Qiymətləndirmə prosedurları vaxtaşırı bu və ya digər müvafiq standartlardan istifadə
edərək yoxlanılmalıdır ki, səhvlər aşkara çıxarılsın, dərhal düzəlişlər aparılsın və daha doğru
qiymətləndirilmə prosedurları zamanla inkişaf etdirilsin.
-.-.-.-.-
Gördüyünüz kimi, bu standartlar qiymətləndiriləcək şagirdlərin psixoloji rifahını
qorumasına, onların hərtərəfli inkişafının təmin edilməsinə və görüləcək işin yüksək keyfiyyətini
təmin edilməsinə yönəldilir. Növbəti icmal eyni yanaşmanın heyətin qiymətləndirilməsi zamanı
təmin edir – ümumi müddaalar eyni şəkildə tərif edildiyinə baxmayaraq xüsusi bəndləri
mühumdur.
-.-.-.-.-
HEYƏTİN PSİXOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ STANDARTLARI
Standartların icmalı
Qanunilik standartları
Qanunilik standartları heyət üzvlərinin qiymətləndirilməsinin düzgün və dəqiq aparılmasını,
qiymətləndirmə nəticələrinin onlara və və müvafiq səlahiyyətli şəxslərə təsirinin etik normalara
uyğun olmasını təmin edir.
Q1 - Heyət üzvlərinə xidmət
Heyət üzvlərinin psixoloji qiymətləndirilməsi təhsilin əsas prinsiplərinə, Məktəbənin
missiyasının həyata keçirilməsinə, hər bir heyət üzvünün peşəkar inkişafına xidmət
etməlidir.
Q2 - Müvafiq siyasət və prosedurlar
Qiymətləndirmənin müntəzəm, eyni qaydada və ədalətli aparılmasını təmin etmək
məqsədilə bütün prosedurları əks etdirən sənədlər işlənilməli və təsdiq olunmalıdır.
Qiymətləndirmənin əsasları haqqında məlumat heyət üzvlərinə metodik tövsiyələr
şəklində təqdim edilməlidir.
Q3 - Qiymətləndirmə nəticələrinin məxfiliyi
Şəxsi məlumatların məxfiliyi və mənəvi heysiyyəti qorumaq məqsədilə heyət üzvlərinin
qiymətləndirilməsi nəticələri və müvafiq məlumatlar yalnız xüsusu icazəsi və səlahiyyəti
olan şəxslərə açıqlana bilər.
Q4 - Heyət üzvlərinə münasibət
Qiymətləndirilmə prosesi elə qurulmalıdır ki, istənilən mərhələdə heyət üzvləri özlərinə
qarşı hörmət duysun, bununla yanaşı qiymətləndirilən şəxsin heysiyyəti, motivasiyası
güclənsin, özünün peşəkar nailiyyətlərinə diqqəti artsın və yaən azı qiymətləndirmə
nəticəsində ona heç bir zərər yetirilməsin.
Q5 - Tənzimlənmiş qiymətləndirmə
Qiymətləndirmə nəticələri heyət üzvünün həm güclü, həm də zəif xüsusiyyətlərini üzə
çıxarmalı, güclü xüsusiyyətlərin inkişaf etdirilməsi, zəif xüsusiyyətlərin isə aradan
qaldırılması üçün zəmin yaratmalıdır.
Q6 – Maraqların toqquşması
Mövcud və ehtimal olunan maraqlar toqquşması halları əvvəlcədən müəyyən olunmalı,
qiymətləndirmə prosesi və nəticələrinin obyektivliyinə heç bir mənfi təsir göstərməməlidir.
Q7 - Heyət üzvlərinin hüquqları
Qiymətləndirmə mövcud əmək qanunvericiliyinə əsaslanmalı, insan hüquqlarına və ədaləti
dəstəkləyən prinsiplərə uyğun olmalıdır.
Faydalılıq standartları
Faydalılıq standartları heyət üzvlərinin qiymətləndirmə nəticələrinin əhatəliliyini, onun vaxtı
vaxtında keçirilməsini və etibarlılığını təmin edir.
F1 - Konstruktiv istiqamətləndirmə
Heyət üzvünün psixoloji qiymətləndirilməsi konstruktiv olmalı, onun nəticələrinə əsaslanan
qərarlar heyət üzvünün maraqlarına xidmət etməlidir.
F2 - Müəyyənləşdirilmiş istifadəçilər və istifadə.
Heyət üzvünün qiymətləndirilməsi nəticələrindən istifadə edənlər və nəticələrin istifadə
yolları konkret təyin edilməli ki, bu məlumatlar heyət üzvünün təlimi və ümumi inkişafına
müvafiq şəkildə xidmət etsin.
F3 - Qiymətləndirməni aparanın ixtisası
Qiymətləndirmənin peşəkar səviyyədə aparılması və nəticələrinin etibarlı olması üçün
heyət üzvlərini qiymətləndirən psixoloq, yaxud müəllim psixologiya sahəsində zəruri bilik
və bacarıqlara malik olmalıdır. .
F4 - Aydın əsaslar
Heyət üzvünün psixoloji qiymətləndirilməsinin planlaşdırılması və keçirilməsində
qiymətləndirmənin əsasları tam aydın göstərilməli, verilən qiymətlərin əsaslandırılması isə
müəllim və digər heyət üzvləri üçün şəffaf olmalıdır.
F5 - Səmərəli hesabatvermə
Heyət üzvlərinin psixoloji qiymətləndirilməsi haqqında hesabatlar aydın, vaxtı vaxtında,
səliqəli və relevant tərtib ediməli, r heyət üzvləri, habelə digər qərarverən şəxslər üçün
faydalı olmalıdır.
F7 – Peşəkar inkişaf
Qiymətləndirmə heyət üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması üzrə ehtiyacların
müəyyənləşdirilməsinə yardım etməli, Məktəbin məqsəd və vəzifələrinin, işçinin funksiya
və öhdəliklərinin daha səmərəli yerinə yetirilməsinə yönəldilməlidir.
Mümkünlük standartları
Mümkünlük standartları heyət üzvünün qiymətləndirilməsini planlaşdırılmış şəkildə yerinə
yetirilməsini təmin edir. Bunun üçün qiymətləndirmə praktik və diplomatik olmalıdır.
M1 - Praktik istiqamətləndirmə
Qiymətləndirmə üsulları praktik xarakter daşımalı, Məktəbdə cərəyan edən digər
proseslərə ziyan vurmadan lazım olan məlumatları əldə etməyə imkan verməlidir.
M2 - Siyasi incəlik
Qiymətləndirmə prosesindən əvvəl yarana biləcək suallar və maraqlar əvvəlcədən
proqnozlaşdırılmalı onların effektiv cavablandırılması yolları müəyyənləşdirilməlidir.
M3 - Qiymətləndirmənin dəstəklənməsi
Qiymətləndirmənin səmərəli planlaşdırılaraq həyata keçirilməsi, nəticələrin tam şəkildə üzə
çıxarılması və sonrakı fəaliyyətə onlardan düzgün istifadə edilə bilinməsi üçün psixoloji
qiymətləndirmə adekvat vaxt çərçivəsində aparılmalı və uyğun resurslarla təchiz
olunmalıdır.