Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   2   3   4   5   6   7   8   9   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
14 
 
Redaktənin  nəzəri  və  təcrübi  məsələlərinə  dair  rus  tədqiqat-
çılarının  çox  sayda  araĢdırmaları  iĢıq  üzü  görmüĢdür
22
.  Azərbay-
canda bu problemlə bağlı ilk dərslik T.Rüstəmov tərəfindən hazır-
lanmıĢdır
23
.  Daha  sonra  Prof.  Ġ.Vəliyevin  redaktənin  əsaslarına 
həsr olunmuĢ  bir-birindən dəyərli  dərslik,  dərs vəsaiti  və  məqalə-
ləri  çap  olunmuĢdur
24
.  Bu  kitablarda  redaktə  iĢi  və  onun  əsasları, 
kitabın baĢlıca inkiĢaf meylləri, redaktənin əsas prinsipləri, redak-
siya-nəĢriyyat  proseslərində  redaktorun  rolu,  redaktor  təhlilinin 
məzmunu,  strukturu,  mətndə  fakt  materialı  və  onun  redaktəsi,  dil 
və üslub üzərində iĢ, ədəbi-bədii əsərlərin redaktəsi, uĢaq kitabla-
rının redaktəsi və digər önəmli məsələlər öyrənilmiĢdir.   
Hazırkı kitabda elmi, elmi-kütləvi, klassik, uĢaq ədəbiyyatı-
nın  və  dövri  nəĢrlərin  redaktə  məsələlərindən  bəhs  olunmuĢdur. 
Monoqrafiyada  elmi  kitabların  növ  və  tipləri  haqqında  məlumat 
verilmiĢ,  elmi  kitabların  nəĢrə  hazırlanma  xüsusiyyətləri  öyrənil-
miĢdir. Klassik ədəbiyyatın nəĢri məsələləri, növləri, elmi-tənqidi 
mətnlərin  hazırlanması  və  digər  problemlər  tədqiqat  obyektinə 
çevrilmiĢdir.  
Dövri  nəĢrlərin  tipoloji  əlamətləri  və  növləri  Ģərh  olunmuĢ, 
elmi  jurnalların  növlərindən,  məqsəd  və  oxucu  təyinatından  asılı 
olaraq  növ  və  janrlarından,  elmi  jurnalların  nəĢri  tarixindən  və 
mərhələlərindən  bəhs  edilmiĢ,  nəĢrə  hazırlanma  və  redaktə  xüsu-
siyyətləri, mərhələləri, gizli rəyçilərə göndərilmə və s. problemləri 
iĢıqlandırılmıĢ,  Azərbaycanda nəĢr olunan elmi  jurnalların, Azər-
baycanlı  müəlliflərin  elmi  məqalələrinin  Thomson  reyestrində  öz 
əksini tapması, ölkəmizdəki elmi jurnalların bu agentliyin impact 
factorunu  alması  məsələləri  və  qarĢıda  duran  vəzifələr  araĢdı-
rılmıĢdır. 
                                                           
22
 bax: kitabın sonundakı ədəbiyyat. 
23
 Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. Bakı: 1981, 165s. 
24
  Vəliyev  Ġ.  Ədəbi-bədii  və  uĢaq  kitablarının  redaktəsi.  Bakı:  2002,  200  s.; 
Vəliyev Ġ. Redaktənin əsasları. Bakı: 2009, 399 s. və b. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
15 
 
Sonda, redaktə sənətinin incəliklərini, nəzəriyyə və təcrübə-
sini  öyrəndiyim  hörmətli  müəllimim  prof.  Ġsmayıl  Vəliyevə, 
AMEA  Əlyazmalar  Ġnstitutunun  çox  dəyərli  kollektivinə  və 
“Mətnlərin nəĢrə hazırlanması Ģöbəsi”nin müdiri f.e.d. Nəsib Gö-
yüĢova dərin minnətdarlığımı  bildirirəm. Qiymətli  məsləhətlərinə 
görə  Anadolu  Universiteti  “Basım  ve  yayım”  bölümünün  müdiri 
prof.dr. Halil Ġbrahim Gürcana təĢəkkürümü bildirirəm. Əlyazma-
lar Ġnstitutunun mərhum direktoru f.e.d. M.Adilovu dərin ehtiram-
la yad edirəm.   
    
  Vüsalə Musalı 
                                                       filologiya üzrə fəlsəfə doktoru 
                                           tezkireshinas@gmail.com
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
16 
 
I FƏSĠL 
NƏġRLƏRĠN NÖV-TĠPOLOJĠ TƏRKĠBĠ VƏ 
TƏSNĠFATI 
 
Nəşrin konsepsiyası və ümumi modeli  
 
Bütövlükdə nəĢriyyat prosesini 4 mərhələyə ayırırlar:  
1.
 
Hazırlıq  mərhələsi  –  planlaĢdırmadan  əlyazmanın  nəĢriy-
yata qəbuluna qədər;  
2.
 
Redaksiya mərhələsi – əlyazmanın qəbulundan istehsalata 
təhvil verilməsinə qədər;  
3.
 
Ġstehsalat mərhələsi – kitabın çapı;  
4.
 
Kitabın yayımı və təbliği
25
.  
Redaksiya-  nəĢriyyat  mərhələləri  demək  olar  ki,  profilindən 
və növündən asılı olmayaraq bütün nəĢriyyatlar üçün eynidir. Yal-
nız ədəbiyyatın növünə görə redaktənin xüsusiyyətləri fərqli olur.  
Nəşr - yayılmaq üçün nəzərdə tutulmuş, müəyyən informasi-
yaları əhatə edən, redaksiya-nəşriyyat düzəlişlərindən keçmiş, tex-
niki vasitələrin köməyi ilə sayı çoxaldılan, poliqrafik cəhətdən tər-
tib olunmuş, buraxılış məlumatlarını əhatə edən nəşriyyat məhsu-
ludur.  
Müasir  nəĢrlərin  yalnız  poliqrafik  tərtibatına  diqqət  yetiril-
məməlidir.  Kitabda  məzmunlu  əsasın  mövcud  olması  vacib  Ģərt-
lərdəndir.  Bundan  sonra  önəmli  nüans  olaraq  əsərin  redaksiya-
nəĢriyyat iĢlənməsi qeyd olunur.  
Kitab  nəĢri  kifayət qədər  çətin  və  sistemli  yaradıcılıq iĢi  tə-
ləb edir. Ona qarĢılıqlı əlaqə və bir-birindən asılı olan elementlərin 
yekunu,  məcmusu  kimi  baxmaq  lazımdır.  NəĢrin  əsasını  əsər  və 
məlumat  aparatı  təĢkil  edir.  Əsərin  ən  önəmli  tərəfi  məzmunlu, 
dolğun  çalarlı  elementlərdən  təĢkil  olunmuĢ,  əsərin  məzmun  və 
janrından,  ədəbiyyatın  növündən  asılı  olaraq  müxtəlif  struktura 
                                                           
25
 Vəliyev Ġ. Redaktənin əsasları. Bakı: GünəĢ, 2009. s. 81. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
17 
 
malik ola bilən mətndir. Əsərdə mətnlə yanaĢı mətndən kənar ele-
mentlər – illüstrasiya, cədvəl, formul, diaqramlar da  yer ala bilər.  
Kitabın aparatı nəĢri digərlərindən fərqləndirmək, məzmunu 
tez və problemsiz müəyyən  etmək, mətni tamamilə oxumadan la-
zımi informasiyanı tapmaq, nəĢrin mövzusuna uyğun əlavə məlu-
mat  əldə  etmək  üçün  lazımdır.  Nəşrin  aparatına  buraxılıĢ  məlu-
matları,  annotasiya  və  ya  referat  (elmi  nəĢrlərdə),  mündəricat 
(içindəkilər), biblioqrafik elementlər, müxtəlif xarakterli göstərici-
lər  (indeks),  Ģərhlər,  qeydlər  daxildir.  Aparatın  tərkibi  və  onun 
dolğunluğu nəĢrin növü ilə müəyyən olunur. 
Beləliklə, nəĢrə bütövlükdə çətin, ancaq yaxĢı təĢkil olunmuĢ 
informasiya sistemi kimi baxmaq olar.  
Kitabın nəĢrə hazırlanmasında  redaktorla bərabər korrektor, 
kompüter operatorları, texniki redaktorlar, rəssam və dizaynerlər, 
poliqrafçılar və baĢqa mütəxəssislər iĢtirak edir. Redaktor bütün iĢ 
boyu  professional  metoddan  –  redaktor  analizindən  istifadə  edir. 
Belə ki, o, oxucu tələbatını təhlil edir və qiymətləndirir, əsər sifa-
riĢ verəcək müəlliflər axtarır və s.  
NəĢri hazırlamağa baĢlamadan öncə redaktor iki suala cavab 
tapmalıdır. Birincisi, hazırkı kitabı nəĢr etmək lazımdırmı? Ġkinci, 
əgər  lazımdırsa,  o,  necə  olmalıdır?  Əgər  kitab  plana  salınsa  belə 
yenə bu suallara cavab tapmaq lazımdır
26
.  
Plan-prospekt  nəşriyyat  işində  müəllifin  çap  olunacaq  gələ-
cək əsərinin adı, mövzusu və qısa icmalını əhatə edən sənəddir. 
Redaktor öz nəĢriyyatının profilinə uyğun olan kitabların ça-
pı  və  kitab  ticarəti  haqqında  məlumatlı  olmalıdır.  Bunun  üçün 
müasir Ģəraitdə müxtəlif mənbələr (kataloq və internet  resursları) 
mövcuddur. Əgər konkret nəĢr üçün ortaya sual çıxıbsa, redaktor 
yenidən  kitab  axınını,  kitab  bazarını,  oxucu  tələbatını  öyrənir. 
                                                           
26
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  –  Мос-
ква, Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə