Eşqimiz nəğmə kimi sadədir.
* * *
Onların ağacında ötən sarıköynəyin nəğməsi qəlbimi sevinclə coşdurur.
İkimiz də bir kənddə yaşayırıq, ikimiz də buna sevinirik.
Onun iki sevimli quzusu bizim bağın kölgəliyində otlamağa gəlir.
Onlar bizim arpa zəmimizə girdikdə, onları qucağıma alıram.
Kəndimizin adı Qancanadır, çayımızın adı – Ancana.
Mənim adımı bütün kənd bilir, onun adı – Rancana.
Aramızda yalnız bir tarla var.
Bizim meşədə yuva salmış arılar bal toplamağa onların meşəsinə uçur.
Onların körpüsünün pillələrindən suya atılan çiçəklər üzə-üzə bizim çimdiyimiz yerə gəlir.
Onların tarlalarından dərilmiş səbət-səbət quru çiçək bizim bazara gətirilir.
Kəndimizin adı Qancanadır, çayımızın adı – Ancana.
Mənim adımı bütün kənd bilir, onun adı – Rancana.
Onların evinə sarı gedən cığır baharda manqo çiçəklərinin ətri ilə dolur.
Onların kətanı yetişdikdə, bizim tarlada çətənə çiçəkləyir.
Onların evləri üstündə gülümsəyən ulduzlar sayrışan işıqları ilə bizi seyr edir.
Onların hovuzunu dolduran yağış bizim kadamba
4
meşəsini sevindirir.
Kəndimizin adı Qancanadır, çayımızın adı – Ancana.
Mənim adımı bütün kənd bilir, onun adı – Rancana.
* * *
Cüt bacı suya gedəndə, bu yerə çatdıqda gülümsünürlər.
Yəqin bilirlər ki, onlar suya getdikdə, həmişə burada ağacların arxasında kimsə durur.
Bacılar bu yerdən keçdikdə, nəsə pıçıldaşırlar.
Yəqin onlar suya getdikdə həmişə ağacların arxasında duran adamın sirrini bilmişlər.
Onlar bu yerə çatdıqda, səhəngləri birdən əyilir və yerə su çilənir.
4
Кадамба – йаьышлар мювсцмцндя нарынъы чичяк ачан аьаъ
Yəqin duyublar ki, onlar suya getdikdə, həmişə ağacların arxasında duran adamın ürəyi çırpınır.
Bacılar bu yerə çatdıqda, bir-birinə baxıb gülümsünürlər.
Onların yeyin-yeyin hərəkət edən ayaqlarında da bu təbəssüm duyulur və bu təbəssüm, onlar
suya gedəndə həmişə ağacların arxasında duran adamın fikirlərini alt-üst edir.
* * *
Sən, çiynində dolu səhəng, çay boyunca cığırla gedirdin.
Birdən başını döndərib yellənən örtüyünün altından mənə baxdın, nə üçün?
Qaranlıqda parlayan bu baxış titrək suyun üzünü rəşələndirən, kölgəli sahillərə doğru uçan meh
kimi mənə sarı əsdi.
Bu baxış axşam uça-uça otağın bir pəncərəsindən girib, o biri pəncərəsindən çıxan və gecənin
qoynunda yox olan bir quş kimi mənə sarı uçub gəlmişdi.
Sən dağlar ardındakı ulduz kimi görünməzsən, mən isə yolda qalmış bir yolçuyam.
Axı sən, çiynində dolu səhəng çay boyunca cığırla gedəndə, birdən üzünü döndərib yellənən
örtüyün altından bir an mənim üzümə niyə elə baxdın?
* * *
O, hər gün gəlir, gedir.
Get ona mənim hörüklərimdən bir çiçək ver, dostum. Soruşsa ki, kim göndərib, yalvarıram,
mənim adımı çəkməyəsən, – axı o yalnız gəlir, gedir. O, ağacın altında yerə oturur. Həmin yerə çiçəklər
və yarpaqlar səpələ, dostum. Onun gözləri qəmgindir, mənim qəlbimi də qəmləndirir. O, ürəyində olanı
demir, yalnız gəlir, gedir.
Nə üçün boş-boş oynaya-oynaya suyu dalğalandırır və oğrun-oğrun yola baxırsan.
Səhəngini doldur və evə get.
Səhər saatları keçir, – tutqun sular axıb gedir.
Dalğalar boş-boş oynaya-oynaya bir-biri ilə pıçıldaşır, gülüşür.
Odur, göyün bir kənarında, aşırımın üzərində buludlar toplaşır.
Onlar getmir, sənin üzünə baxıb gülümsünürlər.
Səhəngini doldur, evə get.
* * *
O gənc yolçu sübh açılanda, mənim qapıma gəlməyi nə üçün arzulamışdı?
Mən evimə girib-çıxanda hər dəfə onun yanından ötürəm və ona baxmaya bilmirəm.
Bilmirəm onunla danışım ya susum? O, mənim qapıma gəlməyi nə üçün arzulamışdır?
İyul ayında buludlu gecələr qaranlıq olur; payızda səma zərif mavi rəngə bürünür. Yaz günlərini
incə meh cuşa gətirir.
O, hər dəfə öz nəğmələrinə yeni-yeni səslər hörür.
Mən işimdən ayrılıram, gözlərimi duman bürüyür. Görəsən, o mənim qapıma gəlməyi nə üçün
arzulamışdır?
Ürək sirrini gizlətmə, dostum!
Onu aç, mənə seylə, yalnız mənə söylə, gizlincə.
Nə üçün belə incə-incə gülümsünürsən, bunu yavaşca mənə pıçılda: bu sirri qulağım yox, qəlbim
eşidər.
Gecə qaranlıq, ev səssiz-səmirsiz, quşların yuvaları da yuxuda.
Axmayan göz yaşları arxasından, çəkingən təbəssümlər arxasından, dadlı həya və iztirab
arxasından öz ürək sirrini aç, mənə seylə.
* * *
O qız yeyin-yeyin yanımdan ötəndə paltarının ətəyi mənə toxundu.
Qəlbin məchul adasından birdən ilıq bahar nəfəsi duyuldu.
Bu bir anlıq təmasın rəşəsi, küləyin qovduğu qonmuş bir çiçək ləçəkciyi kimi bir anda bütün
varlığıma yayılıb yox oldu.
Bu təmas o qızın vücudunun nəfəsi və qəlbinin pıçıltısı kimi qəlbimin dərinliklərinə nüfuz etdi.
* * *
Nə üçün oturub, boş-boşuna oynaya-oynaya, xalxallarını cingildədirsən?
Səhəngini doldur. Evə getmək vaxtıdır.
Nə üçün boş-boş oynaya-oynaya, suyu dalğalandırır və oğrun-oğrun yola baxırsan?
Səhəngini doldur və evə get.
Dalğalar boş-boş oynaya-oynaya bir-biri ilə pıçıldaşır, gülüşür.
Odur, göyün bir kənarında, aşırımın üzərində buludlar toplaşır.
Dostları ilə paylaş: |