Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

                                                                                                                                                        
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi gömrük qaydalarının pozulmasının 
törədilməsi  hallarına  baxır,  iş  üzrə  sübutları  tədqiq  edir,  məsuliyyətə  cəlb  edilən  şəxsin, 
məsuliyyətə cəlb edilən idarə, müəssisə və təşkilatın rəhbərinin və ya onun müavininin, onların 
vəkillərinin  və  ya  nümayəndələrinin  işin  mahiyyəti  üzrə  əlavə  izahatlarını  dinləyir.  Zəruri 
hallarda  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  bu  Məcəllənin  tələblərinə 
riayət etməklə ekspertiza təyin edir və digər prosessual hərəkətləri həyata keçirir. 
M a d d ə   3 5 9 .  Gömrük qaydalarının pozulması haqqında işlərə baxılmada 
məsuliyyətə cəlb edilən şəxsin, məsuliyyətə cəlb edilən idarə, müəssisə və təşkilatın 
rəhbərinin və ya onun müavininin iştirakı 
Gömrük  qaydalarının  pozulması  haqqında  işə,  məsuliyyətə  cəlb  edilən  şəxsin,  məsuliyyətə 
cəlb edilən idarə, müəssisə və təşkilatın rəhbərinin və ya onun müavininin, onların vəkillərinin, 
yaxud nümayəndələrinin iştirakı ilə baxılır. 
Azərbaycan  Respublikası  gömrük  orqanı  məsuliyyətə  cəlb  edilən  şəxsə  yazılı  məlumat 
göndərməklə,  yaxud  göstərilən  şəxsə  təqdim  edilən  və  ya  göndərilən  gömrük  qaydalarının 
pozulması haqqında protokolda qeyd etməklə işə baxılma yeri və vaxtı barədə məlumat verir. 
Məsuliyyətə cəlb edilən şəxs, məsuliyyətə cəlb edilən idarə, müəssisə və təşkilatın rəhbəri və 
ya  onun  müavini,  onların  vəkilləri  və  ya  nümayəndələri  olmadan,  gömrük  qaydalarının 
pozulması haqqında işə yalnız, həmin şəxsə işə baxılma vaxtı və yeri barədə vaxtında məlumat 
verilməsinə baxmayaraq ondan işə baxılmanın təxirə salınması barədə vəsatət daxil olmadıqda, 
işə baxılarkən şəxsin Azərbaycan Respublikasının ərazisindən xaricdə olması barədə məlumat 
olduqda, həmçinin gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməli olan şəxs 
müəyyən  edilmədikdə  və  gömrük  qaydalarının  pozulması  faktı  beynəlxalq  poçt 
göndərişlərində aşkar edildiyi hallarda baxıla bilər. 
M a d d ə   3 6 0 .  Gömrük qaydalarının pozulması haqqında işə baxılarkən 
aydınlaşdırılmalı olan hallar 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  gömrük  qaydalarının  pozulması 
haqqında işə baxarkən aşağıdakıları aydınlaşdırmalıdır : 
məsuliyyətə cəlb edilən fiziki şəxs və ya vəzifəli şəxs onun törədilməsində təqsirlidirmi; 
şəxs məsuliyyətə cəlb edilə bilərmi; 
məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar varmı; 
işin düzgün həlli üçün əhəmiyyəti olan digər hallar varmı. 
M a d d ə   3 6 1 .  Gömrük qaydalarının pozulması haqqında iş üzrə Azərbaycan 
Respublikası gömrük orqanının qərarı 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  gömrük  qaydalarının  pozulması 
haqqında işə baxaraq aşağıdakı qərarlardan birini çıxarır: 
1) tənbehetmə haqqında ; 
2) iş üzrə icraata xitam verilməsi haqqında; 
3) gömrük işi sahəsində cinayətlər üzrə cinayət işi başlanması haqqında; 
4)  gömrük  işi  sahəsində  cinayətlər  və  sair  cinayətlər  üzrə  cinayət  işinin  başlanması 
məsələsinin  həlli  üçün,  materialların  Azərbaycan  Respublikasının  digər  hüquq-mühafizə 
orqanlarına göndərilməsi haqqında; 
5) işin əlavə icraata qaytarılması haqqında. 
İş üzrə icraata xitam verilməsi haqqında qərar, törədilmiş gömrük qaydalarının pozulmasının 
az  əhəmiyyətli  olması  ilə  əlaqədar  hüquq  pozan  məsuliyyətdən  azad  edilərkən,  həmçinin  iş 
üzrə icraatın aparılmasını istisna edən hallar olduqda çıxarılır. 
Cinayət  işi  başlanması  haqqında  qərar,  işə  baxılmağa  hazırlıq  və  ya  işə  baxılma  zamanı 
gömrük işi sahəsində cinayətlərin əlamətləri aşkar edildiyi halda çıxarılır. 
Gömrük işi sahəsində cinayətlərin və sair cinayətlərin əlamətləri olan materialların cinayət işi 
başlamadan  Azərbaycan  Respublikasının  digər  hüquq-mühafizə  orqanlarına  göndərilməsi 


                                                                                                                                                        
haqqında  qərar,  mahiyyəti üzrə  baxılma üçün  bu materialların ibtidai istintaq orqanları və  ya 
prokuror tərəfindən tələb edildiyi, həmçinin təxirə salınmaz istintaq hərəkətlərinin keçirilməsi 
zəruriyyəti olmadığı hallarda çıxarılır. 
Gömrük qaydalarının pozulması haqqında işin əlavə icraata qaytarılması haqqında qərar, bu 
Məcəllənin 356-cı maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş hallarda çıxarılır. 
Gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarda aşağıdakılar qeyd edilməlidir: 
adından qərar çıxarılan Azərbaycan Respublikası gömrük orqanının adı; 
qərar çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
işə baxıldığı vaxt və yer haqqında məlumat; 
əgər müəyyən edilibsə, barəsində işə baxılan şəxs haqqında məlumat ; 
işə baxılarkən müəyyən edilən halların şərhi; 
törədilmiş  gömrük  qaydalarının  pozulmasına  görə  bu  Məcəllənin  məsuliyyət  nəzərdə  tutan 
maddəsi; 
iş üzrə qəbul edilən qərar; 
qərardan şikayət verilməsinin müddətləri və qaydası haqqında məlumat. 
Qərarda  götürülən  mallar,  nəqliyyat  vasitələri,  onların  sənədləri  və  digər  əşyalar,  üzərinə 
həbs qoyulmuş əmlak, girov, zəmanət, depozitə verilmiş məbləğlər, maddi sübutlar və gömrük 
qaydalarının  pozulması  haqqında  iş  üzrə  xərclər  haqqında  məsələlərin  həlli  öz  əksini 
tapmalıdır. 
Gömrük  qaydalarının  pozulması  haqqında  iş  üzrə  çıxarılan  qərar,  işə  baxmış  olan 
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi tərəfindən imzalanır. 
Qərar işə baxılma qurtaran kimi elan edilir. 
Qərarın surəti, bu maddənin birinci və ikinci bəndləri ilə müəyyən edilən hallarda barəsində 
qərar  çıxarılan  şəxsə  və  ya  onun  nümayəndəsinə  qərar  çıxarıldıqdan  sonra  üç  gün  ərzində 
verilməli və ya göndərilməlidir. 
M a d d ə   3 6 2 .  Gömrük qaydalarının pozulmasına kömək etmiş səbəb və şəraitin 
aradan qaldırılması haqqında təkliflər 
Gömrük  qaydalarının  pozulması  haqqında  işə  baxan  Azərbaycan  Respublikası  gömrük 
orqanının vəzifəli şəxsi bu cür hüquqpozmanın törədilməsinə kömək edən səbəbləri və şəraiti 
müəyyənləşdirərkən həmin səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsi 
barədə müvafiq dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara təkliflər verir. 
Təkliflərin  alındığı  gündən  bir  ay  ərzində,  dövlət  orqanları,  hüquqi  şəxslər  görülmüş 
tədbirlər barəsində təklifləri verən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə 
məlumat verməlidirlər. 
M a d d ə   3 6 3 .  Məhkəməyə iddiaların verilməsi 
Gömrük  qaydalarının  pozulması  haqqında  işə  baxan  Azərbaycan  Respublikası  gömrük 
orqanının  vəzifəli  şəxsi,  iş  üzrə  icraat  və  ya  bu  işə  baxılma  gedişində  əqdlərin  hüquqa  zidd 
xarakteri  haqqında  əsas  aşkar  edərsə,  bu  cür  əqdlərin  etibarsız  sayılması  barədə  məhkəməyə 
iddia vermək hüququ vardır. 
M a d d ə   3 6 4 .  Götürülmüş mallar, nəqliyyat vasitələri, onların sənədləri və digər 
əşyalar, girov qoyulmuş mallar və nəqliyyat vasitələri, zəmanət, depozitə verilmiş 
məbləğlər, üzərinə həbs qoyulmuş əmlak barədə tədbirlər 
İş üzrə maddi sübut kimi götürülmüş mallar, nəqliyyat vasitələri, onların sənədləri və digər 
əşyalar,  həmçinin  üzərinə  həbs  qoyulmuş  əmlak  barədə  məsələ  həll  olunarkən,  gömrük 
qaydalarının  pozulması  haqqında  işə  baxan  Azərbaycan  Respublikası  gömrük  orqanının 
vəzifəli şəxsi bu Məcəllənin 323-cü maddəsinin tələblərini rəhbər tutur. 
Cərimənin,  yaxud  malların  və  ya  nəqliyyat  vasitələrinin  dəyərinin  ödənilməsinin  təmin 
edilməsi  məqsədilə  götürülmüş  mallar,  nəqliyyat  vasitələri,  girov  qoyulmuş  mallar  və 
nəqliyyat  vasitələri,  zəmanət,  üzərinə  həbs  qoyulmuş  əmlak  barədə  məsələ  həll  olunarkən, 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə