Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

21 



Qadın  dil  boğaza qoymurdu.  Özünün  çıxılmaz 

vəziyyətini  sübuta  yetirmək  üçün  dəlillər  gətirir, 

hamını bir-birinə qatır, günahlandırırdı: 

-

Məni  heç  yaratmayaydın,  ay  ana.  Öz  balamı, 



ciyərparəmi  ürəyimcə  böyüdə  bilmirəm,  vaxtlı-  vax-

tında yeməyinə, geyməyinə baxammıram, yarı canım 

qalır  burda.  Eh  nə  bilim,  günahın  hamısı  bunun 

atasında oldu. O, boşqabı oğlunun qabağına itələdi: 

-Ye, 

dərdin alım. Nənənlə sənin payındı. 



İştahı  küsmüş,  uşaq  xəngələ  nifrətlə  baxırdı. 

Səhərdən  ac  olmağı  yadına  düşmədi.  Boşqabı  hirslə 

əlinə  alıb  bayırdakı  daşa  çırpdı.  Boşqabın  iri  qırığı 

xəngəlin  yarpağı  boyda  xırdalandı.  Nənəsi  vəziyyəti 

başa düşdü. Nəvəsini qucaqladı: 

-

Fikir  eləmə  nənən  qurban,  anandı  də,  neynəmək 



olar. Yad oğlunun ocağının başındadı. 

Uşaq  başını  nənəsinin  köksündə  gizlətdi.  Anası 

peşiman-peşiman, doluxsunmuş halda çıxıb getdi. 

 

 



 

 

 

 

 

 

 


 

 

22 



Oğurluq 

 

 

Sədnik  müəllimin  13-14  yaşı  olanda  məhəllə 

uşaqları  ilə  gavalı  oğurluğuna  gedirlər.  Uşaqlarrın 

hamısı bağa doluşub gavalıları dərib, ciblərini, qoyun-

qoltuqlarını  doldurub  qaçmaq  istəyəndə  bağ  yiyəsi 

onları  yaxalayır.  Uşaqlar  qorxularından  yığdıqlarını 

yerə  boşaldıb  barının  üstündən  aşıb  qaçırlar.  Bağ 

sahibi  küçədə  çayın  kənarındakı  daşın  üstdə  sakitcə 

oturmuş Sədnikə yaxınlaşır: 

-

Ə,  a  bala,  burda  kimi  gözləyirsən,  hirsli-hirsli 



soruşur. 

Kişinin  kim  olduğunu  tanımayan  Sədnik  yol-

daşlarımı  gözləyirəm-deyir.  Onlar  gavalı  oğurlayıb, 

mənə də verəcəklər. 

Kişi hirsini boğub, uşağı sınağa çəkir: 

-

Bəs sən niyə burda oturubsan? Niyə yoldaşlarınla 



oğurluğa getməyibsən? Gavalı yemək istəmirsən? 

Sədnik  cavab  verir  ki,  niyə  istəmirəm,  ay  dayı, 

istəyirəm, ancaq, oğurluq edə bilmirəm. Kişinin bütün 

hirsi-


hikkəsi bir andaca yox olur, uşağa deyir: 

-

Papağını mənə ver görüm. 



Oğlan papağını çıxarıb kişiyə verir, kişi gedir. Bir 

azdan  papaq  dolu  dadlı-ləzzətli  gavalılarla  dolu  dala 

qayıdır: 

-

Al,  bunlar  sənindir,  deyir,  istəyirsən  hamısını 



özün ye

, istəyirsən də oğru yoldaşlarının hərəsinə bir-

cə dənə gavalı ver, yazıqdırlar, qoy ağızları bişməsin. 

 

 



 

 

23 



Bu mənim oğlumdur 

 

Müharibənin  əli-ayağı  pörşələnib  geri  çəkilmişdi. 

Müharibənin  ölüsünün  üstündən  salamat  keçənlər 

gəlmiş,  ürəklərdəki  qorxunun,  dəhşətin  yerini  inama 

yönəltmişdilər. Gəlməyənlərin əvəzinə bir tikə kağıza 

yas  tutulur,  müharibəyə  lənətlər  yağdırırdılar.  O  bir 

tikə  kağız  Həcəri  ərsiz,  övladlarını  atasız  qoymuşdu. 

Ərindən əli üzülmüş qadın həmişə ürəyində əzizlədiyi, 

yanında  xəcalət  qaldığı  oğlunu  yadına  salmış, 

qızlarına  hayan  ondan  başqa  kimsənin  olmayacağını 

dərk  etmiş,    uşağının  dalınca  uşaq  evinə  gəlmişdi. 

Sahibsiz  uşaqların  hər  birinin  kədərli  cöhrəsi  onun 

ürəyindəki, sonsuz dərdi, əzabı təzələyir, üstəlik bir az 

da  artırırdı.  Uşaqların  kimisi  bu  yad  qadına  soyuq, 

kimisi  də  böyük  ümidlə  baxırdı.  Qadın  balasını 

axtarır,  onun  necə  böyüməsini,  necə  dəyişməsini, 

görmək  həvəsi  qəlbini  yandırır,  ürəyini  darıxdırırdı. 

Oğluna  məhəbbəti  o  qədər  güclənmiş,  o  qədər 

artmışdı ki, bütün dünyanı gəzməli olsa belə tapmasa 

geri qayıtmağını ağlına sığışdırmırdı. 

 

Adını, familini dedi oğlunun. Orada belə uşaq yox 



idi.  Ürəyi  bununla  sakitləşmədi  ananın.  Bir-bir  hər 

uşağın  şalvarının  balağını  çirmədi  baxdı,  özünün  

balası  olmadığına  əmin  olandan  sonra  başqa  uşaq 

evlərinə üz tutdu.  

Onun  ürəyinin  başında,  oğlunun  isə    sol  qıçında 

yanıq yeri vardı. Oğlunun qıçındakı yanıq yeri çoxdan 

sağalmış,  özünün  ürəyinin  başındakı  yanıq  göyür-

göyür  göynəyir,  daim  ona  əzab  verirdi.  Ürəyinin 




 

 

24 



başındakı oğlu sarıdan almış bu yanığı, ərli vaxtı sanki 

kül  altında  qor  kimi  gizli  saxlamış,  indi  üstü  açılmış 

qor alovlanmış, ürəyini yanıqlar bürümüşdü. Arvadın 

bu  yanğıya  dözməyə  tabı  qalmamışdı.  Əgər  oğluna 

qovuşmasaydı  ona  elə  gəlirdi  ki,  daha  yaşamağının 

mənası  olmayacaqdı.  Oğluna  qovuşmaq  isə  asan 

məsələ deyildi. Çünki, onun yeri-yurdu yoxdu. Harda 

axtarsın,  kimdən  soruşsun.  Vaxt  o  vaxt,  zaman  o 

zaman deyildi. Müharibə hamını korşaltmışdı. 

Həcər    uşaq  evlərindən  birində  oğlunun  yaşından 

xeyli  balaca  uşaqların  ayağına  baxanda  tərbiyəçilər-

dən biri maraqlandı: 

-

Bacı, sizin uşağın yaşı gərək ki, böyükdü, niyə elə 



balacaları yoxlayırsınız? 

Qadın elə bil yuxudan ayıldı: 

-

Dərdin  alım,  oğlumu  bu  yaşda  itirmişəm,  heç 



onun böyüməyini fikirləşmirəm. Elə bilirəm onu tapıb 

özüm böyüdəcəm. 

Ana 

uşaq  evlərini  bir-bir  gəzir,  uşaqları  bir-bir 



nəzərindən  keçirir,  gündə  yüz  dəfə,  min  dəfə  ürəyi 

atlanır  ki,  tapdım,  ancaq  günlərini  yenə  məyus  başa 

vururdu. 

Ürəyinə  dammışdı  oğlunu  tapacaq.  Axtarmaqdan 

bezmir  usanmırdı.  Yalanına,  düzünə  baxmayıb  bir 

kəlmə sözün ucuynan uzaq bir rayona, şəhərə yollanır, 

bütün uşaq evlərini ələk-vələk eləyir, gözü yaşlı dala 

qayıdırdı. 

Tale bu qadına çox zərbələr endirmişdi. Elə bil bu 

qadının əzablarından həzz alırdı Tanrı. Bu əzablardan 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə