11
iqtisаdi təbəqələşməni güсləndirməsidir. Rəqаbətin nətiсəsində iqtisаdi сəhətdən
zəif оlаnlаr sırаdаn çıхır, güсlülər isə dаhа dа vаrlаnır, güсlənir.
nhisar və onun formalari. “ nhisar” ərəb dilindən alinmiş “monopoliya”
sözünün alternativi kimi işlədilir. ” nhisar” terminini dilimizə çevirsək, hərfi
mənada “təkəl”, ”təkəlçilik” mənasini verir ki, bu da inhisarin mahiyyətini ifadə
edir. Çünki inhisar və inhisarçiliq çoxlu istehsal vasitələrinin və insan qüvvəsinin
bir əldə cəmləşdirilməsidir.
nhisar rəqabətin əksidir. nhisarlar istehsal qüvvələrinin inkişafinin müəyyən
səviyyəsində
yaranir.
Onlarin
yaranmasinin
əsas
səbəbi
istehsalin
təmərküzləşməsidir.
Elm və texnikada baş verən bu siçrayiş kapital yigimini sürətləndirir. Çünki
yeni, mükəmməl texnikani tətbiq etmək böyük pul vəsaiti tələb edir. Sahibkar
müasir elmi, texniki yenilikləri istehsala tətbiq etməsə və yaxud geciksə rəqabətdə
məğlub ola bilər. Bundan xilas olmaq məqsədilə mənfəətin daha çox hissəsini
istehsalin genişləndirilməsinə yönəldirlər. Bunun nəticəsində iri müəssisələr
yaranir.
Bir qayda olaraq, iri müəssisələrin manevr etmək qabiliyyəti aşaği olur. Yəni
kapitali bir sahədən digər sahəyə çətinliklə keçirirlər. Bu zaman onlar böyük itkilər
verə bilərlər. Digər tərəfdən bu və ya digər məhsulun istehsalinin əsas hissəsi bir
neçə iri sahibkarin əlində toplandiği üçün istehsalin həcmi qiymət, xammal
mənbələri, satiş bazarlarini bölmək haqqinda raziliğa gəlməyə imkan yaranir.
Beləliklə istehsalda inhisar bir qrup ən iri müəssisələr firmalar birliklər
tərəfindən bu və ya digər məhsulun istehsali və satişinin böyük hissəsini öz əlində
birləşdirməsidir. Bununla da onlar bazarda hökmranliği əldə edirlər və qiymətlə
təsir etmək yolu ilə yüksək inhisar mənfəətin götürülməsinə nail olurlar.
nhisarlarin meydana gəlməsi əmək məhsuldarliğinin yüksəlməsinə mənfi
təsir göstərən amillərdən biridir. Əgər azad sahibkarliğin ilk dövründə üstəlik
mənfəət əldə etmək və rəqabətdə məğlub olmaq təhlükəsi sahibkarlari elmin və
texnikanin nailiyyətlərini istehsala tətbiq etməyə sövq edilirsə, azad sahibkarliğin
12
inhisarçi dövründə elmin, texnikanin son nailiyyətlərini texnikaya tətbiq etmedən
qiymətləri artirmaq yolu ilə yüksək inhisar mənfəəti əldə etmək mümkün olur.
Beləliklə inhisarçiliq –təsərrüfat subyektlərinin fəaliyyəti daha yüksək
mənfəət əldə etmək məqsədilə sərbəst rəqabətə yol verməmələri, onun
məhdudlaşdirilmasi və aradan qaldirilmasi fəaliyyətidir.
Azad rəqabətin məhdudlaşdırılmasına və aradan qaldrılmasına yönəldilmiş
inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar:
1. nhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat
subyektləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının
bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər
məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər;
2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı
inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına
yönəldilmiş fəaliyyətlər.
Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız
surətdə üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı
inhisar nəzəriyyəsi ilə izah olunur. nhisarçı müəssisənin istehsal xərclərinin
formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin
müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.
nhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin
edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd
gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır. qtisadiyyatda
inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar.
1. stehsal inhisarçılığı: stehsal inhisarçılığı inhisarçılığın elə formasıdır ki,
bu zaman hər hansı məhsulun istehsalının və realizəsinin əsas çəkisi məhdud
miqdarda istehsalçının sərəncamına keçir. Buna müxtəlif yollarla nail olunur.
Birinci yol ondan ibarıtdir ki, müəyyən növ məhsul istehsalçıları məqsədyönlü
şəkildə inhisarçılığa meyl etməyə başlayır və yekunda bu meyl hər-hansı bir
inhisarçı ittifaqın yaranması ilə nəticələnir. kinci yol isə bunun əksinə olaraq
13
kapitalın öz-özünə artması nəticəsində istehsalçı müəssisənin istehsal
inhisarçılığına nail olmasından ibarıtdir. nhisarçılığın nəzərdən keçirilən bu
forması çox zaman iqtisadi inkişafın məntiqi nəticəsi kimi səciyyələnir.
qtisadi ədəbiyyatda istehsalda inhisarçılığın mahiyyətini üç başlıca cəhətlə
səciyyələndirirlər:
a. stehsalın əhəmiyyətli hissəsinin təmərküzləşməsi sayəsində
təsərrüfatın bir yaxud bir neçə sahəsində hökmranlığının təmin edilməsi;
b. Bazar qiymətlərini diktə etmək imkanına malik olması;
c. Yüksək inhisar mənfəətinin mənimsənilməsi.
stehsal inhisarçılığının aşağıdakı formaları vardır:
Kartel – bir qrup sahibkarın inhisarçı sazişi və uyğun birlik formasıdırş Bu
bazarın inhisarlaşması haqqında əsas sövdələşmələrdən biridir. Bir qayda olaraq,
təsərrüfatın sahəsində,
əsasən xammal mənbələrinin, satış bazarının
bölüşdürülməsi, satışın, işə götürmənin şərtləri, ödəmələrin müddəti, inhisar
qiymətlərinin müəyyənləşdirilməsi, patentlərin istifadəsi üzrə meydana gəlir.
Konsern və trestlədən fərqli olaraq kartellər öz iştirakçılarının istehsal və
kommersiya müstəqilliyinə toxunmur.
Kartellərin müvəffəqiyyətsizliyinə iki amil təsir edir :
Birinci: kartel qiyməti qaldıran zaman hər bir iştirakçı müəssənin marginal
gəliri onun marginal xərclərini üstələyir. Bu isə firmalar üçün sövdələşməni
pozmaq üçün güclü stimul rolunu oynayaraq, hər-hansı firmanın sazişə zidd olaraq
öz məhsullarının qiymətini azaltmaqla nəticələnir. Sözsüz ki, göstərilən vəziyyətdə
bu firmanın həm satış həcmi, həm də gəliri artmış olacaq. Ona görə də yaxşı kartel
bu cür pozuntuları müəyyən edən və cəzalandıran effektiv mexanizmə malik
olmalıdır.
kinci: kartelin müvəffəqiyyətli digır formaları bu sahəyə daxil olmağa
stimullaşdırır. Ona görə də, kartel uzunmüddətli dövr üçün özünə yüksək gəlir
təmin etmək naminə rəqiblərin verilən sahəyə müdaxiləsini məhdudlaşdırmalıdır.
Dostları ilə paylaş: |