Microsoft Word 07 Hekim anestezioloq reanimatoloq telimat



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32902


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1.  


Bu 

vəzifə 


təlimatı 

həkim-anestezioloq-reanimatoloqun vəzifə 

öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 

2.  


Həkim-anestezioloq-reanimatoloq vəzifəsinə ali tibb təhsili olan, 

qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı  keçmiş  

şəxs təyin edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “anesteziologiya və reanimatologiya” ixtisas üzrə peşə 

hazırlığı  keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

 3.  


Həkim-anestezioloq-reanimatoloq Azərbaycan Respublikasının qüvvədə 

olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisəsi rəhbərinin əmri ilə vəzifəyə təyin  

və vəzifədən azad edilir. 

4.  


Həkim-anestezioloq-reanimatoloq bilavasitə  şöbə müdirinə, onun 

olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  

Həkim-anestezioloq-reanimatoloq aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   anesteziologiya-reanimatologiya  xidmətinin təşkili, strukturu, ştatları  və 

təchiz edilməsi ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.    dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  




5.11.   insan  bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.   təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

  

 



II. Vəzifə öhdəlikləri 

 

6.  


Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə 

verilmiş müasir profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından 

istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir. 

7.   Müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasınını (anamnezin  toplanması, klinik-laborator tədqiqatların, müayinə  və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir. 

8.    Mövcüd  qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 

9.   


Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq müalicə planına dəyişiklik edir və  əlavə müayinə metodlarının zəruriliyini 

müəyyən edir. 

10.   Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 

ixtisası  üzrə məsləhət yardımı göstərir. 

11.   Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

12.   Diaqnostik  və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir. 

13.   Orta  və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

14.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 

15.   Tibbi  və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

16.   Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir.  

17.   Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır. 

18.   Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 

və vaxtında icra edir. 

19.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

20.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

21. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 


fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 

 

III.  Hüquqlar 

 

22.   Həkim-anestezioloq-reanimatoloqun aşağıdakı hüquqları vardır: 

22.1.   xəstənin narkoza hazırlanması ilə bağlı tədbirlər təyin etmək;  

22.2.  müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasını müəyyən etmək;  

22.3.  pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını təyin etmək; 

22.4.   diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;  

22.5.   zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün  

müəyyən edilmiş   qaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

22.6.   müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi,    özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

22.7.   öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və olanların həvəsləndirilməsi və  tənbeh edilməsi  üzrə 

rəhbərliyə təkliflər vermək; 

22.7.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;  

22.8.   öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək; 

22.11.müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq. 

23.   Həkim-anestezioloq-reanimatoloq Azərbaycan Respublikasının  Əmək 

Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.  Məsuliyyət 



 

24.   Həkim-anestezioloq-reanimatoloq aşağıdakılara görə məsuliyyət daşıyır: 

24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

24.2.   öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

24.3. 

 

daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına riayət edilməsinə

24.4.   qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

24.5.   öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

24.6.   ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 



24.7.   tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə. 

25.   Həkim-anestezioloq-reanimatoloq  əmək intizamının, qanunvericilik və 

normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, 

təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət 



məsuliyyətinə cəlb edilə bilər.   

Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə