Microsoft Word Alqoritm ilk 5 muhazire docx



Yüklə 234,89 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.10.2017
ölçüsü234,89 Kb.
#4696
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10

alqoritmik dillər (ALQOL, FORTRAN, ALQAMS COVIAL, PL/1 və s.); 2) iqtisadi 

informasiyaların  еmalı üçün nəzərdə tutulmuş alqoritmik dillər (PL/1 FORTRAN, ALQЕM, 

ALYЕK, KOBOL, TOBSOL, RPQ və s.); 3) informasiya, məntiq vеrilənlərin və  mətnlərin  еmalı 

üçün nəzərdə tutulmuş alqoritmik dillər (LIPS, SNOBOL, KOMIT, IPL, ЕPSILON və s.); 4) 

modеlləşdirmə, optimallaşdırma və idarəеtmə  məsələlərinin həlli üçün istifadə  еdilən alqoritmik 

dillər (PL/1, ALQOL, FORTRAN, APT, STIMUL SIMKRIT və s.); 5) tеorеmlərin isbatı üçün 

işlədilən dillər və s; 6) hərbi məqsədlər üçün istifadə еdilən həqiqi vaхt dilləri KORAL, KORAL-66, 

ADA və s.). Göründüyü kimi, univеrsal alqoritmik dillər müхtəlif sahələrə Aid məsələlərin həllində 

gеniş  tətbiq  еdilir. Bu cür dillərin mеydana gəlməsinə  səbəb, müхtəlif  еlm və  tехnika sahələrinin 

kəsişməsindən doğan iri komplеks məsələlərin ЕHM-də həll еdilməsi tələbi olmuşdur. 



Ümumi proqramlaşdırma dilləri haqqında 

Program: Hər hansı  məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardər. Yəni biz 

məsələni həll etmək üçün komputerdə proqram yazırıq. 

Proqramlaşdırma dili:Proqramı yazmaq üçün isə bizə proqramlaşdərma dili lazımdır. Hal-hazırda 

çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C,C++,Java,Smaltalk,Pascal,Visual Basic,Visual 

FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar:  

Çox yüksək səviyyəli dillər və ya vizual dillər :Access,FoxPro,Paradox,XBase,Visual Basic.  

Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir):Pascal,Basic,Fortran. 

 

Orta səviyyəli proqramlaşdırma dilləri:C,C++  



 Aşağı səviyyəli proqramlaşdırma dilləri:Assembly language Maşın dili:Ən aşağı səviyyəli dil olub 

0 və 1 lərdən ibarətdir  

Bundan başqa proqramlaşdırma dillərini ayrı 2 qrupa bölmək olar: Prosedur proqramlaşdırma dilləri 

(Pascal,Basic), Obyekt yönümlü proqramlaşdırma dilləri (C++,C#,Java,Smaltalk ). 

Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün isə bizə ilk növbədə kompilyator lazımdır. 

Kompilyator olduqdan sonra biz öz proqramımızı  mətn redaktorunda(Məsələn: Notepad) yaza 

bilərik. Lakin çox biz İDE yəni proqramlaşdırmanın inteqrallaşmış mühitindən istifadə edirik. Sadə 

dillə desək,bizə bir mühit verilir,orda komponentlər olur və bunlardan istifadə edərək biz öz 

proqramımızı yazırıq.Və  ən  əsası proqramlaşdırmanı öyrənməyin yolu proqram yazmaqdır (təkcə 

oxumaqla proqramist olmaq olmaz). İngiliscə daha yaxşı  çıxır. Learning programming is 

programming. 

Müasir proqramlaşdırma dilləri – hansı daha yaxşıdır? 

Müasir zamanda bir çox proqramlaşdırma dilləri və mühitlər mövcuddur. Bu da öz 

növbəsində texnologiyanı seçmək barədə qərar verməkdə  çətinlik törədir. Bəs hansı texnologiyanı 

seçmək daha məqsədəuyğundur? Hansı proqramlaşdırma dilini öyrənmək daha vacibdir? Bəlkə də 

ilk baxışdan  əsasən aşağı kurs tələbələri üçün bu sual mübahisəli görünür. Təcrübələr göstərir ki

hal-hazırda müasir proqramçı Pascal, C, C++, Perl, PHP, javascript, C# (Si Şarp), Java dillərinin 

hamısını bilməlidir. Belə bir sual verə bilərsiniz ki, “Nə üçün bu dillərin hamısını bilməliyik? Axı bu 

kifayət qədər böyük siyahıdır?”. 

Pascal dili tədris üçün ideal dildir. Əslində Pascal dili məhz bu məqsəd üçün yaradılmışdır. 

Alqoritmləri öyrənərkən Pascal dilində proqram yazmaqla məsələləri həll etmək çox rahatdır. 

Alqoritmlərin tərtib olunması qaydalarını, mövcud olan klassik alqoritmləri hər bir proqramçı 

bilməlidir (yeri gəlmişkən bu sahədə ən yaxşı kitablardan ikisinin adını demək istərdim: D.E.Knuth 

– Art of programming və Thomas H. Cormen,Charles E. Leiserson,Ronald L. Rivest – Introduction 

to Algorithms). Bir çox kitablarda alqoritmlərin realizasiyası psevdo-proqramlarla göstərilir. 

Psevdo-proqramlar sanki Pascal dilində yazılmış proqramlara bənzəyir. 

C proqramlaşdırma dili Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında 

Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa 

zamanda məşhurlaşmış  və proqramçıların  ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-




hazırda  ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi 

(kernel) C dilində yazılmışdır.  

C++ dili C dilindən sonra Bern Straustrup(Bjarne Stroustrup) tərəfindən yaradılmışdır. C-

dən ən başlıca fərqi ondadır ki, C++ obyekt-yönümlü (Object Oriented) proqramlaşdırma dilidir. Bu 

da müasir proqramlaşdırmada  ən vacib anlayışlardandır. Praktiki olaraq C++ dilində  həm sistem 

üçün həm də digər məqsədlər üçün proqramlar yazmaq mümkündür. Bizə çox tanış olan Mozilla 

FireFox, MS Word, MS Excel, Notepad, Paint və s. proqramların hamısı C++-da yazılmışdır. Lakin 

C++-da verilənlər bazaları(database) ilə işləyən proqramları yazmaq o qədər də rahat deyil. Məsələ 

burasındadır ki, verilənlər bazaları ilə  işləyən proqramların təyinatı bazada olan verilənlərlə 

işləməkdir. Bir çox hallarda bu cür proqramlarda sürət faktoru bir o qədər rol oynamır. Çünki sürət 

daha çox verilənlər bazası idarə etmə sistemlərindən(DBMS – Database Management System) asılı 

olur. Utilitlərin yazılmasında ən çox istifadə olunan dil C++ dilidir.  

Perl ilk olaraq mətnlərin manipulyasiyası üçün yaradılmışdır. Sonralar Perlin imkanları daha 

da genişlənmişdir. Hal-hazırda şəbəkə və sistem administratorlarının ən sevimli dillərindən biridir. 

Perl-dən veb proqramlaşdırmada(daha çox CGİ) da istifadə olunur. Lakin indiki zamanda veb-

proqramlaşdırma üçün daha rahat vasitələr vardır.  

PHP dünyadakı bir çox veb-proqramçıların sevdiyi dildir. Diqqət yetirsək veb-saytların 

böyük bir hissəsinin yaradılmasında PHPdən istifadə edilmişdir. PHP öyrənməkdə çox rahat və 

genişimkanlı dillərdən biridir. Əsas təyinatı veb-proqramlaşdırmada istifadədir. Lakin son zamanlar 

digər sahələrdə  də istifadə olunmağa başlayır. Lakin PHP vasitəsi ilə scriptləri yazarkən bəzi 

təhlükəsizlik tədbirlərini(SQL  İnjection, Remote Code İnclusion, XSS və s.) mütləq nəzərə almaq 

lazımdır. Bu tədbirləri nəzərə almadıqda həmin skriptləri çox asan üsullarla sındırmaq mümkün 

olur. PHP 5 versiyası  çıxdıqdan sonra PHP obyekt-yönümlü proqramlaşdırma dillərindən birinə 

çevrildi (əvvəllər OOP-un prinsiplərinə tam əməl olunmurdu). 

PHP-də yazılmış proqram serverdə icra olunur və yalnız nəticəsi klientə “göndərilir”. Lakin 

bəzən klient tərəfdə(client side) də proqramlaşdırmadan istifadə etmək məcburiyyətində qalırıq. 

HTML(HyperText Markup Language) isə adından göründüyü kimi yalnız işarələmə dilidir. 

HTMLin öz imkanları vasitəsi ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Bu cür hallarda 

javascript bizim köməyimizə çatır. Eyni təyinata malik digər bir texnologiya – VBScript də 

mövcuddur. Lakin VBScriptin bəzi imkanları  məhduddur. javascript vasitəsi ilə HTML Səhifənin 

DOM modeli üzrə bir çox əməliyyatlar etmək, səhifədə interaktiv elementlər(menyular, düymələrin 

basılmasında dərhal reaksiyalar və s.) yaratmaq mümkündür. Veb-proqramlaşdırma sahəsində 

məşğul olanlar üçün AJAX (Asynchronous javascript and XML) texnikasını da bilmək vacibdir. 

Bəzən AJAXı ayrıca bir texnologiya və ya dil kimi qələmə verirlər. Lakin, AJAX javascript və 

XML-dən istifadə etməklə bir vasitədir.  

Sadaladığımız bu dillərin təyinatları  əsasən ayrı-ayrı olduğuna görə onlar arasında 

konkurensiya bir o qədər hiss olunmur. Lakin Java və C# arasında böyük bir rəqabət vardır. Bir çox 

proqramçılar Javaya bəziləri C#-a üstünlük verirlər. Hər ikisininin özünə  məxsus üstün cəhətləri 

vardır. Əslində onlara sadəcə olaraq dil kimi yox bir texnologiya kimi baxmaq lazımdır. 

Bu texnologiyalar vasitəsi ilə yaradılmış proqramlar ayrıca işləyə bilmirlər. Bu proqramlar 

birbaşa olaraq sizin kompüterdə yox virtual maşında işləyir. Bəs virtual maşın nədir? Virtual maşın 

– proqram şəklində bir kompüterdir. Həmin virtual maşında işləyən proqramlar virtual maşına 

normal kompüter kimi müraciət edir və virtual maşın öz növbəsində həmən müraciətlərə kompüter 

kimi reaksiya göstərir. Bir sözlə kompüteri emulyasiya edir. Nəticə etibarı ilə Javada və C#-da 

yazılmış proqramları istənilən yerdə, istənilən arxitekturalı kompüterdə, istənilən 

əməliyyatlar(Operating System) sistemində  işə salarkən eyni cür işləyəcək. Yəni proqram 

kompüterin heç bir fiziki vəziyyətdən asılı olmur. Həmən proqramın işləməsi üçün yalnız və yalnız 

onun işləyə biləcəyi virtual maşın lazımdır. Java üçün virtual maşın (JRE – Java Runtime 

Environment) bir çox əməliyyatlar sistemi və bir çox arxitekturalı kompüterlər üçün mövcuddur. 



Yüklə 234,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə