Microsoft Word aslan ve ferhad doc



Yüklə 184,84 Kb.
səhifə3/5
tarix25.06.2018
ölçüsü184,84 Kb.
#51809
1   2   3   4   5

www.cafarcabbarli.org 

 

 

 



ağlamağa başladı: 

-  Fərhad, əziz qardaşım, necəsən? Dərslər necə gedir? 

Fərhad o saat dedi: 

-  Mən hamıdan yaxşı oxuyuram, mənim kimi bir nəfər orada oxuyan yoxdur. 

Fərhad yalandan özünü təriflədikcə, Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. Gah 

gülür, gah gözləri yaşarırdı, gah da qardaşının üzündən öpürdü, istəyirdi lap onu yalasın. Bu gecə 

Fərhad üçün plov bişirdi. Aslan bir dəqiqə ayrılığına dözməyən qardaşını bir il idi ki, görmürdü. 

Züleyxa  da  xəbər  tutdu,  ərinə  yalvarıb  rüsxət  alaraq  qardaşıgilə  getdi.  Zəngin  bir  evdən 

gəldiyi  üçün,  Aslanın  fəqiranə,  miskin  və  məhzun  daxmasını  görüb  tez  Fərhadı  deyil,  əvvəlcə 

Aslanın  boynunu qucaqlayıb  ağladı.  Aslan da Züleyxanın  solğun rəngini görüb ağladı. Vaqiən, 

Əsgər Züleyxanı çox  incidirdi. Hər bir söz üçün  onun üstünə çığırırdı. Özünə  bir rus qızı tapıb 

gecə-gündüz  onunla  olurdu.  Aslanın  acığına  bir  ildə  Züleyxanı  bir  dəfə  də  qardaşının  evinə 

qoymamışdı. Lakin Züleyxa hamısına dözür, səbir edirdi. Bilirdi ki, ərindən çıxarsa, qardaşından 

başqa elə bir adam yoxdur ki, onun yanına getsin. Qardaşı da özünü ancaq saxlaya bilirdi. Hərdən 

Züleyxanın  ürəyi  az  qalırdı  çatlasın,  lakin  əlacsızlıqdan  dözürdü,  gözləyirdi  ki,  "Qoy  Fərhad 

qurtarıb gəlsin, əli  bir  yerə  yetişsin,  yəqin ki,  məni  bu  halda qoymayacaq,  mühəndis  bir adama 

məni  saxlamaq  ağır  olmaz".  İndi  isə  öz  qardaşlarını  zəhmətə  salmamaq  üçün  hər  əzaba,  hər 

zülmə dözürdü. 

Onlar hər üçü bir yerdə şad çörək yedilər. Sabahı Züleyxa evlərinə getdi. 

Fərhadın getmək vaxtı idi. Aslan bir qədər pul tədarük edib ona verdi. 

- Başına dönüm, Fərhad, görürsən biz nə haldayıq. Dərslərində səy elə, bacımızı da incidirlər. 

Sən də gəl  bizim əlimizdən  bir qədər tut. Görürsən mən işləməkdən necə zəifləmişəm. Bacımızı 

da gördün, necə rəngi saralıb solmuşdur. O biçarənin də zəhməti ağırdır. Fərhad, başına dönüm, 

elə elə ki, bir az tez qurtarasan. Bizim indi bir ümidimiz sənə gəlir... 

Fərhadın  ürəyi  bu  sözlərdən  bir  qədər  yumşaldı,  öz-özünə  söz  verdi  ki,  hər  bir  şeyi  atıb 

oxuyacaq.  Amma  Aslandan  ayrılandan  sonra  hamısı  yaddan  çıxdı.  Yenə  mariyalar  gözünün 

qabağında süzüldü. 

Aslan  çalışdı,  vuruşdu,  işlədi,  zəhmət  çəkdi,  qeyrilərə  yalvardı,  öz  paltarını  satdı,  ilan  kimi 

qabıqdan  çıxdı,  axırda  on  dörd  ildən  sonra  məqsədinə  yetdi.  Fərhaddan  kağız  gəldi  ki, 

mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir. 

Beş-altı  gün  Aslan  şadlığından  yata  bilmədi.  Xırda  uşaq  kimi  atılıb-düşürdü.  Bacısının 

ürəyini  şad etmək üçün tez kağızı aparıb ona verdi. Təbii, o da Aslandan az sevinmədi. Fərhad 

gələcək deyə, Aslan kiçik daxmasını nizama saldı. 

Fərhad  gündüz  saat  10-da  vağzala  gələcəkdi.  Aslan  isə  "vaxt  keçir"  deyə,  obaşdan  gedib 

vağzalı  kəsdirib  oturdu.  Vaxta  hələ  altı  saata  qədər  qalmışdı.  Lakin  Aslan  gah  o  yana,  gah  bu 

yana gedir, tələsirdi, az qalırdı ki, tələsməkdən bağrı çatlasın. Əlli dəfə ondan-bundan soruşdu ki, 

qatarın gəlməsinə az qalıb, ya yox. Ona hər dəqiqə bir il kimi gəlirdi. Axırda qatar qara div kimi 

ləhləyərək gəldi. Aslan şadlığından və tələsdiyindən istəyirdi ki, qatarın qabağını əli ilə saxlasın. 

Fərhad əlində şapka vaqondan düşdü. Aslan yüyürüb: 

- Can, qardaşım! Gözlərimiz aydın olsun! -deyə Fərhadın boynuna sarıldı. 

Aslanın paltan köhnə olduğu üçün Fərhad onu tez geri itələyib, yanında olan və yolda onunla 

gələn qızlara dedi: 

     -  Bu,  bizim  nökərimizdir.  -  Aslana  bir  az  burada  ona  yaxın  durmamağı  tapşırdı.  Aslan 

qardaşının mühəndis olduğu üçün şeyini əlində aparmasını layiq bilmədi. Doğrudan da tez, nökər 

kimi, çamadanı Fərhadın əlindən alıb yola düzəldi. Fayton çağırıb mindilər, evə getdilər. 

Aslan daha şadlığından bilmirdi nə etsin. Bu gün Aslan üçün böyük bir bayram idi. Neçə ildən 

bəri çəkdiyi zəhmət bir bu gün üçün idi. Züleyxa da gəldi. Onların hər üçü axşama kimi bir yerdə 

qaldılar.  Əsgər  də  Fərhadın  yanına  gəldi.  Qonşulardan  da  gələn  oldu.  Hamısı  Aslana 

gözaydınlığı  verdi.  Fərhad  öz  kağızını  göstərdi:  1916-cı  ildə  mayın  8-də  həmin  şəhadətnamə 

Fərhada verilmişdi ki, o, Kiyev Sənaye Institutunda oxuyub mühəndislik diplomu almışdır. 

Fərhad kağızı oxuyanda Aslan şadlığından bilmirdi nə etsin. Hamısı sevinirdi. Bu, ona görə 

idi  ki,  müsəlmanlardan  oxuyan  az-az  tapılırdı.  Fərhad  mühəndisdir,  deyə  qonşular  Aslana  da 

hörmət  etməyə  başladılar.  Aslan  bunu  görüb  daha  da  fərəhlənirdi.  Əfsus  ki,  Aslan  dalda  onu 

nələr gözlədiyini bilmirdi. 




www.cafarcabbarli.org 

 

 

 



Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. Ayda hələlik 200 manat məvacib 

alırdı. Bunun 100 manatını Aslana verib, yüz manatını da özü xərcləyirdi. Amma bulvar, klub və 

bu kimi yerlər üçün 100 manat da azlıq edirdi. 

Aslan, pərvanə şam başına dolanan kimi, Fərhadın dövrəsinə fırlanıb ona xidmət edirdi. Bir 

neçə  ay  Aslan  bu  minval  ilə  dolandı.  Indi  onun  özünün  də  bir  qədər  pulu  var  idi,  çünki  daha 

Fərhad üçün xərcləmirdi, əlavə olaraq hələ Fərhad da ona bir qədər pul verirdi. Bütün ömründə 

Aslanın keçirdiyi bəxtiyar günlər bu bir neçə ay oldu. Bu arada qonşuları Aslana məsləhət gördü 

ki,  yaxında  olan  Gülzar  adlı  bir  qızı  alsın.  Aslan  şübhəsiz  ki,  bu  işə  məmnuniyyətlə  razı  idi. 

Lakin xahiş etdi ki, Fərhad ondan kiçiksə də, yenə ona məsləhət eləsinlər. Bu sözü qonşuda olan 

arvad Fərhada söylədi. Fərhad çox şadlıqla razılıq verdi. Həmin arvad Gülzarın anasının yanına 

elçi  gedib  razılığını  bildi  və  iki  nəfər  kişini  atasının  yanına  göndərib,  axirüləmr  Gülzarı  Aslan 

üçün aldılar. 

Bir neçə vaxtdan sonra toy edib Gülzarı gəlin gətirdilər. 

Toy  gecəsi  idi.  Onsuz  da  gözəl  və  sevimli  olan  Gülzar  bu  gecə  daha  başqa  bir  lətafət  əxz 

etmişdi. Onsuz da  həmişə gül  yarpaqlan kimi qırmızı  və zərif olan  yanaqları,  bu gecə, gəlinlik 

bəzəyindən  sonra  daha  da  gözəl  bir  rəng  almışdı.  Gülzarın  bədrilənmiş  ay  kimi  gözəl  üzünü 

bulud kimi pərdələyən qara saçlarına bu gecə daha diqqətlə şanə çəkilib nizam verilmişdi və tam 

diqqətlə  vurulmuş çətiri Gülzarın alnına tökülüb  insanı əsir  edəcək dərəcəyə qədər  lətafətli  idi. 

Aslan da bu gecə təzə paltar geymişdi. 

Gecə  keçdi.  Sabah  oldu.  Aslan  üç  gün  bayıra  çıxmadı.  indi  o  özünü  bəxtiyarlığın  son 

pilləsində görürdü və sevincindən üzünü Allah-taalaya tutub deyirdi: 

-  Pərvərdigara,  şükür  olsun  sənin  dərgahi-mərhəmətinə  ki,  illərcə  iki  qardaş  çəkdiyimiz 

əzabdan, məşəqqətdən sonra axırda bizə xoşbəxtlik qapılarını açdın. 

Aslanın daha bir qəmi yox idi. Bir fikri vardısà, o da qardaşını evləndirməkdi. Lakin Fərhad 

həmişə  eyş-işrətdə  olduğu  üçün,  hər  yerdə  özünə  bir  həmdəm  tapdığından  özünü  hələ 

zəncirləmək istəməyib, Aslanın sözlərini rədd etdi. 

Indi  Fərhad  üç  yüz  manat  alırdısa  da,  Aslana  əvvəlkindən  artıq  verməyib,  iki  yüz  manatını 

həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına 

salıb  dinmirdi.  Hərdən  ürəyinə  gəlirdi  ki:  "Nə  vaxta  qədər  mən  öz  pulumdan  Aslana  xüms 

verəcəyəm?” 

Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və 

səxavətlə  dolu  olan  ürəyi  kimi  bülənd-pərvaz  ola  bilməz  və  hər  qardaş  da  mütləq  Aslan  ola 

bilməz  ki,  qardaşın  həyatını  təmin  etmək  üçün  öz  axırıncı  paltarını  da  satsm.  Amma  yenə  nə 

qədər  daşürəkli  qardaş  olsa  Fərhad  ola  bilməz  ki,  Aslan  kimi  qardaşına  mühəqqər  bir  məbləği 

verəndə  ürəyinə  belə  çirkin  xəyallar  gətirsin.  Bilirəm,  indi  sizin  ürəyinizə  gəlir  ki,  bu  sayaq 

qardaşımız  olsaydı,  canımızı  ondan  əsirgəməyib,  qul  kimi  qabağında  işləyib,  qiblə  yerinə  ona 

səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq 

deyil. Məgər bizim hamınıızın da olmasà, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan 

yoxmudur?!  Bəli,  təbiət  həmişə  Aslan  kimi  yüksək  ruhlu,  pak  və  safürəkli  mücahidlər  yetirir. 

Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu 

unudarıq.  Zənnimizcə,  Fərhad  gələcəkdə  alçaq  təbliyini  zühura  verməsəydi,  ümumi  qanundan 

çox da uzaqlaşmazdı  və tamam gücümlə öz qəhrəmanımı  müdafiə edib,  məzəmmət olunmasma 

yol verməzdim. Amma əfsus ki, Fərhad alçaq təbliyində bir qədər ümumiyyətdən irəlilədi. 

Bəli,  Aslangilin  evi  Gülzarın  cəmali-dilarası  ilə  müzəyyən  edilmişdi.  Gülzar  azadə  bir  quş 

kimi gün-gündən gözəlləşirdi. İndi  Aslan da  işləyirdi,  Fərhad da. Onlar  heç  bir  şeydən çətinlik 

çəkmirdi.  Ona  görə  Gülzar  da  qeydsiz,  fikirsiz  yaşayır,  həmişə  yeni,  gözəl  paltarlar  geyirdi. 

Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün bà-xişi hər baxam məftun edirdi. 

Təbiidir ki,  Aslan arvadını  Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara 

heç  fikir  verməzdi.  Hərdən  nəzəri  Gülzarın  naz  ilə  süzülən  iri,  qara  gözlərinə  sataşanda,  ürəyi 

yerindən oynayıb tez  nəzərini  başqa  yana döndərirdi. Fərhad gözəl  və  cavan  bir oğlan olsà da, 

Gülzar ona  ayrı  bir  nəzərlə  baxmırdır. Nə  səbəbə də baxsm ki,  müsəlmanlarda alçaq təblik ola 

bilməz ki, öz Qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsm. 

Yavaş-yavaş  yay  gəldi.  Məxluq  bağlara  köçdü.  Fərhadgil  də  bağa  köçdülər.  Gülzar  öz 

qulluqçusu  ilə  bağda,  Aslan  ilə  Fərhad  şəhərdə  öz  işlərində  olurdular.  Arabir  hərəsi  bir  neçə 




Yüklə 184,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə