79
bir bütöv təşkil edirlər. Milli bazara nisbətən xarici mühit ölkənin
iqtisadiyyatı və onun vəziyyətinə təsir edən dünya maliyyə bazar-
larıdır. Maliyyə bazarının fəaliyyət obyekti kimi pul vəsaitlərinin,
maliyyə aktivlərinin axınları və onları müşayiət edən məlumat
çıxış edir. ştirakçılar qismində korporasiyalar və banklar, ev təsər-
rüfatları, dövlət və beynəlxalq təşkilatlar çıxış edir.
Maliyyə bazarının sistemi
OBYEKTL
Ə
R
SUBYEKTLƏ
R
(IŞTIRAKÇIL
AR)
Ə
SAS
ALTSISTEM
LƏR
(MALIYYƏ
BAZARININ
SEQMENTL
Ə
RI)
YARDIMÇI
ALTSISTEMLƏ
R. BAZARIN
INFRASTRUKT
URU
Pul axınları
Aktivlər
Məlumat
Banklar
Korporasiyalar
Ev
təsərrüfatları
Dövlət
Beynəlxalq
təşkilatlar
Valyuta bazarı
Kredit bazarı
Fond bazarı
Sığorta bazarı
Qızıl bazarı
Ticarət sistemi:
birja,
birjadan
kənar
Ödəmə sistemi
Depozitari
Məlumat sistemi
Qanunvericilik:
normativlər,
müqavilələr
Tənzimləmə,
nəzarət
Mənbə. Müəllif tərəfindən tərtib olunub.
D.Barton, R.Nyuel və G.Vilson maliyyə böhranı kimi çox
amilli hadisənin səbəblərinin və inkişaf dinamikasının tədqiqinə
daha məntiqi surətdə yanaşaraq ətraflı təhlil üçün mühüm
80
elementləri ayırdılar
60
. Müəlliflər iqtisadiyyatı bir-birinə qarşılıqlı
təsir göstərən beş inkişaf edən “sistemə” böldülər. Hər “sistem”
bir-biri ilə qarşılıqlı əlaqəyə girərək və iqtisadi artımın kövrək
balansını dəstəkləyərək sabit vəziyyətdə olmalı olan iqtisadiyyatın
müəyyən sektorlarına uyğundur. Əks halda böhran yaranır.
Beləliklə, beş “sistemə” aşağıdakılar daxildir:
1) real iqtisadiyyat (korporativ sektor);
2) maliyyə və qeyri-maliyyə vasitəçiləri;
3) dövlət makroiqtisadi siyasət;
4) beynəlxalq maliyyə axınları və kapital bazarları;
5) aktivlərin qiymətləndirilməsi sektoru. Qeyd olunmuş beş
“sistemin” sabitliyinin pozulması böhran potensialının yığılmasına
səbəb olur. Onların vəziyyətinin təhlili böhrana aparan yolları daha
dəqiq müəyyənləşdirməyə imkan verir.
V.D.Moqilevskinin
61
əsərində sistemlərin inkişaf və tənəzzül
dinamikasını təhlil edərək sistemlərin məhvinin aşağıdakı
səbəblərini göstərmək olar:
• onun sabitliyinin pozulması;
• sistemin elementləri arasında əlaqə yolları vasitəsilə pul
vəsaitinin və maliyyə vasitələrinin dövriyyəsinin pozulması;
• maliyyə vasitələrinin xüsusiyyətlərinin dəyişməsi və
maliyyə bazarında əlaqələrin pozulması.
Sistemin fəaliyyətinin sabitliyi (möhkəmliyi) ümumiləşdirici
anlayış kimi bir sıra amillərdən asılıdır. Sabitliyin pozulması
sistemin parametrlərinin dəyişməsi, faiz dərəcələrinin dəyişməsi,
məhdudiyyətlərin tətbiqi və ya bazar iştirakçılarının müxtəlif
qruplarında problemlərin yaranması, gözlənilməz xarici təsirlərin,
məsələn, pul axınlarının istiqamətinin kəskin dəyişməsinin, möv-
cudluğu səbəbindən yaxud sistemin qeyri-sabitliyinə gətirib çıxar-
60
Barton D., Newell R., Wilson G. Dangerous Markets: Managing in Financial
Crisis. – Hoboken, New Jersey: John Wiley&Sons, 2002. – s. 300.
61
Могилевский В.Д. Методология систем. Системные проблемы России. –
М
.: ОАО «Издательство «Экономика», 1999. – S. 37.
81
dan funksional əlaqələrin və bazar seqmentlərinin sabitliyinin po-
zulması zamanı baş verə bilər. Maliyyə bazarının sabitliyinin po-
zulmasına investisiya mühitinin pisləşməsi və kapitalın çıxarılma-
sına və “qaçmasına” gətirib çıxardan vergi qanunvericiliyinin sərt-
ləşdirilməsi səbəb ola bilər. Digər ölkədə və ya regionda böhranın
olması valyutaların, qiymətli kağızların kursunun düşməsinə, bazar
iştirakçılarının müflisləşməsinə gətirib çıxarda bilər. Dövriyyənin
pozulması klirinq hesablaşmaları sistemində fəaliyyətin, qiymətli
kağızlar depozitarilərinin işinin dayandırılması halları, bazarların
məhdudluğu və inkişaf etməməsi ilə bağlı ola bilər. Maliyyə bazarı
obyektlərinin xüsusiyyətlərinin pozulması borc alanın istiqraz
vərəqələrini ödəmək istəməməsi ilə şərtləndirilmiş valyutaya, borc
vasitələrinə etibarın olmaması ilə və ya milli valyutanın yüksək
templərlə qiymətdən düşməsi; restriksiya pul siyasəti ilə bağlı olan
ehtiyatların tükənməsi və iqtisadiyyatın qanuni pul vəsaitinə
konvertasiyasının (monetizasiyasının) yüksək olmaması, aktivlərin
satılması və pul sistemindən vəsaitlərin kənara axını ilə, dövriyyə
kanallarının artıq dolması isə vəsaitlərin daxilə axını və “holland”
xəstəliyi ilə əlaqəlidir.
Sabitliyin itirilməsinə və dövriyyənin pozulmasına sistemin
elementləri arasında mövcud olan daxili və bazarla ətraf mühit
arasında olan xarici ziddiyyətlər, həmçinin xarici fövqəladə təsirlər
səbəb olur. Daxili ziddiyyətlərə makroiqtisadiyyat və pul-kredit,
valyuta, maliyyə sahələrində yürüdülən siyasətdə yol verilən
səhvlər, rəqabətli mübarizə, xarici ziddiyyətlərə isə geoiqtisadi və
valyuta müharibələri şəklində ifadə olunan ehtiyatlar və satış
bazarları uğrunda dünya bazarında aparılan rəqabət
62
, beynəlxalq
investorların və milli kapital bazarlarının maraq fərqləri
63
aiddir.
62
Кочетов Э.Г. Геоэкономика. Освоение мирового экономического партнерства.
63
Корищенко К.Н. Роль регулирования движения международного кАпи-
тала
в предотвращении финансовых кризисов // Деньги и кредит. – 2001. -
№
1. – S. 47-50; Сорос Дж. Кризис мирового капитализма. Открытое об-
щество
в опасности.
Dostları ilə paylaş: |