Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   2   3   4   5   6   7   8   9   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
18 
 
ToplanmıĢ  informasiya  müəllif  əsərinin  ideyası,  planı  ilə  müqa-
yisə edilir və beləliklə, nəşrin ideyası yaranır. Bundan əlavə, gələ-
cək nəĢrin tipoloji cəhətləri də nəzərə alınmalıdır: oxucu auditori-
yası, informasiyanın xarakteri və təyinatı.  
Redaktor  topladığı  ilkin  informasiyalarla  nəĢrin  konsepsiya-
sını iĢləmək və formalaĢdırmaq imkanı əldə edir. Konsepsiya vasi-
təsi ilə redaktorun nəĢr üzərində yaradıcı iĢi müəyyən olunur: 

 
plan-prospektin iĢlənməsi;  

 
nümunə üçün gələcək əsərdən fraqmentin yazılması;  

 
müəllif  orijinalının  qiymətləndirilməsi  və  onun  təkmilləĢ-
dirilməsi;  

 
konsepsiyanın iĢlənməsi – əsərin illüstrasiyalaĢdırılması və 
kitabın tərtibatı;  

 
nəĢrin modelinin hazırlanması;  

 
nəĢr elementlərinin sistemləĢdirilməsi;  

 
nəĢriyyat orijinalının formalaĢdırılması;  

 
tirajın təyin edilməsi mərhələsində və çap zamanı kontrol-
analitik iĢ
27
.  
Hər bir müəllif orijinalı özünəməxsus keyfiyyətlərə, xüsusiy-
yətlərə malikdir. 
NəĢrin konsepsiyasının iĢlənməsi redaktor tərəfindən həyata 
keçirilən əsas yaradıcı iĢdir. Konsepsiya yaratmaq nəĢrin modelini 
formalaĢdırmaq  üçün  əsas  və  layihə  hazırlamaqdır.  Konsepsiya 
nəĢrin redaktor hazırlığının bütün prosesi üçün metodoloji əsasdır. 
Onun əsasında əsərin spesifikası nəzərə alınaraq nəĢrin modeli ha-
zırlanır.  
NəĢrin ümumi, ən mühüm modeli özündə nəĢrin mahiyyətini 
açmaq üçün vacib olan ümumiləĢdirilmiĢ cəhətləri cəmləĢdirməli-
dir. Buraya aĢağıdakıları aid etmək olar:  
                                                           
27
 Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - Москва, 
Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
19 
 

 
funksional təyinat;  

 
oxucu ünvanı;  

 
informasiyanın xarakteri və konstruksiyası.  
Əlbəttə  ki,  təcrübədə  konkret  nəĢrin  xarakteristikası  yalnız 
qeyd  olunanlarla  məhdudlaĢmır  və  bunu  redaktə  zamanı  hər  bir 
nəĢr üçün ayrılıqda nəzərə almalıdır.   
NəĢr  üzərində  iĢə  müəllif  orijinalının  redaktə  edilməsi  ilə 
baĢlamaq lazımdır. NəĢrin mahiyyəti, məzmunu təkcə əsərin məz-
munu  ilə  müəyyən  olunmur,  ona  nəĢri  təĢkil  edən  elementlərin 
məcmusu da təsir edir.  
NəĢrin  strukturunun  və  tərtibatının  formalaĢdırılmasının 
ümumi mənası ondan ibarətdir ki, nəĢr daxili və xarici baxımdan 
özünün  funksional  təyinatına,  oxucu  auditoriyasına,  informasiya-
nın xarakterinə və istifadə Ģərtlərinə  cavab verən bütöv,  tam  əsər 
Ģəklinə salınsın. 
Türkiyəli  tədqiqatçı  Sezai  CoĢkun  ədəbiyyat  sosiologiyası-
nın  əsərin  müəllifinin  qələmindən  çıxdığı  andan  etibarən  keçdiyi 
yolu öyrəndiyini və müəllif, əsər, nəĢriyyat və oxucunun ədəbi ha-
disəni yaratdığını qeyd edir. S.CoĢkun bunun üçün 4 metod (üsul) 
təqdim edir:  
1.
 
müəllifin araĢdırılması; 
2.
 
əsərin araĢdırılması; 
3.
 
nəĢriyyatın araĢdırılması; 
4.
 
oxucunun müəyyən olunması. 
Gələcək əsərin müəllifi araĢdırılarkən iki məsələ ön plana çı-
xarılır: “zaman içində müəllif”, “cəmiyyət içərisində müəllif”. Bu 
cəhətlər müəllifin sosial ünsür olaraq qavranılması üçün zəruridir.   
Əsər araĢdırılarkən:  
1.
 
kitabın  xüsusiyyətlərinin  –  cildi,  həcmi,  Ģrift  ölçüsü,  ka-
ğızının keyfiyyəti dəyərləndirilməli; 
2.
 
müəllifin  iĢlədiyi  mövzu  dairəsindəki  ədəbiyyatla  əlaqəsi 
müəyyən edilməli
3.
 
əsərin hansı oxucu kütləsinə yönəldiyi aydınlaĢdırılmalı; 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
20 
 
4.
 
əsərdəki sosial məsələlər təsbit olunmalı; 
5.
 
sosial hadisələrə müəllifin mövqeyi müəyyən edilməli
6.
 
əsərdə  bəhs  olunan  sosial  mövzu  və  fikirlərin  ictimai  hə-
yatda əksi və yol açacağı mübahisələr  öyrənilməlidir.  
S. CoĢkun kitabın nəĢri və yayılması mərhələsinin əsərin cə-
miyyətdə  qəbulunda  böyük  təsirə  malik  olduğunu  vurğulayır  və 
burada tanınmıĢ türkiyəli yazıçı AyĢe Kulinin fikirlərini də örnək 
gətirir. Belə ki,  yazıçının “Adı Aylin” adlı kitabı cəmiyyətdə nü-
fuz qazanmıĢ bir nəĢriyyatda çap olunduğu üçün çox satılmıĢdır
28
.  
 
Nəşrlərin sistemləşdirilməsi 
 
KitabĢünaslıqda  əsas  tipoloji  kateqoriyalardan  biri  də  nəĢr 
növləri  hesab  olunur.  QOST  –  7.60-90  nəĢr  növlərinə  görə  qrup 
formalaĢdırmaq üçün aĢağıdakılar standartlaĢdırılmıĢdır:  

 
məqsəd təyinatı 

 
informasiyanın analitik iĢlənmə dərəcəsi  

 
informasiyanın təbiəti və xarakteri 

 
maddi konstruksiyası 

 
həcmi 

 
əsas mətnin düzümü 

 
dövrilik 

 
struktur
29

Adı sadalananlar arasında elələrini seçmək lazımdır ki, bütün 
nəĢrlər  üçün  ümumilik  təĢkil  etsin.  Bu  məqsəd  təyinatıdır.  Hansı 
ki, mahiyyətcə nəĢrin funksional rolunu və informasiyanın xarak-
terini cəmləĢmiĢ Ģəkildə əks etdirir. Bu və ya digər cəhətlər nəĢrin 
                                                           
28
  CoĢkun  S.  Edebiyat  sosyolojisi  araĢtırmaları  için  bir  yöntem  denemesi  / 
Edebiyat sosyolojisi. – Ankara, Hece yayınları, 2004, s. 195. 
29
 Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - Москва, 
Издательство МГУП., 2002. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə