Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   2   3   4   5   6   7   8   9   ...   23

 

Tanınmış  Amerika  sosioloqu  Manuel  Kastels  (1942)  informasiyaya  bəsit  tərif 



verir: “ nformasiya təşkil edilən və oturulən gostəricilərdir”. Kibernetikanın banisi 

N.Vinner  isə  qeyd  edir  ki,  “ nformasiya  nə  materiyadır,  nə  də  enerjidir, 

informasiya  elə  informasiyadır”.  nformatizasiyanın  tərifini  tanınmış  rusiyalı 

filosof  Arkadi  Ursul  (1936)  da  verir.  Onun  təbirincə  “ nformatizasiya  dedikdə, 

sivilizasiyanın  intellektual  səviyyəsinin  köklu  yuksəlməsi  və  bunun  əsasında 

insanın  butun  həyat  fəaliyyətinin  humanist  yenidənqurulması  məqsədilə 

informatika vasitələrinin köməyilə mühüm inkişaf resursu kimi informasiyaya tam 

malik olmağın yaradıcı prosesi başa düşülür”. 

nformasiyanın  muxtəlif  novləri  arasında  iqtisadi  informasiya  mühüm  yer 

tutur.  Fərqləndirici  xususiyyəti  kimi  iqtisadi informasiyanı  insan  kollektivlərində, 

təşkilatlarda  idarəetmə  prosesləri  ilə  bağlılıq  səciyyələndirir.  qtisadi  informasiya 

istehsal,  bolgu,  mubadilə  və  material  nemət  və  xidmətlərin  istehlakı  proseslərini 

müşayiət edir. Onun əhəmiyyətli hissəsi ictimai istehsalla bağlıdır ki, bu da istehsal 

informasiyası kimi qəbul edilir. 

nformatika  uzrə  mütəxəssislər  dünyanın  ən  inkişaf  etmiş  ölkələri  üçün  ilk 

olaraq  “informasiya  cəmiyyəti”  və  “informasiya  iqtisadiyyatı”  terminlərini  bir 

araya  gətirmişlər.  Bu  anlayışlar  isə  öz  növbəsində  “innovasiyalı  iqtisadiyyat”, 

“yeni  iqtisadiyyat”,  “acıq  cəmiyyət”,  “biliklər  cəmiyyəti”,  “biliklər  iqtisadiyyatı” 

kimi terminlərin sinoniminə çevrilmişdir. 

Bu təriflərdən və onların mahiyyətindən iki hal irəli gəlir: 

1)  informasiya  inkişafın  ən  mühüm  istehsal,  ictimai  və  sosial  resursuna 

cevrilmişdir; 

2) informasiya demək olar ki, biliklər sinonimidir və ya başqa sözlə, biliklər  

informasiyanın ozəyidir, onun mühüm hissəsidir; 

3)  muasir  informasiya  sistemləri  və  texnologiyaları,  onların  qloballaşması 

vahid  informasiya  məkanına,  mədəniyyətlərin,  təhsilin,  biliklərin  və  qismən 

iqtisadiyyatların qloballaşmasına gətirmişdir. 

nformasiya və informasiya iqtisadiyyatı haqqında işləmələr nobel laureatları 

– amerika iqtisadcıları Cozef Arroru (1921), Herbert Saymon (1918-2001), Robert 



 

Lukas  (1937),  Vilyam  Vikri  (1914-1996),  Corc  Akrlof  (1940),  Maykl  Spens 



(1943),  Cozef  Stiqles  (1943),  Robert  Merton  (1944),  ingilis  iqtisadçıları  Vilyam 

Luis (1915-1991), Ceyms Mirrlis (1936) və başqalarının tədqiqatlarında da mühüm 

yer tutmuşdur. 

1994-cu ildə iqtisadiyyat sahəsində nobel mükafatı almış ABŞ iqtisadcısı Con 

Harsaninin  (1920-2000)  tədqiqatları  isə  o  zaman  iqtisad  elminin  nisbətən  yeni 

sahəsi kimi intişar tapan informasiya iqtisadiyyatı üçün nəzəri təməl olmuşdur. 

nformasiya  və  onunla  bağlı  texnologiyalar  UDM-in  inkişaf  surətlərini 

müəyyən edir. Həmçinin, vətəndaş cəmiyyətinin yetkinlik dərəcəsini, inkişafını və 

təşəkkulunu müəyyən edir ki, bu da öz növbəsində, sosial sferanın iqtisadi artım və 

inkişafının surət yuksəlişində əks olunur. 

qtisadi informasiyaya dəqiqlik, doğruluq və operativlik kimi tələblər xasdır. 

nformasiyanın  dəqiqliyi  butun  istehlakçılar  tərəfindən  birmənalı  qəbul  olunmanı 

təmin  edir.  Doğruluq  iqtisadi  informasiyanın  sistemin  fəaliyyət  effektivliyinin 

saxlanılmasına zəmin olur. Operativlik isə zəruri hesablamalar və dəyişən şəraitdə 

qərarların qəbul olunmasında informasiyanın aktuallığını əks etdirir. 

qtisadi  informasiyanın  təhlili  səmərəli  idarəetmədə  qərarların  qəbul 

edilməsinin  mühüm  şərti  olaraq  cıxış  edir.  Tədqiqat  predmetini  idarəetmənin 

ümumi  qanunları  təşkil  edən  kibernetika  nəzəriyyəsində  informasiya  xarici 

aləmdən  alınaraq  idarəetmədə  adapta  olunan  məlumatlar  sistemi  kimi  anlaşılır. 

Eyni  zamanda,  risk  amilinə  rəğmən  natamam  informasiya  şəraitində  qərarların 

qəbul  edilməsinin  məxsusi  nəticələri  yaranır.  Belə  ki,  gələcək  hec  də  hər  zaman 

bizim proqnozlarımıza uyğun inkişaf etmir. Qəbul edilmiş qərarlar cox vaxt səhv, 

qazanclar yetərsiz, məsrəflər isə gozlədiyimizdən artıq olur. Səhvlərin isə əvəzini 

ödəmək lazım gəlir. Qeyri-müəyyənlik effektiv bazara aparan yolda ciddi maneəyə 

cevrilir, xeyli qüvvə, vəsait, vaxt və enerji sərfinə gətirir, mal və resursların qeyri-

optimal bölgüsünə səbəb olur. Buna gorə də, iqtisadi informasiya sferasında onun 

doğru və dürüstlüyü, müfəssəlliyi xüsusi önəm daşıyır. 

Beləliklə, iqtisadi informasiya sosial-iqtisadi prosesləri əks etdirən və onların 

idarəedilməsinə, həmçinin istehsal və qeyri-istehsal sferasında insan kollektivlərinə 



 

10

xidmət  gostərən  məlumatlar  məcmusunu  ehtiva  edir.  nformasiya  resursu  və  ona 



daxil  olan  bilik  və  məlumatlar  isə  insan  kapitalının  tərkib  hissəsi  kimi  onun 

təməlində  dayanır.  Bu  səbəbdən  də  informasiya,  o  cumlədən  də,  iqtisadi 

informasiyanın insan kapitalı ilə birlikdə müasir cəmiyyətin və bütövlukdə dunya 

iqtisadiyyatının inkişafının əsas amillərinə çevrildiyi əsaslandırılır. 

Son bir necə ildə “yeni iqtisadiyyat”ın gəlişinin cox da uzaqda olmadığı faktı 

daha  aydın  görüntüyə  gəlmişdir.  Bu  görüntünün  təzahurləri  belədir  ki,  “kohnə  in 

dustrial  qaydalar”ın  yerinə  informasiya  texnologiyaları  və  internetin  hərəkətə 

gətirdiyi  yeni  bir  iqtisadiyyat  paradiqması  gəlir.  Yeni  iqtisadiyyat  informasiya 

kommunikasiya  texnologiyalarının  sürətli  inkişafına  əsaslanaraq  dinamik, 

elmtutumlu  olmaqla  dəyişikliklərə  daha  cox  həssaslıqla  reaksiya  verir.  Əslində 

texnoloji  noqteyinəzərdən  muasir  informasiya  kommunikasiya  texnologiyalarının 

geniş  və  hərtərəfli  yayılmasını  Elmi-Texniki  Tərəqqinin  növbəti  mərhələsi  kimi 

nəzərdən  də  kecirmək  olardı.  Lakin  baş  verən  yeni  elmi-texniki  inqilabın 

xüsusiyyəti ondan ibarətdir ki, o insan fəaliyyətinin bütün başlıca növləri üçün əsas 

olan  informasiyanın  istehsalı,  emalı  və  oturulməsi  kimi  proseslərə  toxunaraq 

informasiya  sferasına  mudaxilə  edir.  Bu  isə  iqtisadiyyat,  siyasət,  mədəniyyət 

sahəsində köklu sosial transformasiyalara, insanların şüurunda dəyişikliklərə, yeni 

postindustrial  cəmiyyət  tipinin  –  informasiya    cəmiyyətinin  meydana  cıxmasına 

zəmin olur. 

Tədqiqatlar  əsaslandırır  ki,  informasiya  cəmiyyətinin  yaranışı  Amerika 

iqtisadcısı Fris Maxlup (1902-1983) və yapon sosioloqu Umesao Tadaonun (1920-

2010

)  adları  ilə  bağlıdır.  Bu  anlayış  ABŞ  və  Yaponiyada  onlar  tərəfindən  eyni 

vaxtda elmi dövriyyəyə çıxarılmış və sonradan informasiya cəmiyyəti konsepsiyası 

yapon  sosioloqu  və  futroloqu  Yonedzi  Masuda  (1905-1995),  Amerika  iqtisadçısı 

Mark  Porat  (1932),  ingilis  alimi  Tom  Stounyer  (1929)  və  başqaları  tərəfindən 

inkişaf etdirilmişdir. 

nformasiya  cəmiyyəti  anlayışı  ilə  yanaşı,  eyni  zamanda,  “texnotron 

cəmiyyət”,  “biliklər  cəmiyyəti”,  “postindustrial  cəmiyyət”,  “acıq  cəmiyyət”  kimi 

anlayışlardan da istifadə olunmuş və olunmaqdadır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə