Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
“Qoca  qartalın 

ölümü”

  idi.  Bu  romanda  XVIII  əsrdə  baş  verən  hadisələr  öz 

əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur 

(xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə 

bədii  həqiqət  bir-birini  tamamlayır.  Qoca  qartal  simvolik 

obrazdır- yazıçı  rus imperiyasına işarə edir. O ölürsə də, yeni, 

cavan  qartallar  səmaya  uçur  və  beləliklə,  rus  imperiyasının 

işğalçılıq  siyasəti davam edir.  İkiyə bölünmüş  Azərbaycandan 

sonra  yeni  ölkələr,  məmləkətlər  fəth  edilir,  çarı  Qırmızı 

imperiya  əvəz  edir.  Fərman  Kərimzadənin  Qarabağ  xanlığının 

tarixinə  həsr  etdiyi  “Qoca  qartalın  ölümü”  romanı  uzun  illər 

apardığı  səmərəli  axtarışların  məhsuludur.  Müəllif  romanı 

1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. 

Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ 

xanlığı  haqqında  tarixi  mənbələr  əsasında  maraqlı  məlumatlar 

verilir.  

Kitabxananın  oxu  zalında  yuxarı  sinif  uşaqları  ilə  Fərman 

Kərimzadənin  M.Ə.Sabir  haqqında  yazdığı  “Tutdum  orucu 

irəmazanda”, “Hop-hop” adlı hekayələrini müzakirə etmək, bu 

hekayələrdən bəhs edən sual-cavab gecəsi hazırlamaq olar.  

Həmçinin  oxucularımızın  Fərman  Kərimzadə  haqqında  olan 

fikirlərini  öyrənmək  məqsədilə  anket  sorğularının  keçirilməsi 

məqsədə uyğundur. Bunu nəzərə alaraq hazırladığımız sorğunu 

sizə təqdim edirik. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə