BABƏK SAHƏSİNDƏ KƏSİLİŞİN ÜST HİSSƏSİNDƏ ANOMAL
SAHƏLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
V.N. Hüseynov, E.H. Həsənov
Azərbaycan, SOCAR Geofizika və geologiya İdarəsi
Babək strukturunun dəniz dibində mürəkkəb əlverişsiz anomal zonaların
mövcudluğu və qaz çıxışların geniş yayıldığından, kəsilişin üst hissəsinin mühəndisi-
geoloji şəraitini geofiziki və geoloji üsullarla öyrənmək zərurəti böyük əhəmiyyət
kəsb edir.
Babək sahəsində kəsilişin üst hissəsini təşkil edən əlverişli süxurların fiziki-
mexaniki xüsusiyyətlərinin öyrənilməsi, qaz çıxışlarının yayılma arealarını,
mürəkkəb seysmik zonaların rayonlaşdırılması, dərinlik qırılmaların aşkar olunması,
sahənin mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsi, hidrotexniki qurğuların
tikilməsi üçün əlverişli sahələrin seçilməsi məqsədilə yerinə yetirilir.
Mühəndisi-geolioji baxımdan dənizdə əlverişsiz sahələr çoxdur. Bunlar, əsas
etibarilə kəsilişin üst hissəsində çoxlu sayda tektonik pozğunluqların olması, aktiv
palçıq vulkanları, dənizdibi süxurlarda müxtəlif tərkibli qaz (qaz hidratları) təzahürü,
qravitasion sürüşmələr nəticəsində çöküntülərin dağılması və s. ilə bağlıdır.
Son illər bu istiqamətdə böyük həcimli tədqiqat işləri aparılmışdır. Perspektivli
hesab olunan Babək strukturunda kompleks geofiziki (FSAP, Sonar) və geoloji
(mühəndisi-geoloji quyular) işlər aparılmışdır.
Babək sahəsində aparılmış Fasiləsiz Seysmoakustik profilləmə (FSAP), Sonar və
qazılmış quyu məlumatlarından aydın olur ki, dənizdibi relyefi pilləvari və mürəkkəb
geoloji quruluşa malikdir. Dənizin dərinliyi şimal-qərbdə 62 m-dən cənub-şərqdə 183
m-dək artır və relyefin meylliliyi 3 - 4
0
-dir.
Babək sahəsində aparılmış kompleks mühəndisi-geoloji tədqiqat işlərinin
interpretasiyasından belə nəticəyə gəlmək olar ki, sahə üzrə relyef bəzi yerlərdə
normal olsa da əksər ərazidə çox mürəkkəb quruluşa malikdir. Qeyd olunan sahədə
çoxsaylı müxtəlif amplitudlu (5.0 – 35.0 m) qırılmalar sahəni mürəkkəb-ləşdirmişdir.
Qırılmaların böyük əksəriyyəti şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənmişdir.
Böyük amplitudalı qırılmalara isə layların dik yamaclarında müşahidə edilir (şək. 1).
Həmçinin, Babək strukturunda aparılmış seysmoakustik profilləmə işləri
nəticəsində dəniz dibi qaz çıxışlarının, qırılmaların, kəskin yamacın, mürəkkəb
məlumatlı zonaların mövcudluğunu nəzərə alaraq rayonlaşdırma xəritəsi
qurulmuşdur.