32
gücləndirilməsini, dördüncüsü istеhlakçıların hüquqlarının müdafiəsi və rəqabətin
gеnişləndirilməsi məqsədi ilə оnun təşviqi istiqamətində tədbirlər həyata kеçirir.
Rеspublikada rəqabət mühitinin vəziyyətinin nеcə olmasını və antiinhisar siyasətin
mövcud durumunu daha düzgün qiymətləndirmək üçün оnların hər birinə ayrılıqda
dəyərləndirmək lazımdır.
2013-cü ildə Dövlət Xidməti tərəfindən 3273 təsərrüfat subyektində yoxlama
aparılması məqsədi ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrində qeydiyyat aparılmışdır.
Avropa ttifaqına ixrac üçün kod almış 3 təsərrüfat subyektində istehsalın A -
nin qanunvericiliyinə uyğunluğunu müəyyənləşdirilmək məqsədilə dövri
ekspertiza keçirilməsi məqsədi ilə 3 qeydiyyat aparılmışdır. Bu təsərrüfat
subyektlərində aparılmış ekspertiza zamanı bir sıra nöqsanlar aşkar olunmuş və bu
nöqsanların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə göstəriş
verilmişdir.
Avropa ttifaqına ixrac üçün kod nömrəsi alınması barədə müraciət etmiş 1
təsərrüfat subyektində ekspertiza keçirilməsi məqsədi ilə 1 qeydiyyat aparılmışdır.
Aparılmış ekspertiza nəticəsində müəssisədə istehsal olunan məhsulların ümumi
bazarın təşkili barədə Avropa ttifaqı qanunvericiliyinin tələblərinə uyğun olduğu
müəyyən edildiyindən həmin təsərrüfat subyektinə məhsulların ixracı üçün
təsdiqedici kod nömrəsi verilmişdir.
Taxılçılıq subyektləri tərəfindən istehsal olunan taxıl məhsullarının
keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri qaydasında anbarda olan
buğdadan və hazır məhsullardan nümunələr götürülməsi məqsədi 104 qeydiyyat ilə
aparılmışdır.
Bu nəzarət tədbirlərinin 93-də taxıl məhsullarından nümunələr götürülərək
laborator müayinəyə göndərilmişdir. Nəzarət tədbiri təyin olunmuş ünvanda
fəaliyyət göstərən taxılçılıq subyektinin fəaliyyətini dayandırması, həmin ünvanda
başqa təsərrüfat sübyektinın fəaliyyət göstərməsi və s. səbəblərdən 11 nəzarət
tədbiri zamanı nümunə götürülməsi mümkün olmamışdır. Antiinhisar və reklam
33
haqqında qanunvericiliyə riayət olunmasına nəzarət, eləcə də haqsız rəqabətin
qarşısının alınması məqsədi ilə nəzarət tədbiri həyata keçirilməsi üçün 98
qeydiyyat aparılmışdır. Bu nəzarət tədbirləri zamanı 89 halda yoxlama aparılmış
və bu yoxlamalardan 67-də qanun pozuntusu aşkar olunmuşdur. Nəzarət tədbiri
təyin olunmuş ünvanda fəaliyyət göstərən təsərrüfat subyektinin həmin ünvanda
fəaliyyətini dayandırması və ya həmin ünvanda başqa təsərrüfat sübyektinın
fəaliyyət göstərməsi və s. səbəblərdən 9 halda nəzarət tədbiri aparılması mümkün
olmamışdır. Taxılçılıq subyektlərində taxıl məhsullarınnın keyfiyyətinə və
təhlükəsizliyinə nəzarət tədbiri həyata keçirilməsi məqsədi ilə 4 qeydiyyat
aparılmışdır. Bu nəzarət tədbirlərinin 4-də qanun pozuntusu aşkar edilmişdir.
Pərakəndə ticarət, ictimai iaşə, məişət və digər nov xidmət qaydalarına əməl
olunmasına nəzarət tədbiri həyata keçirilməsi məqsədi 3063 qeydiyyat
aparılmışdır. Bu nəzarət tədbirləri zamanı 2535 halda yoxlama aparılmış və bu
yoxlamalardan 2254- də qanun pozuntusu aşkar olunmuşdur. Nəzarət tədbiri təyin
edilmiş ünvanda fəaliyyət göstərən təsərrüfat subyektinin həmin ünvanda
fəaliyyətini dayandırması və ya həmin ünvanda başqa təsərrüfat sübyektinın
fəaliyyət göstərməsi və s. səbəblərdən 528 halda nəzarət tədbiri aparılması
mümkün olmamışdır.
Nəzarət tədbirlərinin 2539-u (96,6%-i) ticarət, 28-i (1,1%-i) istehsal, 42-si
(1,6%-i) ictimai-iaşə, 19-u (0,7%-i) isə digər xidmət obyektlərində aparılmışdır.
Ticarət obyektlərində aparılmış yoxlamaların 88, 9%-də, istehsal sahəsində
aparılmış yoxlamaların 85,7%-də, ictimai-iaşə obyektlərində aparılan yoxlamaların
71,4%-də, digər xidmət sahələrində aparılmış yoxlamaların 78,9%-də qanun
pozuntusu aşkar edilmişdir.
Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində mənşəyi məlum olmayan,
saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan,
lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri
normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 50,7 ton ərzaq malları,
1,1 ton qeyri ərzaq malları və 5,6 ton tikinti materialları dövriyyədən çıxarılmışdır.
34
Dövriyyədən çıxarılmış ərzaq mallarının 44,4 tonu müvafiq qaydada məhv
edilmiş, 4,1 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan (üzərinə
azərbaycan dilində məlumatların vurulması təmin edildikdən) sonra satışa
qaytarılmış, 0,5 tonunun şəxsi məqsədlər üçün istifadəsinə icazə verilmiş, 1,7 tonu
ilə bağlı araşdırmalar davam edir.
Cə
dvə
l 2. 1.
2013-cü ildə
aparılmış
nə
zarə
t tə
dbirlə
ri haqqında mə
lumat, sahə
lə
r üzrə
Sıra
N-si
Sahələrin adları
Aparılmış
nəzarət
tədbirlərinin sayı
Nöqsan aşkar
edilmiş nəzarət
tədbirlərinin sayı
Nöqsan aşkar edilmiş
nəzarət tədbirlərinin
xüsusi çəkisi (%-lə)
1
Ticarət
2539
2256
88,9
2
stehsal
28
24
85,7
3
ctimai-iaşə xidməti
42
30
71,4
4
Digər xidmət sahələri
19
15
78,9
5
Yekun
2628
2325
88,5
Dövriyyədən çıxarılmış qeyri ərzaq mallarının 1,0 tonu müvafiq qaydada
məhv edilmiş, 0,1 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra
satışa qaytarılmışdır.
Dövriyyədən çıxarılmış tikinti materiallarının 0, 7 tonu müvafiq qaydada
məhv edilmiş, 4, 9 tonu ilə bağlı araşdırmalar davam edir.
Antiinhisar və reklam haqqında qanunvericiliyə riayət olunmasına nəzarət,
eləcə də haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan
qaldırılması məqsədi ilə aparılmış 89 nəzarət tədbirindən 67-də qanun pozuntusu
aşkar edilmiş, 22-də isə pozuntu aşkar edilməmişdir. Pozuntu aşkar edilməmiş
nəzarət tədbirləri əmtəə nişanının təqlidi, qanunsuz reklam üsullarından istifadə
edilməsi, saxta və markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan
malların satışı ilə əlaqədar müvafiq bazar iştirakçılarından və vətəndaşlardan daxil
olmuş müraciətlər əsasında aparılmış yoxlamalardan ibarət olmuşdur. 2012-ci illə
müqayisədə aparılmış nəzarət tədbirlərinin sayı 19 yoxlama və ya 17,6 faiz