Microsoft Word 53 islam Rzayevin İfasinda “Çahargah” Azərbaycan Muğam Dəstgahinin Təfsiri docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#54133


RAST MÜZİKOLOJİ DERGİSİ 

       Uluslararası Müzikoloji Dergisi 

www.rastmd.com

Doi:10.12975/rastmd.2015.03.02.00053

969

İSLAM RZAYEVİN İFASINDA “ÇAHARGAH” 

AZƏRBAYCAN MUĞAM DƏSTGAHININ TƏFSİRİ 

Səadət Verdiyeva

1

ÖZET

Məqalədə  Azərbaycanın  Xalq  Artisti,  xanəndə  İslam  Rzayevin  ifa  etdiyi 

”Çahargah” muğam dəstgahının müqayisəli təhlili verilir.  Muğamda Ə.Vahidin sözlərinə 

yazılmış qəzəlin də poetik mətninin geniş təhlili göstərilib. İslam Rzayev mükəmməl bir 

sənətkar kimi“Çahargah” muğam dəstgahını tam şəkildə və özünə məxsus ifa etmişdir. 

Anahtar Kelimeler: “Çahargah”  Muğam dəstgahının təhlili , qəzəlin poetik əsası,rəng 

,şöbələr . 

ИНТЕРПРЕТАЦИЯ МУГАМ ДЕСТГЯХ "ЧАХАРГЯХ" В 

ИСПОЛНЕНИИ ИСЛАМА РЗАЕВА 

Саадат Вердиева

2

РЕЗЮМЕ 

             В  статье  анализируется  сравнительность  мугам  дестгяха  "Чахаргях"  в 

исполнении  Народного  артиста  Азербайджана,  ханенде  Ислама  Рзаева.  В  мугаме 

показано широкий спектр поэтического текста Гезель (строфа) к словам А.Вахида. 

Как великий ремесленник ханенде Ислам Рзаев исполнил мугам дестгях "Чахаргях" 

полностью и самостоятельно.  



Ключевые  слова: анализ  мугам  дестгях  "Чахаргях",  поэтические основы  гезелей, 

ренг, разделы. 

INTERPRETATION OF MUGHAM DESTGAH

"CHAHARGAH" PERFORMED ISLAM RZAYEV

Saadat Verdiyeva

3

ABSTRACT

The article analyzes the Comparability mugham destgyaha "Chahargah" by

People's Artist of Azerbaijan, singers Islam Rzayev. The mugham shown a wide range of

poetic text Gesell (stanza) the words A.Vahid. As a great craftsman singers Islam Rzayev

performed mugam destgakh "Chahargah" fully and independently.

Keywords: analysis of mugham destgah "Chahargah" poetic foundations gezelles, reng,

sections.

1

Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı. 

2

Учитель Азербайджанской Национальной консерватории, Диссертант Национальной Академии 



Наук Азербайджана. 

3

The teacher of Azerbaijan National Conservatory, Dissertator National Academy of Sciences of Azerbaijan.




Verdiyeva, S.                                          Rast Müzikoloji Dergisi, Cilt III, Sayı 2 (2015),  s. 969-975 

970


GİRİŞ 

Azərbaycan musiqi mədəniyyətinə İslam Rzayev öz dəsti-xətti olan görkəmli muğam 

ifaçısı kimi daxil olmuşdur. Onun ifa etdiyi “Rast”, “Mahur-Hindi”, “Çahargah”, “Bayatı-

Şiraz”  muğamlarında  xanəndənin  yüksək  peşəkarlığı,  və  istedadı  özünü  parlaq  nümayiş 

etdirmişdir.  Bu  dəstgahların  ifasında  İ.Rzayevin  muğamın  bütün  tərkib  hissələrini  və 

qanuna  uyğunluqlarını  özünəməxsus  tərzdə  təqdim  etməsi  diqqəti  cəlb  edir.  Belə  ki,  o, 

bənzərsiz ifası ilə hər bir muğamın gizli məğzini və daxili mahiyyətini üzə çıxarmağa nail 

olmuşdur. Emosional dolğunluq, təmkinlilik, sərbəst ifa tərzi, aydın və təsirli tələffüz, incə 

musiqi  duyumu  İ.Rzayevin  muğam  ifaçılığının  başlıca  göstəriciləridir.  Lüzumsuz 

səsçıxarmalar, çılğınlıq və s. bu kimi formal zahiri əlamətlər onun sənətinə yaddır. İslam 

Rzayevin  ifa  etdiyi  muğamlar  özünün  daxili  gərginliyi  və  dərin  ifadəliliyi  ilə  oldiqca 

təsirlidir.  Belə  bir  təsir  gücünün  yaranmasına  xanəndənin  ifasında  fikir  və  intuisiya 

arasındakı  əlaqənin  möhkəmliyi  mühüm  rol  oynayır.  Xanəndə  ifa  etdiyi  muğamın 

məzmun  və  xarakterini  düzgün  verilməsi  üçün  hər  şöbəni  səciyyələndirən  intonasiya  və 

kadans  formulları  mümkün  qədər  dəqiq  və  aydın  səsləndirməyə  çalışır[5]; [6.] Məhz  bu 

baxımdan  onun  oxuduğu  muğamlar  özünün  obrazlılığı,  məzmunca  yetkinliyi,  orijinal 

tembr  ifadəliliyi  ilə  fərqlənirlər.  İslam  Rzayevin  bir  xanəndə  kimi  formalaşmasında 

Azərbaycan xanəndəlik sənətinin ən qüdrətli nümayəndələrindən - Seyid Şuşinski, Bülbül, 

Xan Şuşinski kimi korifey sənətkarların yaradıcılıq çeşməsindən faydalanması mühüm rol 

oynamışdır.  O,  bu  sənətkarların  hər  birinin  ifaçılıq  üslubunu,  yaradıcılıq  müyarını 

mənimsəmiş  və  böyük  iradə,  fərdi  bacarıq  hesabına  öz  sənətində  heç  bir  təqlidə  yol 

verməmişdir.  Bir  sıra  muğam  dəstgahları  məhz  həmin  ustadlardan  öyrənmiş  və  bununla 

yanaşı,  sənətdə  öz  yolunu  tapa  bilmişdir.  İslam  Rzayev  muğam  ifaçılığında  yolunu 

dəyişməyən,  xarici  boğazlar  etməyən  və  bunun  qəti  əlryhinə  olan  sənətkar  kimi 

tanınmışdır.  Məhz  bu  səbəbdən  onun  ifa  etdiyi  “Şur”.  “Çahargah”,  “Bayatı-Şiraz”  , 

“Mahur”,  “Rast”  dəstgahları  klassik  səviyyədə  təqdim  olunduğuna  görə  yüksək  qiymətə 

layiq görülmüşdür. 

İslam  Rzayev  muğam  ifaçılığında  Azərbaycan  xanəndələrinin  böyük  bir  nəslini 

yetişdirən Seyid Şuşinski məktəbini keçmiş və bu dahi sənətkarın bütün ifa priyomlarını 

mənimsəyə  bilmişdir.  Bunu,  xüsusilə,  “Çahargah”  dəstgahının  ifasında  aydın  müşahidə 

etmək  olar.  Professor  R.Zöhrabovun  [1]  düzgün  qeyd  etdiyi  kimi,  “Çahargah”  dəstgahı 

Azərbaycan xanəndələri arasında ən geniş yayılmış və sevilən muğamlardan biridir. Hər 

bir  xanəndə  bu  muğam-dəstgahın  ifasında  özünəməxsus  cəhətlərlə  yadda  qalmışdır. 

“Çahargah”  muğam  dəstgahı  da  digər  Azərbaycan  muğamları  kimi  bir-birinin  ardınca 

gələn  və  ümumi  inkişaf  xəttini  təyin  edən  ayrı-ayrı  şöbə  və  bunların  arasında  bir  çox 

guşələrdən  ibarətdir.  Tarixi  inkişaf  nəticəsində  bunların  bəziləri  unudulmuş,  ifaçılıq 

təcrübəsindən  çıxarılmışdır.  Görkəmli  musiqişünas,  bəstəkar  və  dirijor  Əfrasiyab 

Bədəlbəyli  [2]  muğam  haqqında  mühazirələrinin  birində  Azərbaycanda  ifa  olunan 

“Çahargah”  muğam  dəstgahını  təşkil  edən  şöbə  və  guşələrin  ardıcıllığını  belə 

göstərmişdir: 



Tablo 1:“Çahargah” muğam dəstgahını təşkil edən şöbə və guşələr. 

Şöbə 


Guşə 

1.Dəraməd  

2.Mayeyi-Çahargah



İslam Rzayevin İfasinda “Çahargah” Azərbaycan Muğam Dəstgahinin Təfsiri 

971


3.Suzi-nak

4.Kereşvə 

5.Balu-kəbutər 

6.Pişi-zəngulə 

7.Zəngulə 

8.Bədr 


9.Zabil (Zabuli-

qəbri) 


10.Muyə 

11.Bəstə-Nigar 

12.Hasar

13.Müxalif

14.Məğlub 

15.Pəri-Pərəstud 

16.Sarbang

17.Həzin 

18.Hözzal

19.Hodi


20.Rəcəz 

21.Mənsuriyyə 

22. Mayə 

Ustad xanəndə Seyid Şuşinski “Çahargah”ı çox ağır muğam hesab etmiş, həm də 

onu oxuyan xanəndə üçün çox ciddi imtahan saymışdır. Ustadın fikrincə, “Çahargah”ı səsi 

geniş diapazona malik olmayan xanəndə oxuya bilməz. Bu muğamın bəzəyi. Şuşinskinin 

təbirincə  “qaymağı”  isə  onun  “Mənsuriyyə”  şöbəsi  idi.  Xanəndənin  fikrincə, 

Mənsuriyyə”siz “Çahargah” günəşsiz torpağa bənzər.[3] Ona görə də ustad öz şagirdlərinə 

“Çahargah”  ifa  edərkən  məclisi  ələ  almaq  üçün  “Mənsuriyyə”dən  başlamağı  tövsiyə 

edərdi.  Bülə  ki,  böyük  konsertlərdə  və  məclislərdə  “Çahargah”ı  mayədən  başladıqda 

dinləyici  tez  yorula  bilərdi.  Azərbaycan  xanəndələrindən  Cabbar  Qaryağdı,  Seyid 

Şuşinski,  Yaqub  Məmmədov  “Çahargah”  muğamını  bənzərsiz  ifalarına  görə  məşhur 

olmuşlar.  Xüsusilə,  C.Qaryağdının  “Mənsuriyyə”  şöbəsini  fövqəladə  bir  istedadla  ifa 

etməsi  muğam  sənətində  bir  möcüzə  hesab  edilirdi.  F.Şuşinski  kitabında  C.Qaryağdının 

“Mənsuriyyə”  oxuyarkən  gözəl  yollar,  üsullar  tapıb  seşdiyini  göstərmiş,  hətta  belə  bir 

ifadan  tarzənlərin  çaşıb  özlərini  itirməsi  hallarını  da  qeyd  etmişdir.

[3] İslam  Rzayevin 

müasirlərindən olan məşhur xanəndə Yaqub Məmmədov da “Çahargah” muğamının mahir 

ifaçılarından  biri  kimi  tanınmışdır.  Ona  bu  muğamın  ifası  böyük  şöhrət  qazandırmışdır. 

Xüsusilə,  onun  “Mənsuriyyə”də  etdiyi  segah  boğazı  maraqlı  olmuşdur.  Seyid  Şuşinski 

“Mənsuriyyə”də  Yaqub  Məmmədovun  vurduğu  segah  boğazını  yalnız  xanəndənin  səs 

imkanları ilə əlaqələndirirdi. O, Segahın elə bir muğam olduğunu bildirirdi ki, onun bütün 

muğamların içinə girə bilmək qabiliyyəti var. Ona görə də “Mənsuriyyə”də segah nəfəsi 

vurmağı tamamilə qanunauyğun hesab edirdi. Bu baxımdan Yaqub Məmmədovun ifasında 

“Mənsuriyyə”  Azərbaycan  muğam  sənətinin  möhtəşəm  qələbələrindən  biri  kimi 



Verdiyeva, S.                                          Rast Müzikoloji Dergisi, Cilt III, Sayı 2 (2015),  s. 969-975 

972


dəyərləndirilir. Təsadüfi deyil ki, musiqişünas-bəstəkar Nəriman Məmmədov məhz Yaqub 

Məmmədovun ifasından “Çahargah” dəstgahını nota alıb maadiləşdirmişdir.

[4]

İslam  Rzayev  də  “Çahargah”  dəstgahını  özünəməxsus  tərzdə  ifa  etmişdir. 



Xanəndə  bu  muğamın  ifasında  şöbə,  rəng  və  təsniflər  arasında  təzadlığı  artırmış  və 

beləliklə də, muğamın dramaturji prinsiplərini daha da zənginləşdirmişdir. İslam Rzayevin 

ifasında  “Çahargah”  dəstgahını  müasiri  və  dövrünün  məşhur  xanəndəsi  Yaqub 

Məmmədovun  möhtəşəm  ifası  ilə  müqayisə  etdikdə  bəzi  özünəməxsus  cəhətləri  aydın 

görə  bilərik.  Hər  iki  xanəndənin ifasında  “Çahargah”  dəstgahının struktur  cəhətdən  bəzi 

fərqli məqamlarını əyani olaraq nəzərə çatdıraq: 



Tablo 2:Çahargah” dəstgahının struktur cəhətdən bəzi fərqli məqamları. 

Yaqub Məmmədov İslam Rzayev 

1.Dəraməd Çahargah 1. Təsnif 

2.Mayə 2.Mayə 

3.Təsnif 3.Rəng. 

4.Rəng 4.Bəstə-Nigar 

5.Bəstə -Nigar 5.Təsnif 

6.Təsnif 6.Hisar 

7.Hisar 7.Rəng 

8.Rəng 8.Müxalif 

9.Müxalif 9.Təsnif 

10.Təsnif 10.Mənsuriyyə 

11. Zərbi-Mənsuriyyə 

Göründüyü  kimi,  İslam  Rzayev  dəstgahın  ifasına  Yaqub  Məmmədovdan  fərqli 

olaraq  dəramədlə  deyil,  müqəddimə  funksiyasını  yerinə  yetirən  məşhur,  demək  olar  ki, 

dillər  əzbəri  olan  “Dağlar  başı  duman  olar”  sözlərinə  bəstələdiyi  təsniflə  başlayır.  Daha 

sonra, “Mayə” şöbəsindən sonra Yaqub Məmmədovun təfsirində təsnif, bunun ardınca isə 

rəng səslənirsə, İslam  Rzayev həmin şöbədən sonra artıq təsnif ifa etmir. Belə ki, təsnif 

artıq  “Mayə”  şöbəsindən  öncə  oxunduğuna  görə  o,  bunu  rənglə  əvəz  edir.  Beləliklə, 

Yaqub Məmmədovda “Mayə” və “Bəstə-Nigar” şöbələri arasında həm təsnif, həm də rəng 

səsləndirildiyi halda, İslam Rzayevdə bu şöbələri bir-birinə bağlayan rəng nömrəsi olur. 

Dəstgahın bütün sonrakı inkişafında, şöbələrin ardıcıllığında uyğunluq müşahidə edilir ki, 

bu  da  hər  iki  sənətkarın  Qarabağ  xanəndəlik  məktəbi  ənənəsinin  davamçısı  və  layiqli 

nümayəndəsi  olduğunu  təsdiqləyir.  İslam  Rzayev  “Çahargah”  dəstgahında  Ə.Vahidin 

qəzəllərinə  üstünlük  verir.  Onun  “Mayə”  şöbəsində  “Öyünmə  çox  gözəlim”,  “Bəstə-

Nigar”da “Ey gül, səni kim ki sevdi, bəxtəvər oldu”, “Hisar”da “Candan keçərəm sevgili 

canan üçün” qəzəllərini böyük məharətlə ifası dəstgahı daha da zənginləşdirir. 

Qeyd emək istərdik ki, İslam Rzayevin ifasında “Çahargah” dəstgahının muğamın 

yüksək  tonlarında  oxunan  təsniflə  başlaması  təsadüfi  deyil.  Belə  bir  cəlbedici  üsulu 

xanəndə  öz  ustadından  tövsiyə  olaraq  mənimsəmiş  və  uğurla  həyata  keçirmişdir.  Seyid 

Şuşinskinin  “Çahargah”ı  dinləyiciyə  maraqlı  olmaq  üçün  yüksək  tonlardan  başlamağı 

məsləhət  görməsi  İslam  Rzayev  üçün  bir  örnək  olmuşdur.  “Dağlar  başı  duman  olar” 

sözlərilə  başlayan  təsnif  xanəndənin  repertuarında  özünəməxsus  yer  tutur  və  onun  fərdi 

yaradıcılığının məhsulu kimi də çox dəyərlidir. Təsnif muğamın zil pərdələrindən başlayıb 




İslam Rzayevin İfasinda “Çahargah” Azərbaycan Muğam Dəstgahinin Təfsiri 

973


tədricən  aşağı  sekvent  dönmələrlə  mayəyə  enən  melodik  quruluşa  malikdir.  Burada 

xanəndənin geniş diapazona malik şux, eyni zamanda yumşaq və qulağa yatımlı məxmər 

səs tembri öz dolğun ifadəsini tapır. Belə bir yüksək pafosa malik olan təsnif özünəməxsus 

müqəddimə funksiyasının yerinə yetirir. Məhz bu cür təqdimatdan sonra solo tarın geniş 

improvizasiyası “Mayə” çahargahı hazırlayır. Dəstgahın “Mayə” şöbəsində muğamın səs 

sırasının birinci tetraxordu özünü göstərir. Burada məqamın II pərdəsinin artırılmış şəkildə 

çıxış etməsi II növ çahargahın səssırasına dəlalət edir: 

Nota 1

Nota 2

Burada,  həmçinin,  I  tetraxordun  genişlənməsi  də  müşahidə  olunur.  Belə  ki, 

mayənin üst aparıcı tonu, üst tersiyası və üst kvartasınadək genişlənmə özünü göstərir: 

Nota 3

Belə genişlənmə çahargah məqamının II tetraxordunun pərdələrinin cəlb edilməsi 

hesabına baş verir. “Mayə” şöbəsinin poetik əsasını Ə.Vahidin “Öyünmə çox gözəlim, çox 

da gözlərin qaradır” mətləli qəzəli təşkil edir. Qəzəl müctəs bəhrində yazılıb: MəfA”ilün 

fə”ilAtün məfA”ilün fə”ilün.  

Ümumiyyətlə,  qeyd  edək  ki,  İslam  Rzayevin  ifasında  “Çahargah”  dəstgahı  bie 

neçə  versiyada  səslənmişdir.  Muğamın  əsas  qanunauyğunluqlarının  saxlanılması  şərtilə 

xanəndə  hər  dəfə  ona  müəyyən  şəraitdən  və  vəziyyətdən  asılı  olaraq  bəzi  dəyişikliklər 

edir. Məsələn, şöbələrin poetik mətnini (qəzəlləri) dəyişdirir, ifa zamanı hər dəfə müxtəlif 

avazlardan  istifadə  edir  (gah  “ey  dad,  ey  dad”,  gah  “aman,  aman”),  həmçinin,  təsnif 

seçimində  də  müxtəliflik  özünü  göstərir,  hətta  şöbələrin  ardıcıllığında  da  (bəzən 

“Müxalif” şöbəsini ixtisar edərək dəstgahı natamam şəkildə ifa edir) müəyyən dəyişikliyə 

yol  verir.  Əlbəttə, bütün  bunlar  muğamın  dramaturji inkişafına  heç bir  xələl  gətirmədən 

çox təbii və professional səviyyədə yerinə yetirilir. 

“Mayə” şöbəsinin ardınca rəng səslənir. Rəngin musiqi materialı sonrakı şöbənin 

başlanmasını  hazırlayır.  Xüsusilə,  tarın  solo  imrovizasiyası  “Bəstə-Nigar”  şöbəsinə  giriş 

verir.  İnstrumental  girişdən  sonra  xanəndə  Vahidin  “Ey  gül,  səni  kim  ki  sevdi  bəxtəvər 

oldu” mətləli qəzəlini oxuyur. Burada çahargah məqamının VI pərdəsinin (mi)- mayənin 

üst  tersiyasının  üstünlük  təşkil  etdiyi  hissəyə  keçid  baş  verir.  Artıq  şöbənin  əvvəlindən 

“mi”  dayaq  tonun  funksional  əhəmiyyəti  özünü  göstərir.  Bununla  bərabər,  mayənin  üst 

aparıcı tonunun da (re bemol) kpməkçi dayaq ton kimi əhəmiyyəti artır. Bunu, xüsusilə , 

xanəndənin vokal partiyasında aydın eşitmək olar Bəzi nümunələr göstərərk: 




Verdiyeva, S.                                          Rast Müzikoloji Dergisi, Cilt III, Sayı 2 (2015),  s. 969-975 

974


Nota 4

Nota 5

Nota 6

Nota 7

Nota 8

“Bəstə-Nigar” şöbəsinin ardınca onun obrazlı-intonasiya inkişafını yekunlaşdıran 

təsnif gəlir. Təsnif “Gözəlim, gözlərinin söhbəti hər yanda olur” sözlərilə başlayan lirik-

axıcı  tərzli  melodiyaya  malikdir.  Onun  poetik  əsasını  rəməl  bəhrli  qəzəl  şeyir  forması 

təşkil edir. Qəzəlin : 

fəil”Atün fəil”Atün fəil”Atün fəilün 

ölçüsü təsnifin ritmik quruluşunu şərtləndirir: 

¾

Nota 9

Burada  rəməl  bəhrinin  təfilələrilə  melodik  deklomasiya  arasında  vəhdət  özünü 

aydın  göstərir.  “Bəstə-Nigar”  təsnifi  ilə  sonrakı  “Hisar”  şöbəsi  arasında  dərin  təzad 

yaranır. Təsnifin sakit, təmkinli intonasiya-melodik təşkili sanki sonrakı melodik inkişaf 

üçün  enerjinin  toplanmasına  şərait  yaranır.Onun  lirik  məzmunlu  obrazlar  sferasına  qarşı 

“Hisar”ın  coşqun  ehtiraslı,  alovlu  ruhu  qoyulur.  “Candan  keçərəm,  sevgili  canan  üçün” 

sözlərilə  başlayan  “Hisar”ın  intonasiya  məzmunu  mayənin  kvinta  tonuna  (sol)  doğru 

yönələrək  onu  mərkəzi  tona  çevirir.  “Hisar”  şöbəsini  əvvəlkilərdən  fərqləndirən  cəhət 

muğamın daha yüksək pərdələrinin istifadə edilməsindən , melodiyanın daha çox ritmik və 




İslam Rzayevin İfasinda “Çahargah” Azərbaycan Muğam Dəstgahinin Təfsiri 

975


faktura işlənməsindən ibarətdir. Bu şöbənin ifası üçün xüsusi texniki çətinliyin yaranması 

xanəndədən  böyük  bacarıq  və  səs  imkanlarını  nümayiş  etdirməyi  tələb  edir.  Məhz  bu 

səbəbdən bəzən şöbə xanəndələr tərəfindən ixtisar edilir. “Hisar”ın emosional ruhunu rəng 

davam  etdirir.  Çox  cəld,  şux  xarakterli  rəng  şöbələr  arasındakı  təzadlığı  daha  da 

dərinləşdirir.  Dəstgahın  dramaturji  inkişafında  yeni  mərhələni  təşkil  edən  “Müxalif” 

şöbəsi  də  “Hisar”  kimi  ifası  texniki  cəhətdən  çox  çətin  və  mürəkkəbdir.  Onun  tematik 

materialı yeni və zəngulələrlə zəngin olan bir şöbədir. İslam Rzayev bu şöbənin ifasında 

muğamın  zil  pərdələrində  mürəkkəb  zəngulələr  vuraraq  geniş  səs  imkanlarını,  səsinin 

texniki  işləməsini  nümayiş  etdirir.  Əldə  etdiyimiz  səs  yazılarına  əsasən  deyə  bilərik  ki, 

İ.Rzayev bu çətin və böyük bacarıq tələb edən “Müxalif “ şöbəsini özünəməxsusluqla ifa 

etmişdir. 

Bu  şöbənin  ardınca  gələn  Təsnif  “Gülüstanda  sənə  bənzər  gül  olmaz”  sözlərilə 

oxunur. Lakin çox çətin və mürəkkəb ifa tələb edən “Müxalif”dən sonra təsnifin olduqca 

sadə və bəsit görünən melodiyası dəstgahın ümumi dramaturji inkişafında təzadlığı daha 

da  dərinləşdirir.  Bu  da  müəyyən  mənada  ümumi  zirvəyə  doğru  gedən  yolda  enerjinin 

toplanılması  üçün  bir  addımdır.  “Mənsuriyyə”  şöbəsi  bütün  dəstgahın  inkişaf  xəttinin 

mərkəzi,  kulminasiya  nöqtəsidir.  Bu  baxımdan  zil  pərdələrin  göstərilməsi  prinsipi  üzrə 

qurulan  şöbədə  tədricən  bütün  əvvəlki  şöbələrin  dayaq  tonlarını  vurğulamaqla  mayə 

pərdəyə  enmə  baş  verir.  Mənsuriyyə  xanəndədən  olduqca  zil  səsə  malik  olmasını  tələb 

edir. Bu şöbənin ifasında İslam Rzayev böyük ustalıq və peşəkarlıq nümayiş etdirir. 

Ümumiyyətlə,  dəstgahda  musiqi  materialının  necə  inkişaf  etdirilməsi,  necə  işlənməsi 

prosesi  çox  mürəkkəbdir.  Burada,  əlbəttə,  xanəndənin  ifaçılıq  məharəti,  onun  səsinin 

keyfiyyəti,  təcrübəsi  kimi  cəhətlərin  böyük  əhəmiyyəti  var.İslam  Rzayev  bütün  bu 

cəhətlərə malik olan bir sənətkar olduğundan “Cahargah” muğam dəstgahını tam şəkildə 

ifa etmişdir. 

KAYNAKLAR

1. Р.Зохрабов.  Теоретические  проблемы  азербайджанского  мугама.  Б.,  Шур,  1992, 

с.153. 

2. e-librari.musigi-dunya.az/son_afrasiyab_text...



3. F.Şuşinski. Azərbaycan xanəndələri və ifaçıları.B.,1987. 

4. N.Məmmədov. Azərbaycan muğamı Çahargah. B., 1970. 

5. F. Soysal. Rast Muğamı Çerçevesinde Azerbaycan Muğam Kavramı, Diyarbakır, 2012, 

ISBN: 978-605-86673-1-0.

6. F.  Soysal, Fikri  Soysal  Metodolojik  Muğam  Eğitimi  Serisi,  Rast  Muğamı  Berdaşt 

Şubesi, Diyarbakır, Fikri Soysal, 2012, ISBN: 978-605-86673-0-3. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə