Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   2   3   4   5   6   7   8   9   ...   54

 
11 
 
                                          
Abdullayevin rəhbərliyi altında reallaşmışdır. Bu tədbirlərdən bi-
ri,  bəlkə  də  ən  mühümü  19  noyabr  2015-ci  ildə  İsveçdə-Stok-
holmda  “Multikulturalizm  və  dinlərarası  tolerantlıq:  Azərbayca-
nın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda ke-
çirilmiş  konfrans  idi  (bax:  234).  Bu  konfransda  Azərbaycanın 
İsveçdəki səfiri Adış Məmmədov Ulu Öndərimizin güclü siyasəti 
ilə Azərbaycanda tolerantlıq mühitinin qoruna bilməsindən və bu 
ölkədə yaşayan bütün xalqlar arasında yüz illərə söykənən dostluq 
və  birgəyaşayışın  pozulmamasından  danışaraq  bu  gün  də  Azər-
baycan  hakimiyyətinin  müasir  dövrün  tələblərinə  uyğun  şəkildə 
tolerantlıq  ənənələrinin  davam  etdiyini  vurğulamışdır.  Səfir  onu 
da qeyd etmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Şərqdə, Av-
ropa ölkələrində kilsə və dini abidələrin bərpası və təmir edilməsi 
Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-
mədəni dəyərlərə verdiyi töhfədir. 16 sentyabr 2015-ci il tarixində 
Bakıda “Dini və Milli Tolerantlıq – Millətlərarası münasibətlərin 
inkişaf etdirilməsində medianın rolu” adlı beynəlxalq forum (bax: 
234a), ali məktəblərdə, bölgələrdə multikulturalizmlə bağlı tədbir-
lər həyata keçirilmişdir. 
2015-ci  ilin  16  noyabr  günü  Beynəlxalq  Tolerantlıq  günü 
elan olunmuşdur. Bu gün insanları bir daha bir arada birləşməyə, 
dostluğa,  əmin-amanlığa  səsləyir.  Həmin  tarixlərdə  respublikada 
müxtəlif tədbirlər həyata keçirilmişdir. 
Bildiyimiz  kimi,  “Azərbaycanda  tarixən  İslam  dini  ilə  ya-
naşı, Xristianlıq, İudaizm və digər dinlərə qarşı da diqqət və qayğı 
olmuşdur. Digər dinlərə hörmətlə yanaşmaq biz azərbaycanlıların 
yüksək  mədəniyyətinin  nəticəsidir...  Tarixən  Azərbaycanda  dini 
icmalar  –  müsəlman  məscidləri,  xristian  pravoslav,  katolik, 
Alban-Udi  kilsələri,  yəhudi  sinaqoqları  fəaliyyət  göstərib  və  bu 
gün  də  dini  ayinlərini  sərbəst  şəkildə  yerinə  yetirməkdədirlər... 
2014-cü ildə Prezidentin müvafiq Fərmanı ilə
 
Azərbaycanda  Ba-
kı    Beynəlxalq
 
Multikulturalizm  Mərkəzi  yaradıldı.  Ölkədə  son 
illər  keçirilmiş  Dünya  Dini  Liderlərinin  konfransları,  “Bakı 
prosesi” adlanan  Multikulturalizm  forumları  mövcud  olan  tole- 
 


 
12 
 
                                          
rantlıq mühitinin bariz nümunələridir... Azərbaycandakı dini icma 
rəhbərləri ABŞ konqresinə müraciət ünvanlamışdırlar. Müraciətdə 
qeyd  edilir  ki,  Azərbaycanda  mövcud  olan  tolerantlıq  mühiti 
sözdə  deyil,  əməldədir.  Canlı  nümunə  bu  müraciətin  altındakı 
imzalardır:  QMİ-nin  sədri  Allahşükür  Paşazadə,  Bakı  və  Azər-
baycan  arxiyepiskopu Aleksandr  İşeyin,  Roma Katolik  kilsəsinin 
Azərbaycandakı  Apostol  Prefekturasının  ordinarisi  Vladimir 
Feket,  Azərbaycan  Dağ  Yəhudiləri  Dini  İcmasının  rəhbəri  Milix 
Yevdayev,  Avropa  Yəhudilərinin  Bakı  Dini  İcmasının  rəhbəri 
Gennadi  Zelmanoviç,  Alban-Udi  Xristian  Dini  İcmasının  sədri 
Robert Mobili imzalayıblar” (128, s.7-9). 
Bu  müraciət,  qeyd  edildiyi  kimi,  müxtəlif  dinlərə  mənsub 
şəxslərin bir-biri ilə qarşılıqlı hörmət və ehtiramının göstəricisidir
desək, yəqin ki, yanılmarıq. 
Nəhayət,  “Tarixi  İpək  yolunda  yerləşən  Azərbaycan  müx-
təlif sivilizasiyaların qovuşduğu  məkan olaraq,  əsrlər boyu milli-
mədəni  rəngarənglik  mühitinin  formalaşdığı,  ayrı-ayrı  millətlərin 
və  konfessiyaların  nümayəndələrinin  sülh,  əmin-amanlıq  şərai-
tində  yaşadığı  bir  diyar  kimi,  Bakı  Beynəlxalq  Multikulturalizm 
Mərkəzinin  yaradılması  ilə  respublikamızda  gerçəkləşdirilən 
siyasətin  tolerantlıq  prinsiplərinə  bu  gün  də  sadiq  qalan  bir  ölkə 
kimi özünü tanıtdığı üçün 11 yanvar 2016-cı ildə dövlət başçımız 
tərəfindən 2016-cı ilin multikulturalizm ili elan olunması ilə bağlı 
sərəncam  imzalanmışdır  (bax:  249).  Sərəncamın  imzalanmasın-
dan sonra çoxlu tədbirlər həyata keçirilmişdir.  
4  mart  2016-cı  ildə  Braziliya  Federativ  Respublikası  Milli 
Konqresinin Federal Senatının Elm, texnologiya, kommunikasiya 
və  informatika  komitəsinin  sədri  Braziliya-Azərbaycan  parla-
mentlərarası  dostluq  qrupunun  rəhbəri  Kristovam  Buarke  ilə
 
gö-
rüşdə  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  (BBMM) 
icraçı  direktoru  professor  Azad  Məmmədov  yeni  layihələrdən 
danışaraq  bildirib  ki,  Portuqaliyadan  İndoneziyaya  kimi  13 
məşhur Universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris 
olunur (bax: 227). 
 


 
13 
 
                                          
Bu  fikrə  istinadən  onu  demək  mümkündür  ki,  Azərbaycan 
multikulturalizmi bütün dünya üçün bir örnəkdir.  
Rus  Pravoslav  kilsəsinin  Bakı  və  Azərbaycan  Yeparxiyası-
nın  arxiyepiskopu  Aleksandr  İşeyin  qeyd  edir  ki,  Azərbaycanın 
əsas özəlliyi milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni 
küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə 
müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər (bax: 234). 
Azərbaycanın görkəmli  yazıçısı Y.V.Çəmənzəminli “Həya-
tımızın iyirmi ili” məqaləsində müsəlmanlarla xristianların tarixən 
münasibətlərindən bəhs edərək yazırdı: “Geniş kütlə qardaşcasına 
yaşayır,  orada  bir  münaqişəli  məsələ  yox  idi...  Xalq  məscid  və 
kilsə ayrılığı ilə belə hesablaşmaq istəmirdi. Türklərin nəzir eləyib 
kilsə  həyətində  qurban  kəsdiyi  və  xristianların  türk  pirinə  şam 
gətirdiklərini çox görmüşəm” (bax: 248). 
Yazıçı – jurnalist milliyyətcə saxur olan Əhməd İsayev “Bu 
dağlar, ulu dağlar” kitabında müxtəlif millətlərin nümayəndələri-
nin  dostluğu  haqqında  belə  yazır:  “Azərbaycan  bəlkə  də  yeganə 
ölkədir ki, burada yüzdən çox etnosun nümayəndəsi bir süfrə ba-
şına  yığışır, 20-dən artıq azsaylı xalqın, milli  azlıq  və etnik qru-
pun  övladları  müxtəlif  guşələrdə  kompakt  halda  yaşayırlar:  heç 
nəyə fərq qoymadan, ... dost-doğma ailə kimi. Hamısının da dili-
nin, dininin, etnik psixologiyasının, maddi və mənəvi mədəniyyə-
tinin,  məişətinin,  adət-ənənəsinin  qorunub  saxlanması  üçün  hər 
cür  şərait  yaradılır.  Bu,  dövlətimizin  humanist  siyasətinin 
əsasıdır” (98, s.116). 
Şəki  Zona Elmi Mərkəzi  nəzdindəki  “Folklor laboratoriya-
sı”nın  aparıcı  elmi  işçisi  milliyyətcə  avar  olan  Əli  Süleymanov  
bu    bölgəyə  qonaq    qismində    gələn  insanların  regionda  yaşayan 
xalqlar  və  etnik  qruplarla  bağlı  fikirlərini  özünün  “Zaqatala  çə-
ləngi” kitabında xoş xatirələrlə yad edir: “Bir dəfə Dağıstan Döv-
lət Filarmoniyasının kollektivi rayonumuzda qastrol səfərində ol-
muşdur.  Kollektivin  rəhbəri  N.Pavlovdan  soruşanda  ki,  “Zaqata-
lada  ən  çox  nə  xoşunuza  gəldi?”  O  cavab  verdi:  -  Ən  çox  zaqa-
talalıların  qonaqsevərliyi,  insanpərvərliyi,  xüsusilə  də  buradakı  
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə