Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/8
Yekun variant
S/S
Fəaliyyət / Tədbir
Fəsil 5
Layihənin
Təsvirinə
İstinad
"Əhatə dairəsinə daxil edilməmə” qərarının əsaslandırılması
STP texniki qulluq tələb etdikdə və ya mövcud olmadıqda
gözlənilməz hallarda saxlama üçün çənlərdən istifadə ediləcək.
Çənlərdəki çirkab suları avtosisternə doldurulacaq, maye tullantı
kimi qəbul edilərək sahədən çıxarılacaq.
Nəticə: İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq
təsirin olması gözlənilmir.
CTer-R17
Tikinti düşərgəsi drenaj sistemi
ilə əlaqədar boru kəmərlərinin
sızması sınaqlarından alınmış
axıntılar
5.2.2.1
Boru
xətti sisteminin sınağından və xlorlaşdırma prosesindən
yaranan, müvafiq çirkab su və yağlı suların Cədvəl 5.14-də təqdim
olunmuş keyfiyyət və monitorinq standartlarına cavab verən çirkab
sular suvarma və/və ya tozla mübarizə məqsədi ilə istifadə
olunacaq, ya da atılacaq. Tələblərə cavab verməyən çirkab sular
avtosisternə doldurulacaq, maye tullantı kimi qəbul edilərək
sahədən çıxarılacaq.
Nəticə: İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq
təsirin olması gözlənilmir.
CTer-R18
Sahildəki qurğuların hidravlik
sınağında (bütün emal və
kommunal xətlərin, saxlama
çənlərinin və mülki tikinti
qurğularının/konstruksiyaların)
baş vermiş axıntılar
5.5.2.4
Hər bir test üçün sistem şirin su ilə doldurulacaq, sonra
boşaldılacaq.
Hidravlik
sınaqda istifadə edilən suları müvəqqəti olaraq saxlamaq
planlaşdırılır və məqsədəuyğun hallarda bu sudan yenidən istifadə
ediləcək. Bütün hidravlik sınaqlar başa çatdırıldıqdan sonra
saxlanan suyun tərkibində yağın miqdarı 19 mq/l-dən az olduqda
və məqsədəuyğun layihə çirkab sularının axıdılması standartlarına
cavab verdikdə sahənin drenaj sisteminə boşaldılacaq, yaxud
avtosisternə doldurulacaq, maye tullantı kimi qəbul ediləcək və
sahədən kənara daşınacaq. Mümkün və münasib olduğu halda,
hidravlik sınaqda istifadə olunan su müvəqqəti saxlanacaq və
təkrar istifadə olunacaq. Sınağın başa çatmasından sonra
hidravlik sınaq suyu, Cədvəl 5.14-də göstərilən müvafiq
standartlara cavab verdiyi halda, sahədəki drenaj sisteminə
axıdılacaq, və ya əks halda avtosisternə doldurulacaq, maye
tullantı kimi qəbul ediləcək və sahədən kənara daşınacaq.
Nəticə: İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq
təsirin olması gözlənilmir.
CTer-R19
İstismar sınaqları zamanı açıq
drenajlardan axıntı
5.5.2.4
Açıq drenajları təmizləmə sistemi şirin sudan istifadə edilərək
yuyulacaq və sistem işə salınmazdan əvvəl bütün zibillər
təmizlənəcək. Tam drenaj sisteminin yuyulmasını başa
çatdırmazdan əvvəl bütün drenaj çənlərindən götürülmüş su
nümunələri sınaqdan keçirilərək yağ tərkibi təsdiq ediləcək.
Çəndəki suyun tərkibində yağın tərkibi orta gündəlik 19 mq/l-
dən
2
artıq olarsa, çənin içindəkilər avtosisternə doldurulacaq,
maye tullantı kimi qəbul edilərək sahədən çıxarılacaq. Çəndəki
suyun tərkibində cəmi yağın tərkibi orta gündəlik 19 mq/l-dən az
olarsa, çənin içindəkilər yağış suları üçün drenaj kanallarına
boşaldılacaq.
Nəticə: İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq
təsirin olması gözlənilmir.
CTer-R20
Sahildəki qurğunun istismar
sınaqları zamanı lay suyun
boşaldılması
5.5.2.4
Sahildəki qurğuların istismar sınaqları zamanı standartlara cavab
verməyən lay suyu ŞD2 lay suyu çəninə yönəldiləcək və ya ŞD2
lay suyu təmizləmə sistemində utilizasiya edilib AÇG lay suyunun
təmizləmə qurğularına göndəriləcək, yaxud avtosisterndə sahədən
çıxarılacaq. Tələblərə cavab verməyən lay suyu qurudakı obyektin
istismara verilməsi ərzində AÇG lay sularının təmizlənməsi
qurğularına göndəriləcək, 3-cü tərəfdən təmizlənməsi və
utilizasiyası üçün avtosisternə doldurulub sahədən kənara
daşınacaq və ya durulducu hovuza göndəriləcək.
Nəticə: İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq
təsirin olması gözlənilmir.
Dəniz və sualtı qurğularla bağlı sahildə tikinti və istismaravermə işləri
CYar-NR1
Tikinti-quraşdırma sahəsinin
təkmilləşdirilməsi və
genişləndirilməsi işləri
5.6.2
Tikinti-quraşdırma sahəsinin genişləndirilməsi işlərinə (əgər tələb
olunarsa) mövcud tikinti-quraşdırma sahələrinin yanındakı sənaye
təyinatlı torpaqlardan minimum dərəcədə istifadə daxil olacaq.
Tikinti-quraşdırma sahəsinin təkmilləşdirilməsi işləri (məs.
sistemlərin bərpası) mövcud sahə binaları/tullantı/anbar
sahələrində aparılacaq.
Gəmilərin modernləşdirmə işləri mövcud liman obyektində yerinə
CYar-R2
STB01, PLBG (boru düzmə),
DBA (kran barjı) və DSV
(dalğıclara dəstək) gəmilərinin
təkmilləşdirilməsi işi
5.6.2
2
Nəzərə alın ki, neftli suyun orta aylıq keyfiyyət parametrləri münasib deyildir, belə ki, atılmalar dövri və
qısamüddətli (~saatlar) olacaq.