32
Maliyyə sistemi fərdlərin və firmaların fondlarını məhsuldar
investisiya imkanlarına çevirən kanaldır. Bu çevrilmənin sağlam
olması maliyyə bazarları iştirakçılarının investisiya imkanları haq-
qında düzgün mühakimələrə malik olmasından asılıdır.
Bankçılıq sisteminə təsir edən maliyyə böhranları fəaliyyət
və məhsuldarlıqlarının düşməsinə səbəb olmaqla kifayətlənməmiş,
onların struktur quruluşlarının da pozulmasına səbəb olmuşdur.
Bank böhranlarının yayılaraq digər sektorlara təsir etməsi
nəticəsində problem makroiqtisadi sabitliyə təsiredəcək səviyyəyə
çatmışdır. Bu mənada böhranın zərərləri büdcəyə ağır yük və
onun milli gəlirdəki payı ilə kifayətlənməyib, real mənada daha
böyük ölçülərə çatmışdır.
Caprio və Klingebielə görə bank böhranı aşağıdakı hadisələ-
rin hər birinin əmələ gəlməsi ilə təyin olunur.
1. Geri qaytarılmayan kreditlər bütün bank kreditlərinin 15-
20 %-i civarındadır və ya bundan çoxdur.
2. Bank sektorunda problemlərinin sistem yönümlü aradan
qaldırılma xərcləri ÜDM-un ən az 3-5 %-inə çatmışdır.
Kaminsky və Reinhart, Caprio və Klingebieldən fərqli olaraq
bank böhranlarını aşağıdakı “hadisələrlə” açıqlayırlar.
1. Bank sistemində böhran, bank bağlanması, birləşmələri və
ya dövlətin müsadirəsi ilə ortaya çıxır.
2. Böhran, bağlanma, birləşmə və ya dövlət tərəfindən
müsadirənin olmadığı, ancaq az əhəmiyyətli maliyyə qurumuna
böyük miqdarda dövlət yardımının edilməsi halında ortaya çıxır.
Mikroiqtisadi səbəblər bank sektorundakı struktur və
idarəetmə parametrlərinin hamısını əhatə edir. Bu çərçivədə höku-
mətin və ya mərkəzi bankın bank sektoruna birbaşa müdaxilələri
və ya təsirləri yer alır.
1. darəetmə - Hər bir bank uğursuzluğunda idarəetmə xəta-
sını göstərir, ancaq idarəetmə xətası heç bir zaman tək başına uğur-
suzluğun səbəbi ola bilməz.
2. Qeyri-qənaətbəxş infrastruktur - Bank sisteminin uğursuz-
luğunda qeyri-qənaətbəxş infrastruktur tək başına səbəb olaraq
33
göstərilə bilməz. Ancaq uçot və ya yoxlamadakı qüsurlar problem-
lərin həll olunmasını gecikdirir. Hüquqi infrastrukturdakı problem-
lər mülkiyyət haqlarından və ya bankların alacaqlarının reallaşma-
masından irəli gəlir.
3. Sərbəstləşmə/Yenidən Tənzimləmə - Maliyyə sistemində-
ki rekonstruksiya və sərbəstləşmə iddialı bir hərəkət olduğundan
bir çox problemə yol açır. Bu səbəblə bank sisteminin liberallaş-
ması birdən-birə deyil pillə-pillə həyata keçirilməlidir. Rekonst-
ruksiya isə daha çox qayğı gərəktirdiyindən rəhbərliyin bu işin
düzgün həyata keçirilməsindən əmin olması lazımdır.
4. Hökumət Müdaxilələri - Bank sektorunun verdiyi kredit-
lərə və şərtlərə hökumət müdaxilələri bank sektorundakı nağd böh-
ranını sürətləndirmişdir. Bu müdaxilə rəqabətçi olmayan faiz dərə-
cələrinin tətbiq olunması və ya qeyri-iqtisadi layihələrə fond trans-
feri şəklində olur. Digər bir potensial rəsmi hərəkət isə məcburedi-
ci qanuni qarşılıqların istənməsi və hökumət açıqlarını maliyyələş-
dirmək üçün bank sektorunun hökumət tərəfindən istifadəsidir.
5. Əxlaqi Risk (moral hazard) - Bankların iflas etməsinə ica-
zə verilməyəcəyinə və çətin zamanlarda maliyyə dəstəyi gələcəyi-
nə dair ümumi bir gözləntinin olması əxlaqi risk məsələsini ortaya
çıxarır. Bu vəziyyətdə banklar vəziyyətlərini yaxşılaşdırmaq əvəzi-
nə hərəkətlərini şiddətləndirirlər və əmanət sahibləri də “yaxşı” və
“pis” olanı bir-birindən ayıra bilmir.
6. Şəffaflığın Olmaması – şlək hüquqi tənzimləmələrin ol-
mamasına görə bank sistemində əmanət sahiblərinə və səhmdarlara
düzgün və lazımlı məlumat çatmır.
Yerli pul vahidinin həddindən artıq dəyər qazanması ixracatı
gəlirli olmaqdan çıxardacaq və valyuta mövqeyində pozuntuya yol
açacaqdır. Səhm bazarında məzənnə enişləri firmaların dəqiq də-
yərləriylə birlikdə bank kreditlərinə dayaq olan “təminat” dəyərlə-
rinə də mənfi istiqamətdə təsir edəcəkdir. Real faizlərin yüksəlmə-
si istehsalı və iqtisadi böyüməni aşağı salaraq bank sistemində aşa-
ğ
ı keyfiyyətli aktivlərin artmasına səbəb olacaqdır.
34
Bank sektorunda böhranla üzləşən ölkələrin ortaq xüsusiy-
yətləri böhrandan əvvəlki dövrdə artan xarici borclardır. Yeni borc
təmin edə bilməmə və ya geri ödəmələrdə çıxan problemlər xarici
investorların artan qeyri-müəyyənlik qarşısında bölgədən və ya öl-
kədən investisiyalarını çəkməsi sistemin çökməsini sürətləndirir.
Artan xarici borclar və bank sektorunun üstləndiyi ağır öhdəlik-
lərin hökumətin qarşılaşabiləcəyi maksimum təminat xəttini keç-
məsi, xarici kreditorların banklara istiqamətlənmələri və sər-
vətlərini geri çəkmələri ilə nəticələnir.
nkişaf edən bazarlarda özəl sektorun kapital axınlarını
çəkməyə yönəlik təşviqedici təminatlar böhranların səbəbkarıdır.
Qısa müddətli kapitalın təmin etdiyi imkanlar, özəl və dövlət sek-
torunun bu fondları məsuliyyətsiz və hesabsız təşviq və təminatlar-
la ölkə daxilinə çəkməyi cazibədar edir. Beynəlxalq maliyyə ba-
zarlarında meydana çıxan hər hansı bir narahatlıq qısa müddətli
kapitalın dərhal özünə etibarlı bir “liman” axtarması ilə nəticələnir
və ani kapital çıxışı olan ölkə maliyyə çətinliyi ilə qarşılaşır. Bey-
nəlxalq kapital axınlarının artan ölçüləri, inkişaf etmiş maliyyə ba-
zarlarından inkişaf etməkdə olanlara elm, texnologiya və təşkilati
struktur ixracını da artırmışdır. Maliyyə liberallaşması nəticəsində
ölkəyə girən xarici bankların rəqabət təzyiqi ilə yerli bankların
marka dəyərləri düşmüş və bu banklar balanslarını pozan yüksək
riskli və daha qısa müddətli kreditlərə istiqamətlənmişlər. Vaxt
keçdikcə zəifləyən və kövrək bir struktura malik olan bu banklara
xarici kredit verənlər, kredit verdikləri bankların pisləşən vəziyyə-
tini görə bilməmiş və itkilərə uğramışlar. Bankları tənzimləyən qu-
rumlar isə kommersiya banklarının riskli fəaliyyətlərinə müdaxilə
etməmiş və xarici banklardan nəzarətsiz səviyyədə xarici
borclanmalarına göz yummuşlar. Bunun nəticəsində dövlətin ver-
diyi etibar istismar edilmişdir.
Təşkilati çatışmazlıqlar böhran və böhranın koordinasiyası
problemini meydana gətirir və ilk anda müdaxilə olunmamış böh-
ran dərinləşir. Bu vəziyyətlərdə iflaslara icazə verilməməsi, yeni-
dənqurmanın qanuni-idari çərçivəsinin zəifliyi, maliyyə quruluşları
Dostları ilə paylaş: |