, hətta ingilis mallarına görünməmiş qiymət gətirdi. Eyni
zamanda bu siyasət rus tacirlərinə olduqca ağır zərbə vurdu.
2. Fransa-Rusiya müharibəsi və böyük dövlətlərin mövqeyi.
1812-ci ilin iyunun 24-də Fransa Rusiyaya hücum etdi. Napoleon rus
qoşunlarını sərhəddə mühasirəyə alıb məhv edə bilmədi. Smolensk döyüşündən
sonra Fransa ilk dəfə danışıqlara cəhd etdi. Lakin Rusiya bu təklifə Borodino
döyüşü və partizan hərəkatı ilə cavab verdi. Napoleonun planının əksinə olaraq
Rusiya qoşunu böyük döyüşə girməyib ölkənin içərilərinə geri çəkildi. 7 sentyabr
1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə hər iki tərəf xeyli itki verdi. Bu
döyüş “ Böyük Fransa ordusunun “ məğlubedilməzliyi haqqında əfsanəyə son
qoydu. Sentyabrın 14-də Fransa ordusu Moskvaya daxil oldu, lakin o burada özünü
mühasirəyə alınmış vəziyyətdə hiss edirdi. Napoleon Moskvada olarkən 3 dəfə I
Aleksandra Rusiya üçün əlverişli şərtlərlə danışıqlara başlamağı təklif etsə də I
Aleksandr bu təkliflərə cavab vermədi. Fransız ordusu geri çəkilərkən də kazak-
ların hücumuna məruz qalaraq xeyli itki verdi. 1813-cü ilin iyun ayından Avs-
triyanın vasitəçiliyi ilə sülh danışıqları başladı. Prussiya və Rusiya Napoleona
aşağıdakı şərtləri təklif etdilər:
Napoleon Varşava hersoqluğundan imtina etməli, Dansinqi Prussiyaya qay-
tarmalı,1809-cu ildə Avstriyadan aldığı lliriyanı qaytarmalı, Hamburq və Lyu-
41
bekdən qoşunlarını çıxarmalıdır. yunun 26-da Metternix elçi qismində Napoleonla
görüşüb şərtləri ona bildirdi. Hiddətlənən Napoleon bütün şərtləri rədd etdi. Napo-
leonun şərtləri qəbul etməyəcəyi təqdirdə Avstriya onu müharibə ilə hədələdi.
Lakin bunlar əbəs yerə söylənilən sözlər idi. Napoleon öz niyyətlərindən əl çəkmək
fikrində deyildi. Praqada başlanan danışıqlardan heç bir nəticə hasil olmadı və
Avstriya 10 avqust 1813-cü ildə Fransaya müharibə elan etdi. 1813-cu ilin oktyab-
rında Leypsiq altında “ xalqlar döyüsü “ adını almış döyüşdə Napoleon məğlub
olaraq Reynin arxasına və Parisə qaçdı. Müharibənin son məqsədlərinə dair müt-
təfiqlər arasında birlik yox idi. Rusiya və Prussiya Fransada Bonapartları haki-
miyyətdən salmaq istəyirdilər. ngiltərə Fransada Burbonların hakimiyyətə qayıt-
masını təklif edirdi. ngiltərə və Avstriya Parisi tutmağa tələsmirdilər. Rusiyanın
nüfuzunun artması onları narahat edirdi. Napoleon yenə inqlabdan əvvəlki sər-
hədlərə qayıtmaq şərti ilə müttəfiqlərin danışıqlara başlamaq təklifini qəbul etmədi.
1 mart 1814-cü ildə ngiltərə, Avs-triya, Rusiya və Prussiya Şomon müqaviləsini
imzaladılar. Bu dövlətlər tam qələbəyə qədər Fransa ilə gizli müqavilə
bağlamamalı idilər. 1814-cü ilin martında müttəfiq qoşunları Parisə daxil oldu.
1814-cü ilin aprelində Napoleon oğlunun xeyrinə taxtdan əl çəkdi, onu Elba
adasına göndərdilər. XVI Lüdovikin qardaşı qraf Dartua Parisə gəldi və barışıq
haqqında konvensiya imzaladı. O, XVIII Lüdovik adı ilə Fransanın kralı oldu. 30
may 1814-cü ildə Parisdə sülh müqaviləsi imzalandı. Fransa 1792-ci il sərhədlərinə
qaytarılmalı idi. Vyanada beynəlxalq konqres çağırılması qərara alındı. Fransa nü-
mayəndəsi də orada iştirak etməli idi. nqilab nəticəsində devrilmiş Burbonların
hakimiyyətinin bərpa edilməsi əhalinin narazılığını artırdı. Napoleon bu şəraitdən
istifadə etdi. Napoleon onu da bilirdi ki,Vyana konqresində danışıqlar çox çətin
gedir. 1815-ci ilin martın 1-də Napoleon min qvardiyaçı ilə ölkənin cənubuna çıxdı
və Parisə doğru irəliləməyə başladı. Yol boyu hərbi hissələr Napoleonun tərəfinə
keçirdi, əhali də onu yaxşı qarşılayırdı. Martın 20-də Napoleon Parisə daxil oldu və
imperiya bərpa olundu. Lakin ngiltərənin, Rusiyanın, Prussiyanın və Avstriyanın
birgə qüvvələri qarşısında Napoleon davam gətirə bilmədi. Fransaya qarşı sonuncu,
yəni VII koalisiya formalaşdı. 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə Napo-
42
leonun ordusu məglub edildi. Napoleon ngiltərənin əsiri kimi Müqəddəs Yelena
adasına göndərildi.
22
. Vyana konqresi və beynə lxalq nə ticə lə ri.
Napoleon imperiyası darmadağın edildikdən sonra Avropa dövlətləri
arasında qüvvələr nisbəti əsaslı şəkildə dəyişildi. Fransız imperiyasının xarabaları
üzərində gedən bölüşdürmə prosesi Avropada beynəlxalq münasibətlərin yenidən
qurulması ilə başa çatdı. Qalib dövətlərin yaratdığı yeni sistem tarixə “ Vyana
sistemi “ adı ilə daxil olmuşdur. Bu sistemi yaratmaqla qalib dövlətlər Avropa
ölkələrinin yeni sərhədlərini müəyyənləşdirmək, qüvvələr nisbətinin yeni balansını
yaratmaq, təqribən 25 ilə yaxın dövr ərzində baş vermiş dəyişiklikləri qanu-
niləşdirmək kimi məqsədləri reallaşdırmaq istəyirdilər. Qalib dövlətlər “Vyana
sistemi “ni yaratmaqla qarşılarına 3 başlıca vəzifə qoymuşdular:
1. Fransanı inqilabaqədərki sərhədlərə qaytarmaq, Fransa taxt-tacında legitim
Burbonlar sülaləsinin hakimiyyətini bərqərar etmək, Fransada yeni inqilabların və
bonopartçı rejim-lərin hakimiyyətə gəlməsinin qarşısını alan təminat sistemi
yaratmaq;
2. Avropada böyük dövlətlərin mənafelərinə cavab verən , bununla da qüvvələr
nisbəti-nin yeni düzümünü tarazlayan ərazi bölgüsünü həyata keçirmək, Avropa
siyasətinin yeni qaydalarını müəyyənləşdirmək.
3. Avropanı yeni sosial sarsıntılardan, münaqişə və inqilablardan qorunmaq üçün
lazım olan bütün siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirmək.
Vyana sisteminin əsas başlıca vəzifəsi monarxiyaların Yeni Avropa düzə-
nində yerini müəyyənləşdirməkdən ibarət idi. Burada post Napoleon Avropasının
taleyi həll olunurdu. Vyana sistemi onlarla müqavilə, saziş və s. diplomatik sənəd-
lərdən ibarət olub, müəyyən məsələlərdə 1814-cü ilin mayından və 1818-ci ilin
noyabrınadək yaradılmışdır. Həmin müqavilə və sazişlər 4 beynəlxalq görüş nəti-
cəsində təsdiq olunmuşdu:
1.Paris sülhü (1814, may); 2. Vyana konqresi (sentyabr 1814 – iyun 1815);
3.Paris sülhü (iyul–noyabr, 1815); 4.Axen konqresi (sentyabr –noyabr,1818).
Dostları ilə paylaş: |