Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
  1   2   3   4   5   6   7   8   9   ...   25


TARİX

Səh. 4  

Məmməd Süleymanov:

“Azərbaycanda Sol hərəkatın 

tarixi”

İQTİSADİYYAT

Səh. 15 

Nicat Qarayev:

“Qlobal Kapitalizmin 

maliyyə böhranı”

Səh. 24

Loğman Qasımov:

“İstehlak cəmiyyəti”

SOSİOLOGİYA

FƏLSƏFƏ

Səh. 35  

Ziya Bayramov:

 “Marksda “Yadlaşma” 

məfhumu 

Səh. 47  

Karlo Lebt:

“Mədəni relyativizm və 

insan haqları”

ANTROPOLOGİYA

Səh. 58 

“Marx Reloaded” filminin 

rejissoru Jason Barker ilə 

müsahibə”

Səh. 76 

Məmməd Süleymanov: 

“Cek Londonun “Dəmir 

daban”ı”

Səh. 62  

Salvador: “Qraffiti sinfi 

mübarizə vasitəsi kimi. 

Banksy”

MƏDƏNİYYƏT

KİTAB

Səh. 83

Məmməd Süleymanov: 

““Manifest”ə Ön söz”

MÜNDƏRİCAT


REDAKSİYADAN

Keçən  əsrin  yetişdirdiyi  əvəzsiz  intellektual,  aktivist  və  yazar  Hovard  Zinn 

1999-cu ildə “Marksın Qayıdışı” adlı 1 pərdəli pyes yazır. Sovetlərin dağılmasından 

sonra tələsik “tarixin sonu”nu elan edənlərə, keflərinin ən çağ vaxtında sarkastik bir 

cümlə ilə cavab verir Zinn: “İsa qayıdacaq deyirdilər, amma mən qayıtdım!”. Şübhəsiz  

Marksın  “ölümünü”  elan  etməkdə  tələsdiklərini  hegemonlar  da  bilirdi  (Sapatistaları 

yada salaq), ancaq bu əsərin yazılmasındakı simvolik məna yenə də çox qorxulu idi. 

Üstəlik, pyes yazılanda bunu istehzaya çevirənlər çox gözləməli də olmadı. Cəmi on 

il sonra “Marksın qayıdışı” hər kəs tərəfindən təsdiqlənməyə, onun və yoldaşlarının 

yazdıqları bir daha ən çox oxunanların siyahısına girməyə başlamışdı. Marksı tarixdə 

gizlətdiyinə  inanan  müstəbidlərə,  yaxud  onun  quru  akademiyanın  divarları  arasına 

həbs olunduğuna sevinən liberallara inad, “Marksın kabusları” (Derridaya ehtiramla) 

bir daha dünyanı dolaşmağa başlayıb. Latın Amerikasından tutmuş Uzaq Şərqə, qoca 

qitədən post-sovet məkanına qədər – meydanlar bir-bir təzədən dolduqca, Marks və 

yoldaşlarının yazdıqları da tozlu rəflərindən götürülüb yenidən vərəqlənməyə başlayır. 

Bu, nə “könüllü”-dür, nə də ki müvəqqəti – kapitalizm mövcud olduğu müddətçə tarixi 

məcburiyyətdir!

Azərbaycan da bu neoliberal dünyanın bir parçası olduğuna görə, biz də ilk sayımızı 

bu mövzuya – “Marksın qayıdışına” ayırdıq. Əlbətdə “sol”un bu torpaqlardakı keçmişini 

bilmədən sözə başlamaq mümkünsüzdür. Buna görə də jurnalın ilk yazısı Məmməd 

Süleymanovun “Azərbaycanda solun tarixi” ilə bağlı məqaləsidir. Estafeti bizdən əvvəl 

başlayanların həm nəzəri, həm də praktiki təcrübələrini öyrənmək üçün elə bu məqalədən 

başlaya bilərik. İkinci məqalə isə Marksın bir daha dünya gündəminə gəlməsinin iqtisadi 

əsaslarını analiz edən Nicat Qarayevin “Qlobal kapitalizmin maliyyə böhranı” yazısıdır. 

Qarayevə görə iqtisadi böhranın kökündə dayanan “puldan pul yaratma” anlayışı bir 

təsadüf  deyil,  kapitalizmin  daxili  ziddiyyəti  ilə  bağlıdır.  Təbii  ki,  kapitalizmin  bu 




ümumi işləyişinə təkcə “puldan pul yaratmaq” deyil, həm də formalaşdırmağa çalışdığı 

istehlak cəmiyyəti daxildir. Bu haqda isə Loğman Qasımovun “istehlak cəmiyyəti”nin 

çərçivələrini  cızdığı,  onun  kapitalizmin  böhranlarıyla  sıx  əlaqəsini  vurğuladığı 

məqaləsində oxuyacaqsız. Məqalə kapitalizmin bu günüylə yanaşı gələcəyi ilə bağlı 

da xəbərdarlıqdır. Bu sayın fəlsəfə bölməsində Ziya Bayramov Marksın “yadlaşma” 

məfhumunu və bunu aşmanın tarixi trayektoriyasını verir. Bunun üçün əvvəl modern 

“yadlaşma” termininin banisi Hegelin tarix anlayışına və Marksın onu necə “ayaqları 

üzərinə”  çevirməsinə  toxunan  yazar,  marksizmdəki  inqilab  nəzəriyyəsinin  köklərini 

də  göstərərək  “yadlaşmanın”  burdakı  rolunu  vurğulayır.  Növbəti  yazıda  isə  Karlo 

Lebt, xüsusilə postmodernistlərin ideologiyaları tənqid edərkən şübhə altına aldıqları 

ümumbəşər dəyərlərin mövcud olub olmadığını araşdırır. Əsasən “insan haqları” kimi 

burjua  inqilabları  ilə  ortaya  çıxan  məfhumların  fərqli  mədəniyyətlərdə  necə  tətbiq 

edilə biləcəyi problematikasını mərkəzə qoyan müəllif, mövzunun sol ideologiyalar 

çərçivəsindəki həllinə də giriş vermiş olur. Mədəniyyət bölməsində “Marx Reloaded” 

filminin rejissoru Jason Barker ilə müsahibəni, Salvadorun qraffiti və küçə sənətini sinfi 

mübarizə metodu kimi ələ aldığı məqaləsini, Məmməd Süleymanovun “Dəmir Daban”  

haqqındakı  yazısını  oxuyacaqsız.  Özündən  əvvəlki  bütün  mübarizələrin  təcrübəsini 

bir yerə toplayan, özündən sonrakı bütün mübarizələrə isə ilham verən “Kommunist 

Partiyasının Manifesti” haqqında – yəni tarixin ən güclü mətnlərindən biri haqqında da 

yenə M.Süleymanovun qələmindən oxuyacaqsız. 

K.Marks 150 il bundan əvvəl “XI tezis”-də üzünü bizlərə tutub, sadəcə anlamağın 

kifayət etmədiyini bildirərək “Dünyanı Dəyişin” deyirdi. Eyni əsrin bir digər dahisi, 

modern şeirin ələ-ovuca sığmaz inqilabçısı A.Rembo isə “Həyatı Dəyişin” deyə əlavə 

edirdi.  Marksist-sürrealist,  möhtəşəm  “Nadia”nın  yazarı  Andre  Breton,  buna  son 

nöqtəni qoyurdu: “Bizim üçün bu iki fikir, bir-birindən ayrılmazdır”. Bəli, intiharlarla 

və  öz  həyatlarına  qapananların  bədbinlikləri  ilə  başladığımız  bu  ildə,  indi  daha  gur 

səslə bağırmalıyıq: “Başqa bir həyat da, başqa bir dünya da mümkündür!”. Elə biz də 

burada bir-bir, “o başqa dünya”nın sahillərində toplaşmağa başlamışıq...



                                                                                         

Toğrul Abbasov


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə