Microsoft Word Alqoritm ilk 5 muhazire docx



Yüklə 234,89 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix14.10.2017
ölçüsü234,89 Kb.
#4696
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10

JRE Sun şirkəti tərəfindən yaradılır. C#da yazılmış proqramın işləməsi üçün .NET Framework(dot 

net Freymvörk) lazımdır. .NET framework Microsoft şirkəti tərəfindən hazırlanır. Hal-hazırda 

yalnız Windows əməliyyatlar sistemi üçün olan versiyası mövcuddur. Lakin, .NET Framework-un 

klonu olan MONO Project adlı bir layihə mövcuddur və onun vasitəsilə yazılmış proqramlar bir çox 

əməliyyatlar sistemində işləyir.  

Deməli Java və C#-da proqram yazarkən, platforma haqqında fikirləşmirik və bu işimizi çox 

asanlaşdırır. Bundan əlavə bu texnologiyalar vasitəsilə bir çox VBİSlərə qoşulmaq üçün modullar 

mövcuddur. Bu da VBİS-i seçərkən bir çox məhdudiyyətləri aradan qaldırır. Digər üstünlüklərə 

tiplərin asan çevrilməsi, unicode dəstəyi,  şəbəkələrlə  iş  və s. misal ola bilər. Beləliklə böyük 

sistemlər yaradarkən bu texnologiyaların tətbiqi daha məqsədəuyğundur. Çünki bu 

texnologiyalardan istifadə etməklə proqram yazarkən demək olar ki, məsələnin məğzindən başqa 

digər problemlərin “qayğı”sına qalmağa ehtiyac qalmır. Bir çox bank sistemləri, hava limanlarında 

qeydiyyat və s. sistemlərini yaradarkən proqramlaşdırma texnologiyası kimi bu texnologiyalara 

üstünlük verilir.  

Amma, aydındır ki, bu cür proqramlarda vaxt faktorunu nəzərə almaq çox nisbidir. Əslində 

bu o qədər də narahatçılığa əsas yaratmır. Məsələn bank sistemində hər hansı bir tranzanskiyanın 1 

millisaniyə gec və ya tez yerinə yetirilməsinin bir o qədər də  əhəmiyyəti olmur. Lakin, raketlərin 

idarə olunmasında, atom stansiyalarının idarə olunmasında, tibbi avadanlıqlar üçün yazılmış 

proqram təminatında 1 millisaniyə gecikmə  və ya tələsmə insan həyatına bərabər ola bilər. Onun 

üçün də bu cür sistemləri heç vaxt Java və ya C# kimi texnologiyaların köməyi ilə yaratmaq olmaz.  

Beləliklə biz artıq ən aktual proqramlaşdırma dillərinin təyinatları barədə ilkin məlumatları 

bildik. Proqram məhsulu yaradarkən həmin məhsulun tələbatlarını  nəzərə almaqla bu 

texnologiyalardan daha səmərəlisini seçmək lazımdır. 

Hansı proqramlaşdırma dilini öyrənməliyəm? 

Proqramlaşdırmaya yeni başlayanda elə bilirdim ki, təkcə Basic və Pascal proqramlaşdırma dilləri 

var. Başqa dil yoxdur. Basiclə  məktəbdə oxuyanda tanış olmuşdum. O vaxt düzü nəsə xoşum 

gəlməmişdi. Birinci kursda oxuyanda isə Pascal öyrənməyə başladım. Sonra eşitdim ki, pascal dili 

üzərində Delphi adlı mühit qurulub. Delphini öyrənməyə başladım. Hər gün keçdikcə bir yeni 

proqramlaşdırma dilinin adını  eşidirdim. Bu məni yorurdu. Axı  mən hansı dili bilməliyəm? Belə 

suallarla çox adam müraciət edirdim. 

Mənə verilən cavablar müxtəlif olurdu. Riyaziyyatçılar deyirdi ki, proqramlaşdırma dilini 

bilmək boş şeydir. Əsas riyaziyyatdır. 

Bəziləri deyirdi ki, əsas alqoritmin tapmaq lazımdır dili hamı öyrənə bilər. 

Bəziləri deyirdi “flan” dili öyrən daha çox pul verirlər. O biri deyirdi sən nə danışırsan ” flan” dili 

həmişə yaşayacaq. 

Beləliklə hərə bir cavab verirdi. Indi isə özüm istiyirəm bir cavab yazım. Deməli hansı dili 

öyrənmək lazımdır? 

Wikipediaya baxsaz List of programming görərsiz ki, proqramlaşdırma dillərinin sayı 

həddindən artıq çoxdur. Kimsə müəyyən dili bəyənmiyib, özünə rahat bir dil yaradıb. 

Əslində hansı dili öyrənmək sualından çox, hansı  məqsəd üçün öyrənmək sualı haqqında 

fikirləşmək lazımdır. 

Proqramlaşdırmanı şərti olaraq iki yerə bölək. 

Desktop proqramlaşdırma 

Web proqramlaşdırma  

Desktop proqramlaşdırma deyəndə sistem üçün yazılan proqramlar, drayverlər, müxtəlif biznes 

proqramlar, riyazi proqramlar və s bura daxil ola bilər. Amma mən  əməliyyat sistemlərinə görə 

desktop proqramlaşdırmanı da üç yerə ayırmaq istərdim. 

Linuxda proqramlaşdırma 

Windowsda proqramlaşdırma 




Appleda proqramlaşdırma 

Qeyd: Indi dillərin çoxu cross platformdur, yəni bütün əməliyyatlar sistemlərində işləyirlər. 

Əgər linux mühitində  işləyirsizsə  və  əgər linuxun nüvəsi (kernel) ilə  məşğul olmaq 

istəyirsizsə, onda mütləq C dilin bilməlisiz. Linuxun nüvəsində  həmçinin biraz assemblerdən 

istifadə olunub, assembleri də bilsəz onda lap əla olar. Əgər nüvə ilə işiniz yoxdursa, təkcə linuxda 

balaca scriptlər yazmaq istəyirsinizsə, onda bash script dili sizin işinizə yarıyacaq. Amma indi artıq 

scriptləri pythonda yazmağa üstünlük verirlər. Odur ki, python burda sizin əla köməkçiniz olacaq. 

Əgər linuxda proqram yazmaq istəyirsinizsə, onda C++, Java, Python, Ruby + Qt bunlardan birin və 

ya bir neçəsin bilmək lazım olacaq. 

Windowsa gəldikdə isə  əgər windows applicationlar yazmaq istəyirsinizsə, onda Visual 

Studio sizə kifayət edəcək. Visual Studioda müxtəlif dillərdən istifadə etməyə imkan var, amma C# 

dili  ən məsləhətlisidir.Yox,  əgər visual studio və C# dan xoşunuz gəlmirsə, onda Java windows 

applicationlar yazmaq üçün əla seçimdir. 

Apple isə  əsasən Cocoa frameworkundən istifadə olunur və dil kimi Objective-C istifadə 

olunur. Web proqramlaşdırmaya gəldikdə isə, Adil öz bloqunda bu haqda PHP-dən  əvvəl… biraz 

məlumat verib. Bundan başqa siz asp.neti bilməklə də əla veb səhifələr yarada bilərsiz. Amma əgər 

evdə oturub, veb səhifə  yığırsızsa, onda php ən məsləhətlisidir. Perl də bu yaxınlara kimi çox 

istifadə olunurdu, amma deyəsən yavaş-yavaş istifadəsi azalır və php onun yerini tutur. Bəzən isə 

sizə veb səhifənizə java appletlər qoymaq üçün Java da lazım ola bilər. javascripti isə veb 

proqramistin sağ əlidir. 

Yekun olaraq hansı dili bilmək lazımdır sualına birdə baxaq. 

C. Bir çox dillər (Java, C++, C# və s) öz sintaksisin bu dil əsasında qurublar. Bu dili bilməklə digər 

dillərə keçmək asan olacaq. 

PHP dili web səhifələr yaratmaqda sizə yaxından köməklik edəcək. 

C# dili windows applicationlar yazmaq üçün əla seçimdir. 

Java dili hesab edirəm sizə çox lazım ola bilər. Bütün platformaları dəstəkləyir. C#-a çox oxşuyur. 

javascript adından da göründüyü kimi script dilidir. PHP server hissədə  işlədiyi halda, 

javascript client hissədə 

işləyir. Vebdə sizə çox lazım olacaq. 

Python dilinə tələbat hər gün keçdikcə biraz artır. Google bu dildən çox istifadə edir. Məsləhətlidir 

C++ əgər sistemlə oynamaq istəyirsinizsə, onda C++ bilmək yaxşı olardı. Yuxarıdakı dillərin 

hamısından çətindir.  

Ruby Yuxarıdakı dillərin hamısından az işlənsədə, hər gün keçdikcə Ruby məşhurlaşır. Vaxt 

olduqca, qurdalamaq olar. 

Bir  şey də qeyd edim. Dil bilmək hələ başlanğıcdır. Riyazi dillə desək proqramist olmaq 

üçün proqramlaşdırma dilini bilmək zəruridir, amma kafi deyil. 



 

 

 

 

Mühazirə 2.  

Oject Pascal ili. Proqramın strukturu. Kompilyatorun direktivləri. Verilənlərin tipləri. 

Tiplərin çevrilmə funksiyaları. 

Obyektlərin istifadəsi 


Yüklə 234,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə