32
modanın dini təzahürü çox da nadir hadisə deyildir, doğrudur dinin yayılması
nisbətən dərin proseslərə bağlıdır. Doğrudur, din moda deyildir. Lakin moda öz
ə
həmiyyətinə görə müxtəlif dəyərlərə bölünməyə, eyni zamanda dində də iştirak
etməyə qadirdir.
Ə
lbəttə bu halda dini davranışın motivi modanın olmadığı yerdən mühüm
dərəcədə fərqlənir. Modanın nə vaxt yarandığı sualına yuxarıda cavab verməyimizə
baxmayaraq onuümumi şəkildə cavablandırmaq mümkündür.
Ə
vvəllər qeyd etdiyimiz kimi modanın həmişə və heç yerdə olmamasının nəticə
ifadələri bir qədər pis vəziyyətdə qoyur, lakin bu tarixi inkişafın məhsuludur. Əlbəttə
mədəni nümunələrdə innovasiya və qarşılıqlı mübadilə və xüsusilə sosial reallıq
dəyişikliyə və mübadiləyə, öz təbiətinə görə dinamik və canlıdır. Doğrudur, bütün
cəmiyyətlərdə bu və ya digər formada modaya xas olan oyun və nümayişlilik
dəyərələrini şöhrətpərəst və paxıllar, yaradıcı şəxsiyyətlər, inqilabçılar, geri
çəkilənlər, cinayətkarlar adətlə diktə edərək hökmran nümayəndələrində bu və ya
digər formada dəyişir.
Qərb və Şərqdə əsrlərboyu adəti idarə edən normal sosial tip hökmranlıq
etmişdir. Tarixçilərə görə, onlar XV əsrdə Roma imperiyasında, Burqund sarayında,
sonralar XVIII əsrə Avropanın tanınmış geniş olmayan dairələrində milli və dini
qapalılığı pozaraq öz təsirlərini göstərirdilər. Belə ki, onlar modanın ilk zəif
cücərtilərini yaymağa başlamışdılar. Burada söhbət say nisbətində az olan fövqaladə
kiçik adacıqlar, tərpənməz dənizin dəyişməsindən gedir. Bu dəyişgənlik
mədəniyyətin sosial davranışına və tanınmış sosial təbəqənin dar sektoruna
toxunurdu. Məlumdur ki, mədəni nümunələrin heç bir dəyişikliyi moda ilə bağlı
deyildir.
Antik və ya orta əsr geyimlərində modanı işarə edən dəyişiklik heç də həmişə
müasirlik və universallıq kimi modanın mühüm və ilkin dəyərlərinə əsaslanmırdı.
Ə
ksər hallarda bu növ uniformalardan yuxarı təbəqədə tez- tez dəyişən hökmdarı
təqlid edənlər, onun favoritlərinə sadiq olmasını ifadə edənlər, bəzən isə hökmdara
tabe olduğunu bildirənlər üçün istifadə edirdilər. Modanın bu cürilkin dəyərləri, oyun
və nümayişlilik kimi dəyişikliklərdə çox məhdud sosial- mədəni mühit və vaxt
33
çərçivəsində iştirak edirdi. Ümumiyyətlə, antik dövrün modasının metaforası
haqqında olduğu kimi, gələcək inkişaf etmiş sosial təzahürün cücərtisi və nümunəsi
haqqında, həm də bəzi tarixçilərin dediyi kimi qədim kapitalizm haqqında danışmaq
olar.
Modanın əmələ gəlməsi və onun sosial təsdiqi hadisə deyildir. Bu uzun müddət
ə
rzində tədricən inkişaf edən, köhnə sosial formaların prosesidir. Bu formalardan
bəziləri daima sosial- mədəni fonu təşkil edir və onların əsasında moda yarana bilir
və ya əksinə. Onlara həmişə və hər yerdə iştirak edən oyun və nümayişlərin dəyərləri
də daxildir. Modanın ilk zəif cücərtiləri özü ilə Avropa dirçəlişini gətirmişdir. Sonra
XVII əsrdə moda milli və dini qapalılığı pozaraq tanınmışların məhdud çərçivəsində
davranışına təsir etmişdir. Moda yalnız XIX əsrdə sənaye, inqilab, texniki yeniliklər,
siyasi-inqilab, təbəqələrin əzilib- büzülməsi, millətlər və reqionlararası maneələr,
urbanizasiya, sosial- iqtisadi və mədəni həyatın kütləviliyi kimi faktorların
yaradılmasında formalşmışdır. Elə bunlara görə əsaslandırılıb təsdiq etmək olar ki,
moda XIX əsrdə mühüm sosial miqyasda Avropa cəmiyyətində yaranmışdır. Əgər
ə
vvəllər moda sosial sistemin ayrı- ayrı elementlərində istifadə edilirdisə, qeyd
olunan dövrdən başlayaraq moda sosial sistemdə mövcud olmuşdur. Bizim dövrdə isə
moda sənaye cəhətdən inkişaf etmiş və müəyyən dərəcədə inkişaf etməkdə olan geniş
ə
hali təbəqəsinin davranışının sosial nizamlayıcısı kimi çıxış edir. Sözün əsl
mənasında onun planetar miqyası təzahür etməkdədir.
34
1.6. Modanın dəyişməsinin tərkibi və təbiəti
Modanın təsir sferası həqiqətən sərhədsizdir və o, sosial həyatın, mədəniyyətin
və insanın davranışının ən müxtəlif sahələrində yayılır. Bu faktı bu gün
tədqiqatçıların əksəriyyəti təsdiq edirlər. Prinsip etibarilə modanın orbitinə nə olursa
olsun və kim olursa olsun düşə bilər. Əgər bu vaxtadək nə isə modalı olmayıbsa,
onda bundan sonra da olmayacağını fikirləşməkolmaz.
Modalı standartlar adamlar tərəfindən heç də həmişə dərk edilmir, o, insanın
zahirinin (geyim, saç düzümü, kosmetika və s.) və bilavasitə ətraf mühitin tərtibi
üçün ümumən qəbul edilmişdir. Bununla yanaşı, moda elektrik məişət
məmulatlarının, hətta təmamilə utilitar funksiyanın yerinə yetirilməsi üçün təyin
edilmiş əşyaların çeşidinin formalaşdırılmasın təsir göstərir.
Modanın qeyri- məişət əşyalarına da təsiri az deyildir. Bir çox tədqiqatçılar hələ
çoxdan bəri modanın incəsənət və memarlığa yüksək dərəcədə təsir göstərdiyini qeyd
edirlər.Bir çox hallarda müxtəlif filosoflar, sosial, dini və mənəviyyatçılar,
nəzəriyyəçilər modalı standartların və obyektlərin sifətində çıxış edirlər. Bəzi
tədqiqatçılar gənclər arasında narkotiklərdən istifadə edilməsi və bu halın
genişlənməsi faktorlarını da modalılıqla başlayşrlar. Beləliklə bu modanın əks tərəfi
də müşahidə edilir. Bunlar narkomaniyanın müxtəlifliyindən– tütünün çəkilməsindən
və alkoqolun qəbul edilməsindən əl çəkməyi stimullaşdırır. Modanın bu təsirindən bir
çox ölkələrdə antinikotin və antialkoqol təşviqatında istifadə edilir.
Hazırda moda insan davranışının konservativ sahəsi olan qidalanma rasionuna
və yeməklərin hazırlanma üsullarına da müdaxilə etməyə başlamışdır. Modanın təsiri
kimi dərman preparatlarının qəbulu tibb işçilərinin ciddi etirazlarına səbəb olmuşdur.
Ə
slində keçmişdə olduğu kimi, indi də diaqnozun nəticəsindən asılı olmayaraq bu
təsirdən azad ola bilmirlər. Ölümü ilə bağlı xəstəliklərin tarixini öyrənmiş tibb işçisi
B.M.Şubin bu haqda yazırdı, «qəribə də olsa modanın geyimə, saç düzümünə deyil,
xəstəliyə aiddir». Bu xüsusilə keçmiş zamanlarda diaqnozun doğrulmamış qoyulması
ilə bağlı idi. Belə «modalı» diaqnoz XIX əsrin I yarısı üçün anevrizm xəstəliyi üçün
müəyyən edilmişdir.
Dostları ilə paylaş: |