43
deyil, həmçinin yenidənqurma illərində buraxılmış ciddi səhvlərlə də bağlıdır. Belə
ki, müttəfiq respublikaların yerində yaranmış suveren milli dövlətlər onilliklər
ə
rzində SSRI-nin vahid xalq təsərrüfatı kompleksi adlandırılan çərçivədə xalq
formalaşmış, əvvəlcə birgə tənəzzülə və böhrana, sonra durğunluğa düçar
olmuşdular.
Onların hər birində tam dövlət və kooperativ mülkiyyəti, həddindən artıq
inhisarlaşmış iqtisadiyyat, qeyri-sağlam struktur, təsərrüfat rəhbərlərində himayə-
darlıq əhval-ruhiyyəsi, istehsalın iqtisadi-sosial nəticələrində məsuliyyətsizlik,
işçilərdə xroniki əmək passivliyi, sahiblik hissinin olmaması və s. mövcuddur.
Adları çəkilən əlamətlərlə yanaşı, gərginliyi artıran digər pozucu münasibətlərin,
artmaqda olan inflyasiyanın, dövlət büdcəsində kəsirliliyin,əhalinin maddi rifah
halının minimum yaşayış səviyyəsindən aşağı düşməsi də nəzərə alınmalıdır.
Belə bir vəziyyətdə qarşıda yeni sistemin və bazar iqtisadiyyatının yaradıl-
ması, beynəlxalq əmək bölgüsünə üzvi surətdə inteqrasiya olunmaq kimi mühüm
proqram vəzifələr durur.
Lakin bu heç də o demək deyildir ki, bütün dövlətlərdə bazara keçid eyni cür
olacaq. Əksinə, fərqlər labüddür. Fərqlər ilk növbədə yerli şəraitin xüsusiyyətləri
və iqtisadi-sosial inkişafın qeyri-bərabər olması ilə bağlıdır. Formalaşma prosesinə,
həmçinin, hər bir respublikanın milli, tarixi və mədəni ənənələri də öz təsirini
göstərir.
Iqtisadi-sosial inkişaf sahəsində tərəqqi və başlıca məqsəd iqtisadi amillərin
maddi, mənəvi və sosial tələbatların uyğun nisbətini tələb edir. Buna görə də onlar,
bu və ya digər ölkələrin istehlak standartı əsasında deyil, hər bir milli dövlətin
inkişafının iqtisadi-sosial tələbi nəzərə alınmаqlа formalaşmalıdır. Sadəcə olaraq,
hər bir ölkənin istehlak standartını digər ölkəyə şamil etmək düzgün deyil.
Qarışıq mülkiyyətin bazar iqtisadiyyatına keçidi bir аndа bаş vermir, milli və
xаrici amillərlə şərtlənən uzun sürən prosesdir. Bunun üçün müasir infrastruktur,
kadr hazırlığı, ictimai mentalitet, nəhayət, ən başlıcası isə, milli təsərrüfatın rəqabət
qabiliyyəti olmalıdır. Keçid dövründə, ilk növbədə, milli iqtisadiyyatı qorumaq
tədbirləri həyata keçirilməlidir.
44
Respublikada yaranan şərait, bazar münasibətlərinin formalaşması, xalq
təsərrüfatının müqəddəs strukturla yenidən qurulması vəhdət halında həyata
keçirilməlidir. Təkcə istehsalı inhisarsızlaşdırmaq deyil, rəqabətin inkişafına və
azad sahibkarlığa təsir göstərə bilən obyektiv şərait yaradılmalıdır.
Maddi-texniki və təbii resursların istehsalçılarının əsiri vəziyyətində
Azərbaycan çox qala bilməz. Ona görə ki, belə vəziyyət iqtisadi və sosial
suverenliyi böyük şübhə altına salır. Azərbaycan real müstəqillik qazanmaq üçün
bütün əsaslı, kardinal məsələlərin həlli yollarında sərbəst seçmə imkanına malik
olmalıdır.
Respublikanın xalq təsərrüfatının perspektivdə nəzərdə tutulan struktur
dəyişiklikləri əsas strateji məqsədi təşkil etməli, gələcəkdə yüksək iqtisadi inkişaf
səviyyəsini təmin edə biləcək fəaliyyət sahələrinə maksimum dərəcədə fikir
verilməlidir.
Xalq təsərrüfatı strukturunun müasir vəziyyətini aşağıdakı qaydada təsvir
etmək olar:
- istehsalın strukturu son dərəcə deformasiyaya uğrayıb, istehlak məhsulları
istehsalı və xidmət sferasının zəif inkişafı ilə investisiya sferasının uzlaşmaması;
- iqtisadiyyatın məsrəf xarakterliliyi, texnologiyanın aşağı səviyyəsi və
resursların birbaşa itkisi, ətraf mühitə həddən artıq təzyiqi şərtləndirir; iqtisadiyyat
xeyli dərəcədə idxaldan asılıdır, onun ixrac potensialı çox zəifləyib.
Buna görə də bu gün struktur siyasətinin əsas vəzifəsi resursların
iqtisаdiyyatın istehlak bölməsinin xeyrinə yenidən bölüşdürülməsi, texnologiyanın
keyfiyyətcə yeniləşdirilməsi və uzunmüddətli inkişаfа təsir göstərə biləcək
mənbələrin yaradılmasından ibarətdir:
- keçid dövründə struktur dəyişiklikləri, struktur yenidənqurulmasının həlli
yalnız bazar mexanizmi vasitəsilə mümkündür. Bununla belə, indi dövlət struktur-
investisiya siyasətindən imtina etmək olmaz.
- dövlətin struktur manevrlərinin yaxın (yəni 1,5-2,5), оrtа (3-5) və
uzunınüddətli perspektiv dövrdə məqsəd, vəzifə və mexanizmlərini fərqləndirmək
lazımdır.
45
Yaxın 1-2%-lə, yəni hazırlıq (keçid) dövründə artıq, izafi istehsal güclərinin
çıxarılması və hal-hazırda azad və istifadə olunmаyan resursların istehsala cəlb
olunması məqsədəuyğundur.
Orta müddətin sonunadək bazar infrastrukturunun formalaşmasını başa
çatdırmaq və əsas nisbətlərdə iqtisadiyyatın balanslaşdırılmış strukturunu yaratmaq
qаrşıdа bir vəzifə kimi durur.
Uzunmüddətli prespektiv dövrün vəzifəsi isə digərləri ilə bərabər
texnologiyanın da köklü surətdə yeniləşməsi, ekoloji cəhətdən mühafizə olunan
inkişaf tempinə keçirilməsidir.
Təbii ki, qısa müddətdə yeni iri əmtəə təklifi mənbələri qeyri-mümkündür.
Tələbə təsir göstərmək, onu ciddi surətdə tənzimləmək zəruridir.
Ictimai tələbin ixtisarı artıq dövlət xərclərinin, qeyri-səmərəli istehsalın,
iqtisadiyyatın hipertonik inkişaf etmiş sahələri hesabına baş verməlidir. Bu ixtisar,
ilk əvvəl, inzibati qərarlarla əlaqədar hərbi-sənaye kompleksi, investisiya
sferası,ənənəvi geoloji-kəşfiyyat işlərinin, cari və əsaslı təmirinin və resursları
qeyri-səmərəli istifadə edən digər sferalarda həyata keçirilməsi məqsədəuyğundur.
Yaxın, orta və uzaq məqsədli struktur siyasətinin həyata keçirilməsi üçün
dövlət və müəssisələr tərəfindən investisiyalara tələbin balanslaşdırılması, onun
investisiya kompleksinin resurs imkanlarına uyğunlaşdırılmasının əhəmiyyəti az
deyil.
Yeni investisiya siyasətinin əsasında belə bir fakt durmаlıdır ki, hal-hazırda
həyаtа keçirilən istehsаl tikintisinin xeyli həm xаlq təsərrüfаtı tələbаtının sоn
nəticələri baxımından, həm də resursların səmərəli istifadə olunması baxımından
özünü doğrultmur. Istehsal təyinatlı obyektlərin böyük həcmi işləri inşaat gücləri
və resurslаrla təmin olunmadığına görə tikintinin müddəıi 2-3 dəfə uzanır, nəticə
etibarilə xalq təsərrüfatı resurslarının çoxmilyardlı məsrəflərinə səbəb olur.
Işə salınan və tikilməkdə olan istesal güclərinin strukturu xammal, material və
istehsal-texniki təyinatlı istehsal sahələrinin genişləndirilməsinə yönəldilmişdir. Bu
şə
raitdə eyni vaxtda aparılan tikintilərin və istehsala əsaslı vəsait qoyuluşlarının
Dostları ilə paylaş: |