19
böhranları xarici – siyasi, demoqrafiki, təbii şəraitin törəməsi kimi
müzakirə edən digər geniş yayılmış baxışla uyğunlaşır. Bazar
azadlığının tərəfdarı olan və dövlətin iqtisadiyyata müdaxiləsinə
qarşı çıxan F. Fon Hayyek hesab edirdi ki, həddindən artıq istehsal
böhranları dövlətin həddindən artıq maliyyələşdirməsi, iqtisadiy-
yatın həddindən artıq kreditləşməsi və tələbin stimullaşdırılması
səbəbindən baş verirlər.
Y.Şumpeterin fikirlərində əks olunmuş böhranların psixoloji
nəzəriyyəsində qeyd olunur ki, dövrün hər fazası üçün inves-
tisiyalara münasibətləri müəyyən edən şəxsi psixoloji mənzərə sə-
ciyyəvidir. Böhran vəziyyətinin çaxnaşması və qeyri-müəyyənliyi
kapital qoyuluşlarının durğunluğuna səbəb olur, tərəqqi şəraitində
yaxşı əhval-ruhiyyə aktivlərin qiymətlərinin qalxması ilə bağlı
eyforiyanı stimullaşdırır. Fikrimizcə, psixoloji amillər yalnız
investisiya prosesi üçün əhəmiyyətli deyil, eyni zamanda böhranın
genişlənməsinə təsir edirlər.
P.Samuelson “İqtisadiyyat” adlı kitabında dövrlər və böh-
ranlar haqqında aşağıdakıları qeyd edir: dövrü bank kreditinin eks-
pansiyası/sıxılması ilə izah edən pul nəzəriyyəsi; dövrü istehsalda
ə
həmiyyətli yeniliklərin istifadəsilə izah edən yeniliklər nəzəriyyə-
si; dövrün səbəbini zəngin və qənaətcil insanlara çatan gəlirin in-
vestisiya şəklində qoyulacaq miqdarla müqayisədə həddindən artıq
böyük payında görən tam istehlak etməmə nəzəriyyəsi; tərəfdarları
resessiyanın səbəbini həddindən artıq investisiya qoyuluşunda gö-
rən həddindən artıq investisiya qoyuluşu nəzəriyyəsi; günəş ləkə-
ləri – hava – məhsul nəzəriyyəsi; multiplikasiya-akselerasiya me-
xanizminin təsiri ilə şərtləndirilmiş dövri iqtisadiyyatın ekzogen və
endogen səbəblərini müzakirə edən nəzəriyyə. Bu nəzəriyyələr ayrı-
ayrı mühüm amillərin böhranın yaranma səbəblərinin formalaşması-
na təsirini əks etdirirlər.
İ
qtisadiyyatın dövlət tənzimlənməsi şəraitində təkrar istehsa-
lın dövrilik təbiətinin tədqiqi tarazı iş dövrünün konsepsiyasının
yaranmasına səbəb oldu. Həmin konsepsiya monetarizm ideyaları-
nın inkişafını əks etdirir və məqsədəuyğun gözlənilənlər (ümidlər)
20
nəzəriyyəsini dəstəkləyən elmi məktəblər tərəfindən işlənib hazır-
lanmışdır. Bu nəzəriyyəyə görə dövlət bir çox funksiyalarla bərabər
təsərrüfat sisteminin tarazlığını pozan və bununla dövri dəyişmələrə
şə
rait yaradan pul “şokları”nın yaradıcısı rolunu oynayır.
Lakin maliyyə böhranının strukturuna gəlincə, A.A.Anikinin
onun aşağıdakı komponentlərini müəyyənləşdirir: büdcə, bank, pul
dövriyyəsi, valyuta və birja
13
.
Rus alimi B.B.Rubsov hesab edir ki, “maliyyə böhranına”
valyuta sisteminin böhranı, bank sisteminin böhranı və fond birja-
sının böhranı (müvafiq olaraq, valyuta, bank və fond böhranları)
daxildir. K.Rudovoyun fikrincə, maliyyə böhranı maliyyə-kredit
sisteminin tarazlığının pozulmasıdır ki, bu da özünü maliyyə
müəssisələrinin və kredit-maliyyə təsisatlarının qeyri-sabitliyində,
milli valyutanın dəyərsizləşməsi və suveren borcların ödənilmə-
məsində göstərir. Bütün bunlar ÜDM-un kəskin düşməsinə və
nəticədə, dövlətin mərkəzləşdirilmiş fondlarının formalaşması və
bölüşdürülməsi prosesinin pozulmasına səbəb olur
14
.
Y.A.Konstantinov və A.N.İlyinskiy maliyyə böhranı anla-
yışını dövlətin maliyyə-kredit mexanizmlərinin böhranlı vəziyyəti
kimi, maliyyə bazarının böhranını isə fond və borc kapitalı
bazarındakı vəziyyətin kəskin ağırlaşması kimi şərh edir
15
.
ABŞ-ın Milli iqtisadi tədqiqatlar bürosunun eksperti Maykl
Bordonun təklif etdiyi geniş yayılmış təsnifata uyğun olaraq,
maliyyə böhranları 3 kateqoriya üzrə qruplaşdırıla bilər: bank, borc
və valyuta böhranları
16
.
F.Mişkin hesab edir ki, maliyyə bazarlarının əsas bəlası olan
maliyyə böhranı fenomeni maliyyə aktivlərinin qiymətinin kəskin
13
Аникин А.В. История финансовых потрясений от Джона Ло до Сергея
Кириенко
. - М: ЗАО «Олимп-бизнес» 2002.-448 c.
14
Рубцов Б.Б. Мировые рынки ценных бумаг. М. Экзамен 2002. - 448с.
15
Константинов Ю.А., Ильинский А.Н. Финансовый кризис: причины и
преодоление
. Москва: Финстатинформ, 1999. С.70
16
Миотти Л. Финансовая либерализация, спекуляция и банковские кризи-
сы
// Банки: мировой опыт.–2002.-№ 4.
21
enməsi və bir çox maliyyə (və digər) şirkətlərin müflisləşməsi ilə
xarakterizə edilir. Mişkin maliyyə böhranının aşağıdakı səbəblərini
müəyyənləşdirir: faiz dərəcələrinin qalxması, fond bazarında
qiymətlərin düşməsi, qiymətlərin ümumi səviyyəsinin gözlənilmə-
dən düşməsi, qeyri-müəyyənliyin artması və bank sistemində
çaxnaşma
17
.
Amerikanın məşhur “Beynəlxalq iqtisadiyyat” dərsliyinin
müəllifləri Tomas Puqel və Piter X. Lindert hesab edirlər ki, ma-
liyyə böhranına səbəb ola biləcək 5 faktor mövcuddur: hədsiz kre-
dit və borclar; beynəlxalq şoklar; valyuta riski; müvəqqəti be-
ynəlxalq qısamüddətli kreditlər və qlobal infeksiya
18
.
Göründüyü kimi rus və xarici ədəbiyyatlarda maliyyə böhra-
nı definisiyasının bir mənalı izahı yoxdur. Maliyyə böhranı sadəcə
olaraq geniş spektrə malik böhranın bir parçasıdır hansı ki, iqtisa-
diyyatın ümumi böhranı zamanı yaranır. “Maliyyə böhranı” termi-
ninin son vaxtlar istifadəsi genişlənib. Adətən əvvəllər “pul böhra-
nı” termini istifadə olunurdu.
Maliyyə bazarlarında sistemli böhran valyuta, faiz şokları və
ümumiqtisadi durğunluq nəticəsində meydana gəlir. Maliyyə və
real sektorda yaşanan çətinliklər, ödənişlərin vaxtında edilməməsi,
borc keyfiyyətinin düşməsi, faiz və valyuta məzənnəsində yerdə-
yişmələr, səhm məzənnəsində enmələr ilə meydana gəlir. Bu for-
mada meydana çıxan böhranlarda firmaların öz aralarında, höku-
mət və iqtisadiyyatın digər sektorları arasında, xarici və yerli in-
vestorlar arasında koordinasiya problemi yaranır. Sistemli bir böh-
randa yerli və ya xarici hər hansı bir firmanın qazancı, sahibinin və
menecerinin ən uyğun davranışı ümumiqtisadi vəziyyətdən asılıdır.
Problem ancaq iqtisadi vahidlər arasında əlaqə və davranış ilə
kifayətlənməyib sektor səviyyəsində müəyyənedicidir. Maliyyə və
real sektor bir-birləri ilə iç-içədir. Sistemli böhranda bir-birlərinin
17
Мишкин Ф. Экономическая теория денег, банковского дела и финансо-
вых
рынков. М.: Аспект Пресс, 1999. –820 с.
18
Хасбулатов Р.И. Мировая экономика. Москва, 1999. - II том. – 442с.
Dostları ilə paylaş: |