Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   2   3   4   5   6   7   8   9   10   ...   45

 
23
Xalqa miras qalmış iqtisadiyyat vətəndaşların maddi və 
mənəvi tələbatını ödəyə bilmirdi. Vəziyyəti yaxşılaşdırmaq 
üçün birinci növbədə maddi çətinlikləri aradan qaldırmaq lazım 
idi. Həyata keçirilən yenidənqurma iqtisadiyyatda və insanların 
mənəvi həyatında yeni bir mərhələ oldu. 
 Proletar  əxlaqının öz mahiyyəti, tələbləri və meyarı 
olmuşdur. Belə ki, materializmə görə,  əxlaqi tərəqqi zamanı 
cəmiyyət öz kortəbii xarakterini itirir, planlı surətdə ictimai 
inkişaf qanunlarından  şüurlu istifadə etmək  əsasında irəliyə 
doğru hərəkət edir. Materialistlər cəmiyyətin inkişafında 
mənəvi amillərin roluna böyük əhəmiyyət verərək göstərirdilər 
ki, yalnız tələb etməklə azadlıq, insanpərvərlik,  ədalət  əldə 
etmək mümkün deyildir. Bunun üçün istismarın kökünü 
kəsmək lazımdır. 
Qərb ölkələrində öz mənəvi silahlarını  təkmilləşdirmək 
və onu tarixi şəraitə uyğunlaşdırmaq istiqamətində işlər həyata 
keçirilir. Bəzi nəzəriyyəçilər bütün ideologiyaların tərksilah 
edilməsi nəzəriyyəsini irəli sürmüşdülər ki, bu ideyanın 
mahiyyəti kapitalizm və sosializmi vahid sənaye cəmiyyətində 
birləşdirməkdən ibarət idi. Amerika Jelek Universitetinin 
doktoru R.Morters bu nəzəriyyəni praktiki olaraq 
əsaslandırmaq üçün Pekinlə taktiki ittifaq yaratmaq, oradakı 
hakim partiya daxilində millətçi ünsürləri müdafiə etmək, milli 
azadlıq dəstələrində ziddiyyətlər yaradaraq onları öz ətrafına 
cəlb etmək və bununla da dünyada bütün siyasi- iqtisadi 
hegemonluğa nail olmaq ideyasını irəli sürürdü. 
Əxlaq ictimai qüvvələrin tarix boyu yaratmış olduqları 
mənəvi prinsip və normaları özündə birləşdirir. Mənəvi 
zənginlik,  əxlaqi saflıq və fiziki kamilliyi özündə birləşdirən 
yeni insanın formalaşması  əxlaqın qarşısında duran əsas 
məsələdir.  Əxlaq  şəxsiyyətin cəmiyyətə, insanın insana olan 
münasibətlərini ifadə edir. Cəmiyyətdə əxlaqın fəaliyyət həcmi 
getdikcə genişlənir.  İnsanlar arasında qarşılıqlı münasibətlərin 


 
24
inzibati hüquqi yolla nizama salınması öz yerini əxlaqi 
əsaslarla nizamlama sahəsinə verir. 
Postsovet məkanında kommunizm quruculuğu illərində 
əxlaq Kodeksi nəzəri və praktiki fəaliyyətin nəticəsi olaraq 
ölkədə baş verən siyasi və  əxlaqi dəyişiklikləri  əks etdirməli 
idi. Rəhbər kodeks kimi bu prinsiplər aşağıdakılardan ibarət 
olmuşdur: kommunizm işinə  sədaqət, sosialist vətəninə, 
sosializm ölkələrinə  məhəbbət; cəmiyyət xeyrinə vicdanla 
işləmək: işləməyən dişləməz; hər kəsin ictimai sərvəti qoruyub 
saxlamaq və artırmaq qayğısına qalması; cəmiyyət qarşısında 
öz vəzifəsini dərindən başa düşmək; ictimai mənafeyin 
pozulması hallarına dözməmək; kollektivçilik və qarşılıqlı 
yoldaşlıq yardımı: hər kəs hamı üçün, hamı  hər kəs üçün
adamlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı 
hörmət; insan insana dost, yoldaş  və qardaşdır; düzlük və 
doğruçuluq, mənəvi saflıq, ictimai və şəxsi həyatda sadəlik və 
təvazökarlıq; ailədə qarşılıqlı hörmət, uşaqların tərbiyəsi 
qayğısına qalmaq; haqsızlığa, müftəxorluğa,  əliəyriliyə, 
mənsəbpərəstliyə, qənimətçiliyə qarşı barışmazlıq; SSRİ-nin 
bütün xalqlarının dostluğu və qardaşlığı: milli və irqi ədavətə 
qarşı barışmazlıq; bütün ölkələrin zəhmətkeşləri ilə, bütün 
xalqlarla qardaşcasına həmrəylik kimi prinsiplər tarixdə ilk 
dəfə  nəcib  əxlaqi münasibətləri  əhatə edən birgə yaşayış 
qaydaları yüksək mənəvi dəyərləri əks etdirmişdir.  
Məlumdur ki, cəmiyyətdə  əxlaqi keyfiyyətlər dini 
münasibətlərin mövcud olmadığı dövrlərdən  əvvəl insanlar 
tərəfindən yaradılmış  və ictimai münasibətləri tənzim etməli 
olan normalar sistemi kimi möhkəmlənmişdir. Ata-anaya 
hörmət kimi formalaşan  əxlaqi keyfiyyətlər quldarlıq 
dövründən mövcud olmuşdur. Bu dövrdə ailədə  uşaqlar 
valideynlərin mülkiyyəti hesab edilirdi. Oğurluq, adam 
öldürmə kimi ictimai təhlükəli əməllərə qarşı yönəldilən əxlaqi 
nəsihətlər isə  cəmiyyətdə xüsusi mülkiyyətin yaranması 
nəticəsində meydana gəldi. Burada məqsəd xüsusi mülkiyyəti 


 
25
və mülkiyyətçilərin fiziki sağlamlığını qorumaqdan ibarət 
olmuşdur. 
Göründüyü kimi əxlaq kodeksindəki müddəalar dini-
əxlaqi  əsaslara malikdir. Kodeks öz məzmunu etibarı ilə 
mənəvi qüsurlar əleyhinə yönəldilmiş ideyalar toplumundan 
ibarətdir. Eyni zamanda əxlaq kodeksi ictimai münasibətləri 
nizama salmaq, əxlaqi və hüquqi eybəcərliklərə qarşı mübarizə 
vasitəsi olmuşdur. Xalqın düşmənləri olan oğrular, 
soyğunçular, dələduzlar hüquqi normalar əsasında tənbeh 
edilirlər. Xüsusi mülkiyyətə qarşı yönəlmiş tamahkarlıq, 
rüşvətxorluq kimi əməllər də ictimai münasibətləri pozur. Bu 
cür  əməllər  əxlaqi cəhətdən yolverilməzdir və bütün bunlar 
günahkar  şəxsin hüquqi əsaslarla cəzalandırılması üçün əsas 
verir. 
Mənəvi dəyərlərimizə tarixi dövrlərin özünəməxsus 
hadisəsi kimi baxsaq görərik ki, cəsarət, mərdlik kimi normalar 
ibtidai-icma quruluşunda  ən yüksək  əxlaqi keyfiyyət hesab 
edildiyi halda feodalizmdə mütilik, allahın mərhəməti əsasında 
fəaliyyət, inam ən yüksək mənəvi dəyərlər hesab olunurdu. 
Kapitalizm cəmiyyətində, inqilablar dövründə isə azadlıq, 
bərabərlik, ədalət kimi dəyərlər yüksək qiymətləndirilmişdir. 
 Sovetlər dövründə kollektivçilik, sosialist vətənpər-
vərliyi və beynəlmiləlçilik, humanizm, düzlük, doğruçuluq və 
prinsipiallıq, cəmiyyətin işlərində  fəallıq, köhnə idarəetmə 
sistemlərinə  və  həmin mühitdən irəli gələn təzahürlərə qarşı 
barışmazlıq kimi normalar bir şərt kimi irəli sürülürdü. Müasir 
dövrdə insanların  əxlaqi keyfiyyətləri onların cəmiyyətə, 
kollektivə, ailəyə, ictimai- siyasi mühitə,  əmlaka, yoldaşlara 
münasibəti ilə bağlı qiymətləndirilir. Deməli zaman keçdikcə 
əxlaqi dəyərlərin məzmunu dəyişir və  təkmilləşir. Yəni, hər 
hansı  əxlaqi hərəkətlə bağlı  fəaliyyəti təhlil etmək, nəzəri 
müddəaları  əxlaqi tərəqqi  əsasında qiymətləndirmək olar. 
Əxlaqın ölçüsünü müəyyən etmək, onun elmi təhlilini vermək 
üçün bir çox nəzəriyyəçilər müxtəlif elmi müddəalarla çıxış 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə