Microsoft Word Alqoritm ilk 5 muhazire docx



Yüklə 234,89 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.10.2017
ölçüsü234,89 Kb.
#4696
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10

Əgər  bütün bunları birləşdirsək avtonom sinif alınır, bu sinif müxtəlif  şərtlər daxilində 

işləyə bilər. Bu halda forma üzərində düymə qoymaq kifayətdir v o artıq tətbiqə hazırdır. 

Proqramlarda sinfin xassələri, üsul və hadisələri necə hazırlanır? 

Xassələr –bu sinfin vəziyyətinə təsir edən dəyişəndir. Məs. en, hündürlük. 

Üsullar –bunlar sinfin edə bildikləri prosedur və funksiyalardır (hesablama). Məs. sinif 

ekrana hansısa mətni çıxaran proseduraya malik ola bilər. Bu prosedura elə sinfə aid olan üsuldur. 

Hadisələr –bunlar müəyyən hadisə baş verəndə çağırılan funksiyalar və prosedurlardır. Bu 

prosedurlar həm sinfə aid ola bilər, həm də ondan xaricdə mövcud ola bilərlər. Siz proqramda 

proseduru yaradırsınız və obyektə deyirsiniz ki, müəyyən hadisə baş verəndə bu proseduru çağırın 

və o çağırılacaq. Məsələn,  əgər hansısa xassı  dəyişibsə, uyğun hadisə yarana bilər və uyğun 

prosedura çağırıla bilər və siz hadisəyə reaksiya verə bilərsiniz. Əvvəlcə sinifdə hər-hansı bir hadisə 

üçün prosedura olmaya bilər, varsa da o susmaya görə işləyir. Delphi mühitində prosedurlar ancaq 

müəyyən formatda hadisədən asılı olaraq yazılır. Prosedurun formatı əvvəlcədən müəyyən olunur və 

müxtəlif hallarda sinif onlara parametrlər göndərməli olacaq. Misal. İstifadəçi düyməni basdıqda 

sinif uyğun hadisəni yaradır. Bu zaman sizin bu hadisəyə uyğun prosedur  işləyəcək və sinif heç bir 

əlavə parametr sizə ötürməyəcək. Lakin əgər hadisə siçanın düyməsinin yerdəyişməsi ilə bağlıdrsa, 

onda sinif hadisə yaradacaq və avtomatik olaraq sizə kursorun yeni X,Y kordinatlarını ötürəcək. 

buna görə  də prosedura uyğun parametrlərlə elan olunmalıdır ki, onları sinifdən almaq mümkün 

olsun.  

İndi  görək obyekt nədir. Obyekt sinfin bir nümunəsidir, nüsxəsidir. Sinif vasitəsi ilə biz 

mahiyyəti tsvir edirik, hansıki onunla işləmək lazımdır. Məsələn, bu sinfin xassələrinin, üsul və  

hadisələrinin təsviri ola bilər. Obyekt bir nümunədir. Düyməni forma üzərində yerləşdirmək siz sinfi 

elan etməlisinz, xassə, üsul və hadisə yaratmalısınız. Onu artıq forma üzərində yerləşdiridikdə siz 

bir nümunə yəni obyekt yaradırsınız. İkinci düyməni yerləşdirdikdə daha bir obyekt yaranır.  

İndi isə xassələrin, üsul və hadisələrin işinə baxaq. Yenə də misal üçün sinif-düymə götürək. 

belə sinif aşağıdakı minimal yığıma malik olamlıdır.  

Xassə: 

-sol mövqe (x); 



-sağ mövqe (y); 

-en; 


-hündürlük; 

-başlıq; 

Üsul: 

-düymə yaratmaq 



-düyməni məhv etmək 

-düyməni çəkmək 

Hadisə 

-düymə basılıb 



-düymənin başlığı dəyişib 


Obyekt vahid tam kimi işlləyir. Məsələn, siz düymənin aşlığını dəyişdiz. Obyekt “Düymənin 

başlığı dəyişib” hadisəsini yaradır. Bu hadisəyə əsasən “düyməni çəkmək” üsulu çağırılır. Bu üsul 

düyməni obyektin xassəsində göstərilən mövqedə  çəkir, başlıq xassəsində göstərilən yeni mətni 

düymə üzərinə çıxarır.  

Hər bir sinifin mütləq iki üsulu var: “obyekt yaratmaq” və “obyekti silmək”. obyekt yaradan 

zaman onun xassələrinin saxlanması üçün yaddaş ayrılır, onu silən zaman yaddaş boşaldılır. Obyekti 

yaradan üsul konstruktor, məhv edən destruktor adlanır. Obyektin yaradılma prosesi inisializasiya 

adlanır.  İndi isə  düymənin istifadəsinə baxaq.  

1.

 

Düymənin “Düyməni yarat” üsulunun çağırılması ilə yaradılması 



2.

 

Lazımi xassələrin dəyişdirilməsi 



Bununla da düymə hazırdır. Obyekt –mürəkkəb tipdir.  Bu o deməkdir ki, siz “obyekt” tipli dəyişən 

elan etmək olar (ədədlərin tipi göstərildiyi kimi) və bu obyektə  dəyişən vasitəsilə müraciət edə 

bilərsiniz. Beləliklə, biz sini tipli dəyişənlər elan edə bilərik.  

Qeyd edək ki, obyektin yaradılması mütləqdir. İnisializasiya olmadan Delphi ancaq ədəd və ya sətir 

kimi sadə dəyişənlərlə yaddaşda yer ayırır, çünki bu dəyişənlərin ölçüsü fiksə olunub. 

 

Obyekt tipli mürəkkəb dəyişənlər mütləq  İnisializasiya olmalıdır. Bu həmdə verilənlərin 



yerləşdirilməsi ilə bağlıdır. Sadə dəyişənlər (stekin seqmentində) saxlanır, mürəkkəb dəyişənlər isə 

(obyekt tipli) kompyuterin yaddaşında saxlanılır. Proqramın startı zamanı stek seqmenti avtamatik 

İnisializasiya olunur. Buna görə də dəyişənlər artıq hazırlanmış yaddaşda stek seqmentində yerləşə 

bilər. Obyekt yaradan zaman yaddaşda mütləq yaradılan obyekt üçün lazimi həcm ayrılmalıdır. 

Obyekt lazım olmadıqda destruktoru çağıraraq yaddaşı azad etmək lazımdır. Sadə  dəyişənləri 

yaddaşdan silmək lazım deyil, çünki stek əməliyyat stemi tərəfindən avtamatik təmizlənir. 

 Siniflə  işləmək çox rahatdır. O bir şablon kimi işləyir,onun  əsasında isə obyekt tipli 

dəyişənlər yaradılır. Məsələn, düymə tipli istənilən qədər obyekt yaratmaq olar. Obyektin məhv 

edilməsi üçün Free metodu var. Obyekt bir. Free yazaraq onu məhv etmək olar. Delphi də sinifi 

adlandırmaq üçün adın əvvəlində T yazılır. Müxtəlif dillərdə siniflər adları ilə fərqlənir.  



Komponent modeli 

 Komponentlər – daha mükəmməl obyektdir. Kobud desək, komponentlər- elə obyektdir ki, 

onlarla vizual işləmək olar və bunun üçün onlarda lazimi xassə  və metodlar var.OYP-texsi 

yaradılanda vizuallıq haqda heç danışılmırdı.Borland firması obyektə kitabxanası yaratdı. Objekt 

Windows Library (owl-Windows-un obyektin kitabxanası) Borland özünün ilk Windows üçün üz 

qabığı yaradanda OYP –nəz-sini yenidən işləmək lazım gəldi ki, obyektlərlə vizual mümkün 

olsun.Delphini 6-cı versiyasının yaranmasına qədər ancaq bir komponent model-VCL(Visual 

Component Library- vizual komponentlər kitabxanası) mövcud idi. 6-cı versiyada yeni CLX 

kitabxanası (Borland Component Library for Cross Platform- krosplatformalı komponent 

kitabxanası) yarandı-VCL –komponent kitabxanası ancaq Windows üçün hazırlanıb. O çox 

universaldır,ancaq təkcə bu əməliyyat sistemində işləyir. 



Yüklə 234,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə