Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   2   3   4   5   6   7   8   9   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/6 

Yekun variant 



S/S 

Fəaliyyət / Tədbir 

Fəsil 5 

Layihənin 

Təsvirinə 

İstinad 

"Əhatə dairəsinə daxil edilməmə” qərarının əsaslandırılması 

Modelləşdirmə göstərir ki, ŞD2 layihə  işləri bu sahədə mövcud 

olan daşqın riskinin mümkünlüyünü və ya kəskinliyini artırmır. 

 Terminaldan 

cənubda yerləşən və dövlət tərəfindən mühafizə 

olunan Karvansara ən aşağı nöqtəsi iri daşqın hadisəsi 

səviyyəsinə çox yaxın olan ərazidə yerləşmişdir. Modelləşdirmə 

göstərir ki, ŞD2 Layihə  işlərinin bu sahədə daşqın səviyyələrinə 

cüzi dəyişiklik edəcəyi proqnozlaşdırılmışdır (<2mm artım) 

Nəticə: Ümumiyyətlə,  ŞD2 Layihə  işlərindən sonra əsas reseptorlarda 

daşqın riskinin ya nəzərəçarpacaq dərəcədə  aşağı düşəcəyi, yaxud 

geniş şəkildə dəyişməz qalacağı gözlənilir. 

CTer-R9 


və SubOn-

R1 


Tullantıların çıxarılması və 

müvəqqəti saxlanması (ŞD2 

genişləndirmə sahəsi daxilində 

və qurudakı ŞD2 magistral 

boru kəməri dəhlizi boyu) - 

Tozun yaranması 

5.5.2.2 

 

ŞD2 Layihəsi ilə  əlaqədar aparılan torpaq işləri tozun yaranması 



ilə nəticələnəcək. 

 

İlkin topoqrafik tədqiqatlar zamanı qeyd edilmiş toz səviyyəsinin 



yarımsəhra mühitinə xas olması qəbul edilir. 

 

Səngəçal terminalının yaxınlığında tikinti və istismar sınağı  işləri 



zamanı avtomobillər tozu minimum səviyyədə saxlayan sürətlə 

hərəkət edəcək və müxtəlif torpaq örtüyündən asılı olaraq, 

döşənməmiş yollar/cığırlar və yollar üçün sürətlər təyin ediləcək. 

Səngəçal terminalının yanında sahildə aparılan tikinti və istismar 

sınağı  işləri zamanı daim qəbul edilmiş sürət limitlərinə  əməl 

ediləcək. 

 

Həddindən artıq toz yarandığında Səngəçal terminalının 



yaxınlığında tikinti işləri müvəqqəti dayandırılacaq və  işlər təkrar 

davam etdirilməzdən  əvvəl torpağa nəzarət etmək üçün tədbirlər 

görüləcək. 

 

Səngəçal terminalı yaxınlığında tikinti sahələrinə daxil olan bütün 



avtomobillərdəki bərkidilməmiş yüklər örtüləcək. 

 

Səngəçal terminalı yaxınlığında işləyən tikinti avtomobillərinin 



sürücülərinə tozun idarə edilməsi ilə bağlı təlim keçiləcək 

 Qrunt 


yollarda, 

əsas giriş yolları kipləşdirilmiş yaxşı çeşidlənən 

dənəvər doldurma materialından istifadə etməklə  və eroziya 

potensialını minimuma endirmək üçün müvafiq qaydada yaxşı 

drenaj təmin edəcək şəkildə yaradılacaq. 

 

Səngəçal terminalı yaxınlığında bütün örtüksüz yollara müntəzəm 



olaraq qulluq göstərərək səthin sabit və  sərt qalması  təmin 

ediləcək. 

 

Səngəçal terminalı yaxınlığında bütün sərt səthli sahələr (o 



cümlədən üz çəkilmiş yollar) müntəzəm olaraq yoxlanaraq 

sahələrin tozdan və palçıqdan təmiz saxlanması təmin ediləcək. 

 Döşənməmiş yollardan istifadə edən və sonra sahəni tərk edib 

ümumi  avtomobil yollarından istifadə edən nəqliyyat vasitələrinin 

həddən artıq olan palçığını  təmizləmək üçün Səngəçal 

terminalında təkərlərin yuyulması qurğusundan  istifadə olunacaq. 

 Torpağın təsirə  məruz qalma miqdarı  və davamiyyəti mümkün 

qədər minimuma endiriləcək və 

Səngəçal terminalının 

yaxınlığındakı sahələrə göstərilən zədələri azaltmaq üçün torpaqla 

bağlı işlər bir dəfəyə ardıcıllıqla yerinə yetiriləcək. 

Nəticə:  İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq 

təsirin olması gözlənilmir. 

CTer-R8 

Yerüstü torpaq işləri (məs. 

ŞD2 Genişləndirmə sahəsi 

daxilində daxili yol şəbəkəsinin 

tikintisi) - Toz yaradılması 

5.5.2.1 


5.5.2.2. 

CTer-R10 

və SubOn-

R2 


Yeraltı torpaq işləri (məs. açıq 

drenaj sistemlərinin tikintisi

yeraltı boru kəməri və 

bünövrənin, boru kəməri 

xəndəyinin tikintisi) - Tozun 

əmələ gətirilməsi 

5.5.2.2. 

CTer-R10 

Terminalda yeraltı torpaq işləri 

(məs. açıq drenaj sistemlərinin 

tikintisi, yeraltı boru kəməri və 

bünövrənin tikintisi) - mədəni 

irs 

5.5.2.2 


 

ŞD2 Genişləndirmə Sahəsi Eİİ zamanı  təmizlənmiş  və 

hamarlaşdırılmışdır. 

 

Səngəçal terminalı yaxınlığında Eİİ zamanı  tədqiq edilməmiş 



sahələrdə tikinti meydançalarında arxeoloji müşahidə qrupu təşkil 

ediləcək. 



Nəticə: Torpaq mədəni irsi üçün nəzərəçarpacaq təsirin olması 

gözlənilmir. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/7 

Yekun variant 



S/S 

Fəaliyyət / Tədbir 

Fəsil 5 

Layihənin 

Təsvirinə 

İstinad 

"Əhatə dairəsinə daxil edilməmə” qərarının əsaslandırılması 

CTer-R10 

Terminalda yeraltı torpaq işləri 

(məs. açıq drenaj sistemlərinin 

tikintisi, yeraltı boru kəməri və 

bünövrənin tikintisi) - mümkün 

çirklənmənin qarşısının 

alınması 

5.5.2.2 

 

Səngəçal terminalının yaxınlığında yerləşən alt torpaq qatından 



ibarət olan torpaq qalaqlarının eroziyasının və yaxınlıqdakı açıq su 

hövzələri və drenajlarda çöküntü yaranmasının qarşısını almaq 

üçün bu torpaq qalıqları müvafiq qaydada formaya salınacaq və 

bərkidiləcək. 

 

Səngəçal terminalının daxilində yerləşən mümkün çirklənmə 



mənbələrinin (məs. saxlama sahələri), axın yerlərinin (məs. 

drenaj) və reseptorların (məs. Xəzər dənizi) göstərilməsi üçün 

sahənin drenaj və çirklənmə təhlükəsi xəritələri hazırlanacaq. 

 

Səngəçal terminalı yaxınlığında tullantı sementin /betonun 



saxlanması üçün ayrılmış sahələr su hövzələrindən kənarda təşkil 

ediləcək və beton/sement bərkidikdən sonra tullantı kimi 

toplanacaq. 

Nəticə: Ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq təsirin olması 

gözlənilmir.

CTer-R11 

Tikinti düşərgəsi qurğularından 

alınan yağlı su 

separatorlarından vadi 

sisteminə axıdılma 

5.5.2.1 


 Tikinti 

düşərgəsi və tikinti qurğuları daxilində drenaj sistemləri 

aşağıdakı hədəfləri nəzərə almaqla layihələndırılmişdir: 

• 

Avtomobillərin yuyulması 



və yanacaqdoldurma 

məntəqələrindən alınan tullantı suların təkrar istifadə üçün 

yönəldilməsi və ya yağlı su separatorunda təmizlədikdən 

sonra atılması. Yağlı su separatorunda avtomobilyuma 

məntəqəsindən axan çirkab suların gündəlik orta 10mq/l və 

aylıq orta 10mq/l müvafiq yağlı su standartlarına uyğun  

təmizlənməsi üçün nəzərdə tutulacaq. Gündəlik ümumi yağ 

həcmini və standartlara orta səviyyədə cavab verildiyini 

təsdiqləmək üçün  separator gündəlik sınaqdan keçiriləcək.  

Müvafiq suaxıtma standartlarına cavab verməyən avtomobilləri 

yuma və yanacaqdoldurma məntəqələrindən yığılan çirkab 

sular avtosisternlərə doldurulacaq, maye tullantı kimi qəbul 

olunub sahədən çıxarılacaq.

 

• Çirkab Suların Emalı Qurğusu (STP)-nun çirklənməsi 



mümkünlüyünü minimuma endirmək üçün yeməkxanadan 

alınan çirkab suyun STP-yə  tərkibindəki yağları, piyləri və 

sürtkü yağlarını ayıran xüsusi sistemdən ötürmək lazımdır. 

Sistemin daxilindəki tutucuların tərkibini avtosisternlərə 

doldurulub, maye tullantı kimi qəbul olunub sahədən 

çıxarılacaq. 

 Güclü 

yağıntıların nəticəsində vadidə axın suyunun səthi artacaq. 

Separatorlardan vadiyə axıdılan suyun həcmi hazırda yağışlardan 

sonra yaranan axın  şəraitlərini nəzərəçarpacaq dərəcədə artırma 

səbəb olmayacaq. 

Nəticə:  İnsanlar və ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq 

təsirin olması gözlənilmir. 

CTer-R12 

Tikinti düşərgəsi qurğularından 

alınan yağsız su 

separatorlarından alınmış 

suyun vadi sisteminə 

axıdılması. 

5.5.2.1 

CTer-R13 

Çirkab sularını təmizləmə 

qurğusundan suyun vadiyə 

axıdılması (Faza 1-dən sonra 

istismar edilməyə başladıqda) 

5.5.2.1 

 STP-nın istismarda  olması şəraitində ŞD2 qurudakı qurğularının 

tikintisi prosesi ərzində yaranan çirkab sular STP-ya 

 

göndəriləcək.  Əks halda avtosisternlərə doldurulub, maye tullantı 



kimi qəbul olunub sahədən çıxarılacaq.  

 Çirkab 

suları müvafiq layihə standartlarına uyğun təmizlənəcək: 

pH (6-9), 5 günlük OBT - 20 mq/l-dən az, hər 100 ml üçün cəmi 

koliform bakteriyaları <400ƏMN (Ən mümkün say), BKT 100 mq/l-

dən az, asılı bərk hissəciklər 30 mq/l-dən az və qalıq xlorin 1 mq/l-

dən az (suvarma üçün istifadə olunur) və ya 0.2 mq/l-dən az (ətraf 

mühitə boşaltma).  

 

Təmizlənmiş çirkab sular Səngəçal terminalının yaxınlığında 



suvarma və ya toza nəzarət üçün (üstünlük verilən variant) istifadə 

ediləcək. 

 

Təmizləmə qurğularından vadiyə axıdılan çirkab sularında qalıq 



xlorinin tərkibi hər gün yoxlanacaq. 

 Çirkab 

Sularını Emalı Qurğusunun çıxışından hər ay nümunələr 

götürüləcək və pH göstəricisi üçün həftəlik və BKT, ümumi 

bağırsaq çöpləri (koliformlar), OBT və asılı  vəziyyətdə olan bərk 

cisimlərə göstəriciləri üçün gündəlik olaraq müvafiq layihə 

standartlarına uyğun analiz ediləcək. Uyğunluğun təmininə əminlik 

üçün monitorinq ayda bir dəfə keçiriləcək. 

 

Çirkab suyun axıdılmasının yoxlanılmasının nəticələri ayda bir 



dəfə ETSN-nə təqdim ediləcək. 

 Çirkab 

sularının çöküntüləri sahədən kənara müvafiq lisenziya 

verilmiş qurğulara emal üçün daşınacaq.   




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə