Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə7/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   2   3   4   5   6   7   8   9   10   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
METALLARIN REAL QURULUŞU.MÜLLER 
İNDEKSLƏRİ.ANİZOTROPİYA
Metalların kristalları kiçik ölçülərdə olduqlarından, onlardan hazırlanmış maşın his-
sələri də çoxlu miqdarda kristallardan ibarət olur ki, bu da
polikristal quruluş
adlanır. Poli-
kristal quruluşda ayrı-ayrı kristallar müxtəlif səbəblərdən düz formada olmadıqlarından, belə
kristallara
dənə və ya kristallit
deyilir.
Şəkil 1. a-polikristal quruluşun sxemi; b-metalın strukturunun sxemi; 1-bloklar, 2-
fraqmentlər, 3-dənələr 
a
b
3
1
2


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Dənələrin bir-birindən fərqli olmasına səbəb onlardakı kristallik fəza qəfəslərinin müxtəlif isti-
qamətlərə yönəlməsidir
.
( şəkil 1 a ).
Soyuq halda plastiki deformasiya ( yayma, çəkmə və s. ) metalın dənələrinin bir istiqa-
mətdə yönəlməsinə səbəb olur ki, buna da
tekstura
deyilir.
Metalların xasələrinin əsas etibarı ilə kristal quruluşun mükəmməlliyi və ya onun düzgün-
lüyünün pozulması dərəcəsi təyin edir. Ona görə də kristal qurluşda ola bilən qüsurları, daha
doğrusu kristalların real ( həqiqi ) quruluşunun bilmək vacibdir.
Tədqiqatlar göstərir ki, dənənin daxili kristallik qurluşu düzgün deyildir – qüsurludur. Be-
lə ki, texnikada tətbiq olunan metalların dənələri ( kristallar )
monolit
olmurlar.Ciddi parlel
atom kristallarında qurulmuş kristala (dənəyə) monolit kristal və ya
monokristal deyilir.
Həqi-
qətdə dənə-kristalloqrafik müstəviləri bir-birinə qarşı azacıq, bir neçə dəqiqə bucaq altında dö-
nən
1000-100000 A
0
ölçülü mozoik bloklardan ( bəzəkli, çox kiçik dənəciklərdən ) ibarətdir.
Əksər hallarda bloklar birləşib nisbətən böyük ölçülü, bir-birinə qarşı bir neçə dərəcə yönəlmiş
fraqmentlər
əmələ gətirirlər.Hər bir fraqment çoxlu miqdarda bloklardan ibarətdir. Beləliklə,
metalların strukturu bir-birinə qarşı onlarla dərəcə bucaq altında yönəlmiş dənələrdən, dənələr
də bir neçə dərəcə bucaq altında yerləşmiş fraqmentlərdən, fraqmentlər də öz növbəsində bir-
birinə nisbətən çox kiçik bucaq altında mövcud olan bloklardan ibarətdir.

Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə