Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

M a d d ə   6 1 .
 Emal məhsullarının məcburi hasilat miqdarı 
Azərbaycan Respublikasının gömrük orqanları gömrük məqsədləri üçün malların emalı 
nəticəsində əldə edilən məhsulların məcburi hasilat miqdarını müəyyən edə bilər. 
Gömrük  məqsədləri  üçün  emal  məhsullarının  məcburi  hasilat  miqdarının 
müəyyənləşdirilməsi  qaydasını  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti 
orqanı müəyyən edir. 
M a d d ə   6 2 .
 İdxal gömrük rüsumlarının, vergilərin məbləğinin qaytarılması 
Bu  Məcəllənin  müddəalarına  riayət  edilməsi  şərtilə,  emal  məhsulları  Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  keçirildiyi  gündən  etibarən  ən  geci  iki  il  ərzində 
aparılarsa,  emal  məhsulları  ixrac  gömrük  rejiminə  uyğun  olaraq  aparılarkən  Azərbaycan 
Respublikası  gömrük  orqanı  tərəfindən  idxal  gömrük  rüsumlarının,  vergilərin  məbləği 
qaytarılır. 
M a d d ə   6 3 .
  İxrac  gömrük  rüsumlarından,  vergilərdən  və  iqtisadi  siyasət 
tədbirləri tətbiq edilməsindən azad etmə 
Gömrük ərazisində emal üçün istifadə edilmiş xarici mallar və onların məhsulları ixrac 
gömrük  rüsumlarından,  vergilərdən  azad  edilir.  Göstərilən  mallara  və  məhsullara  iqtisadi 
siyasət tədbirləri tətbiq edilmir. 
 
1 0 - c u   f ə s i l    
GÖMRÜK NƏZARƏTİ ALTINDA MALLARIN EMALI 
M a d d ə   6 4 .
 Gömrük rejiminin məzmunu 
Gömrük  nəzarəti  altında  malların  emalı  —  Azərbaycan  Respublikasının  gömrük 
ərazisində  xarici  mallardan  gömrük  rüsumları  və  vergilər  alınmadan,  həmçinin  onlara 
iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  müəyyən  edilmiş  qaydada  gömrük  nəzarəti 
altında istifadə edilməsi və sonradan emal məhsullarının sərbəst dövriyyə üçün buraxılışı və 
ya digər gömrük rejimi altında yerləşdirilməsindən ibarət gömrük rejimidir. 
M a d d ə   6 5 .
 Gömrük nəzarəti altında malların emalının həyata keçirilməsi 
Gömrük  nəzarəti  altında  malların  emalı  bu  Məcəllənin  58—61  və  63-cü  maddələrinin 
müddəalarına uyğun həyata keçirilir. 
M a d d ə   6 6 .
 Gömrük rejimindən istifadənin məhdudlaşdırılması 
Gömrük  nəzarəti  altında  malların  emalından  iqtisadi  siyasət  tədbirlərinə  riayət 
edilməsindən  və  malların  mənşə  ölkəsinin  müəyyənləşdirilməsi  qaydalarından  yayınma 
üçün istifadə oluna bilməz. 
Gömrük nəzarəti altında malların emalında gömrük rejimindən istifadə olunmasına yol 
verilməyən halları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı 
müəyyən edir. 


 
1 1 - c i   f ə s i l    
MÜVƏQQƏTİ İDXAL (İXRAC) 
M a d d ə   6 7 .
 Gömrük rejiminin məzmunu 
Malların müvəqqəti idxalı (ixracı) — Azərbaycan Respublikasının gömrük ərazisində və 
ya  ondan  kənarda  gömrük  rüsumlarından,  vergilərdən  tamamilə  və  ya  qismən  azad 
olunmaqla,  həmçinin  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  mallardan  istifadə 
edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir. 
Təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal 
şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti idxal (ixrac) edilən mallar 
dəyişməz halda geri qaytarılmalıdır. 
M a d d ə   6 8 .
 Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi  qaydalarla  gömrük  ödənişlərinin  ödənilməsi  təmin  edilməklə  malların  müvəqqəti 
idxalına (ixracına) yol verilir. 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı,  müvəqqəti  idxalına 
(ixracına) icazə verilməyən malların kateqoriyalarını müəyyən edir. 
M a d d ə   6 9 .
 Malların müvəqqəti idxalı (ixracı) üçün icazə 
Malların  müvəqqəti  idxalı  (ixracı)  üçün  icazəni  Azərbaycan  Respublikasının  gömrük 
işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  Azərbaycan 
Respublikasının gömrük orqanları verir. 
Malların  etibarlı  eyniləşdirilməsini  təmin  etmək  mümkün  olmadıqda  Azərbaycan 
Respublikasınının gömrük orqanları malların müvəqqəti idxalına (ixracına) icazə vermirlər. 
M a d d ə   7 0 .
 Malların müvəqqəti idxal (ixrac) müddətləri 
Malların müvəqqəti idxal (ixrac) müddətləri Azərbaycan Respublikası gömrük orqanları 
tərəfindən müəyyən edilir və bir qayda olaraq bu cür idxalın (ixracın) məqsədləri və şərtləri 
nəzərə alınmaqla iki ildən artıq olmamalıdır. 
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı mal 
kateqoriyaları üçün daha az və daha çox müvəqqəti idxal (ixrac) müddətləri müəyyən edə 
bilər. 
Göstərilən  müddətlərin  uzadılması  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan 
icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  Azərbaycan  Respublikası  gömrük 
orqanları tərəfindən həyata keçirilir. 
M a d d ə   7 1 .
 Gömrük rüsumlarını, vergiləri ödəməkdən azad etmə 
Müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən 
tamamilə və ya qismən azad edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 


Mallar  gömrük  rüsumlarından,  vergilərdən  qismən  azad  edildikdə,  malların  sərbəst 
dövriyyə üçün buraxılışı və ya ixrac gömrük rejiminə uyğun aparılması zamanı ödənilməli 
olan məbləğin üç faizi hər ay ödənilir. 
Gömrük  rüsumlarından,  vergilərdən  qismən  azad  etməklə  müvəqqəti  idxal  (ixrac) 
zamanı  alınan  gömrük  rüsumlarının,  vergilərin  ümumi  məbləği  idxal  (ixrac)  anı  üçün 
malların sərbəst dövriyyəyə buraxılışı və ya ixrac gömrük rejiminə uyğun aparılması üçün 
ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. 
Göstərilən  məbləğlər  bərabər  olduğu  hallarda,  həmin  mallar  barədə  iqtisadi  siyasət 
tədbirləri  tətbiq  edilməmək  şərtilə,  mallar  sərbəst  dövriyyə  üçün  buraxılmış  və  ya  ixrac 
gömrük rejiminə uyğun aparılmış hesab edilir. 
M a d d ə   7 2 .
  Müəyyən  edilmiş  müvəqqəti  idxal  (ixrac)  müddətləri  bitdikdən 
sonra mallarla əlaqədar görülən tədbirlər 
Müəyyən  edilmiş  müddətlər  bitən  gün  müvəqqəti  idxal  (ixrac)  edilmiş  mallar  geri 
qaytarılmadıqda, onlar digər gömrük rejimi üçün bəyan edilməli, yaxud sahibi Azərbaycan 
Respublikasının  gömrük  orqanları  olan  müvəqqəti  saxlanc  anbarlarına  və  ya  Azərbaycan 
Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə yerləşdirilməlidir. 
M a d d ə   7 3 .
  Müvəqqəti  ixrac  (idxal)  edilmiş  malların  məhv  olma,  itirilmə, 
çatışmazlıq və ya xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin qanunsuz hərəkətləri 
nəticəsində qaytarılmaması 
Malları müvəqqəti ixrac etmiş və müəyyən edilmiş müddətlərdə qaytarmamış şəxs, təbii 
aşınma  və  ya  mallardan  istifadə  edilməsi  nəticəsində  dəyişikliklər,  habelə  normal  şəraitdə 
daşıma  və  saxlanc  itkiləri,  həmçinin  malların  qəza  və  ya  qarşısıalınmaz  qüvvənin  təsiri 
nəticəsində məhv olması və ya həmişəlik itirilməsi, yaxud da xarici dövlət orqanlarının və 
ya  vəzifəli  şəxslərinin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  baxımından  qanunsuz 
hərəkətləri  nəticəsində  sahiblikdən  çıxması  faktı  Azərbaycan  Respublikasının  xaricdəki 
konsulluq  idarələri  tərəfindən  təsdiq  olunduğu  hallarda  Azərbaycan  Respublikası  gömrük 
orqanları qarşısında məsuliyyət daşımır. 
Malları  müvəqqəti  idxal  etmiş  və  müəyyən  edilmiş  müddətlərdə  geri  aparmamış  şəxs 
təbii  aşınma  və  ya  mallardan  istifadə  edilməsi  nəticəsində  dəyişikliklər,  yaxud  normal 
şəraitdə  daşınma  və  saxlanc  itkiləri,  habelə  malların  qəza  və  ya  qarşısıalınmaz  qüvvənin 
təsiri  nəticəsində  məhv  olması  və  ya  həmişəlik  itirilməsi,  yaxud  da  şəxslərin  qanunsuz 
hərəkətləri  nəticəsində  sahiblikdən  çıxması  faktı  Azərbaycan  Respublikasının  səlahiyyətli 
dövlət  orqanları  tərəfindən  təsdiq  olunduğu  hallarda  Azərbaycan  Respublikası  gömrük 
orqanları qarşısında məsuliyyət daşımır. 
 
1 2 - c i   f ə s i l    
SƏRBƏST GÖMRÜK ZONASI. SƏRBƏST ANBAR 
M a d d ə   7 4 .
 Gömrük rejimlərinin məzmunu 
Sərbəst  gömrük  zonası  və  sərbəst  anbar  —  xarici  mallardan  gömrük  rüsumları  və 
vergilər alınmadan, həmçinin göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən 
onların  müvafiq  ərazi  sərhədlərində  və  ya  binalarda  (yerlərdə)  yerləşdirilməsi  və 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə