Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   2   3   4   5   6   7   8   9   ...   24

bütün  Yunan  dünyası  üçün  bir  qızıl  çağ  olaraq  görülə  bilər.  Sülh  və  birlik 

gətirməyən bu döyüşlər Antik Yunanıstanın qızıl çağının da sonu olmuşdur. Afina 

müharibə  nəticəsində  Sparta  tərəfdarı  olan  aristokratik  və  otuz  tiranlar  olaraq 

adlandırılan  bir  despot  rəhbərliyin  əlinə  keçdi.  E.ə.    404-cü  il  Afinaya 

oligarxiyanıın  gəldiyi  tarix  hesab  olunur.  Qısa  bir  müddət  sonra  Afinada 

demokratiya  təkrar  qurulmuşdur.  Ancaq  bütün  Aralıq  dənizi  coğrafiyasında  son 

qalib Fars  mperatorluğu olaraq göstərilə bilər. 

 

4.Pun müharibələri 



«

Karfagen»  Finikiya  dilində  «yeni  şəhər»  deməkdir.  Şimali  Afrikada  quldar 

şə

hər  dövləti  olan  Karfagen  şəhəri  dənizə  uzanmış  daşlı  burun  üzərində 



yerləşmişdi, coğrafi mövqeyi əlverişli idi. Dəniz ticarəti aparırdı. Şəhər ətrafındakı 

münbit  torpaqlar  quldarlara  məxsus  idi.  Şimali  Afrikanın  bir  hissəsi,  spaniyanın 

cənubu, Aralıq dənizinin bir sıra adaları Karfagenə tabe idi. E.ə. III əsrdə Karfagen 

və  Roma  Siciliya  adasını  ələ  keçirməyə  çalışırdı.  Bu  hər  iki  dövlət  arasında 

müharibəyə  səbəb oldu.  Romalılar karfagenliləri  «pun»  adlandırdıqlarına görə bu 

müharibəyə  Pun  müharibəsi  deyilir.  E.ə.  264-146-cı  illərdə  fasilələrlə  üç  pun 

müharibəsi olmuşdu. 

Birinci  pun  nıüharibəsinə  səbəb  (e.ə.  264-241)  Roma  və  Karfagenin  Siciliyanı 

işğal etmək cəhdi idi. Müharibə 20 il davam etdi. Romalılar quruda, karfagenlilər 

dənizdə  üstün  idilər.  Romalılar  müharibənin  gedişində  güclü  donanma  yaradaraq 

Siciliyanı  işğal  etdilər.  E.ə.  241-ci  ildəbirinci  Pun  müharibəsi  qurtardı.  Karfagen 

Siciliyanı Romaya güzəştə getdi, təzminat verməyi öhdəsinə götürdü. Çox keçmədi 

Roma Sardiniya və Korsika adalarını da tutdu. 

kinci  pun  müharibəsi  e.ə.  218-201-ci  illərdə  olmuşdu.  Roma  Sardiniya  və 

Korsika  adalarını  tutduğu  bir  vaxtda  e.ə.  219-cu  ildə  karfagenlilər  spaniyada 

Romanın  müttəfiqi  olan  Saqunt  şəhərini  ələ  keçirdilər.  Bu  isə  ikinci  Pun 

müharibəsinin başlanması üçün bəhanə oldu. Hər iki dövlət Aralıq dənizinin qərb 

sahillərinə  sahib  olmaq  istəyirdi.  Karfagen  qoşununa  gənc  sərkərdə  Hannibal 

başçılıq  edirdi.  O,  Romaya  ömürlük  nifrət  edəcəyinə  uşaqlıqda  and  içmişdi. 

Romalılar  müharibəni  spaniya  və  Afrikada  aparmağı  nəzərdə  tutdular.  Lakin 

gözlənilmədən Hannibalın qoşunu Şimali  taliyada göründü. Hannibal  spaniyadan 

hərəkət  edərək,  Alp  dağlarına  gəlib  çıxmış,  döyüş  filləri  və  qoşunları  ilə  Alp 

buzlaqlarından  keçib  Şimali  taliyada  Po  çayı  vadisinə  çıxdı.  Onun  bütün  filləri, 

qoşunun  yarısı  Alp  dağlarında  məhv  olmuşdu.  Hannibal  taliyanın  simalında 

qallarla  birləşmiş,  digər  narazı  xalqları  öz  tərəfinə  çəkmiş,  Roma  üçün  təhlükə 

törətmişdi.  Bir  neçə  vuruşmada  Roma  legionlarını  məhv  etmiş,Roma  dövlətində 

vahimə  yaratmışdı.  E.ə.  216-cı  ildə  Roma  ordusu  ilə  Karfagen  ordusu  arasında 

Kanna kəndi  yaxınlığında  vuruşmabaşlandı.  Hannibal  Romanın  80  min  piyada,  6 

min  süvarisinə  qarşı  özünün  40  min  piyada,  14  min  atlı  döyüşçüsünü  aypara 

şə

klində  düzdü.  Ortada  zəif,  cinahlarda  ən  güclü  hissələri  yerləşdirdi.  Dördbucaq 



şə

klində düzülmüş Roma legionu Hannibalın ordusunun içərisinə yeridi, cinahdan 

güclü zərbə alıb mühasirəyə düşdülər. Karfagenlilər 70 min Roma döyüşçünü qırdı 

və əsir aldılar. 




Kanna vuruşmasından sonra karfagenlilər sülh bağlamaq istədilər. Lakin Roma 

senatı  onların  elçisini  heç dinləmədi.  Karfagenlilər  Romanı  təhlükə  altına  aldılar. 

Hannibal  taliyanın cənubuna gəldi, orada yaşayan xalqları Romaya qarşı qaldırdı, 

Siciliyadakı  Sirakuz  şəhərindən  və  Makedoniyadan  kömək  istədi.  Roma  onların 

hər  ikisinə  müharibə  elan  etdi.  Sirakuz  şəhərini  tutdu.  Məşhur  alim-riyaziyyatçı 

Arximed burada öldürüldü. Romalılar Hannibalın qoşunu ilə üzbəüz vuruşmayaraq 

karfagenlilər  tərəfinə  keçmiş  şəhərləri  mühasirəyə  alır,  karfagenlilərin  kiçik 

dəstələrinə  hücum  edir,  böyük  döyüşlərdən  çəkinir,  beləliklə,  «qüvvə  tükədən» 

müharibə  aparırdılar.  Onların  qoşununda  vuruşan  gənclər  inadla  döyüşür, 

Hannibalın  qoşunu  azalır,  romalıların  qoşunu  artırdı.  Bu  müharibə  Hannibalın 

qüvvəsini tükəndirdi. 

Kanna  vuruşmasından  12  il  sonra  e.ə.  204-cü  ildə  Roma  sərkərdəsi  Ssipionun 

başçılığı ilə Afrikaya qoşun çıxarıldı. Bunu eşidən Hannibal Karfagenə qayıtmağa 

məcbur  oldu.  E.ə.  202-ci  ildə  Zama  şəhəri  yaxınlığında  vuruşmada  romalılar 

Hannibala  qalib  gəldilər.  Bir  il  sonra  kinci  Pun  müharibəsi  qurtardı.  Karfagen 

hərbi  donanmasını  Romaya  təslim  etdi,  çoxlu  miqdarda  pul  verməyə,  bütün 

torpaqlarından əl çəkməyə məcbur oldu. Afrikadakı ərazisi ilə kifayətləndi. Senat 

Hannibalı  tələb  etdi.  O,  Kiçik  Asiyaya  qaçdı.  Buradakı  evi  tapılıb  mühasirəyə 

alındı.  Hannibal  ələ  keçməmək  üçün  özü  həyatına  qəsd  etdi.  kinci  Pun 

müharibəsində qələbədən sonra Roma həm Aralıq dənizinin Qərb sahillərinə sahib 

oldu, həm də başqa əraziləri işğal etmək üçün yeni imkan əldə etdi. 

Üçüncü  Pun  müharibəsi  e.ə.  149-146-cı  illərdə  oldu.Karfagen  dəniz  ticarəti 

aparır  və  varlanırdı.  Roma  aristokratları  və  tacirləri  Karfageni  yer  üzərindən 

silməyi  tələb  edirdilər.  Roma  Karfagenin  Numidiya  dövləti  ilə  müharibə 

aparmasını  bəhanə  edərək,  Afrikaya  qoşun  çıxartdı.  Şəhər  üç  il  qəhrəmancasına 

müdafiə olundu. Xəstəlik və aclıq əhalinin taqətdən saldı. Gənc Roma döyüşçüsü 

Tiberi  Qrakx  qala  divarları  üzərinə  birinci  çıxdı  və  qızıl  çələnglə  mükafatlandı. 

E.ə.  146-cı  ildə  şəhər  tamamilə  dağıdıldı,  sakinləri  qul  kimi  satıldı,  şəhərin  yeri 

ş

umlandı. Karfagen Romanın Afrika əyaləti elan edildi.Roma Aralıq dənizində ən 



güclü dövlətə çevrildi. 

 

5. Romanın Şərqdə işğalları 

II Pun müharibəsi  Romaya çox böyük itkilər hesabına başa gəldi. Roma Aralıq 

dənizi hövzəsində ən güclü dövlətə çevrildi. II Pun müharibəsi bitən kimi Romanın 

ə

sas  işğalçılıq  obyekti  Balkan  yarımadası  oldu.  Romalılar  yunanlara  istiqlaliyyət 



vəd  edib    Makedoniya  ilə  mübarizədə  öz  tərəflərinə  çəkdilər.  Makedoniya  ilə 

birinci müharibə e.ə. 216-205-ci illərdə olmuşdur. Romalılar bu müharibədə qələbə 

çalsalar da Karfagenlə müharibə hələ başa çatmadığından Makedoniya üçün çox da 

ağır  olmayan  şərtlərlə  sülh  müqaviləsi  bağlamışdılar.  Romalılar    Balkanlardakı 

mürəkkəb  siyasi  vəziyyətdən  istifadə  edib  yenə  Makedoniyaya  qarşı  koalisiya 

yaratdılar (Perqam, Rodos, Axey və Etoliya daxil olmaqla). E.ə. 201-ci ildə Rodos 

və  Perqam  Makedoniya  ekspansiyasının  qarşısını  almaq  üçün onunla  müahribəyə 

başlamışlar. Lakin üstünlük V Filipin tərəfində idi. Rodos və Perqam yardım üçün 

Romaya müraci etdi. E.ə. 200-cü ildə V Filipə qarşı yeni müharibə elan olundu (II 

Makedoniya  müharibəsi).  E.ə.  197-ci  ildə  Fessaliyada  V  Filio  məğlub  edildi.  O, 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə