Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Maddə  40.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında 

müvəqqəti 

olma 


müddətinin 

uzadıldığı 

hallar 

40.0.  Bu  Məcəllənin  43-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla 



əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır: 

40.0.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının 

ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda; 

40.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında 

yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə; 

40.0.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və 

vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  nəzərdə  tutulmuş  işlərin  başa 

çatdırılmadığına  dair  həmin  şəxsləri  ölkəyə  dəvət  etmiş  təşkilat  tərəfindən 

əsaslandırılmış vəsatət verildikdə; 

40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda. 

 

Maddə  41.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  üçün  tələb  olunan 

sənədlər 

41.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddətinin  uzadılması  üçün  aşağıdakı  sənədləri  təqdim 

etməlidirlər: 

41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-

anket; 

41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 



41.1.3.  doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin 

notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan  18 yaşına çatmamış 

şəxslər üçün); 

41.1.4.  bu  Məcəllənin  40-cı  maddəsində  nəzərdə  tutulmuş  müvəqqəti  olma 

müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd; 

41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 

41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət 

qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış, 

order,  icarə  (kirayə)  müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 

41.1.7.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

ərizəsi  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  mülkiyyətində  yaşayış 

sahəsinin olduğu hallar istisna olmaqla); 

41.1.8.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

şəxsiyyətini  təsdiq  edən  sənədinin  surəti  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan 

şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 

41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

41.2.  Dövlət  rüsumunun  ödənilməsi  barədə  sənəd  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərar  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə təqdim edildiyi zaman verilir. 

 



Maddə  42.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında 

müvəqqəti 

olma 


müddətinin 

uzadılması 

qaydası 

42.1.  Azərbaycan  Respublikasına  gələn  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin 

müraciəti  əsasında  bu  Məcəllənin  40-cı  maddəsində  nəzərdə  tutulan  hallarda  60 

günədək uzadıla bilər. 

42.2.  18  yaşına  çatmamış  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan 

Respublikasında  müvəqqəti  olma  müddəti  valideyninin  və  ya  digər  qanuni 

nümayəndəsinin müraciəti əsasında uzadılır. 

42.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə 

ərizə-anket  və  tələb  olunan  digər  sənədlər  elektron  müraciət  formasında  təqdim 

edilə bilər. 

42.4.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında 

müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı 

məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması 

üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət  edərək  tələb  olunan  sənədləri 

təqdim etməlidirlər. 

42.5. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  müraciəti  ilə  əlaqədar  3  iş  günü 

ərzində müvafiq qərar qəbul edilir. 

42.6.  Əcnəbilərin  və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddətinin  uzadılması  məsələsi  həll  edilərkən,  müvafiq  icra 

hakimiyyəti  orqanı  hər  bir  konkret  halda  onların  Azərbaycan  Respublikasında 

qalma  səbəblərini  araşdırır,  bu  Məcəllənin  43-cü  maddəsində  nəzərdə  tutulmuş 

hallarda  müddətin  uzadılmasından  imtina  edir  və  müraciət  etmiş  əcnəbilərə  və 

vətəndaşlığı olmayan şəxslərə imtina barədə yazılı məlumat verir və ya müvəqqəti 

olma müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edilmiş əcnəbilərə və 

vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  müvəqqəti  olma 

müddətinin uzadılması barədə qərar təqdim edir. 

42.7.  Müvəqqəti  olma  müddətinin  uzadılmasından  imtina  edilmiş  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  müvəqqəti  olma 

müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin 

uzadılması  barədə  müraciətə  baxılanadək  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddəti  bitdiyi  halda, 

onlar  imtina  barədə  qərarı  aldıqları  vaxtdan  48  saat  ərzində  ölkə  ərazisini  tərk 

etməlidirlər.  

42.8.  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  ilə 

bağlı  müvafiq  məlumatların  toplanması,  müvəqqəti  olma  müddətinin  uzadılması 

barədə  qərarın  fərdi  olaraq  doldurulması,  verilməsi,  habelə  Azərbaycan 

Respublikasında  müvəqqəti  olma  müddəti  uzadılmış  və  ya  müvəqqəti  olma 

müddətinin  uzadılmasından  imtina  edilmiş  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata 

keçirilir.  

42.9.  Xarici  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  diplomatik 

nümayəndəlik 

və 

konsulluqlarının, 



habelə 

beynəlxalq 

təşkilatların 

nümayəndəliklərinin  əməkdaşları,  inzibati-texniki  xidmət  heyətinə  daxil  olan 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə