217
Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik üçün
MM-i idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki
qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və
nəzarəti təmin etməkdir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir.
Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hallar
yaranan dövrdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü istehsalat qəzaları baş
verən şəraitdə çox böyük əhəmiyyət kəsb edir. Buna görə də MM-in bütün
vasitələrində - obyektlərdə, rayon və şəhərlərdə, respublikada onun rəhbərlərinin
qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
MM-in rabitə sisteminin mövcud olan bütün rabitə qüvvələri və vasitələrinin, o
cümlədən, obyektdaxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə
sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-telefon və məftilli rabitə
qovşaqlarından və stansiyalarından, eləcə də MM qərargahlarının tabelli texniki rabitə
avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrindən olan rabitə sisteminin əsas vəzifələri-tabelikdəkilərin
fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunmasını və saxlanmasını,
həmçının sərəncamların, siqnalların və məlumatların vaxtında veriməsi və qəbul
olunmasını təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki
qüvvələr və qonşular, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvəllər arasında
təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın etibarlı
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verilməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən
yaratmaq və avadanlaşdırmaq, bütün rabitə vasitələtindən kompleks halında istifadə
etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. FH-da rabitə
sisteminin dayanıqlılığını artıran tədbirlərin həyata keçirilməsi, qərargah və xidmət
işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara vaxtında və düzgün xidmət
göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin və avadanlığın etibarlı mühafizəsinin
təmin olunması da bu sahədəki əsas tədbirlərdəndir.
Rabitənin təşkili üçün radio-telefon(məftili rabitə), səyyar və siqnalla rabitə
vasitələridən istafadə olunur. Bunlara rabitənin növləri deyilir.
Radio və telefon rabitə növü ən mürəkkəb şəraitdə belə, istənilən məsafədəki
çoxlu orqanlarla, eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.
218
Məftilli rabitə vasitələrindən isə həm sülh, həm də hərbi dövrlərdə MM-in bütün
vasitələrindən daha geniş istifadə olunur.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ
sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı
qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən,
vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə
piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindən - əhalini xəbərdar etmək, habelə göstəriş və
siqnalları təkrara vermək məqsədi ilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl
sirenalarından, siqnal raketlərindən, yəni işıq və səs siqnalı verən vasitələrdən
ibarətdir.
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
Rabitə sistemi əmin amanlıq dövründə mövcud olan rabitə qovşaqları,
stansiyaları və xəttlərindən, eləcə də MM qərargahlarının tabel rabitə vasitələrindən
istifadə olunmaqla təşkil edilir.
Şəhərin ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcud
qüvvə və vasitələr, dolayı rabitə xətlərini bir mərkəzdə cəmləşdirmək, onlara rəhbərliyi
mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks
halında istifadə etməklə nail olmaq mümkündür.
Şəhərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, MM rəhbərləri öz
idarəetmə məntəqələrində tabelikdəki təşkilatların və MM xidmətlərinin başçıları ilə,
yuxarı və qarşılıqlı fəaliyyət göstərən MM qərargahları ilə, eləcə də ərazi MM
dəstələrinin komandirləri, kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata
mindirmə (düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin, həmçinin hər cür
təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək
mümkün olsun.
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə olduğu
kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını, obyekt
idarəetmə məntəqəsinin rabitə qovşağını və MM dəstələrinin rabitə vasitələrini özündə
birləşdirir.
Hərbiləşməmiş MM dəstələrinin rabitə vasitələri – müxtəlif tipli telefon
aparatlarından, telefon kabelindən, ultraqısa dalğalı radiostansiyalarından və tabel üzrə
verilən digər avadanlıqdan ibarətdir.
219
Obyektlərdə də rabitənin adları çəkilən bütün 4 növdən aşağıdakı qaydada
istifadə olunur:
• Məftilli rabitə - rayonun (şəhərin), nazirliyi (yuxarı idarənin) rəhbərliyi ilə;
obtektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və
obyektin MM xidmətləri ilə əlaqə saxlamaq üçündür.
• Radiorabitə - obyektdə, adətən, MM rəhbərlərinin radioşəbəkəsi təşkil edilir,
buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin
radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən
xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə
olunur.
• Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə - əlavə
vasitələr kimi, belə avadanlıq olmayan hallarda rabitə növü kimi istifadə edilir.
• Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm
xəbərdarlıq üçün, həm də MM –in sərəncam və komandalarını çatdırmaqdan ötrü
yardımçı vasitələr kimi işlədilir.
Rabitə xidmətlərini icra etmək üçün obyektlərdə, eləcə də MM dəstələrində
rabitə qrupları və manqaları yaradılır. Bunların təşkilati strukturu, şəxsi heyətinin sayı
və avadanlıqla təchizat normaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən edilir.
Obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində - yəni müəssisənin daimi
yerləşdiyi yerdə, köçürülmüş fəhlə və qulluqçular məskunlaşan şəhərədənkənar və
xilasetmə işləri aparılan sahələrdə obyekt rəhəbərini etibarlı rabitə ilə təmin etməlidir.
Müəssisənn daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçilərkən rabitə burada
ə
vvəlcədən düzəldilmiş idarəetmə məntəqəsindən təşkil edilir. Məntəqədə aşağıdakı
rabitə vasitələri olmalıdır:
• Obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;
• Nazirliyin (şirkətin), eləcə də rayonun (şəhərin) MM qərargahı, digər
təşkilatları ilə telefon rabitəsi;
• Müəssisənin sığınacaqarı, “hava həyəcanı” siqnalı üzrə işini dayandırmayan
sexləri, eləcə də MM dəstələri, o cümlədən də müşahidə postu ilə bilavasitə, yaxud
obyektdəki ATS vasitəsilə telefon rabitəsi;
• Rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyat minidrmə (düşürmə)
məntəqələri ilə şəhərin ATS-i vasitəsilə telefon rabitəsi;
• Obyektin şəhərədənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi
qaydasında telefon rabitəsi;
• Yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radi rabitəsi.
Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks surətdə istifadə edilir.
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir: Xəbərdarlıq
siqnallarının həm respublika MM qərargahı tərəfindən verilib regional bölmələrə,
şə
hərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və
xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər.
Birinci halda - respublika MM idarəsində yaxud onun şöbələrindən rayon mərkəzlərinə
çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər
və əhali xəbərdar edilməlidir.
Rəhbər heyət iş və mənzillərdəki telefon vasitəsilə xəbərdar edilir.
Dostları ilə paylaş: |