23
www.vivo-book.com
– YaxĢı görünürsən. ġorbanı içdin? – deyə söhbətin mövzusunu
dəyiĢmək üçün soruĢuram.
– Hə, həmiĢəki kimi çox dadlı idi. O dəqiqə yüngülləĢdim. – O,
minnətdarlıqla gülümsəyir.
Saata baxıram.
– Mən qaçmalıyam. Hələ ―Kleytons‖a çataram.
– Ana, axı sən yorulmusan.
– BoĢ Ģeydir. Hələlik.
***
VaĢinqton Universitetinə daxil olandan ―Kleytons‖da iĢləyirəm. Bu,
Portlenddə alətlər və inĢaat materialları satan qeyri-Ģəbəkə mağazasıdır.
ĠĢlədiyim müddətdə satdığımız əĢyalardan baĢ çıxarmağı az-maz öyrəndim,
amma əlimdən əsla ustalıq gəlmir. Bizim ailədə hər cür təmir iĢləri ilə atam
məĢğul olur. Amma buxarının yanındakı kürsüdə kitab oxumaq mənlikdir.
Öz növbəmə çatdığıma sevinirəm, indi fikrimi Kristian Qreydən savayı
iĢlərə cəmləyə bilərəm. MüĢtərilərimiz çoxdur: yay mövsümü baĢlayır, hamı
təmir istəyindədir. Missis Kleyton gəliĢimə çox sevinib.
– Ana, fikirləĢirdim ki, bu gün gəlməyəcəksən!
– Tez azad oldum. Odur ki, bir-iki saat iĢləyə bilərəm.
– Lap yaxĢı.
O, məni anbara göndərir: ehtiyatlarımızı artırmaqdan ötrü və tezliklə
baĢım iĢə qarıĢır.
***
Evə qayıdıb Keyti oturaq halda, qulaqcıq və noutbukla yaxalayıram.
Burnu hələ də qıpqırmızıdır, amma o, quduz sürətlə klaviaturanı döyəcləyir.
Gücüm heç qalmayıb: uzun yol, yorucu müsahibə və ―Kleytons‖da ağır iĢ
növbəsi məni tamamilə əldən-ayaqdan salıb. Taxta sərilirəm, yarımçıq
24
www.vivo-book.com
qalmıĢ kurs iĢi və müsahibəyə itirdiyim vaxtı necə geri qaytarmaq haqda
düĢünürəm.
– Əla materialdır, Ana. Sənə halaldır. Amma baĢa düĢmürəm, o sənə
öz mülklərini göstərmək istədikdə bundan niyə imtina eləmisən. O, açıq-
aĢkar səni ləngitmək istəyib.
Keyt sualedici baxıĢla mənə baxır.
Mən allanıram və ürəyim var gücüylə döyünməyə baĢlayır. O heç də
buna görə deyil, sadəcə, göstərmək istəyirdi ki, öz mülkünün ağası və
hökmdarıdır. Hiss edirəm ki, dodağımı diĢləyirəm, əminəm Keyt bunu
görmədi. Görünür, baĢı tamamilə iĢə qarıĢıb.
– Ġndi aydındır, ―rəsmiyyətçilik‖ dedikdə nəyi nəzərdə tuturdun. Sən
nəyisə kağıza köçürürdün?
– Yox, yazmamıĢam.
– YaxĢı, eyib etməz. Burda bir yazılıq material var. Eh, heyif ki,
fotoqrafımız yoxdur. YaraĢıqlıdır, köpək oğlu, deyilmi?
Mən qızarıram.
– Hə, pis deyil, – deyə daha laqeyd çalarda cavab verirəm. Deyəsən,
məndə alınır.
– Di bəsdir, Ana, yəni heç xoĢuna gəlmədi o? – Keyt ideal qaĢlarını
qaldırır.
Sənə nə!.. Mən yaltaqlığı iĢə salıram, bu üsul həmiĢə iĢə yarayır:
– Sən ondan daha çox söz qoparardın.
– Buna çox Ģübhə edirəm. O, demək olar ki, sənə iĢ təklif edib!
Müsahibə götürmənin son anda sənin boynuna düĢdüyünü nəzərə aldıqda,
iĢin öhdəsindən əla gəlmisən.
O, düĢüncəli halda mənə baxır və mən tələm-tələsik mətbəxə
çəkilirəm.
– De görək, onun haqqında nə düĢünürsən?
ĠĢə düĢdük də! Sanki danıĢmağa baĢqa mövzu yoxdur.
25
www.vivo-book.com
– O, çox məqsədyönlüdür, ciddidir, təkəbbürlüdür, hətta qorxulu
dərəcədə, amma çox harizmatikdir. Onda cazibə var, bu danılmazdır, –
həqiqəti deyirəm, ümid edirəm ki, mövzu artıq qapanıb.
– Sən ona məftun olmusan? Bu, nəsə yeni bir Ģeydir, – deyə Keyt
fınxırır.
Mən sendviçləri doğramağa baĢlayıram ki, o, sifətimi görə bilməsin.
– Niyə onun gey olub-olmadığını soruĢmağı nəzərdə tutmusan? Yeri
gəlmiĢkən, bu, digər suallarla müqayisədə ən səfeh sual idi. Mən sadəcə
ölmüĢdüm, heç o da bu suala sevinmədi.
Mən yalnız o xatirənin özündən üz-gözümü turĢuduram.
– Kübar xəbərlərdə onun qız tanıĢları haqda heç bir xəbər yoxdur.
– Çox pis duruma düĢdüm. Elə bütün müsahibə də… yaxĢı ki, onu
bir daha görməyəcəm.
– Di bəsdir, sən dedin, mən də inandım. Deyəsən, onun xoĢuna
gəlmisən.
Məni bəyənib? Cəfəngiyatdır!
– Sendviç istəyirsən?
– Hə, çox sağ ol.
***
Bəxtimdən Kristian Qrey haqda söhbətə bir daha qayıtmırıq. ġam
yeməyindən sonra nahar masasında Keytlə yanaĢı otururam və o, müsahibə
üzərində iĢlədiyi müddətdə ―Erbervillər nəslindən olan Tess‖ mövzusunda iĢ
yazıram. Lənət Ģeytana, o, lazım olmayan vaxtda lazım olmayan yerdə
doğulub. Yazını bitirdikdə artıq gecəyarısıdır, Keyt çoxdan yuxuya gedib.
Mən otaqda yorğun halda var-gəl edirəm, amma özümdən razıyam, bazar
ertəsi günü o qədər iĢ görmüĢəm ki...
Ağ, dəmir çarpayıda kömbə kimi, həm də anamın verdiyi qurama
yorğana bükülmüĢəm, gözlərimi yumuram və ani olaraq mürgüləyirəm.
Qaranlıq hollar, soyuq ağ döĢəmələr və boz gözlər yuxuma girir.
26
www.vivo-book.com
***
Həftənin yerdə qalan hissəsi bütünlüklə əzbərçiliyə və iĢə həsr
olunub. Keyt də məĢğuldur: tələbə qəzetinin son nömrəsini buraxmalıdır
(sonra o, bu iĢi yeni redaktora təhvil verəcək) və əlbəttə, imtahanlara
hazırlaĢır. ÇərĢənbə axĢamınadək onun vəziyyəti, demək olar ki, yaxĢılaĢıb
və mən artıq onun flanel pijamasındakı dovĢan balalarını seyr etməli
olmayacağam. Mən anama, Corciya Ģtatına zəng edirəm, bilmək istəyirəm,
iĢlər nə yerdədir, üstəlik, buraxılıĢ imtahanlarında mənə uğur diləməsinə
ehtiyacım var. O, mənə yeni məĢğuliyyətindən danıĢır – Ģam istehsalından.
Anamın beynində daim yeni-yeni biznes ideyalar peyda olur. Əslində, o,
çox darıxır, buna görə də baĢını qatmağa məĢğuliyyət axtarır, amma o, bir
Ģey haqda uzun-uzadı düĢünə bilmir. Gələn həftə yenə təzə bir ideyası
olacaq. Bu, məni narahat edir. Müəssisə açmaq üçün onun evi girov
qoymadığına inanmaq istərdim. Ümid edirəm, Bob – Ģərti olaraq yeni,
ondan yaĢca çox-çox böyük olan əri mənim yoxluğumda onun qayğısına
qalır. O, üç saylı ərdən daha praktikdir.
– Sənin iĢlərin necədir, Ana?
Yalnız bir anlıq susuram və o, dərhal qayğılanır.
– Hər Ģey qaydasındadır, ana.
– Ana? Özünə oğlan tapmısan?
BaĢqa iĢim-gücüm yoxdu! O, necə duyuq düĢdü? Onun səsində açıq-
aĢkar həyəcan duyulur.
– Yox, ana, adam yoxdur. Mən birinci sənə deyəcəm, olarsa.
– Ana, sən tez-tez adam arasına çıxmalısan. Səninçün narahatam.
– Anacan, hər Ģey qaydasındadır. Bob necədir?
Yayındırma ən faydalı taktikadır, – bu, çoxdan məlumdur.
AxĢama yaxın Reyə zəng edirəm – atalığıma, anamın iki saylı
keçmiĢ ərinə, özümə ata bildiyim və soyadını daĢıdığım adama. Biz qısa
danıĢırıq. Əslində, bu, heç söhbət də deyil: o, suallarıma cavabda ancaq
Dostları ilə paylaş: |