Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   2   3   4   5   6   7   8   9   ...   24

mədəniyyətinin  güclü  təsiri  müşahidə  olunur.  E.ə.  88-ci  ildə  diktator  Sulla 

Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin 

ə

sərləri  aşkar  olundu  və  getdikcə  onun  fəlsəfı  baxışları  sönməz  bir  maraq 



obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. 

Göy  cismlərini  planlı  şəkildə  müşahidə  edən  isgəndəriyyəli  Menelay  həm  də 

sferik  həndəsə  və  triqonometriyaya  aid  əsərlər  yazdı.  Onun  həmyerlisi  Heron  isə 

(e.ə.  1-ci  əsr)  tətbiqi  mexanikaya,  həndəsi  optikaya  aid  əsərlər  yaratdı.  Heronun 

elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey 

özünün  məşhur  “Almagest”  əsərində  dünyanın  geosentrik  sisteminə  dair  geniş 

izahat verdi. 

III-II  əsrlərdə  yunan  ədəbiyyatının  təsiri  altında  Roma  ədəbiyyatı  meydana 

çıxmağa  başlayır.  IV-III  əsrlərdə  Roma  yazılı  ədəbiyyatının  əsasını  Anni  Klavdi 

qoymuşdur. 

Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” 

ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. 

Milli  eposun  banilərindən  sayılan  Kvint  Enni  yunan  ədiblərinin  əsərlərini  latın 

dilinə  çevirir  və  bu  əsərlər  əsasında  latınca  əsərlər  yaradırdı.  O,  “ lliada”  və 

“Odisseya”nı təqlid  edərək  “Salnamə”  adlı  böyük  həcmli  bir  mənzumə  yazmışdı. 

Bu  mənzumədə  əfsanəvi  dövrlərdən  eradan  əvvəl  II  əsrə  qədər  olan  Roma 

tarixindən bəhs olunur. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Romada  böyük  şöhrət  qazanan  komediya 

janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi. 

Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi 

idilər.  Plavt  yunan  komediyalarını  Roma  şəraitinə  uyğun  dəyişdirir,  öz 

zəmanəsinin  adət  və  əxlaqında  müşayiət  olunan  gerilik  və  eybəcərlikləri  gülüş 

obyektinə  çevirirdi.  O,  öz  əsərlərini  canlı  xalq  dilində  yazmışdı.  Klassik  dövr 

Roma  ədəbiyyatının  ən  görkəmli  nümayəndələri  M.P.Vergili,  Horatsi  və  Ovidi 

olmuşdur.  Bu  dövrdə  Roma  ədəbiyyatının  şöhrəti  yalnız  Roma  imperiyasında 

deyil, bütün  taliyada geniş yayılmışdı. 

Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19) yaradıcılığa şerlə başlamışdır. 

Bukolik  şerlər  məcmuəsinə  (yunanca  bykolos  –  çoban  mənasındadır.  Bukolik 

poeziya  antik  janrdır.  Bu  janr  yeni  Avropa  ədəbiyyatında  da  inkişaf  etmişdi. 

Burada  kənd  həyatı,  təbiət  cizgiləri,  çoban  həyatı  idealizə  edilərək,  şəhər 

mədəniyyətinə qarşı qoyulur. Həmin janrın banisi Feokritdir 

E.ə. IV əsrin sonu III əsrin I yarısında yaşamış bu yunan şairinin 90-a yaxın şeri 

bizə  gəlib  çatmışdır.)  daxil  edilmiş  “Çoban  nəğmələri”,  “Georgiklər”  (“Əkinçilər 

haqqında poema”  e.ə.  36-29)  əsərlərində  çoban həyatı,  təbiət  gözəllikləri  və sadə 

kəndli  əməyi  tərənnüm  olunur.  Vergiliyə  dünya  şöhrəti  qazandıran  Homerin 

“ liada”sının təsiri ilə yazdığı “Eneida” poeması olmuşdur. 

mperator  Avqustun  əfsanəvi  əcdadı  hesab  olunan  troyalı  Eneyin  səyahət  və 

müharibələrindən danışılan bu əsərdə Romanın aktual siyasi problemləri öz əksini 

tapmışdır. dövründə Roma ədəbiyyatı ən yüksək inkişaf mərhələsinə çatdı. Bu dövr 

Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır. 

Lakin  imperiya  dövrü  Roma  ədəbiyyatının  gələcək  inkişafı  üçün  həm  əsas 

olmadı, həm də onun tənəzzülünə səbəb oldu. Belə ki, imperator Avqustun Ovidini 




sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi. Klassik dövrdən sonrakı Roma 

ə

dəbiyyatı 



üç mərhələyə ayrılır: 

l. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları; 

2. Eramızın I əsrinin sonu, II əsrinin əvvəli; 

3. Eramızın II əsri və III əsrinin əvvəli. 

Eramızın  IV-V  əsrlərində  xristian  ədəbiyyatı  geniş  yayılır.  VI  əsrin  sonlarında 

isə  Roma  ədəbiyyatı  zəifləyir  və  tarixin  keçmiş  səhifəsinə  çevrilir. 

Roma  musiqisi  ellinizm  mədəniyyətinin  təsiri  altında  inkişaf  edərək,  məişətə 

ə

saslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı. 



mperiya  dövründə  musiqi  mədəniyyəti  xüsusilə  rəngarəng  olmuşdur.  Roma 

musiqi aləmində yunan kifaraçıları,  sgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri 

fəaliyyət  göstərmişlər.  Eramızın  I  əsrinin  sonunda  imperator  Domisian  “Kapitoli 

yarışları”nın  əsasını  qoymuşdur.  Burada  həm  şairlər,  həm  də  musiqi  xadimləri 

təmsil  olunmuşlar.  Bu  dövrdə  müğənni  Tigelli,  aktyormüğənni  Apelli,  kifaraçı 

Kritli Mesomed və s. şöhrət qazanmışdır. 

Roma incəsənəti Antik bədii mədəniyyətin inkişafında sonuncu mərhələdir. (E.ə. 

VIII-IV  əsrlərdə,  yəni  qədim  Roma  bədii  mədəniyyətinin  formalaşdığı  dövrdə 

Roma  memarlığında  etruskların  güclü  təsiri  olmuşdur.  Etrusklar  e-ə.  I  minillikdə 

Apennin  yarımadasının şimal-qərbində,  indiki  Toskanada  yaşamış  tayfadır.  Onlar 

romalılardan  əvvəl  zəngin  bir  mədəniyyət  yaratmışlar.  E.ə.  VII  əsrdə  Etruskla50 

rın  yazısının,  mədəniyyətlərinin  çiçəkləndiyi  dövrdə  onların  dini  və  dünyəvi 

ə

dəbiyyatları  olmuşdur.  Təxminən  10  min  etrusk  yazılı  abidəsi  elmə  məlumdur.) 



E.ə.  II  əsr,  I  əsrin I yarısında qədim  Roma  tikililərinin  əsas tipləri,  yəni bazilika, 

term, tağlı körpülər, su kəmərləri və s. yaradılmış və getdikcə təkmilləşdirilmişdir. 

E.ə. III-I əsrlərdə təsviri sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur. 

Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 

20-ci  illəri  və  eramızm  II  əsrinə  təsadüf  edir.  Memarlıqdan  imperatoru 

ş

öhrətləndirmək  və  imperiyanın  qüdrətini  təbliğ  məqsədilə  daha  geniş  istifadə 



etmişlər.  I  əsrin  ortalarında  möhtəşəm  memarlıq  kompozisiyaları  yaradılmışdır. 

Roma  şəhərində  “Qızıl  ev”  adlandırılan  Neron  sarayı,  Flavilər  sarayı,  Flavilər 

dövründə  Kolizey,  Adrianın  zamanında  Panteon  abidələri  gözəl  memarlıq 

nümunələridir. 

Son  dövr  Roma  incəsənətində  yaradılmış  bədii  formalar  orta  əsr  Avropa  bədii 

mədəniyyətinin təməli sayılır

.

 

 



 

8. Səlib yürüşləri və onların nəticələri 

Səlib yürüşləri (xaç yürüşləri də adlanır) ideyasını 1095-ci ildə Roma papası II 

Urban  Fransanın  Klermon  şəhərində  elan  etmişdir.  Müəyyən  fasilələrlə  200  ilə 

yaxın  müddətdə  davam  etmişdir.  Sonradan  Şimali  Avropa  və  Fransadakı 

bütpərəstlərə və katolik kilsəsinə tabe olmayan qüvvələrə (katarlar, qusçular və s.) 

qarşı həyata keçirilən hərbi yürüşlər də Xaç yürüşləri adlandırılır. Yürüşlərin əsas 

məqsədi xristianlığı yaymaq və yeni ərazilər işğal etmək  və Avropa feodallarının 

və  katolik  kilsəsinin  Yaxın  Şərq  ölkələrini  işğal  etməklə  yeni  torpaqlar  ələ 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə