14
olan bir müəssisə, bundan məhrum olan digər müəssisələr üzərində rəqabət cəhətdən
üstünlüyə sahib olacaq. Xüsusilə, tələbin sürətli inkişaf və yeni investisiya mənbəsinə və
imkanlarına ehtiyac duyulan iqtisadi seqmentlərdə, bazarlara qısa zamanda hakim olma
cəhətdən, bu tip sinergetikanın əhəmiyyəti daha böyük olacaq. Tələbin daha yavaş
inkişaf və az aktiv iqtisadi istiqamətlərində daha az əhəmiyyətə sahib olacaq.
şə
başlama sinergetikası, faydalılıq baxımından iki şəkildə ortaya çıxmaqdadır.
a) sinergetika, mövcud mənbələrdən faydalanma vəziyyəti mövcuddursa
reallaşdırılan pul qazanclar formasında və b) köhnə fəaliyyətlərə yaxınlıq səbəbindən
yeni fəaliyyətlərə tabe olaraq qazanılmış zaman şəklində ortaya çıxır.
ş
sinergetikası, müəssisənin iş zamanı edəcəyi xərclər və idarəni davam etdirmək
üçün lazımlı kapitalla əlaqədardır. Burada, xüsusilə iki faktor əsasdır. Birincisi,
müəssisənin “ölçüsü” digər bir sözlə, həcmi; kincisi isə ümumi xərclərin istehsal
fəaliyyətlərinə paylanmasıdır.
Müəssisənin ölçüsü, sinergiyanın faktoru olaraq xüsusilə böyük həcmdə istehsalda
olan müəssisələrin vahid xərclərini azaltmaq (əgər aylıq tutum mövcuddursa); böyük
həcmlərdə satın almalar mövcuddursa daha aşağı qiymətlər üçün pərakəndə satışlardan
faydalanma formasında ortaya çıxır. Ümumi xərclər tələb edən bəzi xidmətlərdən yeni
məhsullar üçün faydalanma imkanları mövcud ola bilər. Xüsusilə sahib olmalar halında,
araşdırma ,vasitə və xərcləri, yeni məhsullar üçün, inkişaf və marketinq vasitələri kimi
istifadə edilə bilər. Beləcə, sabit olan ümumi xərclərin məhsullara paylanmasında bəzi
qənaətlərdə sinergiya faktoru sayəsində faydalanmaq mümkün olur.
ş
sinergiyası ümumiyyətlə sabit tutum və zamandan irəli gəlir. Əgər müəssisədə
idarəçilər tam gün prinsipinə uyğun işləmirlərsə və onların qabiliyyətləri ilə təcrübə və
məlumatları yeni fəaliyyətlər üçün istifadə edilsə yeni fəaliyyətlərə, idarəçi tapmaq
problemi və xərcləri qismən də olsa öz həllini tapacaqdır. Ancaq bu tip sinergiya,
15
ə
həmiyyətli ölçüdə dəyərləndiriləməsi ən çətin olanlardan birini təşkil edir. Çünki
idarəçilərin boş zamanlarının müəyyən olunması sadə olmadığı kimi, qabiliyyət və
təcrübələrinin yeni işə uyğunluğunu qiymətləndirmək də asan deyil
.
şə
başlama və iş sinergiyası bir biri ilə sıx əlaqədədir. Belə ki,hər nə qədər fərqlilik
olsa da ümumi qayda olaraq bu iki tip sinergiya bir-birlərini tamamlayan bir cütlük
təşkil edirlər. Digər bir deyimlə, hər iki tip sinergiya növü məhsul fərqliliyi səbəbiylə və
yeni fəaliyyət sahələrinin köhnə fəaliyyət sahələrinə olan oxşarlığı ilə ortaya çıxır.
Primitiv olaraq sinergiyanın təsirləri üç parametr vahidinin funksiyası olaraq təyin
oluna bilər. Sinergiyanın ölçülməsi, bu üç xüsusiyyətin hesablanmasını tələb edir.
Bunlar; mənfəət artımı, müəssisə xərclərinin azaldılması və investisiya ehtiyaclarının
salınması olaraq açıqlana bilər.
Bəhs etdiyimiz parametrlər zamandan asılı olaraq dəyişir. Ancaq, bunu da qeyd
etmək lazımdır ki parametrlər arasında nisbi əlaqələr qurmağa imkan təmin edən
modellər mövcud deyil. Hesablamaq üçün hər əhəmiyyətli parametrin təsirini müəyyən
zaman ərzində ayrı-ayrı ölçmək və stratejik bir problemin qiymətləndirilməsində istifadə
etməkdən ibarətdir.
Sinergiyanın araşdırmalarda əhəmiyyəti genişləndirmə, siyasəti və strategiyasında
ortaya çıxır. Məhsulu fərqləndirmək qərarı verərkən ya da yeni investisiyalara
yönələrkən yeni məhsullarda olduğu qədər köhnə məhsullarda da rəqiblərə nisbətən
üstünlük əldə ütmeyə çalışmaq lazımdır. Müəssisə, təcrübəsinin olduğu məhsullara və
bazarlara istiqamətli bir genişləmə siyasəti izlədiyi hallarda, rəqibləri üzərində istər
zaman, istər xərc və istərsə də mənfəət baxımından üstünlük təmin edəcək. Qeyd etmək
lazəmdır ki, sinergiyanın təsiri yalnız müəssisənin yeni başladığı istehsal sahəsində
deyil, köhnə fəaliyyət sahələrində da bəzi iqtisadi halları ozü ilə birlikdə gətirməkdə və
müəssisə rəqabət şəraitində gücləndirici və qabaqlayıcı bir ünsür olmaqdadır.
16
Sinergetik rəhbərliyin başlıca xüsusiyyətləri aşağıdakılardır.
Sinergetik rəhbərlik, təşkilatda işin yüksək səviyyədə icrası üçün bütün istehsal
amillərinin bir yerdə istifadə edilməsi və ortaq bir enerjiyə çevrilməsi deməkdir. Daha
aydın ifadə etsək, təşkilatda başda rəhbərlik olmaq şərti ilə sistem, təchizat, insan vs.
bütün mənbələrin təşkilat məqsədlərinə istiqamətləndirilməsi sinergetik təsir üçün
lazımlıdır.
Təşkilatda qrup çalışması və işçilərin idarəetmədə aktiv olaraq iştirakını təmin edən
faktorlar “sinergetik təsir” in bir başqa mənbəyidir.
Sinergetik rəhbərlik eyni zamanda təşkilatda funksiyalararası ünsiyyət və qarşılıqlı
ə
ləqələrdə də əhəmiyyətlidir. Hər hansı bir təşkilatda dizayn, istehsal, satış və araşdırma
funksiyalarının bir-biri ilə yaxın əlaqə içərisində həyata keçirilməsi də “sinergetik təsir”
ortaya çıxardır. Bunun nəticəsində isə təşkilatda keyfiyyət, fəaliyyət, məhsuldarlıq,
gəlirlilik vs. şəkillərdə ortaya çıxır. Məsələn, bir təşkilatda çalışan mühəndis ilə istehsal,
satış və marketinq proseslərində vəzifəli şəxslərin eyni qrup işi içərisində yeralması
təşkilatın müvəffəqiyyətini təsir edəcək yeni fikirlər və tətbiqləri gündəmə gətirə bilər.
Bunu Deming Cycle adı verilən şəkil üzərində açıqlaya bilərik. Yeni rəhbərlik
fəlsəfəsinin banilərindən Edwards W. Deming, bir şirkətin müştərinin tələblərinə uyğun
olaraq məhsul istehsal edə bilməsi üçün araşdırma, dizayn, istehsal və satış arasındakı
davamlı qarşılıqlı əlaqələrin əhəmiyyəti olduğu demişdir. Deming'in fikirincə tək bir
funksiya üzərində deyil, bütün funksiyalar üzərində dayanmaq və bu funksiyalar
arasındakı qarşılıqlı ələqənin səviyyəsini artırmaq mühüm əhəmiyyət daşımaqdadır.
Ümumi ştirak Rəhbərliyi, organizasyondaki bütün işçilərin işə aktiv olaraq
qatıldıqları bir idarəetmə anlayışını ifadə edir. Ümumi iştirak rəhbərliyində başlıca bu
ünsürlər əhəmiyyət daşımaqdadır:
1)
Yerindən rəhbərlik
Dostları ilə paylaş: |