Metallar haqqinda ümumi MƏlumat t e. n., dosent, E. M. CavadostrreplN



Yüklə 276,5 Kb.
səhifə6/6
tarix31.12.2021
ölçüsü276,5 Kb.
#81462
1   2   3   4   5   6
1 MATERIALSUNASLIQ FNNININ MQSDI METALLAR HAQQINDA UMUMI MLUMAT-1

anizotropiya adlanır. Bütün kristallar aniozotropdur. Anizotropiya –bütün kristalların xüsusiyyəti olub, kristallik quruluşla xarakterizə olunur.


Şəkil 8. Mis (Cu) kristalının möhkəmlik həddinin dəyişməsinin

təsir istiqamətindən asılılığını göstərən model.

Həndəsi nöqteyi nəzərdən baxılan elementin atomu istənilən kristallik qəfəsi formalaşdıra bilər. Ancaq real mövcud olan o qəfəslər ola bilər ki, sərbəst enerji ehtiyatı cüzi olsun. Məsələn, bərk halda ki, Na, Rb, K, Cz, Mo, W və digər metallar həcmimərkəzləşdirilmiş kub şəkilli qəfəsə; Al, Ca, Cu, Ag, Au, Pt və b. Tili mərkəzləşmiş, Be, Mg, Zn , Hf, Os və digər başqalarının isə heksaqonaldır.

Bir metalın bir neçə kristallik formaya malik olması polimorfizm yaxud allotropiyadır. Müxtəlif kristallik formaya malik bir maddə polimorf maddə yaxud allotropik şəkildəyişmə adlanır.

Allotropik formaları yunan hərfləri ilə işarə edirlər (α, β, γ, δ və s.), yəni uyğun kimyəvi elementin işarəsinin indeksinə qeyd edirlər ((Feα, Feβ, Feγ və s.) Şəkil 9).

Şəkil 9. Dəmirin soyuma əyriləri (Feα, Feβ, Feγ).

Maye halından bərk hala keçdikdə kristal qəfəslər əmələ gəlir və kristal yaranır. Belə proses kristallaşma adlanır.

Metalın maye halından bərk hala keçməsini temperatur və zaman koordinatında aşağıdakı kimi qrafiki təsvirini vermək olar: (Şəkil 10):



Şəkil 10. Kristallaşmada soyuma əyriləri.

Material gərginliyin təsirindən deformasiyaya uğrayır.

Deformasiya: elastiki- qüvvənin təsiri (yükün) götürüldükdən sonra itən və plastiki –qüvvənin təsiri (yükün) götürüldükdən sonra qalan olur.

Elastik deformasiyada xarici qüvvələrin təsirindən cisimin kristal qəfəsində atomlar arasındakı məsafə dəyişir.

Plastiki deformasiyada isə daha mürəkkəb proses gedir. Belə ki, burada bir hissəsi digər hissəsinə nəzərən yerdəyişmə edir (qüvvə təsirindən); yerdəyişməyə uğrayan kristal hissəsi öz əvvəlki yerini tutmadığından plastiki deformasiya baş verir.

Ümumiyyətlə elastik deformasiyanın qiyməti nə qədər kiçik olarsa deməli material daha sərtdir. Deməli, elastiklik modulu –materialın sərtliyini xarakterizə edir. Elastiklik modulunun iki növü: normal elastiklik modulu (Huk modulu) və toxunan elastiklik modulu (Yunq modulu) anlayışı qəbul edilmişdir. Qeyd olunduğu kimi elastiki deformasiya atomlar arasındakı məsafənin dəyişməsinə dəlalət edir. Yəni gərginliklə atomlararası məsafə düz mütənasibdir (F = -KX). Huk modulu (E) 2,5...3,0 dəfə Yunq modulundan (Ç) böyükdür: Ç = (2,5...3) E. Fe üçün E = 2∙104 kq/mm2.

Metalların deformasiyaya müqaviməti- davamlılıq anlayışı ilə, dağılmağa müqa-viməti isə -etibarlılıq anlayışı ilə qəbul edilmişdir. Etibarlılıq anlayışı dedikdə eyni zamanda materialın uzunömürlülüyü də anlaşılmalıdır.

Metalların mexaniki, texnoloji və s. xüs. təyin edərkən biz əsasən boyuna uzan-ma, bərklik, etibarlıq, uzunömürlülük və s. nəzərdə tuturuq.\

Bərkliyi təyin etmək üçün Brinel (HB), Rokvel (HRC) və Vikkers (HV) metodlarından istifadə olunur.

Brinel metodunda sınaq olunan nümunəyə P qüvvəsinin təsiri ilə D diametrli kürəcik daxil edilir. Bərklik göstəricisi Brinelə görə d diametrli sferik səthin izinə (0) nisbətindən təyin edilir.

Rolvelə görə almaz konusdan istifadə olunur.

Vikkersa görə isə almaz piramidadan istifadə olunur;



Müxtəlif metodlar arasında korrelyasiya mövcuddur, ancaq çox dəqiq deyildir.
Yüklə 276,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə