Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

94 
günlərin məsələsində  də N.Tusi özündən  əvvəlki orta əsr müəllif-
lərinin yazdıqlarını  təsdiqləyir. Axırıncı beş gün ilin sonunda 
(isfənd ayının) hər 4 ildən bir ilin üstünə bir gün əlavə olunur. 
Bununla da, il bütövləşir, 365 gündən ibarət olur.    
Məşhur özbək astronomu Uluqbəy özünün bütün dünyada 
diqqəti cəlb etmiş «Gürkanın yeni astronomiya cədvəli»  əsərində 
orta əsrlər müəlliflərinin marağına səbəb olmuş bu təqvim islahatı 
barədə yazmağı unutmamışdır. Uluqbəy yazır ki, Cəlaləddin Məlik 
Şahın dövrü Günəşin Qoç bürcünə daxil olduğu günün yarısına 
uyğun gəlir, bu dövrün ayları da, həmçinin Günəşin zodiakın ayrı-
ayrı bürclərindən keçməsindən asılıdır. Bu səbəbdən bu dövrün 
ayları  və illəri günəşli olmalıdır. Ancaq efemerid təqviminin düz-
gün olması üçün aylar dəqiq müəyyən edilmiş 30 gündən hesab-
lanır (39, l24). Buradan bir daha görürük ki, əksər orta əsr müəllif-
ləri Novruz təqvimi barədə yekdil fikirdə olmuş  və  Xəyyamın 
bərpa etdiyi təqvimi təqdir etmişlər. Bu alqışlama, təqvimin 
dəqiqliyinə söykənir. Ö.Xəyyamın təqvimində uzun il əvvəlki uzun 
ildən 4 il deyil, 5 il fasilə ilə ayrılır. Həmişə 8-ci hesab olunur, 
nəticədə 33 il dövrlü son dərəcə sadə bir təqvim olduğunu görərik. 
Burada ilin 4, 8, 12, 16, 20, 24, 28 və 33-cü illəri uzun hesab 
olunur. Bu halda, ilin orta müddəti 365,2224 günə bərabərdir, yəni 
həqiqi Günəş ilindən sapmalar 0, 0002 günə  bərabərdir. Deməli, 
5000 il ərzində bir daha əyani şəkildə təqvimin son dərəcə dəqiq və 
mükəmməl olduğunu bir daha təsdiqləyir. Bu gün inkişaf etmiş 
dünyanın istifadə etdikləri müasir təqvimdə ilin orta müddəti 
365,2425 günə bərabərdir, yəni həqiqi ildən sapmalar 0,0003 günə 
bərabərdir. 3333 il ərzində 1 gün səhv olunması mümkündür. Bu 
analogiya da həmin təqvimin bir daha mükəmməlliyini göstərir. 
Yüksək inkişaf mərhələsini yaşayan bəşəriyyətin istifadə etdikləri 
müasir astronomik təqvim «Avesta» təqvimindən faydalanır. 
Novruz bayramı  Məlik  şah Səlcuqinin dövründə yenidən bərpa 
olunmuş təqvim əsasında yazın ilk günündən rəsmən bayram kimi 
də qanuniləşdi.  
 


95 
Ö.Xəyyam «Novruznamə»  əsərində bir məsələyə  də aydınlıq 
gətirmişdir. Bir çox tədqiqatçılar fərvərdin sözünü feruherlər-ata-
baba ruhu kimi qəbul edirdilər. Düzdür, Novruz sisteminin 
tərkibinə ata-baba ruhu günü, əcdad günü də daxildir. Ancaq 
fərvərdin Günəş ilinin başlanğıc ayı, Novruzun təntənəii qeyd 
olunduğu aydır. Xəyyam göstərir ki, fərvərdin Günəşin həməl 
(quzu) bürcündə olduğu və bitkilərin  cücərdiyi aydır (31, 104). 
Tam  əminliklə deyə bilərik ki, XI əsrdə Ö.Xəyyam tərəfindən 
«Avesta» təqviminə  əsasən yaradılmış yeni təqvimdə Novruz 
sabitləşdi. Həmin tarixdən Novruz bayramının yeni erası başlandı. 
Demək olar ki, «Novruznamə»də Novruz kompleks halında tədqiq 
olunmuşdur. Xəyyam, Novruz bayramının keçirilmə prosedurunu 
və özəlliklərini də lazımınca tədqiqata cəlb etmişdir. «Novruz-
namə»də göstərilir ki, il təhvil olarkən, birinci olaraq baş kahin 
hökmdarın yanına gəlir. O, özü ilə hökmdara meyvə dolu qızıl cam, 
üzük, qızıl sikkələr, yaşıl budaq, qılınc, ox və kaman, mürəkkəb-
qabı, qələm, at və başqa  şeylər gətirirdi.  İslama qədərki Novruz 
bayramı  təntənəsini özündə  cəmləyən bəzi mənbələrdə qeyd 
olunurdu ki, Novruz bayramı başlayan günü səhər tezdən hökmdar 
təzə paltarla təkbaşına saraya gələrdi. Axşamdan sarayın qabağında 
gecələyən xeyirxah, gülərüz,  şirinsöhbət ağsaqqal kişi icazəsiz 
hökmdarın yanına gələrdi. Onu görən hökmdar soruşardı ki, 
kimsən, haradan gəlirsən, adın nədir və gətirdiyin nədir? 
«Mən qabiliyyət və  zəfər qüvvəsiyəm, Allah tərəfindən gəli-
rəm. Adım Xoşyumidir. Gətirdiyim zəfər və yardımdır. Mənimlə 
gələn yeni ildir. Yol yoldaşım səlamətlik və  şahlıqdır»  – deyən 
Xoşyumi bayram süfrəsində otururdu. Süfrədə gümüş qabda buğda, 
arpa, darı, qarğıdalı, noxud, mərci, düyü, lobya və s. hazırlanmış 
balaca fətirlər və üzərlik dəstəsi olurdu (31, 114). «Novruznamə»də 
bayram süfrəsində  təqdim edilən  şeylər haqqında belə bir orijinal 
təsvir vardır. Qızıl qiymətli metalların  əşrəfidir.  İl təhvilində ona 
baxanın gözü işıqlı olar. Ona baxan sevinər və hünərli olar.  


96 
Xəyyam bayram süfrəsini də  ətraflı  təsvir  etmişdir.  Kainat və 
yerin  ünsürlərinin vəhdətindən yaranmış bitkilər haqqında xüsusi 
söhbət açmışdır. Bayram süfrəsində arpa göyünün olmasını  ən 
yaxşı bir adət kimi dəyərləndirir. Arpa ilə bağlı dini rəvayətlərə də 
yer ayrılmışdır. Xəyyam yazır ki, əfsanəyə görə, Adəm peyğəmbər 
buğda yediyindən behiştdən qovulmuşdur. Allah buğdanı onun 
azuqəsi etmişdir, lakin Adəm nə qədər buğda yeyirdisə, doymurdu. 
Buna görə  də Allaha yalvarıb  şikayətlənmişdir. Allah rəhm edib 
ona arpa göndərmişdir. Adəm arpa çörəyini yedikdən sonra 
doymuşdur.  Ə.Biruninin yazdığına görə, ilin məhsuldar, yaxşı 
olub-olmamasını arpa ilə müəyyənləşdirmək olurdu. Xəyyam bu 
inancı qeyd etmişdir. Arpa göyü şax və yaxşı göyərmiş olarsa, 
həmin il məhsulun bol olacağı ehtimal edilirdi. Əgər arpa göyü 
zəif, ölgün olarsa, qıtlıq gözlənilirdi. Xəyyama qədər də Novruz 
bayramında yeddi növ dənli bitki göyərdirdilər. Bayrama beş gün 
qalmış hökmdarların sarayında, həyətlərində kərpicdən on iki sütun 
düzəldirdilər.  
Hər sütunda bir növ dənli bitki göyərdilirdi. Bayramın altıncı 
günü həmin  əkilən bitkilərə diqqət yetirilirdi. Bu xüsusi diqqəti 
yetirməkdə  əsas məqsəd arpanın necə göyərməsini yoxlamaq idi. 
Yoxlamadan sonra musiqi və  nəğmə  sədaları altında göyərtilər 
toplanardı. Ə.Biruni bu sütün və göyərdilən bitkilərin sayının yeddi 
olduğunu göstərir (31, 115). Arpa bitkisinin faydalı olması, digər 
dənli bitkilərə nisbətən az zəhmət tələb etməsi və erkən yetişməsini 
insanlar bilirdilər. «Avesta»nın «Vəndidad» hissəsində arpanın 
sehrli qüdrətindən, onun Əhrimənin düşməni olmasından danışılır. 
Deyirlər ki, taxıl zəmisində arpa göyərdikcə Əhrimən bağırır. Arpa 
döyülüb başa gəlib xırmandan aparıldıqda  Əhrimən ağlayır. Onu 
dəyirmana apardıqda  Əhrimən nalə  çəkir, un əmələ  gəldikdə 
Əhrimən kədərin gücündən ölür. (31,116) Xəyyamın yazdığına 
görə, ari tayfaları  xırmandan-xırmana bir il hesab etmiş  və ilin 
başlanğıcını arpa biçinindən qəbul etmişlər. Xəyyam arpa bitkisinin 
tibbi müalicəvi əhəmiyyətini də qeyd etmişdir. O, xalq təbabətində 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə