Microsoft Word az law Environmental Protection



Yüklə 231,41 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix01.02.2018
ölçüsü231,41 Kb.
#23067
1   2   3   4   5   6   7   8   9

5.  Ətraf  mühitin  təsdiq  edilmiş  keyfiyyət  normativləri  bütün  hüquqi  və  fiziki  şəxslər 

üçün məcburidir. Bu normativlər mətbuatda dərc olunmalı və yayılmalıdır. 

M a d d ə   3 1 .

 Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəriciləri 

1. Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə: 

1.1.  ətraf  mühitə  atılan  və  axıdılan  zərərli  maddələrin  miqdarının,  səs-küyün, 

vibrasiyanın,  elektromaqnit  şüalanmasının  və  başqa  zərərli  fiziki  təsirlərin,  radiasiya  təsiri 

səviyyəsinin,  kənd  təsərrüfatı  və  meşə  təsərrüfatında  aqrokimyəvi  maddələrin  miqdarının 

tətbiqinin yol verilə bilən son hədləri; 

1.2. ətraf mühitdə zərərli maddələrin konsentrasiyasının yol verilə bilən qatılıq həddi; 

1.3. mühafizə, sanitariya-mühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir. 

2.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ətraf  mühitin  başqa  keyfiyyət 

normativlərini  də  nəzərdə  tuta  bilər.  Çirklənmənin  göstəriciləri  normativ  sənədlərdə 

göstərilməlidir. 

M a d d ə   3 2 .

 Ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən 

miqdarının normalaşdırılması 

1.  Əhalinin  sağlamlığının,  bitki  və  heyvanlar  aləminin  mühafizəsi,  onların  genetik 

fondunun  qorunması  məqsədilə,  atmosferi,  suyu,  torpağı  və  yerin  təkini  çirkləndirən 

potensial  təhlükəli  kimyəvi  və  bioloji  maddələrin  yol  verilə  bilən  miqdarının  normativləri 

müəyyən edilir. 

2.  Müvafiq  ərazilərdə  bütün  çirklənmə  mənbələrinin  əhalinin  sağlamlığına,  bitki  və 

heyvanlar  aləminə  təsiri  nəzərə  alınmaqla  ətraf  mühitin  çirklənməsinin  qarşısını  almaq 

məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli 

maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. 

3.  Əhalinin  sağlamlığın  və  əmək  qabiliyyətinin  qorunması,  bitki  və  heyvanlar  aləmi 

üçün  əlverişli  olan  ətraf  mühitin  mühafizəsi  məqsədilə  səs-küyün,  vibrasiyanın, 

elektromaqnit  sahələrinin  səviyyəsinin,  radioaktiv  şüalanmanın  və  başqa  zərərli  fiziki 

təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. 

M a d d ə   3 3 .

 Kənd və meşə təsərrüfatında aqrotexniki tədbirlərin və 

aqrokimyəvi maddələrin tətbiqinin nizamlanması 

İnsan  sağlamlığı  və  genetik  fondun,  bitki  və  heyvanlar  aləminin  mühafizəsi  məqsədilə 

kənd  və  meşə  təsərrüfatlarında  mineral  gübrələrin,  bitkilərin  mühafizəsi  üçün  kimyəvi 

vasitələr  və  stimulyatorların,  başqa  aqrokimyəvi  maddələrin  müəyyən  olunmuş  həddinin, 

aqrotexniki tədbirlərin tətbiqinin artıq olmasına yol verilmir. 

M a d d ə   3 4 .

 Sanitariya-mühafizə və digər mühafizə zonaları 

Ətraf  mühitə  və  xüsusi  mühafizə  olunan  təbii  obyektlərə  və  ərazilərə  zərərli  təsirlərin 

qarşısının alınması məqsədilə sanitariya-mühafizə, digər mühafizə zonaları müəyyən edilir. 

Sanitariya-mühafizə  və  digər  mühafizə  zonaları  və  onlardan  istifadə  qaydaları 

qanunvericiliyə uyğun müəyyən edilir. 

V I I   f ə s i l  

TƏSƏRRÜFAT VƏ DİGƏR FƏALİYYƏT SAHƏLƏRİNƏ EKOLOJİ TƏLƏBLƏR 




M a d d ə   3 5 .

 Təbii resurslardan istifadə zamanı ekoloji tələblər 

Torpaqdan,  yerin  təkindən,  havadan,  su  hövzələrindən,  meşələrdən  və  başqa 

bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf 

mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli 

olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. 

Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və 

heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün 

təhlükəli olan fəaliyyətlərə xüsusi icazə verilmir. 

M a d d ə   3 6 .

 Layihələşdirməyə ekoloji tələblər 

Yaşayış  məntəqələrinin,  sənaye  və  kənd  təsərrüfatı  obyektlərinin  və  qurğularının,  su 

təchizatı  və  kanalizasiya  sistemlərinin,  hidrotexniki  qurğuların,  nəqliyyat  və  rabitə 

vasitələrinin, 

texnoloji 

proseslərin 

və 

avadanlıqların, 



başqa 

obyektlərin 

layihələşdirilməsində  ətraf  mühitin  keyfiyyət  normativləri  nəzərə  alınmalı,  tullantıların 

zərərsizləşdiriləsi və istifadəsi, tullantısız və ay tullantılı texnologiyalar və istehsalatlar, ətraf 

mühitin çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınmalıdır.

iv[4]


 

M a d d ə   3 7 .

 Müəssisələrin, qurğuların və istehsal obyektlərinin 

yerləşdirilməsinə ekoloji tələblər 

Müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin 

mühafizəsi,  təbii  resursların  səmərəli  istifadə  və  bərpa  şərtləri,  qaydaları  gözlənilməklə 

göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. 

Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə 

və digər mühafizə zonaları müəyyən edilir. 

M a d d ə   3 8 .

 Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və 

yenidən qurulmasına ekoloji tələblər 

Müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  tikintisi  və  yenidən  qurulması  zamanı 

ətraf  mühitin  keyfiyyət  normativlərinə  riayət  olunmalıdır.  Təsdiq  edilmiş  layihənin  və  ya 

işlərin  smeta  sənədlərində  göstərilmiş  dəyərinin  ətraf  mühitin  zərərinə  olaraq 

dəyişdirilməsinə yol verilmir. 

Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli 

istifadəsi,  ərazilərin  abadlaşdırılması  və  ətraf  mühitin  sağlamlaşdırılması  üzrə  tədbirlər 

görülməlidir. 

M a d d ə   3 9 .

 İflas dövründə ekoloji tələblər və öhdəliklər 

1. Təbiətdən istifadəçi olan hüquqi şəxsin (müəssisənin) iflası haqqında iş qaldırıldıqda 

onun ekoloji vəziyyəti yoxlanılır. 

Ekoloji vəziyyətin yoxlanılması əmlak inzibatçısı tərəfindən təmin edilir. 

2.  Müəssisənin  iflası  haqqında  işin  icraatı  zamanı  ekoloji  öhdəliklər  üzrə  kreditorların 

maraqları nəzərə alınmalıdır. 




Yüklə 231,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə